Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-133/2023 27.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və üçünçü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “doldurulmuş su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə ilkin və qarşılıqlı iddiaçılar - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və maraqlı tərəf Astara rayon Siyaku Bələdiyyəsinə qarşı «suyun təbii axını dəyişdirməklə yararsız vəziyyətə salınmış yolun düzəlməklə əvvəlki vəziyyətə gətirilməsi» barədə qarşılıqlı iddiası üzrə Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “doldurulmuş su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia qaldıraraq, ona məxsus Astara rayonu Miki kəndində olan fərdi yaşayış evinə gedən yolun kənarında olan su kanalını qanunsuz olaraq dolduraraq suyun təbii axarını dəyişdirdiklərinə görə cavabdehlərin qanunsuz olaraq doldurduqları su kanalının açılması və cavabdehlərin qanunsuz hərkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqılı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və maraqlı tərəf Astara rayon Siyaku Bələdiyyəsinə qarşı «suyun təbii axını dəyişdirməklə yararsız vəziyyət salınmış yolun düzəltməklə əvvəlki vəziyyətə gətirilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi (hakim Z.İbrahimov) ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “doldurulmuş su kanalının açılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə ilkin iddiasının təmin olunması, İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolda mövcud olmuş su kanalının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən açılması, həmin yolun əvvəlki vəziyyətə gətirilərək su kanalının bərpa edilməsi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 suyun təbii axımını dəyişdirmələri kimi qanunsuz hərəkətlərinə son qoyulması, qarşılıqlı idddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və maraqlı tərəf Astara rayon Siyaku Bələdiyyəsinə qarşı «suyun təbii axını dəyişdirməklə yararsız vəziyyətə salınmış yolun düzəlməklə əvvəlki vəziyyətə gətirilməsi» barədə qarşılıqlı iddiasının əsassız olduğu üçün rədd olunması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-i Cəlilabad Layihə- Tədqiqat idarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə əlaqədar ümumulikdə 712,66 manat (yeddi yüz on iki manat, altmış altı qəpik) manat məbləğində xərc (pul) da cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə - Kod 200071 VÖEN ********** Müxbir hesab Az37 NABZ 13501**********1944 SFİFT AİİBAZ2X nömrəli hesaba, bundan əlavə 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq «X4” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti sahil Filalı - Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ 013501**********1944, VÖEN **********, Hesab AZ64AİİB 400900C **********208 nömrəli hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsini iddia tələbinin qismən əsaslı olması və sübut olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətində Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsinin ilkin iddia üzrə rədd edilməsini, qarşılıqlı iddia üzrə təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)2257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə, apellyasiya şikayəti mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinə əsasən apellyasiya icraatına qəbul edilmiş və məhkəmə baxışı iclasına təyin edilmişdir. Apellyasiya icraatı zamanı 27 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtina barədə məhkəmə kollegiyası ərizə təqdim edərək, Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh2 Astara Rayon Məhkəməsinin 2(018)08/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-133/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-133/2023
27.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver