Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1367/2024 12.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, zaminlərə dair hissədə iddia tam təmin edildi. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh7 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(049)-43/2024 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2017- ci il tarixli LAN- 154664/17 nömrəli kredit müqaviləsi üzrə 09 yanvar 2023-cü il tarixə ödənilməmiş cəmi 16467.53 manat borcun-bundan 10523 manat əsaş, 5768.31 manat faiz borcunun, 5.40 manat cərimənin və 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 139.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-na ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh7 arasında xx.xx.2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh7 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 12945 manat məbləğində kredit verilmişdir. Cavabdeh7 kredit verilərkən Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 ilə bank arasında xx.xx.2017-ci il tarixli və Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxslər kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh7 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 25 yanvar 2023-cü il tarixli **********155 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh7 iddianı qismən qəbul etdiyini, zaminlərdən Cavabdeh1 zaminliyinə xitam verilməsinə baxmayaraq, onu da zaminlər sırasında göstərildiyini, borcun bir hissəsini ödəsə də, borcunun azalmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak etmədiklərindən, onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(049)-43/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh7 iddiaçı "Amrahbank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 nömrəli kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borc, 5.40 manat cərimə və 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu və 136.61 manat dövlət rüsumu - cəmi 16345.29 manat (on altı min üç yüz qırx beş) manat 29 (iyirmi doqquz) qəpiyin tutulması, iddianin tələbinin qalan və cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 dair hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin 2 manatının iddiaçıya, 98 manatı isə Cavabdeh7 aid edilməsi, "Amrahbank» Açıq Səhmdar Cəmiyyətindən 2 manat və Cavabdeh7 isə 98 manat, cəmi 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, LPO “AmrahBank" ASC-nin apellyasiya şikayətini təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(049)-43/2024 saylı qətnaməsinin qismən, cavabdehlər (zaminlər) Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilməyən hissədə ləğv edərək, iddia tələbi əsasında 12 sentyabr 2017-ci il tarixli LAN-154664/17 saylı kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borc, 5.40 manat cərimə, 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 136.61 manat dövlət rüsumu – cəmi 16345.29 manat (on altı min üç yüz qırx beş manat 29 qəpik) məbləğində borc vəsaitinin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarını diqqətlə nəzərdən keçirdikdə aydın şəkildə görmək olur ki, iddiaçı zaminlərə qarşı qanunla nəzərdə tutulmuş müddəti gözləməklə aidiyyət məhkəməyə müraciət etmişdir. Bank tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilmiş, zaminlərin müqavilə üzrə öhdəlik müddəti isə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə başa çatmış, lakin kəsici müddət ötürülməmişdir. Məhkəmə iş materiallarında olan zaminlik müqaviləsinin və maliyyə sənədlərinə ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Xatırladır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 12 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsinin müvafiq bəndinə görə bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin digər cavabdehlər barədə iddianın rədd edilməsinə dair hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, zaminlərdən Cavabdeh1 zaminliyinə xitam verilibverilməməsi məsələsi birinci instansiya məhkəməsi zamanı da araşdırılmış, bu barədə mövcud arayışının həm iddiaçı bankdan həm də Bank Republikadan sorğu edilərək tələb edilmiş, lakin sorğuya cavablarda iş materiallarında olan arayışın əslinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bildirmişdir ki, zaminlərdən Cavabdeh1 münasibətdə iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdir. Qeyd etmişdir ki, zaminlərə münasibətdə iddia müddəti ötürülməmişdir. Belə ki, zaminlik müqaviləsi xx.xx.2017-ci ildə, bir zaminə münasibətdə isə xx.xx.2017-ci ildə bağlanmışdır. Müqavilə müddəti 60 ay olmaqla müddət xx.xx.2022-ci ildə bitmişdir. Bank olaraq məhkəməyə müqavilə müddəti bitdiyi tarixdən 10 ay sonra, yəni xx.xx.2023-cü ildə müraciət etmişlər. Beləliklə də zaminlərə münasibətdə 1 və ya 2 illik iddia müddətini ötürməmişlər. Cavabdeh7 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişdir ki, zaminlərdən kredit öhdəliyi üzrə borcun tutulmasını istəmir. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- zaminlər barədə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsini xahiş etməklə, qətnamənin əsaslılığını qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə qismən yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən, isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 -ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə LAN- 154664/17 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh7 mikro kredit məqsədi ilə illik 12 % dərəcəsi ilə 60 ay müddətinə 12945 manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh7 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Hazırda qətnaməni iddiaçı tərəf mübahisələndirir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, zaminlərə qarşı kəsici müddət ötürülməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, işdə olan LAN-154664/17 nömrəli kredit müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh7 ilə iddiaçı arasında qanunvericiliyin tələblərinə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh7 mikro kredit məqsədi ilə illik 12 % dərəcəsi ilə 60 ay müddətinə 12945 manat məbləğində kredit vermişdir. Cavabdeh7 kredit verilərkən Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 ilə bank arasında xx.xx.2017-ci il tarixli və Cavabdeh2 ilə bank arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Göründüyü kimi Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2017-ci ildə bağlanılsa da digər zaminlərlə bağlanmış zaminlik müqaviləsi xx.xx.2017-ci ildə bağlanmışdır. İşdən də aydın olduğu kimi bəhsi keçən kredit müqaviləsinin müddəti 60 ay olmaqla müddəti xx.xx.2022-ci ildə bitmişdir. İddiaçı müqavilə müddəti bitdiyi tarixdən 10 ay sonra, yəni xx.xx.2023-cü ildə hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda zaminlərə münasibətdə qanunvericiliklə 1 və ya 2 illik iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarını diqqətlə nəzərdən keçirdikdə aydın şəkildə görmək olur ki, iddiaçı zaminlərə qarşı qanunla nəzərdə tutulmuş müddəti gözləməklə aidiyyət məhkəməyə müraciət etmişdir. Bank tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilmiş, zaminlərin müqavilə üzrə öhdəlik müddəti isə xx.xx.2022 və uyğun olaraq xx.xx.2022-ci il tarixlərdə başa çatmış, lakin qanunvericiliklə tənzimlənən kəsici müddət ötürülməmişdir. Kollegiya Cavabdeh1 münasibətdə qeyd edir ki, ona münasibətdə zaminliyə tərəflərin qarşılıqlı razılığına əsasən aralarında bağlanan LAN-154664/17 saylı zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixində artıq xitam verilmişdir. Buna görə də iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən də, iddiaçının apellyasiya şikayəti təmin edilməli. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(049)-43/2024 saylı qətnaməsi- cavabdehlər (zaminlər) Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 12 sentyabr 2017-ci il tarixli LAN- 154664/17 saylı kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borc, 5.40 manat cərimə, 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 136.61 manat dövlət rüsumu – cəmi 16345.29 manat (on altı min üç yüz qırx beş manat 29 qəpik) məbləğində borc vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasının rədd edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia mübahisələndirilən hissədə qismən təmin edilsin. Cavabdehlər (Cavabdeh7 da daxil olmaqla) Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, 12 sentyabr 2017-ci il tarixli LAN- 154664/17 saylı kredit müqaviləsi üzrə 10523 manat əsas borc, 5509.46 manat faiz borc, 5.40 manat cərimə, 170.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 136.61 manat dövlət rüsumu – cəmi 16345.29 manat (on altı min üç yüz qırx beş manat 29 qəpik) məbləğində borc vəsaiti tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia Cavabdeh1 münasibətdə əsaslı olmadığından təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1367/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1367/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver