Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-137/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2-(073)-379/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 016HOME354808 saylı kredit müqaviləsinin və 09 iyun 2015-ci il tarixli Əlavənin ləğv edilməsinə, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 38068,29 manat kredit borcunun, 2025,30 manat faiz borcunun, 1543,08 manat penya, cəmi 41636,67 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun ödənilməsinə, Cavabdeh1 məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,0317 torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracdan satılması, satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçıya olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsinə, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsinə, əmlakın satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlaklarına, əmək haqqına, pensiyasına təqaüdünə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsinə, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(073)-379/2018 nömrəli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddianı qismən təmin etmiş, iddiaçı "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsinin və 09 iyun 2015-ci il tarixli Əlavənin ləğv edilməsi, xx.xx.2013-cü il tarixli 016HOME354808 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə yaranmış faiz borcu və 50 manat cərimə, cəmi 40143,59 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən xx.xx.2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Banka yaranmış 38068,29 manat əsas kredit borcu, 2025,30 manat kreditdən istifadəyə görə yaranmış faiz borcu və 50 manat cərimə, cəmi 40143,59 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və artıq borcun silinməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-76/20 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetini təşkil edən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən **********18 reyestr nömrəli 0,0317 ha torpaq sahəsinin likvid dəyəri 55000 manat məbləğində müəyyənləşdirilməsi, qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdeh də kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1669/21 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-105/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti ipoteka predmetinin satış qiyməti hissəsində təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin satış qiyməti hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-11/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-105/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh ərizə verərək iddiaçı ilə aralarında danışıqlar aparıldığından apellyasiya şikayətindən imtina etidiyini bildirmiş, imtinasının qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 tərəflər arasında razılıq əldə olunduğunu, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya diqqətə çatdırır ki, eyni zamanda işdə olan 108 saylı xx.xx.2024-cü il tarixli telefonoqrama əsasən Cavabdeh1 istifadəsində olan 055 *** ** ** nömrəli ilə əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı baradə məlumat verilmiş, məhkəmə iclasında işitrakının zəruriliyi bildirilmiş, apellyasiya şikayətindən imtinanın yaratdığı hüquqi nəticələr ona izah edilmiş, cavabdeh isə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apellyasiya şikayətindən imtinanın yaratdığı hüquqi nəticələrin ona aydın olduğunu bildirmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Buna görə də, apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh1 Cəlilabad Rayon Məhkəməsinin 2-(073)-379/2018 saylı 27 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 Cəlilabad Rayon Məhkəməsinin 2-(073)-379/2018 saylı 27 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-137/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-137/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver