Məhkəmə qərarları › İş №2(106)-1329/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1329/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1329/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə2 Abi oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi üzrə banka 4.126,38 manat əsas borcun, 86.43 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cəmi 4.212,81 manat məbləğində borcun və iş üzrə ödənilmiş 62.13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 06 avqust 2019-cu il tarixli, MBNP ***- *******FİMSA060819-01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 10- 0771/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 06 avqust 2019-cu il tarixli, ***-*******FİMSA060819-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 06 avqust 2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi üzrə 15 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 4.212,81 manat məbləğində borcu vardır. Bundan 4.126,38 manat əsas borc və 86,43 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 01 mart 2024-cü il tarixli, **********811 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsi ilə (hakim E.Abbasova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu olmaqla, ümumilikdə 4212,81 (dörd min iki yüz on iki manat, 81 qəpik) manat borcun və 62.13 (altmış iki manat, 13 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq, LPO İddiaçı ASC-nin hesabına ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; LPO İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 10-0771/15 nömrəli kredit müqaviləsinə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Həmçinin Cavabdeh2 ilə bank arasında 06 avqust 2019-cu il tarixli ***- *******FİMSA060819-01/ZM/1nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kimi banka 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4212,81 manat borcu yaranmışdır. Bildirişin surətindən görünür ki, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10196 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 06 avqust 2019cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2024-cü il tarixə 4128,42 manat əsas borc, 87,34 manat faiz borcu. O cümlədən, sualda soruşulanlar üzrə qeyd edilir ki, hazırkı tədqiqatla tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunun iddia tələbində göstərilmiş məbləğlə eynilik təşkil etmədiyi müəyyən edildi. Ekspertiza xərci 145 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, LPO İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 62,13 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və onun icrasının təmini üçün zaminlik bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan əlavə məhkəmə cavabdehin 06 avqust 2019-cu il tarixli MBNP 010- 7171844FİMSA060819-01 nömrəli müqavilənin etibarlılığına şübhə edilməsi ilə bağlı izahatına münasibətdə qeyd etmişdir ki, müqavilədəki imzaların həqiqiliyinin yoxlanılması məqsədilə cavabdehin nümayəndəsinə məhkəmə iclasının məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi, cavabdehin məhkəmə iclasında iştirak edərək, imza və yazı nümünələrinin götürülməsi üçün təxirə salınması təklif edilmiş, lakin cavabdehin nümayəndəsi buna etiraz etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4126,38 manat əsas borc, 86,43 manat faiz borcu olmaqla, ümumilikdə 4212,81 (dörd min iki yüz on iki manat, 81 qəpik) manat borc tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 739.3, 740.1, 740.2, 740.3, 740.4, 740.5, 740.6, 740.8, 742.1, 742.5, 742.5.2, 743.1, 743.2, 744.1, 745.5, 746.1, 746.3, 746-5.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0, 115.0.1, 220.4, 217.4, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi rəsmi sənədlərə faktlara mövqeyini bildirməmişdir. Heç bir hüquqi qiymət verməmiş, hətta verilən vəsatətlarə də fikr bildirməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki ki, ekpertiza rəyi alınmışdır. Lakin o, xx.xx.2019cu il tarixli, MBNP***-*******FİMSA060819-01 saylı müqaviləni qəbul etmir. Ekpertiziyaya göndərmək üçün bu müqavilə əsas götürülə bilməz. Çünki ləğvedicinin müqavilə bağlamaq hüququ yoxdur. Ləğvedicilər müqaviləni dəyişmək hüququna malki deyil. Əsas müqavilə xx.xx.2015-ci il tarixli 10-0771/15 saylı müqavilədir. Bu müqavilə ekpertizaya göndərilməlidir. xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 saylı müqavilə qanunsuz sayılmalı və ləğv edilməlidir. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur; 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi üzrə banka 4.126,38 manat əsas borcun, 86.43 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cəmi 4.212,81 manat məbləğində borcun və iş üzrə ödənilmiş 62.13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və onun icrasının təmini üçün zaminlik bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4126,38 manat əsas borc, 86,43 manat faiz borcu olmaqla, ümumilikdə 4212,81 (dörd min iki yüz on iki manat, 81 qəpik) manat borc tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, LPO İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 10-0771/15 nömrəli kredit müqaviləsinə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Həmçinin Cavabdeh2 ilə bank arasında 06 avqust 2019-cu il tarixli ***-*******FİMSA060819-01/ZM/1nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kimi banka 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4212,81 manat borcu yaranmışdır. Bildirişin surətindən görünür ki, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Apellyasiya şikayətinin ilkin və əsas dəlili ondan ibarətdir ki, ləğvedicinin müqavilə bağlamaq hüququ yoxdur və ləğvedicilər müqaviləni dəyişmək hüququna malik deyil. Əsas müqavilə xx.xx.2015-ci il tarixli, 10-0771/15 saylı müqavilədir. Bu müqavilə ekpertizaya göndərilməlidir. xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 saylı müqavilə qanunsuz sayılmalı və ləğv edilməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində ləğvedicinin müqavilə bağlamaq səlahiyyətinin olmamasına istinad edilsə də, iş materiallarından görünür ki, 06 avqust 2019-cu il tarixli, MBNP ***- *******FİMSA060819-01 nömrəli kredit müqaviləsi ləğvedici ilə deyil, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Masallı filialı) ilə cavabdeh arasında bağlanmışdır. Həmçinin apellyator əsas müqavilənin xx.xx.2015-ci il tarixli, 10-0771/15 nömrəli kredit müqaviləsi olduğunu, həmin müqavilənin ekspertizaya göndərilməli olduğunu, xx.xx.2019cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsinin isə qanunsuz sayılaraq ləğv edilməli olduğunu bildirsə də, bu dəlil işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 10-0771/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas borc öhdəliyinin icrası məqsədilə həmin borcun restrukturizasiyası aparılmış, nəticədə xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Beləliklə, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi müstəqil yeni hüquqi münasibət olmamaqla əvvəlki kredit öhdəliyinin restrukturizasiyası nəticəsində formalaşmışdır və borcun qaytarılma şərtlərini tənzimləyən hüquqi sənəd hesab olunmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə mübahisənin predmeti xx.xx.2015-ci il tarixli kredit müqaviləsi deyil, məhz restrukturizasiya nəticəsində bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsidir. Həmin müqavilənin etibarlılığı mübahisələndirildiyindən apellyasiya mərhələsində məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “iş materiallarında olan xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMSA060819-01 nömrəli kredit müqaviləsində “borc alan” hissəsindəki “imza” qrafasının qarşısında atılan imza həqiqətən Cavabdeh1 tərəfindən yoxsa başqa şəxs tərəfindən icra edilmişdir” sualı qoyulmuşdur. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı keçirilmiş xəttşünaslıq ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2025-ci il tarixli, 4/1621 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 adlarından olan xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMSA060819-01 nömrəli kredit müqaviləsinin (güzəştli kreditin verilməsinə dair) 1-4cü vərəqlərinin aşağı sağ hissəsində “Borc alan” qrafalarındakı imzalar və 5-ci vərəqində “kredit alan” qrafasındakı imza və “Cavabdeh1 06.08.019” rəqəmli yazı və həmçinin rəqəmlərin alt hissəsindəki imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Vurğulanmalıdır ki, qeyd olunan ekspertiza məhz mübahisə predmeti olan xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə imzaların Cavabdeh1 məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə, məhkəmənin qərardadı əsasında və prosessual qaydalara riayət olunmaqla aparılmışdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi həmin müqavilənin etibarsızlığına dair qeyd edilmiş dəlillər əsassız olmaqla birinci instaniya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas deyil. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Buna görə də, məhkəmə tərkibi apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosesssual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ekspertiza xərcini təşkil edən 126 manat Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-107/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 126 manat Cavabdeh1 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar