Məhkəmə qərarları › İş №2(106)-1325/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1325/2025

23.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1325/2025 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçılar, eyni zamanda iddiaçı4 Həzərətqulu qızının prosessual hüquqi varisləri iddiaçı5, iddiaçı1, iddiaçı2, İddiaçı Viddiaçı1 nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 Həzərətqulu qızının cavabdeh Cavabdeh qarşı “qanunsuz zəbt edilən torpaq sahəsindən çıxarılma qanunsuz inşa edilmiş tikililərin sökülməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 Həzərətqulu qızı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Abdulova (Əsədova) Samirə Sabir qızının qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Türkəkəran kəndində yerləşməklə iddiaçılara məxsus olan 0.4921 ha torpaq sahəsindən çıxarılmaları, təhvil verilməsi və cavabdehin Abdulova (Əsədova) Samirə Sabir qızının tərəfindən iddiaçılara məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin öz hesabına sökülməsi və onlara qarşı törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandılmışdır ki, hazırda iddiaçı ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi kənddə yaşayır. Lənkəran rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-cu il tarixli qərarı ilə onun və ailəsinin digər üzvünə Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində 0.4921 hektar torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara JN:268 KOD ************ saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktını DƏDRX-nin Lənkəran Ərazi İdarəsinə təqdim etmişlər, Onlara əvəzində DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən **********-nömrəli mülkiyyətinə dair çıxarış vərəqəsi verilmişdir. Qeyd olunan 0,4921 hektar torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətinə verilmişdir. Belə ki, 2000-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin ** saylı Lənkəran Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri, Lənkəran rayonu, Türkəkəran bələdiyyəsinin sədri və Lənkəran RİHB-nin Türkəkəran kənd üzrə icra nümayəndəsi tərəfindən onların iştirakı ilə həmin 0.4921 ha torpaq sahəsinin döngə nöqtələri (naturada) ölçülərək tanıdılmışdır. Buna baxmayaraq Lənkəran rayonu, Türkəkəran kənd sakini X3 onlara məxsus 0.4921 ha torpaq sahələrini qanunsuz olaraq istifadə edir. Cavabdeh artıq 5 ildir ki, onların ailə üzvlərinə məxsus torpaq sahəsindən öz torpaq sahəsi kimi istifadə edir. Cavabdeh zəbt etdiyi torpaq sahəsində özünə fərdi yaşayış ev tikib, orada yaşayır. O, eyni zamanda zəbt etdiyi torpaq sahəsində özü üçün həyət tikilisi də tikmişdir. Dəfələrlə cavabdehə müraciət etmişlər, zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etsinlər. Lakin o, zəbt etdikləri torpaq sahəsinin zəbtdən azad etmir və deyir ki, torpaq sahəsi onlara məxsusdur. Onlar həmin torpaq sahəsinin vergisini verirlər ki, əvvələrdə həmin torpaq onlara məxsus olub. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etsələr də, cavabdeh buna məhəl qoymaraq hərəkətlərinə davam etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi (hakim Murad Aslanov) ilə iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsindən cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,356 ha hissəsinin zəbtdən azad edilərək iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 təhvil verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsində cavabdeh Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililərin (saray, hin) cavabdeh Cavabdeh hesabına sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 qarşı törədilən maneələrin aradan qaldırılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı iddiaçı5 verilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : ********** saylı, ##.##.2022-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0.4921 ha torpaq sahəsi X7, iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 Həzərətqulu qızının ümumi birgə mülkiyyətindədir. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. ***** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. ## ##### 2025-cü il tarixli, **/** nömrəli məhkəmə tikinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçılar tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin уaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması olunması Qaydaları"na uyğun olaraq Lənkəran rayonu ərazisində mövcud mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin iddiaçı5 və qeyriləri ümumi ümumi birgə mülkiyyətində olan sözügedən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə araşdırma zamanı torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə, eləcə də sənədə əsasən konkret olaraq gediş-gəliş yolunun təsvir olunmaması müəyyən olunmuşdur. Lakin kompleks yerquruluşu layihəsinə əsasən sözügedən torpaq sahəsinin və eləcə də qonşu torpaq sahələrin şimal (eni orta hesabla 9 m) və cənub (eni orta hesabla 6 m) istiqamətlərində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə sərhəd olması və həmin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən gediş gəliş yolu kimi istifadə olunması və faktiki vəziyyətdə də sözügedən torpaq sahəsinə şimal istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinə gediş-gəliş yolunun təsvir olunmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3 **-*-**/*-****/**** saylı mütəxəsis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli,********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedicisindən JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında və ************ reyestr nömrəli Torpaq sahəsinin planı və ölçü ilə iddiçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilən 0,356 ha hissəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin (sarayın, hinin) mövcud olması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və orada tikililər inşa edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Məhkəmə, cavabdehin iddiaçıya məxsus kənd təsərrüfatı təynatlı torpaqda yaşayış evi tikməsinə dair hər hansı sənədin təqdim edilməsini təklif etsə də, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş yaşayış evi, köməkçi tikililər qanunsuz olaraq tikilmiş və özbaşına tikili kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada tikili və köməkçi tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 180.1, 180.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 77.1, 217.4, 88, 218.3, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, yəni cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsi qənaətinə gələrkən ekspert rəyinə istinad etmişdir, halbuki, ekspert qarşısında qoyulmuş sualar belə natamam və primitivdir. Məhkəmə ekspert qarşısında sual qoyarkən cavabdehin də istifadə etdiyi torpaq sahəsinə dair əlində müvafiq sənədləri-çıxarış və plan ölçü sənədlərinin olmasını nəzərə almamış, cavabdehdə olan hüquqmüəyyənedici sənədlərin hansı torpaq sahəsinə dair verilməsini, iddiaçıya təqdim edilmiş çıxarışın əldə edilməsi üçün əsas olmuş ilkin sənədlərin vaxtı ilə hansı ərazi üçün verilməsi kimi vacib faktları araşdırmamışdır. Qeyd edir ki, iddiaçı və onun ailə üzvləri qohumları – Əsədov Fuad, X1 və digərləri tərəfindən ona qeyri-rəsmi hədiyyə edilən və onlar üçün sonuncular tərəfindən inşa edilmiş torpaq sahəsində yaşayırlar. Hansı ki, həmin torpaq sahəsi Əsədov Şərafət və digərlərinin ata-baba torpaqları olub, uzun ilər onların istifadəsində olub və 2017-ci ildə ilkin sənədləri təqdim edərək torpaq sahəsinə dair çıxarış əldə etmişlər. Eyni torpaq sahəsinə 2 fərqli çıxarışın verilməsi mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçıya məxsus çıxarış 2022-ci ildə yəni cavabdehin qohumlarından daha sonra alınmışdır. 2017-ci ildə artıq torpaq sahəsi üzərində fərdi yaşayış evi də tikilmişdir. Üzərində digər şəxslərə məxsus fərdi yaşayış evi mövcud olan, çıxarışlar, plan ölçü ilə təmin edilmiş torpaq sahəsinə 2022-ci ildə iddiaçının çıxarış alması hüquqi tərəfdən mümkün deyildir. Həmin çıxarışın qanuniliyi və mötəbərliyi məhkəmə tərəfdən araşdırılmalı idi. Belə olan halda məhkəmə bu xüsusatı araşdırmalı, hər iki çıxarışda göstərilən torpaq sahəsinin eyni torpaq sahəsi olub olmamasını, həmin torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olmuş ilkin sənədlərin mövcudluğunu sorğu etməli idi. Rayon Məhkəmələri iznibati məhkəmə olmasalar da belə, hər bir məhkəmə həqiqəti müəyyən etmək və ədaləti bərpa etmək üçün istənilən araşdırmanı tam və hərtərəfli aparmalı, yeri gəldikdə “vəkil kimi” olmasa da belə tərəfə yardım etməlidir. Buna baxmayaraq qətnamədə cavabdehin yalnız iddiaya etiraz etməsi göstərilmiş, bu azmış kimi etirazı hansı hallarla əsaslandırdığı belə öz əksinə tapmamışdır. Cavabdehin hüquqi savadı olmayan, sadə bir vətəndaş olması, öz hüquqlarını müdafiə edə bilməməsi, öz mövqeyini ifadə edə bilməməsi məhkəməni həmin tərəfin mövqeyini araşdırmaqdan imtina etməsinə əsas vermir. Halbuki iddiaçı tərəfindən məhkəməyə verilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə müstəntiqin qərarından da cavabdehin təhqiqat aparan orqana torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim etməsi öz əksini tapır. Məhkəmə iş materialarını tam şəkildə tədqiq etsəydi, həmin sənədlərlə müəyyən edilən haları araşdırmalı idi. Ekspert rəyinə münasibətdə isə bildirir ki, ekspert rəyinin özü də ekspert qarşısında qoyulmuş sualar kimi ziddiyyətlidir: Ekspert rəyinin nəticə hissəsinin ilk abzasında 1-ci suala cavab olaraq göstərilir ki, iddiaçıya müvafiq çıxarış və plan-ölçü səndələri ilə ayrılmış torpaq sahəsi naturada yerləşməsi ilə sənədlərin kordinatları uyğun gəlmir. Eyni zamanda araşdırma zamanı iddiaçılar tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. Digər tərəfdən ekspert rəyinin nəticə hissəsində 4 və 5-ci suallara cavab olaraq göstərilir ki, “Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar iddiaçı5 Alahverdi oğlunun, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X6 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Ekspert rəyindəki ziddiyyət isə rəyin nəticə hissəsində iddiaçılara məxsus torpaq sahəsinin sənəd üzrə və naturada göstərilən, iddia edilən torpaq sahəsi ilə uyğun gəlmədiyi halda 4-5-ci suallara cavab olaraq həmin torpaq sahəsinin 0.356 hissəsinin cavabdeh tərəfindən istifadə edilməsinin göstərilməsidir. Sual yaranır ki, sənəd üzrə kordinatları naturada göstərilən torpaq sahəsi ilə uyğun gəlməyən torpaq sahəsinin 0.356 hissəsi necə ola bilər ki, cavabdehin istifadəsində olsun, hansı ki cavabdehin istifadəsində olan torpaq sahəsi iddia edilən (naturada göstərilən) torpaq sahəsidir ?! Yəni əvvəl ekspert deyir ki, naturadakı torpaq iddiaçının sənəd üzrə tələb etdiyi torpaq deyil amma sonra deyir ki, 0.356 hissəsi cavabdehin istifadə etdiyidir. Belə çıxır ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi ümumiyyətlə iddiaçının sənəd üzrə kordinatlarından kənardadır. Məhkəmə isə bu ziddiyətin fərqinə varmamış və ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə cavabdehdən yalnız evin tikintisi üçün icazə sənədlərini tələb etmiş və həmin sənədlərin mövcud olmamasını fərdi yaşayış evinin sökülməsi və iddianın təmin olunması üçün əsas hesab etmişdir. Halbuki iddia ərizəsi yalnız iddiaçının subyektiv hüquqi sübut olunduqda və subyektiv hüquqla qorunan mənafəkərinin pozulduqda təmin edilə bilərdi. Cavabdeh üçüncü şəxslər (Əsədov Şərafət) tərəfindən onların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və yaşayış üçün daimi razılıq verilmiş fərdi yaşayış evində yaşaması, tikilinin qanuni və qanunsuz olması faktından asılı olmayaraq yalnız mülkiyyətçini maraqlandırır və ona subyektiv hüquq verir. Hazırkı mübahisədən də görünür ki, iddiaçı və cavabdeh hər iki tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edir. Məhkəmə ekspert rəyində yuxarıda sadaladığı ziddiyyətə və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda birbaşa olaraq cavabdehin torpaq sahəsinə hüquqmüəyyənedici sənədinin olmasının göstərilməsinə baxmayaraq, cavabdehin hüquqlarının hansı əsasla yaranmasını araşdırmamış, həmn istiqamətdə cavabdehə sübutlar təqdim edilməsi, sorğular ünvanlamsı istiqamətində heç bir addım atmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin mübahisəli torpaq sahəsinin nə vaxtdan və hansı əsasla istifadə etməsini, fərdi yaşayış evinin nə vaxt inşa edilməsi, iddiaçının mülkiyyət hüququ barədə çıxarışın əldə edilməsinə əsas olmuş ilkin sənədlər üzrə torpaq sahəsinin kordinatları ilə cavabdehin istifadəsində və digər şəxslərin (Əsədov Şərafət də digərlərinin) mülkiyyətində olan torpaq sahəsinin naturada yerləşməsi arasındakı ekspert rəyində müəyyənləşdirilmiş uyğunsuzluğun səbəbini, eyni torpaq sahəsinə 2 fərqli çıxarışın verilməsini, çıxarışların verilməsinə səbəb olan ilkin sənədlərin mötəbərliyini və koordinatlarını araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi MM-nin 180-cı maddəsinə istinad etməklə iddianı təmin etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə isə əsaslandırır ki, “göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada tikili və köməkçi tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir.” Hesab edir ki, tikilinin qanunsuz olması ona iddiaçının hüququnun olması demək deyildir. Belə olan halda məhkəmə tikilinin müvafiq icazə sərəncam alınmadan tikilib-tikilməməyini araşdırmaq əvəzinə torpaq sahəsinə cavabdehə verilmiş (Əsədrov Şərafət və digərlərinə) çıxarış ola-ola iddiaçının hansı əsasla 2-ci çıxarış almasını araşdırmalı idi. Ona görə MM-nin 180-cı maddəsi iddianı təmin etməyə əsas vermir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin mübahisəli torpaq sahəsinin nə vaxtdan və hansı əsasla istifadə etməsini, fərdi yaşayış evinin nə vaxt inşa edilməsi, iddiaçının mülkiyyət hüququ barədə çıxarışın əldə edilməsinə əsas olmuş ilkin sənədlər üzrə torpaq sahəsinin kordinatları ilə cavabdehin istifadəsində və digər şəxslərin (Əsədov Şərafət də digərlərinin) mülkiyyətində olan torpaq sahəsinin naturada yerləşməsi arasındakı ekspert rəyində müəyyənləşdirilmiş uyğunsuzluğun səbəbini, eyni torpaq sahəsinə 2 fərqli çıxarışın verilməsini, çıxarışların verilməsinə səbəb olan ilkin sənədlərin mötəbərliyini və koordinatlarını araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil mütəxəssis rəyi ilə qismən razılaşdığını bildirərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ruslan Mirzəyev izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Tikintiyə başlayan zaman cavabdeh onlara demişdir ki, kadastr idarəsindən sənəd və koordinatları düz almışdır. Ev tikdiyini həmin vaxt bilmiş, lakin öz torpağında tikdiyini zənn etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda iddiaçı4 Həzərətqulu qızının prosessual hüquqi varisi) iddiaçı5 bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda iddiaçı4 Həzərətqulu qızının prosessual hüquqi varisi)iddiaçı2 bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda iddiaçı4 Həzərətqulu qızının prosessual hüquqi varisi) iddiaçı1 bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və "xxxx" Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışlar). Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı yanlış olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və orada tikililər inşa edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Məhkəmə, cavabdehin iddiaçıya məxsus kənd təsərrüfatı təynatlı torpaqda yaşayış evi tikməsinə dair hər hansı sənədin təqdim edilməsini təklif etsə də, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş yaşayış evi, köməkçi tikililər qanunsuz olaraq tikilmiş və özbaşına tikili kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada tikili və köməkçi tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, birgə iddiaçılardan iddiaçı4 Həzərətqulu qızı ##.##.2026cı il tarixdə vəfat etmiş, digər iddiaçılar iddiaçı4 prosessual hüquq varisi kimi işə cəlb olunmuşdurlar. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, iddiaçılar iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 Həzərətqulu qızı xüsusi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlər Cavabdeh çıxarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsini məhkəmədən xahiş edir. Görünür ki, tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4-cü maddələri təşkil edir. Apellyasiya şikayətində isə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə dair tərəflərin təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hansı əraziyə aid olmasını, həmin sənədlərin verilməsinə əsas olmuş ilkin hüquqi əsasları və onların qarşılıqlı uyğunluğunu müəyyən etməmişdir. Məhkəmə yalnız ekspert rəyinə formal istinad etməklə cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsi nəticəsinə gəlmiş, halbuki ekspert rəyində torpaq sahəsinin sənəd üzrə koordinatları ilə naturadakı yerləşməsi arasında uyğunsuzluq olduğu açıq şəkildə göstərilmişdir. Bu ziddiyyət aradan qaldırılmadan cavabdehin məhz iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi barədə nəticə çıxarılması əsassızdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq əvvəlcə onu bildirir ki, təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində başqasının tikili inşa etməsi kimi vəziyyətlərə rast gəlinir. Belə vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: torpaq sahələrinin dövlət reyestrində qeydə alınmış sərhədləri ilə yerində istifadə olunan sərhədlərin üst-üstə düşməməsi (sürüşmələr olması) və ya reyestr məmurunun döngə nöqtələrini yerində səhv nişanlayıb yanlış sahəni mülkiyyətçiyə göstərməsi ilə əlaqədar sərhədin bilmədən pozularaq binanın tamamının və ya bir hissəsinin qonşunun sahəsində inşa edilməsi; alıcının torpaq sahəsinin qeyri-notarial alğı-satqısına güvənərək ərazidə tikinti aparması, yaxud mülkiyyətçinin verdiyi razılıq əsasında başqa şəxsin torpaq sahəsində öz hesabına bina tikməsi və s. Bu kateqoriyadan olan işlərdən görünür ki, tikilinin (və ya onun bir hissəsinin) üzərində inşa edildiyi torpaq sahəsinin mülkiyyətçiləri sonradan həmin tikilinin sökülməsi və ərazinin boşaldılaraq təhvil verilməsi və ya torpaq sahəsinin kompensasiyasının ödənilməsi haqqında iddialar qaldırırlar. Belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə tikinti aparmış şəxs arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır. Məhkəmə tərkibi ilk növbədə onu qeyd edir ki, sözügedən münasibətlər daşınmaz əşya üzərində mülkiyyət hüququnun əhatə dairəsi ilə bağlı bir məsələdir. Məhkəmə tərkibi iddiaçının iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir: Əvvəla, qeyd olunmalıdır ki, tərəflərin arasındakı mübahisənin əsası olan torpaq sahəsi ilə bağlı mübahisəli məsələnin həlli ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **/** nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçılar tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin Torpaq” sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3 **-*-**/*-****/**** saylı mütəxəsis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli,********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedicisindən JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında və ************ reyestr nömrəli Torpaq sahəsinin planı və ölçü ilə iddiçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1, iddiaçı2 və X7 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilən 0,356 ha hissəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin (sarayın, hinin) mövcud olması müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi sübut kimi X1 adına verilmiş ##.##.2017-ci il tarixli, ********** nömrəli çıxarışa istinad etmişdir. Həmin çıxarışdan görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən ümumi sahəsi 0,381 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh bildirir ki, onun tərəfindən inşa edilmiş tikililər məhz həmin torpaq sahəsində yerləşir və o, göstərilən torpaq sahəsindən həmin şəxslərin razılığı əsasında, yəni həmin şəxslərin ona qeyri-rəsmi formada torpaq sahəsini bağışlaması nəticəsində istifadə etmişdir. Bununla da cavabdeh mübahisəli torpaq sahəsindən istifadəsinin hüquqi əsasının mövcud olduğunu iddia edir. Lakin birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi bu çıxarışın hazırkı iş üzrə əhəmiyyətini qiymətləndirməmiş, həmin torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsi ilə eyni olubolmamasını, sərhədlərinin və koordinatlarının üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. Həmçinin, qeyd olunan çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər və həmin torpaq sahəsinin naturada yerləşməsi məsələsi də məhkəmə tərəfindən tədqiq edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, təqdim edilmiş ekspert rəyi qeyri-müəyyən xarakter daşıyır və mübahisə predmeti üzrə lazımi dəqiqliklə mövqeyini ortaya qoymur. Halbuki, iş üzrə mübahisəli halların tam və hərtərəfli araşdırılması üçün ekspert rəyinin aydın və konkret olması zəruridir. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə ekspert rəyinin qeyri-müəyyən olduğu hallarda onu aydınlaşdırmalı, zərurət olduqda əlavə və ya təkrar ekspertiza təyin etməlidir. Belə olan halda, mübahisəli torpaq sahəsinin hansı mülkiyyətçiyə aid olmasının müəyyən edilməsi üçün zəruri olan hallar araşdırılmadan cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməsi barədə nəticəyə gəlmək əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya mərhələsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq olaraq hər iki çıxarışa əsasən verilmiş torpaq sahələrinin üst-üstə düşüb düşməməsi və digər lazımi suallar ekspert qarşısında qoyulmuşdur. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbаycаn Respublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Dairəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ***/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qərardadın birinci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən X7, iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2 və iddiaçı4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,4921 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Sözügedən 0,4921 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçılar tərəfindən faktiki vəziyyətdə iddia və istifadə edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən X7, iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2 və iddiaçı4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Hüquqların Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ##.##.2017-ci il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən üçüncü şəxslər X1, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X4 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,3281 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: Torpaqların elektron kadastr uçotu informasiya sistemində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən X7, iddiaçı5, iddiaçı3, iddiaçı1, iddiaçı2 və iddiaçı4 faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan sözügedən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətdə 0,356 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh tərəfindən istifadə edilən həmin 0,356 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin (sarayın, hinin) mövcud olması müəyyən olunmuşdur. Mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, tərəflər bununla bağlı sübutlar təqdim etməmişdir. Mübahisə ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd edildiyi kimi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini istifadə edir. Lakin bu istifadənin hansı səbəblərdən qaynaqlanması da hazırkı mübahisənin həllində mühüm rol oynayır. Məhkəmə tərkibi hesab edir ki, iş materialları üzrə müəyyən edilmiş hallar cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinin formal olaraq qanunsuz xarakter daşıdığını göstərsə də, bu istifadənin hüquqi mahiyyəti və yaranma səbəbləri birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Belə ki, cavabdeh izahatlarında qeyd etmişdir ki, qohumluq münasibətləri çərçivəsində həmin torpaq sahəsinin ona verildiyini güman edərək orada tikinti işləri aparmışdır. Qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı cavabdehin istinad etdiyi və ##.##.2017-ci il tarixli çıxarışla mülkiyyətçi qismində göstərilən şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Eyni zamanda, apellyasiya baxışı zamanı iddiaçılardan alınmış izahatdan da görünür ki, cavabdeh tərəfindən tikinti aparıldığı dövrdə onlar bu hala etiraz etməmiş, cavabdehin öz torpaq sahəsində tikinti apardığını düşündüklərini bildirmişlər. Bu hal isə onu göstərir ki, tərəflər arasında ilkin mərhələdə torpaq sahəsinin sərhədləri və mənsubiyyəti ilə bağlı obyektiv anlaşılmazlıq mövcud olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, belə hallarda mübahisəyə yalnız formal mülkiyyət hüququ prizmasından yanaşmaq kifayət edə bilməz. Mübahisənin ədalətli həlli üçün cavabdehin vicdanlı olub-olmaması, tikilinin hansı şəraitdə və hansı əsasla inşa edilməsi, tərəflər arasında faktiki münasibətlərin mahiyyəti, habelə torpaq sahələrinin sərhədlərinin naturada düzgün müəyyən edilib-edilməməsi kimi hallar da kompleks şəkildə nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi ##.##.2017-ci il tarixli çıxarış və həmin torpaq sahəsindən istifadə etməsinin üçüncü şəxslərin razılığı əsasında, qeyri-rəmi bağışlama münasibətləri çərçivəsində baş verməsi barədə iddiaları onun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, həmin çıxarış üzrə torpaq sahəsinin koordinatları iddiaçılara məxsus 0,4921 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bu səbəbdən cavabdehin istinad etdiyi hüquqmüəyyənedici sənəd mübahisə predmeti olan torpaq sahəsinə aid edilə bilməz və ona həmin sahə üzərində mülkiyyət hüququ vermir. Lakin bununla yanaşı, cavabdehin torpaq sahəsindən istifadə etməsinin müəyyən dövr ərzində faktiki olaraq həyata keçirilməsi, tikililərin inşa edilməsi və bu prosesə iddiaçılar tərəfindən ilkin mərhələdə etiraz edilməməsi onun həmin ərazi üzərində faktiki sahiblik münasibətlərinin formalaşdığını göstərir. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, cavabdeh öz vəsaiti və materialları hesabına iddiaçılara məxsus torpaq sahəsinin 0,356 ha hissəsində fərdi yaşayış evi və köməkçi tikililər inşa etmişdir. Bu hal klassik mənada bir şəxsin başqasına məxsus torpaq sahəsində tikinti aparması vəziyyətidir. Lakin işin faktiki halları göstərir ki, bu tikinti açıq-aşkar qəsdli zəbt nəticəsində deyil, torpaq sahələrinin sərhədlərinin naturada düzgün müəyyən edilməməsi, habelə tərəflər arasında yaranmış anlaşılmazlıq və cavabdehin özünün istifadə etdiyi torpaq sahəsinin hüquqi mənsubiyyətini düzgün dərk etməməsi şəraitində baş vermişdir. Rəyin birinci sualı üzrə müəyyən edilən uyğunsuzluqların mövcudluğu öz-özlüyündə cavabdehin hərəkətlərinin birmənalı şəkildə “zəbt” kimi hüquqi qiymətləndirilməsinə əsas vermir. Çünki torpaq sahəsinin sənəd üzrə koordinatları ilə naturada faktiki yerləşməsi arasında fərqlərin mövcudluğu həmin sahənin sərhədlərinin dəqiq müəyyən edilməməsi və ya yerində tətbiqdə kadastr məlumatları ilə real vəziyyət arasında kənarlaşma olması ehtimalını yaradır. Belə vəziyyətdə mübahisənin mahiyyəti yalnız mülkiyyət hüququnun formal təsdiqi ilə məhdudlaşmır, həm də faktiki istifadə, sərhəd ziddiyyətləri və tərəflərin obyektiv olaraq hansı sahəyə sahiblik etdiklərinin müəyyən edilməsi məsələsinə çevrilir. Bu isə o deməkdir ki, cavabdehin həmin sahədə tikinti aparması avtomatik olaraq qəsdən və hüquqsuz zəbt kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin sonuncu sualı üzrə cavabda cavabdehin istifadə etdiyi 0,356 ha sahənin mövcud kadastr məlumatları ilə müəyyən qədər uyğunluğu göstərilsə də, bu hal sərhədlərin üst-üstə düşməsi və ya mübahisəsiz mülkiyyət bölgüsünün təsdiqi demək deyildir. Yəni burada texniki uyğunsuzluq və faktiki istifadə vəziyyəti arasında ziddiyyət qalmaqdadır. Bu baxımdan, yalnız koordinat uyğunsuzluğuna əsaslanaraq cavabdehin hərəkətlərini tam hüquqsuz zəbt kimi qiymətləndirmək və avtomatik olaraq tikilinin sökülməsi nəticəsinə gəlmək əsaslı sayıla bilməz. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyimizdə bu halı düzünə tənzimləyən maddi hüquq normaları aşkar edilmir. Yalnız Mülki Məcəllənin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, “Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”” Məhkəmə tərkibi qeyd edir ki, tərəflərin öz aralarında bu məzmunda razılığa gəlmələri mümkündür. Belə ki, torpağın mülkiyyətçisi söküntü tələb etmədən məhrum qaldığı torpağa görə ona fərdi yaşayış evinin sahibi tərəfindən əvəz ödənilməsinə razılaşa və qarşılığında həmin sahəyə dair sonuncuya servitut verə bilər. Belə, razılaşma olmadıqda torpağın mülkiyyətçisi iddia qaldırmaqla həmin təminatları məhkəmə yolu ilə əldə etmək hüququna malikdir. Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Normanın mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərkibi qeyd edir ki, özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM, m. 560.1-560.2, 560.3.4), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində tikinti aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır. Bununla yanaşı, əksinə bir vəziyyətin meydana çıxması da istisna edilmir. Yəni, göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür. Baxılan işdə mübahisəli hüquq münasibəti məhz bu xarakterli iddia ilə bağlıdır. Belə ki, cavabdeh özünə məxsus material ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində tikinti aparmış və fərdi yaşayış evinin tikintisi başa çatdırılmış və artıq yaşayış məqsədilə istifadə edilir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh tərəfindən torpaq sahəsində inşaata başlanıldığı vaxtda iddiaçı tərəfdən dərhal, vaxtında və konkret etiraz edilməmişdir. Tikinti tamamlanmış, və uzun müddət-2018-ci ildən cavabdeh həmin evdə yaşayış məqsədilə məskunlaşmışdır. Halhazırda orada cavabdehin normal və davamlı yaşayışı mövcuddur. İddiaçılar sonradan narazılıq irəli sürmüş, lakin torpaq sahibinin uzun müddət ərzində tikintiyə dözməsi (tolerasiyası) cavabdehin etibarlı gözləntisini (legitimate expectation) formalaşdırmışdır. Mülki qanunvericilik və prinsiplərindən-xüsusilə hüquqdan sui-istifadənin qadağanı, ədalətli məhkəmə müdafiəsi və tərəflərin davranışına əsaslanan hüquqi nəticələr nəzərə alınmalıdır. Bir şəxsin uzun müddət etinasız qalması sonra xüsusi mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin çıxarılmasını və inşa edilmiş yaşayış evinin sökülməsini tələb etməsi ədalət prinsiplərinə zidd ola bilər. Ona görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən hüquqi normaları və faktiki halları nəzərə almadan, eləcə də cavabdehin uzun müddət faktiki sahibliyi altında olmuş və yaşayış məqsədilə istifadə etdiyi evdən çıxarılmasının hüquqdan sui-istifadə halları doğurub-doğurmadığı məsələsinin araşdırmadan təmin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələb rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçı iddiaçı5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu- 3, SAP (XİİS), X15, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun iddiaçı iddiaçı5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu- 3, SAP (XİİS), X15, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar