Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1342/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərin əvəzində 1629,60 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri əsasında ona verilmiş 3 ha pay torpağı üzərində sərəncamlıq hüquq vardır. Həmin 3 ha torpaq sahəsinə pambıq əkmişdir. Lakin qonşusu Qarağac kəndində yaşayan Cavabdeh özünə məxsus çox saylı iri və xırda buynuzlu malqarasını pambıq sahəsinə salaraq sahəni məhv etmiş və ona xeyli məbləğdə ziyan vurmuşdur. O, cavabdehdən qeyd olunan hərəkətlərə son qoyulmasını xahiş etsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. O, qərəzli münasibətin qarşılığında məcbur qalaraq Sabirabad rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ərizə ilə müraciət etməli olmuşdur. Müraciəti nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə sahəyə baxış keçirilərək, həmin tarixli akt və rəy tərtib edilmişdir. Rəyə əsasən ona dəymiş ziyanın 1629,60 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Cavabdeh özünə məxsus xırda və iribuynuzlu mal-qarasının İddiaçı pambıq sahəsinə buraxaraq onun məhsulunun məhv edilməsinin şahidi olmuşdur. Bununla bağlı o, Cavabdeh iradını bildirərək, mal-qaranın torpaq sahəsindən çıxarılmasını tələb etsə də, o, buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Cavabdeh şəxsən İddiaçı pambıq sahəsində görməsə də, lakin pambıq sahəsində otarılan xırda və iribuynuzlu malqaranın Gülağaya məxsus olmasını bilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: N.Bağırov), iddia tələbinin təmin edilməsi, İddiaçı istifadəsində olan pambıq əkin sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 1629,60 (bir min altı yüz iyirmi doqquz manat altmış qəpik) AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) AZN, ümumilikdə 1679,60 (bir min altı yüz yetmiş doqquz manat altmış qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097,1110 və 1115-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 apellyasiya icraatı zamanı ifadəsində, Cavabdeh tanıdığını, onun (Cavabdeh) heyvanlarını otardığını, heyvanları Cavabdeh məxsus sahədə otardığını bildirmişdir. Həmçinin İddiaçı torpaq sahəsinin cavabdehin torpaq sahəsindən xeyli təxmini 2-3 km məsafədə aralı olmasını bildirmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apelyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi). Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. nəticədə iddia tələbinin qismən təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apelyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının aşağıdakı gəldiyi hüquqi nəticələrərə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin aydın başa düşülməsi üçün məhkəmə kollegiyası hüquqi nəticələrin aşağıdakı katiqoriyalar üzrə araşdırılmasını məqsədəmüvafiq hesab edir: İ İddiaçın tələblərinin əsası kimi göstərdiyi hallar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: İddiaçının iddiasının məzmunundan göründüyü kimi, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri əsasında ona verilmiş 3 ha pay torpağı üzərində sərəncam vermək hüququ vardır. Həmin 3 ha torpaq sahəsinə pambıq əkmişdir. Lakin qonşusu Qarağac kəndində yaşayan Cavabdeh özünə məxsus çox saylı iri və xırda buynuzlu malqarasını pambıq sahəsinə salaraq sahəni məhv etmiş və ona xeyli məbləğdə ziyan vurmuşdur. O, cavabdehdən qeyd olunan hərəkətlərə son qoyulmasını xahiş etsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. O, qərəzli münasibətin qarşılığında məcbur qalaraq Sabirabad rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ərizə ilə müraciət etməli olmuşdur. Müraciəti nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə sahəyə baxış keçirilərək, həmin tarixli akt və rəy tərtib edilmişdir. Rəyə əsasən ona dəymiş ziyanın 1629,60 manat olması müəyyən edilmişdir. İddia tələblərinin əsaslarından müəyyən edilir ki, iddiaçı aşağıdakı hallara görə cavabdeh tərəfindən ona ziyan vurulmasını qeyd edir, vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini arzu edir və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrini göstərir. Tələbinin əsası kimi aşağıda qeyd olunan iki əsası sübut kimi təqdim edir. 1-ci əsas Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədovun, Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin baş mühasibi Qurbaqulu Hacıyevin, "xxxx" MMC-nin ərazi nümayəndəsi Vidadi Orucovun və İddiaçı birgə iştirakları ilə Sabirabad rayonu, Minabşı kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT-dır həmin aktda Sabirabad RPŞ-nin Qaragüney PB-dən daxil olmuş məktub əsasında qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı İddiaçı məxsus 2,70 ha torpaq sahəsinin 1,40 ha hissəsində əkilmiş pambıq sahəsində heyvanlar tərəfindən ziyan vurulması müəyyən edilmişdir. Pambıq sahəsində məhsuldarlı 10-12 sentner aşağı düşmüşdür. Bar orqanların (qozaları) yeyilməsi və pambıqların yerə tökülərək yararsız hala salınması aydın şəkildə görülmüşdür. Sabirabad DAİM-nin aqonom mütəxəssisi X7 xx.xx.2022-ci il tarixli rəyi həmin rəydə İddiaçı pambıq əkini sahəsinə ümumilikdə 1629,6 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. 2-ci əsas İddiaçının pambıq sahəsinə cavabdehə məxsus heyvanların ziyan vurmasını həmin heyvanların otarılmasını X6 və X3 təsdiq etməsidir. İİ Cavabdehin iddiaya qarşı etirazlarının dəlilləri, sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etməmiş, iddiaçının daşınmaz əmlakın Dövlət reyestri əsasında ona verilmiş 3 ha pay torpaq sahəsinə onun tərəfindən hər hansı hüquqa zidd hərəkət etmədiyi, ona məxsus heyvanların otarıldığı yer ilə iddiaçıya məxsus torpaq sahəsi arasında ara məsafəsi 2-3 km kimi dəyişdiyini, onlara məxsus iribuynuzlu heyvanların həmişə nəzarət altında olduğunu, iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianın qərəzli olduğunu göstərir. Həmçinin bildirir ki, o Sabirabad şəhərində qeydiyyatda olsa da faktiki olaraq Şirvan şəhərində yaşayır. Onun heyvanlarını X4 otarır. Bunun müqabilibdə o Ş.Babayevə aylıq 300 manat məbləğində haqq verir. O, birinci instansiya məhkəməsində onun heyvanlara baxan çobanın Şahbaba Babayevin şahid qismində dindirilməsi barədə vəsatət versə də məhkəmə əsassız olaraq vəsatəti rədd edərək təmin etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsində MM-nin 21, 1096,1097,1110 və 1115-ci maddələrinə istinad edilməsinə baxmayaraq, onun hərəkətlərində göstərilən maddələr üzrə mülki məsuliyyətin yaranması üçün təqsirli hüquqa zidd hərəkətin olmaması, iddiaçıya məxsus pambıq sahəsinə ziyan vurmamasını əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə iş materiallarını araşdıraraq aşağıdakıları sübutları müəyyən etmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN:421 seriyalı 90916018 kod nömrəli və JN:422 seriyalı 90916018 kod nömrəli Şəhadatənamələrin surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 iyul 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ümumilikdə 5 ha. çox torpaq sahəsi İddiaçı və beş nəfər ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı sahəsində tərəflərin öhdəliklərinə dair hüquq və vəzifələrini tənzimləyən Taşobası MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 226 saylı «Xam-pambığın alqısatqısına dair» Müqavilənin surətindən görünür ki, həmin Müqaviləyə əsasən İddiaçı 2.70 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayaraq məhsul əldə etməklə xampambıq məhsulu istehsal edib və satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədovun, Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin baş mühasibi Qurbaqulu Hacıyevin, "xxxx" MMC-nin ərazi nümayəndəsi Vidadi Orucovun və İddiaçı birgə iştirakları ilə Sabirabad rayonu, Minabşı kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKTdan görünür ki, Sabirabad RPŞ-nin Qaragüney PB-dən daxil olmuş məktub əsasında qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı İddiaçı məxsus 2,70 ha torpaq sahəsinin 1,40 ha hissəsində əkilmiş pambıq sahəsində heyvanlar tərəfindən ziyan vurulması müəyyən edilmişdir. Pambıq sahəsində məhsuldarlı 10-12 sentner aşağı düşmüşdür. Bar orqanların (qozaları) yeyilməsi və pambıqların yerə tökülərək yararsız hala salınması aydın şəkildə görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Cavabdeh özünə məxsus xırda və iribuynuzlu mal-qarasının İddiaçı pambıq sahəsinə buraxaraq onun məhsulunun məhv edilməsinin şahidi olmuşdur. Bununla bağlı o, Cavabdeh iradını bildirərək, mal-qaranın torpaq sahəsindən çıxarılmasını tələb etsə də, o, buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Cavabdeh şəxsən İddiaçı pambıq sahəsində görməsə də, lakin pambıq sahəsində otarılan xırda və iribuynuzlu malqaranın Gülağaya məxsus olmasını bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının vurmuş olduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, hər bir şəxs hüquqlarının, qanunla qorunan maraqlarının müdafiəsini istənilən şəxslərdən tələb etmək, əgər həmin hüquq və qanunla qorunan maraqların müdaxiləsinin aradan qaldırılması mümkün olmazsa, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasının və buna görə zərərin ödənilməsinin məhkəmə qaydasında müəyyən edilməsinin yolverilən hesab edilməsi üçün ilk növbədə o, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində subyektiv hüququnun pozulmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları və tərəflərin vermiş olduğu izahatlar üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddiaçının daşınmaz əmlakın Dövlət reyestri əsasında ona verilmiş 3 ha pay torpağı sahəsinə pambıq əkməsi işin mübahisəsiz halı kimi, həm iddiaçı həm də cavabdeh tərəfindən qəbul edilir. İşin mübahisələndirilən halı isə cavabdehin heyvanlarının iddiaçıya məxsus pambıq sahəsinin otarılması və bunun nəticəsində iddiaçıya ziyan dəyməsidir. Bu halın təsdiqi kimi iddiaçı tələbinin əsası kimi yuxarıda qeyd olunduğu kimi məhkəməyə iki sübut təqdim edir. Birincisi sübut Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədovun, Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin baş mühasibi Qurbaqulu Hacıyevin, "xxxx" MMC-nin ərazi nümayəndəsi Vidadi Orucovun və İddiaçı birgə iştirakları ilə Sabirabad rayonu, Minabşı kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT-dır həmin aktda Sabirabad RPŞ-nin Qaragüney PB-dən daxil olmuş məktub əsasında qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı İddiaçı məxsus 2,70 ha torpaq sahəsinin 1,40 ha hissəsində əkilmiş pambıq sahəsində heyvanlar tərəfindən ziyan vurulması müəyyən edilmişdir. Pambıq sahəsində məhsuldarlı 10-12 sentner aşağı düşmüşdür. Bar orqanların (qozaları) yeyilməsi və pambıqların yerə tökülərək yararsız hala salınması aydın şəkildə görülmüşdür. Sabirabad DAİM-nin aqonom mütəxəssisi X7 xx.xx.2022-ci il tarixli rəyi həmin rəydə İddiaçı pambıq əkini sahəsinə ümumilikdə 1629,6 manat məbləğində ziyan dəyməsi, ikinci sübut isə iddiaçının pambıq sahəsinə cavabdehə məxsus heyvanların ziyan vurmasını, həmin heyvanların otarılmasını X6 və X3 təsdiq etməsidir. Məhkəmə kollegiyası iddiaçının iddiasının birinci sübutu ilə əlaqədar qeyd edir ki, əvvəla Sabirabad DAİM-nin aqronom mütəxəssisi X7 xx.xx.2022-ci il tarixli rəyində İddiaçı pambıq əkini sahəsinə ümumilikdə 1629,6 manat məbləğində ziyan dəyməsi müəyyən edilməsini qeyd etsə də, əraziyə baxış keçirilməsi, həmçinin aktda qeyd olunan halların foto və ya video çəkilişlərlə öz təsdiqini tapması müəyyən edilməmişdir. İkincisi tərtib olunmuş rəydə qeyd olunanların iddia tələbinə cavab verməli olan Cavabdeh aidiyyətinin nədən ibarət olması göstərilməmiş, hətta birinci instansiya məhkəməsi də bununla bağlı hərtərəfli araşdırma aparmamışdır. İddiaçının iddiasının ikinci sübutu iddiaçının tələbinin əsası kimi istinad etdiyi cavabdehə məxsus heyvanların onun pambıq sahəsinə vurulan ziyanın X6 və X3 da təsdiq etməsidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 izahatında göstərmişdir ki, Cavabdeh özünə məxsus xırda və iribuynuzlu mal-qarasının İddiaçı pambıq sahəsinə buraxaraq onun məhsulunun məhv edilməsinin şahidi olmuşdur. Bununla bağlı o, Cavabdeh iradını bildirərək, mal-qaranın torpaq sahəsindən çıxarılmasını tələb etsə də, o, buna əhəmiyyət verməmişdir. Digər şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Cavabdeh şəxsən İddiaçı pambıq sahəsində görməsə də, lakin pambıq sahəsində otarılan xırda və iribuynuzlu malqaranın Gülağaya məxsus olmasını bilmişdir. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadələrinin səhv təfsir edərək iddia tələbinin təmininə yönələn hərəkət kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Belə ki, Xeyrəddin Fərəcovun ifadəsində Cavabdeh iddiaçıya məxsus pambıq sahəsində gördüyünü bildirsə də, apellyasiya icraatı zamanı X1nun verdiyi ifadədədən görünür ki, o cavabdehə məxsus heyvanları otarır və bunun müqabilində hər ay 300 manat pul alır. Göründüyü kimi cavabdehə məxsus heyvanlar cavabdeh tərəfindən deyil məhz Şahbaba Babayev tərəfindən otarılır. X11 Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində görməsi doğru deyil və bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və qeyd olunan şahid ifadəsi yanlış olaraq iddia tələbinin təmininə yönələn sübut kimi qiymətləndirilmişdir. Digər şahid X6 izahatında cavabdehi mübahisəli pambıq sahəsində görmədiyini lakin pambıq sahəsində otarılan xırda və iribuynuzlu malqaranın Gülağaya məxsus olmasını bilmişdir. Qeyd olunan iddia tələbinin təmininə yönəlmiş hal kimi hesab edilə bilməz. Belə ki, İsgəndər Qocayev izahatı ilə heyvanların cavabdehə məxsus olması faktı müəyyən edilə bilməz. Qeyd olunan şahid ifadələri birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamış və MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirməmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddiaçıya cavabdehlərin ziyan vurması ilə bağlı iddia tələbini qismən təmin edərkən ziyanla bağlı hissəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən maddi hüquq norması kimi, MM-nin 21,1096,1097,1110-cu maddələrinə istinad etsədə həmin maddələrin dizpozisiyasının cavabdehlərə aidiyyəti müəyyən edilməmiş, maddi hüquq normalarını səhv tətbiq və təvsir etməklə qanunsuz və əsasız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ilk öncə zərərin onu vuran şəxsə aid olmasını sübut etməlidir. Yalnız bu halda zərəri vuran şəxsin hüquqa zidd hərəkət nəticəsində mülki hüquq məsuliyyəti yarana bilər. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əməl etmədən, iddiaçı tərəfindən Sabirabad DAİM-nin aqronom mütəxəssisi Elçin Əhmədovun, Sabirabad rayon Minbaşı kənd İƏD-si üzrə nümayəndəliyinin baş mühasibi Qurbaqulu Hacıyevin, "xxxx" MMCnin ərazi nümayəndəsi Vidadi Orucovun və İddiaçı birgə iştirakları ilə Sabirabad rayonu, Minabşı kəndində tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT-dır həmin aktda Sabirabad RPŞ-nin Qaragüney PB-dən daxil olmuş məktub əsasında qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı İddiaçı məxsus 2,70 ha torpaq sahəsinin 1,40 ha hissəsində əkilmiş pambıq sahəsində heyvanlar tərəfindən ziyan vurulması müəyyən edilmişdir. Pambıq sahəsində məhsuldarlı 10-12 sentner aşağı düşmüşdür. Bar orqanların (qozaları) yeyilməsi və pambıqların yerə tökülərək yararsız hala salınması aydın şəkildə görülmüşdür. Sabirabad DAİM-nin aqonom mütəxəssisi X7 xx.xx.2022-ci il tarixli rəyi həmin rəydə İddiaçı pambıq əkini sahəsinə ümumilikdə 1629,6 manat məbləğində ziyan dəyməsi müəyyən edilməsi rəyi və şahid qismində ifadə verən X6 və X3 ifadəsini əsas götürərək iddia tələbini təmin etmişdir. Halbuki, həmin rəydə Cavabdeh tərəfindən ziyanın vurulması qeyd olunmamış, həmçinin şahidlərin cavabdehə məxsus heyvanların iddiaçıya məxsus pambıq sahəsində otlamasını bilavasitə görməmiş və təsdiq edilməmişdir. İddiaçı isə həmin ziyanın cavabdeh tərəfindən vurulduğunu göstərsə də, həmin ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən əsaslı dəlillərini və mötəbər sübutlarını nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərdən dəymiş zərərə görə pul tələbi, dəymiş zərərə görə cavabdehin təqsirli olması, dəymiş zərər ilə cavabdehin əməli arasında səbəbli əlaqənin olması və onun buna görə məsuliyyət daşıması müəyyən edilmədiyindən, təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1342/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1342/2023
11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver