Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1360/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Yardımlı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 04 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə ələ keçirilmiş 5000 manat pulun və 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Qarabağ müharibəsi veteranıdır və 2-ci qrup əllildir. O, Cavabdeh 2010-cu ildən hərbi qulluqçu kimi tanıyır. Ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenttliyinin təkrar müayinəsindən keçmək istəyib. Tofiq ona demişdir ki, “Təkrar müayinədən adi qaydada keçə bilməyəcək, onun tanışı var, istəsə müayinədən keçmək üçün köməklik edə bilər, ancaq 5000-manat pul lazımdır.” O, Tofiqə inanmış və 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Tofiqin yaşadığı binanın qarşısında ona 5000 manat məbləğində pul vermişdir. Sonra Tofiqin ***-***- **-** nömrəli mobil telefonuna dəfələrlə zəng vurub pulunu qaytarmasını xahiş və tələb etsə də, Tofiq hər dəfə müxtəlif bəhanələr gətirməklə onun pulunu qaytarmaqdan yayılmışdır. Tofiqin hər dəfə müxtəlif bəhanələr gətirməklə ondan yayındığına və onu telefon zənglərinə cavab vermədiyinə görə, barəsində tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılmış, Cavabdeh izahatı alınarkən o borcunu etiraf etmiş və qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən, 2500 manat tutulması hissəsində təmin edilməsi, iddia tələbinin qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, o, iddiaçının əlində hər hansı bir sübut olmadığı halda ondan 5000 manat pulu aldığını etiraf etmiş və sonradan həmin pulun yarısını 2500 manat pulu iddiaçıya qaytarmışdır, hazırda iddiaçıya 2500 manat borcu qalmışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı hazırda cinayət nəticəsində ona vurulmuş ziyanı cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən ona vurulan ziyanı tələb etməkdə haqlıdır. Sumqayıt Şəhər Polis İdarəsinin materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh polis idarəsinə dəvət olunaraq izahatı alınmış və o, İddiaçı 2 dərəcə əlil kimi təkrar müayinədən keçirmək üçün 5000 (beş min) manat pul aldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının izahatına, Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsində iddiaçıdan 5000 manat pul alması barədə faktı etiraf etməsinə əsaslanmış və iddianı təmin etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıdan 5000 manat aldığını təkzib etməmiş, həmin puldan 2500 manatı qaytardığını bildirmişdir. Lakin 2500 manatın qaytarılması barədə cavabdeh hər-hansı sübut təqdim etməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə doğru qənaətə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(038)-169/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1360/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1360/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver