Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1310/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadından borclu X3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu X1, cəmi 1530,27 manat borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Yardımlı Rayon Məhkəməsinin 14 iyul 2016-ci il tarixli, 2(038)- 559/2016 nömrəli məhkəmə əmri ilə borclu X1, cami 1530,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu X3 10 aprel 2023-ci il tarixdə məhkəmə əmrinə etiraz verərək, məhkəmə prosessi onun iştirakı ilə keçirilmədiyinə görə, əmrlə razı olmadığını qeyd edərək, işin iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadı ilə, Yardımlı Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(038)-559/2016 nömrəli məhkəmə əmrinə borclu X2 vermiş olduğu etirazın təmin edilməməsi və geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X3 şikayət vermişdir. Yardımlı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadı ilə, borclu X2 Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 397.2ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə etirazın geri qaytarılmasını etirazın qanunla müəyyən edilmiş müddət keçməklə verilməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan borclu vermiş olduğu şikayətdə qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə əmri poçt xidməti vasitəsi ilə 14 iyul 2016-cı il tarixində tərəflərə göndərilmişdir. 25 iyul 2016-cı il tarixdə isə məhkəmə əmri icrası üçün Yardımlı rayon İcra və Probasiya şöbəsinə verilmişdir. Bundan başqa borclu X3 19 iyul 2016-ci il tarixdə Yardımlı rayon İcra və Probasiya şöbəsinə ərizə göndərərək borclu olduğu icra sənədləri üzrə tutmanın anası ilə birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə yönəldilməsini xahiş etmişdir. Yardımlı rayon İcra və Probasiya şöbəsi tərəfindən X2 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə həbs qoyulması ilə əlaqədar məhkəməyə təqdimat verilmiş və Məhkəmənin 16 dekabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Bundan sonra icra sənədi digər icra sənədləri ilə birlikdə 26 iyul 2021-ci il tarixdə Yardımlı rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu İlyas Adıgözəlovun yaşayış yeri üzrə Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X2 məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında iddia icraatına keçirilməsi barəsində etirazı 18 aprel 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu məhkəmə əmrini aldığı gündən verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürdüyündən, borclu X3 üçün Yardımlı Rayon Məhkəməsinin 14 iyul 2016-ci il tarixli, 2(038)-559/2016 saylı əmrindən etiraz etmək hüququ keçmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadı qanuni və əsaslı olmaqla borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)559/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1310/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1310/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver