Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1318/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(050)-1424/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş mobil qurğunun dəyəri olan 637.91 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Bakı şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ 41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu:1, büdcə təsnifatının kodu: 142330) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 1(073)- 170/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmünə əsasən xx.xx.1967-ci il təvəllüdlü, Lənkəran şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı ünvan 1 ünvanına bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları cavabdehə izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2021-ci il tarixində ENV-si tətbiq edilmiş, ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah edilmiş, xx.xx.2021ci il tarixli protokola əsasən məhkum Cavabdeh "Attenti V6” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri və sadə elektron qolbaq olmaqla elektron nəzarət vasitəsi təhvil verilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın mahdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəzası bitdiyi gün onunla əlaqə saxlanılmışdır. İddiaçınə yaxınlaşaraq ona tətbiq edilən ENV-ni təhvil verməsi barədə malumat verilmişdir. Lakin məhkum şöbəyə yaxınlaşacağını bildirsədə gəlməmiş və daha sonrakı tarixdə yaxınlaşaraq ENV-ni zədəli şəkildə təhvil vermiş, mobil qurğunun zədəli vəziyyətdə olduğu müəyyən edilmişdir. ENV-si təhvil verilərkən ona baxış keçirilmiş və təhvil verilməsi barədə protokol tərtib edilmişdir. ENV-si təhvil alındıqdan sonra Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərilmiş, Evrodizayn QSC-nin mühəndisi tərəfindən ENV-nin zədələnməsi ilə bağlı texniki rəy verilmişdir. Texniki baxışın nəticə hissəsində "texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidəsinin olunduğu, təmirin mümkün olmaması və istifadəyə tam yararsız olması” rəyi verilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı icra məmuru Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildimişdir ki, cəzası bitdikdən sonra qolbaq onun həyətində qanuni şəkildə açılmışdır. Qanunsuz olaraq qolbağa hər hansı müdaxilə etməmişdir. Qolbaq açıldıqdan sonra müalicə üçün Bakıya getmişdir. Masallı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(050)-1424/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 637.91 (altı yüz otuz yeddi, doxsan bir) manat məbləğində pul vəsaitinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Bakı şəhər Maliyyə İdarəsində açılmış hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(050)-1424/2023 saylı qətnaməsinin ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, sübutlara düzgün qiymət verməmişdir. Elektron nəzarət qolbağına hər hansı müdaxilə etməmişdir. Cəzası bitdikdən sonra qolbaq onun həyətində qanuni şəkildə ayağından çıxarılmışdır. Qanunsuz olaraq qolbağa hər hansı müdaxilə edilməmişdir. Qolbaq açıldıqdan sonra mülicə üçün Bakı şəhərinə getmişdir. Şəxsən icra məmuru Nümayəndə 17/1-23 də onun yaşadığı evdə aparatı ayağından açıbdır. Aparat saz vəziyyətdə olmuşdur. Əgər zədəli şəkildə olsaydı, orda aktlaşdırılmalı idi. Lakin aparatın zədələnməsi haqda heç bir söz deməmişdir. Aparat açıldıqdan sonra o, müalicə olunmaq üçün icra məmurunun razılığı ilə Bakı şəhərinə getmişdir. Sonradan 03 mart 2023-cü il tarixdə yenə icra məmuru Nümayəndə onun yaşadığı evə gələrək aparatı yoxlamış və demişdir ki, hər şey normaldır və götürüb iş yerinə aparmışdır. Lakin bir aydan sonra ona məhkəmədən bildiriş və iddia ərizəsi gəlmişdir. Əgər elektron nəzarət vasitəsi zədələnmiş olsaydı, o zaman dərhal bu barədə elektron nəzarət mərkəzi icra məmuruna pozuntu ilə bağlı məlumat vermiş olardı və icra məmuru bununla bağlı tədbir görmüş olardı. Lakin iş materiallarında belə bir sənəd və sübut yoxdur. Oğlu X1 veteranıdır. Üç medalla təltif edilmişdir. Həmin medallara dair sənədləri şikayətinə əlavə edir. Qarabağ müharibəsi dövründə o, özü də, müharibədə iştiak etməyə cəhd etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. MM-nin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə¬ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm¬lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə¬nil-məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur¬ma¬yan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə olunmuş Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim edilmiş elektron qolbağa müdaxilə olunmuş, ana platasında korroziya müşahidəsinin olunduğu, təmirin mümkün olmaması və istifadəyə tam yararsız olması olması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 1(073)-170/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay miiddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM- nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Hökmün icrası İddiaçınə tapşırılmışdır. Cavabdeh üzərinə İddiaçı məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Masallı şəhəri Natavan küçəsi ev 25-i tərk etməmək, Masallı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cavabdeh yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanıldığı tədqiqatdan sonrakı çəkisi 359,98 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxs Cavabdeh alınaraq dövfət büdcəsinə köçürülməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş 22 iyul 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddələrinə əsasən elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onların dəyərinin ondan tutulacağı və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.4-ci və Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddələrinə əsasən üzərinə məhkəmənin hökmü ilə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırarsa, ona təyin olunmuş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması ilə bağlı haqqında tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş “Eurodesing” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ED-M-96-21 nömrəli məktubdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası) qiyməti 1930 manat, ƏDV-si isə 347.40 manat olmaqla, cəmi 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan azdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(050)-1424/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1318/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1318/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver