Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1370/2023 18.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X14 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 sentyabr 2023-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «borc pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2479 manat pulun, 100 manat xidmət haqqının və 45 manat dövlət rüsumunun, cəmi 2624 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 fevral 2022-ci il tarixdə yaşadığı ünvanda ondan 3000 manat borc pul alaraq həmin vaxt ona təqaüd kartını vermişdir ki, pulu hissə-hissə bankomatdan götürsün. Həmin vaxtdan sonra 5 ay müddətində cavabdehin ona verdiyi təqaüd kartından ümumilikdə 521 manat pul çıxarmışdır. Sonradan isə cavabdeh təqaüd kartını bağlatdırmışdır. Kart bağlandıqdan sonra o, telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladıqda cavabdeh ona bildirmişdir ki, 30 avqust 2022-ci il tarixədək ona qalan borcunu tamamilə ödəyəcəkdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıra kimi olan müddətdə cavabdeh ona olan borcunu ödəməmiş, hətta ondan borc pul almadığını ona bildirmişdir. Cavabdeh ondan 28 fevral 2022-ci il tarixdə 3000 manat borc pul alarkan bunu təsdiq edən qəbz yazaraq ona vermişdir. Bundan başqa həmkəndlisi X7 da yuxarıda qeyd etdiyi tarixdə 3000 manat cavabdehə borc pul verməsini öz imzası ilə təsdiq etmişdir. Borcun qaytarılmaması ilə bağlı Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etsə də, müraciəti əsasında 09 sentyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış və həmin qərarda mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinadən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi qəbz 28 fevral 2022-ci il tarixdə deyil, 07 yanvar 2022-ci il tarixdə gecə saat 11-12 radələrində iddiaçının oğlu X8 onların yaşadığı ünvana, yəni ünvan 1yat yoldaşı Akif tərəfindən yazılmış, o da həmin sənədə imza etmişdir. Ancaq iddiaçı və onun şahidi X7 məhkəmədə bilə-bilə yalan ifadə verərək bildirirlər ki, guya o, iddiaçının ünvanına gedib ondan 3,000 manat borc pul alaraq qəbz yazıb imza atmışdır. Halbuki, o, İddiaçı və onun şahidi X4 ilk dəfə məhkəmə zalında tanımışdır. Onun olduğu ünvanı da qəti şəkildə tanımır. Belə ki, oğlu X5 Sabirabad rayonunda fəaliyyət göstərən "xxxx" ASC-yə 1,800 manat kredit borcu olmuş, həmin krediti hər ay vaxtı-vaxtında cədvəl üzrə ödəmiş olsa da, lakin ödəniş bir-neçə gün gecikdiyi üçün 2021-ci ilin dekabr ayının ortalarında bankın əməkdaşı tərəfindən telefonlarına zəng gəlmişdir ki, bankın ödənişi gecikir. Bildirmişlər ki, ödəniş vaxtında olunmazsa ada gecikmə düşəcək və girovda olan qızıllar satışa çıxarılacaq. Girovda olan qızıllar isə oğlu Şirinin həyat yoldaşı Ayunrəyə məxsus olmuşdur. Bundan xəbər tutan oğlunun həyat yoldaşı X1 qəzəblənərək banka girov qoyulmuş qızılların təcili surətdə geri qaytarılmasını təkidlə tələb etmiş, oğlu Şirin pulu olmadığı üçün bu təkidin qarşısında aciz qalmışdır. Çünki qızılları girovdan çıxara bilməsi üçün Şirinə mütləq pul lazım idi ki, krediti bağlasın və qızılları geri qaytara bilsin. Həmin vaxtı oğlu Şirin öz ailəsi ilə Bakı şəhərində yaşayırdı. Aynurənin təkidindən sonra Şirin məcbur qalıb borca pul axtarışına çıxmış, lakin kimsədən borc tapa bilməmiş və bu barədə arvadı Aynurəyə bildirmişdir. Aynurə isə Şirinə özünün tanışı olan Asim adlı şəxsə müraciət etmələrini, Asimin dostu Elçinin faizlə borca pul verməklə məşğul olduğunu, X19 pul almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Şirin və Aynurə Saatlı rayon Məmmədabad kənd sakini Asim Rəcəbov adlı şəxslə əlaqə saxlayıb 1,800 manat pula ehtiyaclarının olduğunu bildirmişlər. Asim də həmin vaxtı oğlunu X8 ilə tanış etmişdir ki, pul Elçində olur və faizlə verir. Bundan sonra oğlu Şirin Elçinlə əlaqə saxlayıb tanışlıq verəndən sonra ona 1,800 manat borc pul lazım olduğunu bildirmişdir. Elçin isə bildirmişdir ki, Bakı şəhərindədir, üzərində pul yoxdur, rayona qayıtdıqdan sonra verə bilər. 2022-ci ilin yanvar ayının 7-də oğlu Şirin onunla telefon əlaqəsi saxlayıb Elçin adlı şəxsin onlara gələcəyini, bir kağıza yazı yazıb ona imza etdirəcəyini və 1800 manat pul verəcəyini bildirmişdir. Həmin gün X8 təxminən gecə saat 11-12 radələrində onların ünvanına gələrək, onları yuxudan oyadıb oğlu Şirinin ondan 1,800 manat borc pul istədiyini bildirmiş, məlumatlarının olub-olmadığını soruşmuş, o və əri Akif məlumatları olduğunu bildirmişlər. Bundan sonra Elçin onlara demişdir ki, Şirinə pul verməsi üçün sənəd yazıb imza atmalısınız. Onlar da razılaşmışlar. Bundan sonra onların ünvanda Elçin Mehdiyevin dediyi sözlərlə həyat yoldaşı X16 istədiyi sənədi yazmış, o, da imza atmışdır. Sənəd yazılıb Elçinə təqdim edildikdən sonra Elçin bildirmişdir ki, hazırda üzərində pul yoxdur, sabah, yəni 8 yanvar 2022ci il tarixdə günorta saatlarında Şirinlə görüşüb ona 1,800 manat pul verəcəkdir. Səhəri günündən başlayaraq Şirin Elçindən pulu istəyəndə Elçin hər dəfə bir bəhanə gətirmiş, sonradan isə bildirmişdir ki, evlərində yazılan sənədi itirmişdir, yendən sənəd imzalanmalıdır. Bundan sonra Elçin oğlunu Saatlı rayon Məmmədabad kəndinə dəvət edib təkrar sənəd imzalatdıraraq öz evində oğluna 1,800 manat borc pul vermişdir. Oğlu da Elçinə pensiya kartları vermişdir ki, hər ay kartdan çıxan pul ilə borcunu ödəmiş olsun. Sonradan Elçinlə oğlunun arasında müəyyən bir problemlər yaranmış, buna görə Elçin oğlu Şirini məhkəməyə verib ondan qalıq borcunu tələb etmişdir. Lakin məhkəmə araşdırması zamanı Elçinin evində oğlu Şirin tərəfindən yazılmış sənədə saxta əlavələr olunduğu məhkəmə tərəfindən aşkarlandığı üçün həmin işin ekspertizaya göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin vaxtdan təxminən bir müddət keçəndən sonra Sabirabad Rayon Məhkəməsindən ünvanına məktub göndərilmişdir. Məhkəmədən ünvanına gələn 30 setyabr 2022-ci il tarixli, 2(056)-1774/2022 saylı məhkəmə bildirişi və iddiaçının iddia ərizəsi ilə tanış olanda onlara məlum olmuşdur ki, iddiaçının oğlu Elçin Mehdiyev 07 yanvar 2022-ci il tarixdə, gecə saat 11- 12 radələrində onların ünvanında, yəni ünvan 4min vaxt yuxulu olduqlarından suiistifadə edib onları aldadaraq bu iş üzrə İddiaçı adına 3,000 manatı təsdiq edən sənəd imzalatdırmışdır. İddiaçı da həmin sənədi əlində əsas tutub tələbini sübuta yetirmək üçün pul müqabilində məhkəməyə öyrədilmiş saxta şahid gətirmişdir. Şahid qismində məhkəmədə ifadə verən X2 öz oğlu X12 da anasının yalançı şahid olduğunu təsdiqləyir. Hətta Asim onu da bildirib ki, iddiaçı dəfələrlə ona da təklif edib ki, gedib məhkəməyə onların üzünə dursun. Ancaq Asim buna getməmişdir. Sonradan onlara tam aydın oldu ki, ona qarşı irəli sürülmüş qərəzli iddia tələbi oğlu Şirinə qarşı qurulmuş plan üzrə olmuşdur. Görünür ki, iddiaçının ona qarşı irəli sürülmüş “pul tələbi" barədə iddiası qərəzlidir. Şahid də məhkəmədə bilərəkdən yalan ifadə verərək, ona böhtan atıb qanunsuz və əsassız olaraq iddiaçını müdafiə edir. O, heç bir məbləğdə və heç bir vaxt Şərqiyyədən borca pul almamışdır. Qəbzdə yazıldığı məbləğdə pula onun heç bir vaxt ehtiyacı olmamışdır. Çünki o, əri Akif ilə birgə yaşayır və təqaüdlə öz tələbatlarını qarşılaya bilirlər. Oğlu Şirin isə Bakı şəhərində yaşamış və orada işləyərək ailəsinin tələbatlarını qarşılamışdır. Qəbzə imza etmiş olsa da, həqiqətdə ona pul verilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırıb sübutlara hüquqi qiymət verilərək ədalətli qərar qəbul olunacaqdır. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 Cavabdeh əvvəlki məhkəmə iclaslarında göstərmiş olduğu xüsusatları təsdiq edərək, hazırki iddia tələbinni hüquqi əsası olmadığını, anasına Elçinin diqtəsi ilə yazılmış kağız üzrə hər hansı məbləğdə pul verilmədiyini bildirərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh onun keçmiş qaynanasıdır. Hazırda o, Gövhərin oğlu Şirin ilə boşanmışdır. Buna baxmayaraq, onlar hazırda da bir evdə yaşayırlar. Cavabdehin oğlu Şirin ilə boşanmamışdan əvvəl əri onu aldadıb qızıllarını banka girov qoymuş, bankdan götürdüyü pulu qaytara bilmədiyi üçün bankdan onlara zəng edilərək pulun ödənilmədiyi halda qızılların hərracda satılacağı bildirilmişdir. Bundan sonra o, əsəbiləşmiş, Şirindən hər nə yolla olur olsun qızıllarını bankdan götürməsini tələb etmişdir. Həmin zaman onlar Bakı şəhərində yaşayırdılar. Şirin bundan sonra pul axtarmağa başlamış, lakin tapa bilməmiş, hətta qaynanası Gövhərə zəng edərək onun pul tapmasını istəmiş və bildirmişdir ki, “təcili pul tap, Aynurənin qızıllarını bankdan götürüm, Aynurə məni öldürür”. Lakin Gövhər də oğluna pul almağa güman yerinin olmadığını bildirmişdir. O, özü əslən Saatlı rayonundandır. Həm qohumu, həm də sevgilisi olan Asim ilə həmin zamanlar yaxşı münasibətləri var idi. Şirin bu hərəkəti də ona çox pis təsir etmişdi. Buna görə də o, Şirini cəzalandırmaq, həm də qisasını almaq qərarına gələrək olnlar barədə Asimə bildirmiş, özünün şifahi qaydada kənddə faiz pul verməklə məşğul olan şəxs kimi tanıdığı Elçinlə Asimin dostluq münasibəti olduğunu bildiyi üçün Asimə Elçindən xahiş edib qızılları bankdan götürmək üçün tələb olunan 1800 manat pulu Şirinin adına borca götürməkdə köməklik etməsini, qarşılığında isə Elçinin elə bir məbləğdə sənəd tərtib edib Şirinə imzalatmasını istəmişdir ki, Şirin cəzalanmış olsun. O, əmin idi ki, həmin zaman Şirinə hansı məbləğdə sənəd yazılsa Şirin o, sənədə imza edər. Çünki Şirin qızılları bankdan bir an götürə bilməsi üçün çıxılmaz vəziyyətdə qalmışdı. Asim ona razılıq verərək Elçin ilə danışacağını bildirmişdir. Həmin vaxt Asim Elçinlə danışmış, Elçin razılaşmışdır. Elçin o zaman Bakı şəhərində idi. Asim onu rayona aparacaqdı. Bunu biləndən sonra o, Asimə yalvarmışdır ki, Elçini özü ilə qaynanasıgilə aparsın, qaynanası Elçinə sənəd yazıb versin. Asim yenidən Elçin ilə danışmış, Elçin bildirmişdir ki, üzərində pulu yoxdur, sənədi bu gün yazdırar sabah da pulu verər. Asim Elçinin sözlərini ona çatdıranda o, razılıq vermişdir. Bundan sonra bu barədə Şirinə demiş, Şirin də anasına zəng edib Elçin adlı şəxsin onların evinə gələcəyini, ona sənəd yazdıracağını, qızılları girovdan çıxarması üçün pul verəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının 7-də Elçin Asimlə gecə saatlarında qaynanası Gövhərin yaşadığı evə getmiş, orada sənədi qaynatası Akifə yazdırmış, qaynanası Gövhərə isə imza etdirmişdir. Qaynatasının yazmasının səbəbi gecə vaxtı qaynanasının gözlərinin görməməsi olmuşdur. İmzanı qaynanasının etməsinin səbəbi isə qaynanasının təqaüd alması olmuşdur. Elçin həmin gün sənədi imzalatdırıb getdikdən sonra səhəri gün pulu vermək əvəzinə bir müddət müxtəlif bəhanələrlə pulu verməkdən yayınmağa başlamışdır. O, qızıllarının artıq satılacağını görüb yenidən Asimlə əlaqə saxlamış, Asimə qızıllarının artıq satılacağını, lakin Elçinin hələ də pulu vermədiyini bildirmiş, Asim ona Elçinlə danışacağına söz vermiş, Elçinlə danışdıqdan sonra ona zəng edərək bildirmişdir ki, Elçin deyir Gövhərə yazdırdığı kağızı itirmişdir, gərək yenidən sənəd tərtib edilə və imza edilə. Bundan sonra o, qızıllarının artıq satılacağından ehtiyat edərək, Şirini təcili olaraq rayona göndərmiş, Elçin Şirinə yenidən kağız yazdıraraq 1800 manat pul vermişdir. Həmin zaman artıq onlar boşanma ərəfəsində olduğu üçün Asimə demişdir ki, Elçinlə elə edin ki, Şirin yüklənsin. Onlar da bundan istifadə edib 3500 manatlıq kağız yazdırıb Şirinə 1800 manat pul vermişlər. Şirin ondan boşanmasını istəmədiyi üçün, onun susub razılaşması üçün ona təklif etdilərsə imza etdi. Bundan sonra həmin 1800 manat pulla onlar krediti ödəyib qızılları girovdan çıxarmışlar. Əslində hazırda iddiaçının istinad etdiyi qəbz üzrə Gövhərə heç bir məbləğdə pul verilməmişdir. Gövhər heç Şərqiyyəni tanımamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, oğlu Asim 2022-ci ilin fevral ayında ona zəng edərək bir nəfər tanışına pul lazım olduğunu, anasının pensiya kartı olduğunu, buna görə də Şərqiyyədən onlara borc pul verməsini xahiş etməsini bildirmiş, bundan sonra o, Şərqiyyə ilə danışmış, Şərqiyyə ilk əvvəl pul verməyə razı olmamış, o, borc alan şəxsin pensiya kartı olduğunu bildirdikdən sonra Şərqiyyəni razı sala bilmişdir. xx.xx.2022-ci il tarixində pulun verilməsi ilə bağlı əvvəldən olan danışıqlarına əsasən o da Şərqiyyənin yaşadığı evə gəlmiş, pulu almağa görə Gövhər əri ilə təxminən saat 11 radələrində Şərqiyyənin yaşadığı evə gəlmiş, orada Gövhər gözlərinin yaxşı görmədiyini bildirmiş, buna görə də qəbzi onun əri yazmış, Gövhər isə imza etmişdir. Həmin qəbz yazıldıqdan sonra Şərqiyyə Gövhərə 3000 manat borca pul vermişdir. Gövhər isə özünün pensiya kartını Şərqiyyəyə vermişdir ki, hər ay pensiyasını Şərqiyyə almaqla borcunu bağlamış olsun. Sonradan eşitmişdir ki, Gövhər kartını bağlatdırmış, Şərqiyyənin pulunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, cavabdehin əridir. Təxminən 2022-ci ilin yanvar ayında iddiaçının oğlu Elçin və yanında da bir nəfər oğlan gecə saat 12-ə işləmiş onların evinə gəlmişlər. Həmin vaxt o, xəstə olduğu üçün yatmışdır. Qapı döyüldüyü zaman o, yuxudan oyanmış və qapını açmışdır. Elçin ona demişdir ki, onlara kömək üçün gəlmişdir. Guya onların problemlərini həll edəcəkdir. O da Elçini evə dəvət etmişdir. Yarım saatdan çox söhbət etmişlər. Arvadının gözü zəif gördüyü üçün ona kağız yazdırmışdır. Kağıza yazdırılmış mətnin məzmunu yadında deyildir. Həmin günü arvadı ilə təkcə o evdə olmuşdur. Onlara hansı məqsədlə kağız yazdırması barədə Elçindən heç bir şey soruşmamışdır. Kağızı o, yazdıqdan sonra arvadı imzalamışdır. Lakin Elçin onlara heç bir məbləğdə pul verməmiş, verəcəyini deyərək çıxıb getmişdir. Elçinin nə qədər yardım etməli olduğunu da bilmir. Gəlinləri Aynurə qızıllarını əri Şirinə vermişdi ki, bankdan kredit götürüb həyətlərindəki dükana satmaq üçün mal vursun və mağazanı işlətsin. Şirin bir müddət dükanı işlətsə də, sonradan arenda pulunu ödəyə bilmədiyi üçün dükanı bağlamalı oldu və işləmək üçün ailəsi ilə birgə Bakı şəhərinə getdi. Sonradan eşitdi ki, gəlin Şirindən qızıllarını tələb edir. Şirin də qızılları girovdan azad etmək üçün pul axtarırdı. Bu qəbzin yazılması da həmin hadisə ilə əlaqədar olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: S.Allahverdiyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 2479 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 2509 (iki min beş yüz doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427 və 448-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X6 B İmişli Rayon Məhkəməsinin 2(036)85/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X8 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh, İddiaçı 3000 (üç min) manat borc pul almışdır. Həmin qəbzi Cavabdeh imza etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X7 tərəfindən yazılmış əlyaza yazıdan görünür ki, o, Saatlı rayonu Məmmədabad kəndində yaşayır. İddiaçı ilə ailəvi dostdurlar və ona çox yaxındırlar. Onun dayısı oğlu Azər Qanbay oğlunun qızı Cavabdeh gəlinidir. Sabirabad rayon sakini Gövhər xanım onun yaxınıdır. Ondan xahiş etdi ki, ona 3000 manat vacib pul lazımdır. O, yaxını Şərqiyyədən xahiş etdi ki, Cavabdeh 3000 manat borc pul versin. Ailəvi dostları İddiaçıgilə Cavabdehlə oğlu Asimin maşını ilə getmiş, onun iştirakı ilə xx.xx.2022-ci ildə İddiaçı 3000 manat verməsinin şahididir. İş materiallarında olan Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh 3000 manat borc verməsi ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəməyə həmçinin CD disklər və whatsapp yazışmalarının mətni təqdim edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 28 fevral 2022-ci il tarixdə yaşadığı ünvanda ondan 3000 manat borc pul alaraq həmin vaxt ona təqaüd kartını vermişdir ki, pulu hissə-hissə bankomatdan götürsün. Həmin vaxtdan sonra 5 ay müddətində cavabdehin ona verdiyi təqaüd kartından ümumilikdə 521 manat pul çıxarmışdır. Sonradan isə cavabdeh təqaüd kartını bağlatdırmışdır. Kart bağlandıqdan sonra o, telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladıqda cavabdeh ona bildirmişdir ki, 30 avqust 2022-ci il tarixədək ona qalan borcunu tamamilə ödəyəcəkdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıra kimi olan müddətdə cavabdeh ona olan borcunu ödəməmiş, hətta ondan borc pul almadığını ona bildirmişdir. Cavabdeh ondan 28 fevral 2022-ci il tarixdə 3000 manat borc pul alarkan bunu təsdiq edən qəbz yazaraq ona vermişdir. Bundan başqa həmkəndlisi X7 da yuxarıda qeyd etdiyi tarixdə 3000 manat cavabdehə borc pul verməsini öz imzası ilə təsdiq etmişdir. Borcun qaytarılmaması ilə bağlı Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etsə də, müraciəti əsasında 09 sentyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış və həmin qərarda mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak vermli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərlərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, oğlu Şirin Məhərrəmov banka olan borcunu vaxtında ödəyə bilmədiyi üçün borc pul götürmək qənaətinə gələrək Elçindən 1800 manat borc pul götürmüşdür. Lakin bu zaman aldadılaraq 1800 manat deyil 3500 manatlıq pul qəbzinə imza çəkmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, iddiaçı cavabdehə məhz 3000 manat pul vermişdir. Həmin qəbzin iddiaçıda olması da, onu göstərir ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc pulu almış və ona görə qəbzi də ona vermişdir. Həmçinin cavabdehin birinci instansiya məhkəməsi izahatından da görünür ki, o qəbzə şəxsən imza çəkdiyini etiraf etmişdir. Cavabdeh iddiaçıdan 1800 manat alınmasını qeyd etsə də, bu halın təsdiqi barədə hər hansı bir sübut nə birinci nə də apellyasiya məhkəməsi icraatı zamanı təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 2479 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 2509 (iki min beş yüz doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)60/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1370/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1370/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver