Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1373/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(048)67/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 (on min) manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Ağcabədi rayon notariat kontorunda kredit müqaviləsi bağlanmış, borclu ondan 10000 (on min) manat məbləğində borc pul almış, hemin borcu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq borclu Cavabdeh borclu olduğu 10000 (on min) manat məbləğində borc pulu indiyənədək qaytarmamışdır. Dəfələrlə cavabdehǝ borcun qaytarılmasın bildirsə də cavabdeh bundan boyun qaçırmışdır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 2(048) 67/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim A.Kiçibəyov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 10000 (on min) manat məbləğində pul 120 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2 (048)-67/2023 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin müddətinin buraxılmasını üzürlü hesab edərək buraxılmış prosessual müddəti bərpa edib işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(048)67/2023 saylı qərardadı ilə, vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət vermişdir. Lerik Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(048)67/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə vəsatətin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinə Cavabdeh müddətin bərpası barədə vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, hərbiçi olduğu və təmas xəttində xidmət etməsi səbəbindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. İş materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi tərəflərə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmiş, cavabdeh xəbərnaməyə şəxsən imza çəkməklə 21.02.23-cü il tarixdə qətnaməni rəsmi qaydada almışdır. Cavabdeh müddətin bərpası və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət qətnamənin rəsmi qaydada alındığı andan 1 ay müddətində edilə bilər. İş materiallarından göründüyü kimi cavabdeh qətnaməni xx.xx.2023cü il tarixində rəsmi qaydada almışdır bununlada apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı başlamışdır. Lakin cavabdeh bu müddəti ötürərək qətnamənin alındığı andan xeyli müddət sonra 2 ay 25 gün sonra müddətin bərpasında dair vəsatət və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, Cavabdeh Lerik Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(048)67/2023 saylı qətnaməsinin surətini 21 fevral 2023-cü il tarixində şəxsən təhvil almışdır. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin vəsatətindən göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(048)67/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1373/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1373/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver