Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1308/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 2(038)90/2015 saylı, 18 aprel 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Kommersiya Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək X1ndan, kredit müqaviləsi üzrə 3145 manat 33 qəpik pul məbləğinin və 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmiş və Yardımlı Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli, 2(038)- 90/2015 nömrəli məhkəmə əmri ilə X1ndan, cəmi 3165 manat 33 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi əmr edilmişdir. X1 10 aprel 2023-ci il tarixdə məhkəmə əmrinə etiraz verərək, məhkəmə prosessi onun iştirakı ilə keçirilmədiyinə görə, əmrlə razı olmadığını qeyd edərək, işin iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)90/2015 saylı qərardadı ilə, Yardımlı Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli, 2(038)-90/2015 nömrəli məhkəmə əmrinə X1nun vermiş olduğu etirazın təmin edilməməsi və geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan X1 şikayət vermişdir. Yardımlı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(038)90/2015 saylı qərardadı ilə, X1nun Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)90/2015 saylı qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 397.2ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə etirazın geri qaytarılmasını etirazın qanunla müəyyən edilmiş müddət keçməklə verilməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan borclu vermiş olduğu şikayətdə qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə əmri poçt xidməti vasitəsi ilə 05 mart 2015-ci il tarixində tərəflərə göndərilmişdir. 16 mart 2015-ci il tarixdə isə məhkəmə əmri icrası üçün Yardımlı rayon İcra və Probasiya şöbəsinə verilmişdir. Bundan başqa X1 08 may 2015-ci il tarixdə Yardımlı rayon İcra və Probasiya şöbəsinə ərizə göndərərək borclu olduğu icra sənədləri üzrə tutmanın anası ilə birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə yönəldilməsini xahiş etmişdir. Yardımlı rayon İcra və Probasiya şöbəsi tərəfindən X3 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulması ilə əlaqədar məhkəməyə təqdimat verilmiş və Məhkəmənin 16 dekabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. X3 məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında iddia icraatına keçirilməsi barəsində etirazı 18 aprel 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, X1 üçün Yardımlı Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli, 2(038)-90/2015 saylı əmrindən etiraz etmək hüququ keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)90/2015 saylı qərardadı qanuni və əsaslı olmaqla borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)90/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1308/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1308/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver