Məhkəmə qərarları › İş №2(106)-134/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-134/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-134/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 586/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə icraat qaydasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində yaranmış 1148 manat 28 qəpik, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “X6” ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında fiziki şəxslərə kredit kartının verilməsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və onun şərtlərinə əsasən bank ödəniş kartlarının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsinə olmuşdur. xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bu səbəbdən də, banka 1148 manat 28 qəpik manat həcmində ziyan dəymişdir. Şirvan Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-586/2024 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı əsassız varlanma nəticəsində yaranmış borc məbləği tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə, məhkəmə cavabdeh tərəfindən çıxış edərək məhkəməyə təqdim olunmuş sənədləri nəzərə almayaraq bankın tələbini təmin etməmişdir. Cavabdeh izahatında özü etiraf etmişdir ki, həmin karta 1200 manat pul vəsaiti daxil olmuşdur ki, həmin vəsaiti "xxxx" ASC-nin hesabından və digər ödənişlər vasitəsiilə qeyd olunan karta özü tərəfindən köçürülmüşdür. Bununla bağlı, cavabdeh məhkəməyə "xxxx" ASC-nin hesabından çıxarışı da təqdim etmişdir. Lakin həmin hesabdan çıxarışın özündə də kartın balansının -1148.28 manat olması əks olunsa da, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 586/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: İşdə olan: xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmiş, Banka 1158.28 manat həcmində ziyan dəymişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində aparılmış RRN**********15 nömrəli əməliyyat qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti stifadə etmişdir. Bununla əlaqədar olaraq, Banka 1158.28 manat həcmində ziyan dəymiş və cavabdeh məbləğdə əsasız olaraq varlanmışdır. 1148.28 manat 5 iş günü ərzində bütövlükdə geri ödənilməsi təklif etmiş, əks təqdirdə, həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh “MC World ATB X7 Pass” 3 il müddətinə **********0268678008 hesab nömrəli kart verilməsinə dair müqavilə bağlanılmış, sənəd xx.xx.2022-cil il tarixdə saat 16:50 müştəri Cavabdeh tərəfindən şəxsi imzanın analoqu ilə imzalanmışdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, tərkib mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün mötəbər sübutları hərtərəfli şəkildə araşdırmayaraq iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və ekspertiza rəyi alınanadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9873/2024 saylı rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Rəyə əsasən iş materiallarında olan arayış malumatlarından göründüyü kimi, "xxxx" ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2023-cü il tarixdə aparılmış RRN **********15 nömrəli əməliyyatı qarşı bank tərəfindən revers (geri çəkilmə) edilsə də, texniki xəta səbəbindən balans azalmamış va müştəri vəsaiti istifada etmişdir. Bununla əlaqədar, Banka 1148,28 manat həcminda borcu yaranmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə məhkəmə tərkibi qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməli, Cavabdeh əsassız varlanma üzrə 1148 (min yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, məhkəmə xərcləri ilə əlaqədar məsələlər qanunda nəzərdə tutulmuş hal olduğu üçün ona ayrıca qiymətin verilməsi iddia tələbindən kənara çıxma sayıla bilməz. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,81 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,41 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9873 saylı ekspert rəyinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(032)-586/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh əsassız varlanma üzrə 1148 (min yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat 81 (səksən bir) qəpik və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 (on yeddi) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9873 saylı ekspert rəyinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar