Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1331/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X4, X6, X3 və X7 (Cavabdeh hüquqi varisləri) qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış gəlirin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-62/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əldən çıxmış 30000 manat xalis gəlir və 150 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-62/2024 saylı (hakim Rəşad Nuriyev) qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “AZE Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan 321 saylı telefonoqramdan görünür ki, İddiaçı istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmaqla məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilən zaman iddiaçı Cavabdeh vəfat etdiyinə və onun hüquqi varisləri ilə qonşu olduğuna görə iddiadan imtina etdiyini bildirmişdir. Ona iddiadan imtinanın yaratdığı hüquqi nəticələr izah edilmiş, o da həmin halların ona aydın olduğunu bildirmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İddiadan imtinasının qəbul edilməsini xahiş etmişdir. Sıradan çıxmış cavabdehin hüquqi varisləri X4, X6, X3 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi iddiaçının iradə ifadəsi olmaqla, özü tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-62/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddiadan imtinası təsdiq edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-62/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1331/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1331/2024
10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver