Məhkəmə qərarları › İş №2(106)-1313/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1313/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1313/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1979/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mütəllim İsayev) iddia qismən təmin edilərək, 040R********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 18688,17 manat məbləğində kredit borcu, 8518,23 manat məbləğində faiz borcu və 1860 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29066,40 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh Məmmədov X4 Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)- 1979/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(049)-1979/2018 saylı qərardadı ilə ərizə təmin olunmuş, Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 iyun 2024-cü il tarixli məktubu ilə mülki iş materialları ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 09 iyul 2024-cü ildə məhkəməyə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)- 1313/2024 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1979/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş və işə apellyasiya qaydasında baxılması 14 avqust 2024-cü il tarixə təyin edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli məktubu Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, hazırkı iş üzrə 12 avqust 2024-cü ildə məhkəməyə İddiaçı QSC-nin nümayəndəsi X3 tərəfindən Lənkəran Rayon Məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası ilə bağlı 20 may 2024-cü il tarixli, 2(049)-1979/2018 saylı qərardadından şikayət daxil olmuşdur. Məktubda şikayətə baxılması üçün 2(049)-1979/2018 saylı mülki işin Lənkəran Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1979/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)- 1313/2024 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1979/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(106)-1313/2024 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar