Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1373/2025 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, Mütəxəssis Mütəxəssis iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maneələrin yaradılmasının qadağan olunması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : JN – 024A KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu Aqrar Islahat Komitəsinin ## ###### 1997-ci il tarixli *** saylı qərarı ilə Masallı rayonu, Sirəbil kənd sakinləri: X3, ailə üzvləri X1, X4, X14, X2, X6, X7, X9, İddiaçı, X8 və X10 olmaqla 0.30 hektar sahəsi olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi X3 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ## ### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayon Sirəbil kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-***A nömrəli şəhadətnamə ilə (mərhum) X3 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında iddiaçının və cavabdehlərin faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudları daxilində gediş-gəliş yolu mövcud deyil. Iddiaçı İddiaçı və digər ailə üzvlərinin faktiki istifadə kimi plana alınmış 0,3367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tövlənin (cavabdeh cavabdeh1 atasının yaşadığı evin həyətindən istifadə etmədən) şimal-şərq və cənubşərq istiqamətində (0,3367 ha torpaq sahəsinə bitişik) ümumi istifadədə olan gediş-gəliş yolunun olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Sözügedən JN-***A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və cavabdeh cavabdeh1 atasının birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının ## #### 2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Sirəbil kəndi ərazisində aparılan torpaq islahatına dair JN-***A nömrəli şəhadətnamə ilə (mərhum) X3 və digər ailə üzlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsinin, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları materialında iddiaçının və cavabdehlərin faktiki istifadə kimi plana alınmış 0,3367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində gediş-gəliş yolu mövcud deyil. Iddiaçı İddiaçı və digər ailə üzvlərinin faktiki istifadəsi kimi plana alınmış 0,03367 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tövlənin (cavabdeh cavabdeh1 atasının yaşadığı evin həyətindən istifadə etmədən) şimal-şərq və cənub-qərb istiqamətində (0,3367 ha torpaq sahəsinə bitişik) ümumi istifadədə olan gediş-gəliş yolunun olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Sözügedən JN-***A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və cavabdeh cavabdeh1 atasının birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2026-cı i il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətyanı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında (0,6640 ha) bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunduğu müəyyənləşdirildi. Masallı rayonu, Sirəbil kəndinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluu layihəsinə əsasən JN-**A nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamə ilə X3 və digə ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,30 ha həyətuanı torpq sahəsinə (faktiki 0,3367 ha) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan yolunun nəzərdə tutulduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Iddiaçıların faktiki istifadəsi kimi plana alınmış 0,3367 ha torpaq sahəsinin şimal-şərq və cənub-şərq istiqamətindən nəzərdə tutulmuş, ümumi istifadədə olan yolun keçdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən, iddiaçının faktiki istifadəsi kimi plana alınmış 0,3367 ha torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evinin şərq istiqamətində ümumi istifadədə olan yol və təsərrüfat tikilisinin (tövlənin) şiml-şərq istiqamətində ümumi istifadəli alternativ yolun yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının və digər ailə üzvlərinin faktiki istifadəsi kimi plana alınmış 0,3367 ha torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş fərdi yaşayış evinə və təsərrüfat tikilisinə (tövlənə) aparan ümumu istifadədə olan yol, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə edilmədiyi müəyyən olundu. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən nəzərdə tutulmuş yola cavabdehlər tərəfindən hər hansı maneələrin olmadığı müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən iddiaçının və digər ailə üzvlərinin faktiki istifadəsi kimi plana alınmış 0,3367 ha torpaq sahəsinə nəzərdə tutulmuş yolun üzərində cavabdehlər tərəfindən hər hansı fiziki maneələrin olmadığı müəyyənləşdirildi. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun X14 və cavabdeh1 ona məxsus Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsində yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunun cavabdehlərin öz vəsaiti hesabına açılaraq yolun əvvəlki vəziyyətinə qaytarılması və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X14 və cavabdeh1 ona məxsus Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsində yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər tərəfindən ona hər hansı maneələrin yaradılmasının qadağan edilməsi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Masallı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli *** saylı qərarı ilə ona və ailə üzvlərinə 0,30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin topaq sahəsində mərhum babasının evi var, həmçinin əmi oğlu olan cavabdehin evi və bir də, onun evi var. 0,30 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət olmaqla onların adında JN 024A, KOD ******** saylı şəhadətnamə əsasında verilmişdir. Həyətyanı torpaq sahəsinə ana yoldan üç giriş mövcuddur. Cavabdehlər onun tövləyə gedən yolu bağlamışlar. Həmin yoldan o, təsərrüfatı üçün ot preslərini, buğdanı, arpanı və digər məhsullarını aparmışdır. Cavabdehlər yolu bağladıqları üçün o, hazırda mülkiyyətindən sərbəst istifadə edə bilmir. Reyestr xidmətinin xəritəsində də, cavabdehlərin bağladıqları ərazi yol kimi qeyd edilmişdir. Yolun açılması üçün cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, hətta mübahisələri polis şöbəsinə qədər gedib çıxmışdır. Hazırda o, yardımçı tikililərinə avtomobillə yüklərini apara bilmir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə (hakim: Elşən Hüseynov) iddia tələbinin təmin edilməsi, Masallı rayonu, Sirəbil kəndində 0,30 hektar torpaq sahəsindən yerləşən İddiaçı evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən hər hansı maneələrin yaradılmasının qadağan edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 152.5, 213.1, 222.1, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 107, 119.1, 191.3, 217.4, 220.4cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, mübahisə predmeti olan iddiaçının hazırda istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsi birgə mülkiyyətdədir. Bu xüsusat mülki iş üzrə tərəflərin mübahisəsiz qəbul etdikləri haldır. Odur ki, hazırki cavabdehlərin yararlanaraq həmin torpaqda yerləşən evdə yaşadıqları halda, həmin torpaqda yerləşən evdə yaşayan mülkiyyətçinin həmin torpaq sahəsindən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı. Cavabdeh cavabdeh1 məhkəmə hazırlıq iclasında bildirmişdir ki, iddiaçı atasına məxsus evin həyətindən mal-qaranı apardığı zaman həyət pis günə düşür, otlarını da, o, daşıyır, həyəti də, o, təmizləyir. Iddiaçının qoyunları onun tərəfindən əkilmiş meyvə ağaclarını yeyir, sonradan ağaclar pis günə düşür. Iddiaçı həyəti zibilləyir, ondan sonra özü həyətə traktor salıb təmizləyir, əziyyət çəkir, atası isə yaşlı adamdır, özü təmizləyə bilməz. Ona görə də, “Qaz 53” markalı maşını evin qarşısında saxlayır, lazım olanda maşını yoldan kənarlaşdırıb iddiaçıya yol vermiş, bundan sonra iddiaçıya qarşı güzəşt etməyəcəyək, yol verməyəcək. Göründüyü kimi cavabdehlər tərəfindən gediş-gəliş yolunun girişinə maşın qoyulduqdan sonra iddiaçının gediş-gəliş yolu bağlanmışdır və bununla da, cavabdehlər iddiaçının mülkiyyətdən maneəsiz istifadə etməsinə maneçilik törətməsini etiraf etmişlər. Iddiaçının mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam hüququnun olmasına baxmayaraq torpaq sahəsindən məhrum edilmədən torpaqdan istifadəsinə cavabdehlər tərəfindən manelər törədilir. Iddiaçı bu hərəkətlərə son qoymağı cavabdehlərdən tələb etsə də, cavabdehlər bu hərəkətləri davam etdirdiyindən iddiaçı həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Işin müəyyən edilmiş hallarından o da, görünür ki, mübahisə predmeti olan torpaq sahəsi birgə mülkiyyətdədir. Belə olan halda, iddiaçı hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, Masallı rayon Sirəbil kəndində 0,30 hektar torpaq sahəsindən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması cavabdehlərə qadağan edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır. “Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləninin normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir, ədalətsiz və qanunsuzdur. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı mənim əmimoğludur və mənim atam X1 və iddiaçıda daxil olmaqla digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətinə Masallı rayonu, Sirəbil kəndində 0.30 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdir və mülkiyyətçilər həmin torpaqdan sərbəst istifadə edirlər. Həmin torpaq sahəsində atama məxsus fərdi yaşayış evi vardır, həmin torpaq sahəsinin Xıl-Sirəbil yolu istiqamətində 2 yerdən çıxışı vardır və iddiaçının yeni tikdiyi ev ümumiyyətlə həmin torpaqda yerləşmir, başqa ərazidədir və onunda cənub hissəsindən birbaşa yola çıxışı vardır. Yəni ümumiyyətlə həmin 0.30 ha torpaq sahəsinin daxilindən gediş-gəliş yolu heç vaxt nəzərdə tutulmamışdır, ekspert rəyindədə həmin torpağın daxilindən yolun olmadığı göstərilmişdir. Iddiaçının əsas yola çıxması üçün 0.30 ha torpağın arxa və ön hissələrindən 2 yol mövcuddur ki, həmin yollar hər zaman açıq olur və iddiaçı istədiyi vaxt oradan sərbəst istifadə edə bilir. Lakin iddiaçı hazırkı vəziyyətdə bizim evin ön hissəsindən, yəni 0.30 ha torpaqda yerləşən atama məxsus evin qabağından yol olmayan hissədən gediş-gəliş yolu istəyir. Torpaqların elektron informasiya sistemində və baza məlumatlarında həmin ərazidən heç vaxt yol olmamışdır. Ümumiyyətlə 0.30 ha ümumi birgə mülkiyyətdir və onun daxilində yolun olması mümkün deyildir. Iddiaçının tələbi məhz 0.30 ha torpağın daxilindən yolun verilməsidir, məhkəmə həmin iddiaya don geyindirərək yolun açılması yox İddiaçı evinə və tikililərinə gedən yolun maneələrin qadağan olunmasını göstərmişdir. Halbuki, 0.30 ha torpağın kənarından iddiaçının 2 yolu vardır ki, həmin yoldan istifadə olunmasına biz heç vaxt maneəçilik törətməmişik, lakin iddiaçının tələbindən və ekspert rəyindən görünür ki, iddiaçı daxildən yol istəyir ki, bu da həmin hissədə yol nəzərdə tutulmadığı üçün mümkün deyildir. Məhkəmə ekspert qarşısında sual qoymamışdır ki, iddiaçının ümumiyyətlə 0.30 ha torpaqda evi mövcuddurmu, vardırsa nə vaxt qeydiyyata alınmışdır, ümumiyyətlə iddiaçının evi həmin torpaqda deyil və ekspert rəyində torpağa qiymət verilmişdir, iddiaçının evinin olması təsdiq olunmamışdır. Lakin məhkəmə iddiaçının ümumiyyətlə evinin mövcudluğunu müəyyən etmədən qətnamənin nəticəsində həmin evin mövcudluğunu müəyyən etmişdir. Yəqin ki, məhkəmənin özünə məxsus mülkiyyət müəyyən edən metodları vardır ki, həmin metod vasitəsi ilə iddiaçının fərdi yaşayış evinin olmasını təsdiq etmişdir. Elektron baza məlumatlarından çıxarışdan açıq görünür ki, iddiaçının evi 0.30 ha torpaq sahəsinin şimal-qərb tərəfində yerləşir və ümumiyyətlə 0.30 ha torpaqdan yol kimi istifadə olunması mümkün deyildir. Bundan başqa, mən həmin torpaqda mülkiyyətçi deyiləm, evdə atama məxsusdur, lakin məhkəmə mülkiyyətçi olan atamı cəlb etmədən qətnamə qəbul etmişdir, qeyd olunan qətnamə atamında mülkiyyət hüquqlarına toxunur. Ümumiyyətlə İddiaçı evi başqa torpaqda yerləşir və onun 0.30 ha torpağa heç bir aidiyyəti yoxdur, 0.30 ha torpaqda yerləşən fərdi yaşayış evi mərhum nənəmə Rübabəyə və mənim atam Eldar Ağayeva məxsusdur. Iddiaçı İddiaçı həmin torpaqda evi yoxdur ki, həmin evə gediş-gəliş yoluda tələb etmək hüququ yoxdur. Hətta ekspert rəyində göstərilir ki, (Cavabdeh cavabdeh1 atasının yaşadığı evin həyətindən istifadə etmədən) iddiaçının 2 istiqamətdən gediş-gəliş yolu mövcuddur. Iddiaçının hazırda atamın evinin ön hissəsindən yol tələb etməsi tamamilə prinsipdir və yolu olduğu halda bizimlə prinsipə görə evimizin qabaq hissəsindən yol tələb edir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, iddiaçı evinin və digər tikililərinin 0.30 ha torpaqda mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə sübut olmadığı halda qətnamədə həmin ev və yardımçı tikililərə istinad etmişdir. Məhkəmə sübutlar əsasında deyil, özünün bildiyi və ya bilmək istədiyi kimi işə baxmış, ekspert rəyini sübut kimi qəbul etməmiş və qəbul etməməsini əsaslandırmamışdır. Ekspert rəyi torpaq işlərində birinci dərəcəli sübut növüdür və məhkəmə ona mütləq şəkildə istinad etməlidir, çünki həmin işlərdə digər əhəmiyyətli sübutlar mövcud deyildir. Hazırkı vəziyyətdə yolun olubolmamasını sübut etməyin yeganə yolu ekspert rəyidir ki, məhkəmə həmin sübuta ümumiyyətlə istinad etməmiş və sübut kimi qəbul etməmişdir. Məhkəmə işə ədalətli, obyektiv baxmamış, qərəzli mövqe göstərmişdir. Məhkəmə iddiaçının evi dedikdə hansı hüquqmüəyyənedici sənədə istinad etdiyini sübuta yetirməmişdir. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir, 0.30 ha torpaq sahəsinə 2 istiqamətdən gediş-gəliş yolu mövcuddur, həyətin ortasından yol mövcud deyildir, iddiaçının evi 0.30 ha içərisində yerləşmir, tamamilə başqa ərazidədir və ona həyətin ortasından yolun verilməsi mümkün deyildir. Məhkəmə həyətin ortası ilə yolun verilməsini qanunsuz qətnamə qəbul etməklə təsdiq etmişdir”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: ## ##### 2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin bütün halları araşdırılmamışdır, ekspert qarşısına bir sual qoyulmuşdur. Iş obyektiv araşdırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə ekspertiza təyin edilmişdir. Həmin mütəxəssis rəyi ilə razıdırlsr. Ekspert rəyi işin bütün hallarına aydınlıq gətirir. Iddia tamamilə əsassızdır. Cavabdehlər tərifindən hər hansı maneə, zəbt halı yoxdur. Avtomobilin saxlanıldığı yerin iddiaçıya heç bir aiddiyatı yoxdur. Iddiaçının evi başqa yerdə tikilib, ümumi birgə mülkiyyətə aiddiyəti yoxdur. Iddiaçının iki çıxışı vardır. Digər çıxışdan sərbəst istifadə edə bilər, heç bir maneə yoxdur. Cavabdehlərin avtomobil saxladıqları yer daim onların istifadəsində olub. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, mütəxəssis rəyi ilə razı deyildir. Cavabdehlər mütəxəssis gələndə avtomobili başqa yerdə saxlayır, onlar gedəndən sonra təkrar eyni yerdə saxlayırlar. Orada başqa maneə yoxdur. Əsas maneə avtomobildir. Mütəxəssisin alternativ yol olaraq qeyd etdiyi yol əsas yol deyil, həmin yoldan avtomobil və mal-qara üçün istifadə edə bilmir. Həmin topraq sahəsi ümumi birgə mülkiyyətdə olmasına, babadan qalmasına baxmayaraq onun yoldan istifadə etməsinə, keçməsinə cavabdehlər icazə vermirlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən mütəxəssis Mütəxəssis məhkəmə tərkibinin ünvanlamış olduğu suallara cavab olaraq bildirdi ki, yerqurluşu planında yaşılla olan ştrixlənmiş hissə mülkiyyətdə olan hissədir. Iki ailənin, həm iddiaçının, həm də cavabdehin ümum birgə mülkiyyətindədir. Göy xətlərin içində olan, sarı rənglə rənglənmiş sahə iddiaçının faktiki istifadəsində olan hissədir. 5,6-cı nöqtələrdə olan tövlə İddiaçı tövləsidir. Iddiaçı İddiaçı iki ev arasından, 10 və 11-ci nöqtələr arasından tövləyə heyvanlarını keçirmək üçün yol istəyir. Iddiaçının tövləyə heyvanlarını aparmaq üçün iki alternativ yolu var, ümumi istifadədə olan yoldan 35-36-cı nöqtələr arasından 13-cü nöqtəyə və oradan tövləyə gedən birinci alternativ yol, 8-7-ci nöqtələrin yanından 6-cı nöqtəyə, birbaşa tövləyə gedən ikinci alternativ yol var. Iddiaçının tələb etdiyi yol 60 metrdir, heç kimə maneəçilik törətmədən gedə istifadə edilə biləcək ikinci alternativ yol isə 43 metrdir. Torpaq sahəsi ümumbirgə mülkiyyətdə olsa da, ataları iki qardaş olub, torpaq sahələrini faktiki ayırıb. Hər iki ailənin istifadəsində olan torpaq sahəsi bir-birindən təmir torla ayrılıb. 33, 34 və 35-ci nöqtələrdə yerləşən tikili cavabdehin istifadəsində olan köməkçi tikilidir. 18 və 37-ci nöqtələrdə yerləşən tikili cavabdehin istifadəsində olan tövlədir. Torpaq sahələrinin ətrafında olan yol ümumi, hər kəsin istifadəsində olan yoldur. Cavabdeh istifadəsində olan torpaq sahəsinin yolla birləşən sərhəd hissəyə dəmir tor, hasar çəkib. 15-16-cı nöqtələrin yanında olan ev iddiaçının mülkiyyətində olan evdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən yalnız cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilsə də, mübahisə predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasını və tələbin bölünməzliyi nəzərə alınaraq qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 213.1 iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 222.1 birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cümaddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, iş üzrə alınmış mütəxəssis rəylərini, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli mütəxəssis rəyini, habelə apellyasiya baxışı zamanı mütəxəssis Mütəxəssis verdiyi izahatı birgə və qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyildir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; X11rşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir. (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə ## ######## 2001-ci il tarixli Qərarı). Iddiaçının tələbi ona və cavabdehlərə birgə mülkiyyət hüququ ilə məxsus olan mübahisəli torpaq sahəsində yerləşən evinə və yardımçı tikililərinə gedən gediş-gəliş yolunda cavabdehlər tərəfindən ona hər hansı maneələrin yaradılmasının qadağan edilməsi ilə bağlıdır. Iddiaçının qənaətinə görə, cavabdehlər onun evinə və tövləyə gedən yolu bağlamışlar. Həmin yoldan o, təsərrüfatı üçün ot preslərini, buğdanı, arpanı və digər məhsullarını aparmışdır. Cavabdehlər yolu bağladıqları üçün o, hazırda mülkiyyətindən sərbəst istifadə edə bilmir. Qeyd edilən iddia tələbi ilə bağlı cavabdeh qeyd etmişdir ki, “Qaz 53” markalı maşınını evin qarşısında saxlayır, lazım olanda maşını yoldan kənarlaşdırıb iddiaçıya yol verir. Məhz bu hallara istinad edən birinci instansiya məhkəməsi iddianı təmin edərək bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyət hüquqları cavabdehlər tərəfindən hüquqa zidd olaraq məhdudlaşdırıldığından iddia tələbi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir: Ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli əmlak hüquq müəyyənedici sənədlərə görə tərəflərin ümumi birgə mülkiyyətindədir. Iddiaçının hazırda istifadəsində olan evinə və köməkçi sahəyə gedən yol üzərində cavabdehlər tərəfindən maneə törədilməsi iddia olunur. Başqa sözlə, cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçı özünə məxsus olan əmlakdan istifadə edə bilmək imkanından məhrum olduğunu qeyd edir. Hazırkı iddia tələbi də məhz bu səbəblərin maneənin aradan qaldırılması ilə bağlı olmuşdur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hazırkı iddia iddiaçının mülkiyyətində olan əmlakdan istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılmasına yönəlmiş neqator tələbdir. Qeyd edilən tələbin xüsusiyyəti ondan ibarətdir ki, mülkiyyətçi ona mülkiyyət hüququ ilə məxsus olan əşyadan istifadə etməsinə və ya sərəncam verməsinə başqa şəxs (şəxslər) tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir, həm də bu maneə onun mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı olmur. Başqa sözlə, neqator tələb irəli sürən şəxs əşyanın mülkiyyətçisi olmalı və ya digər qanuni əsaslarla ondan istifadə və ya ona sahiblik etməli, onun əşyadan istifadəsinə digər şəxslər tərəfindən həmin əşyanı götürmədən və ya ondan məhrum etmədən maneələr yaradılmalıdır və bu maneələr hüquqa zidd olmalıdır. Kollegiya qeyd edir ki, hazırkı işin hallarından görünür ki, iddiaçının mübahisəli əmlakdan istifadə etməsinə mane olan hal, yəni cavabdehlərin həmin əmlakla bağlı aktiv hərəkətləri olmamışdır. Belə ki, iş üzrə mövcud olan ## ### 2025-ci il tarixli mütəxəssis rəyi, ## #### 2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertiza rəyi və xüsusilə ##.##.2026-cı il tarixli son mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli 0,30 ha torpaq sahəsinin daxilində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən ümumi istifadədə olan yolunun nəzərdə tutulduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Eyni zamanda həmin rəylərlə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə və tövləsinə cavabdehin istifadəsində olan hissədən keçmədən, ümumi istifadədə olan alternativ yollar vasitəsilə çıxış imkanının mövcud olduğu müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli mütəxəssis rəyində açıq şəkildə göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,3367 ha torpaq sahəsinin şimal-şərq və cənub-şərq istiqamətlərindən ümumi istifadədə olan yollar nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin şərq istiqamətində ümumi istifadədə olan yolun, təsərrüfat tikilisinin (tövlənin) isə şimal-şərq istiqamətində alternativ ümumi istifadəli yolun yerləşdiyi müəyyən edilmişdir. Bununla yanaşı, həmin mütəxəssis rəyində birbaşa qeyd olunmuşdur ki, nəzərdə tutulmuş ümumi istifadəli yollar cavabdehlər tərəfindən istifadə edilmir və həmin yollar üzərində cavabdehlər tərəfindən hər hansı fiziki maneənin yaradılması müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən mütəxəssis Mütəxəssis izahatı da həmin halları təsdiq etmişdir. Mütəxəssis izahatında göstərmişdir ki, iddiaçı faktiki olaraq cavabdehlərin istifadəsində olan hissədən, iki evin arasından keçməklə öz tövləsinə yol tələb edir. Bununla belə, iddiaçının heyvanlarını tövləyə aparması üçün ümumi istifadədə olan iki alternativ yol mövcuddur. Mütəxəssisin izahatına əsasən, iddiaçının tələb etdiyi keçid yolu 60 metr olduğu halda, alternativ və maneəsiz istifadə edilə bilən digər yolun uzunluğu 43 metr təşkil edir. Həmçinin mütəxəssis tərəfindən izah olunmuşdur ki, torpaq sahəsi hüquqi baxımdan ümumi birgə mülkiyyət hesab olunsa da, faktiki istifadə qaydasında tərəflərin istifadəsində olan hissələr ayrılmış, həmin hissələr tor və hasar vasitəsilə bir-birindən fərqləndirilmişdir. Mütəxəssis eyni zamanda vurğulamışdır ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman gediş-gəliş yollarının heç birində maneə olması aşkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi keçid faktiki olaraq cavabdehlərin istifadəsində olan hissədən keçməklə daha əlverişli yol əldə etmək məqsədi daşıyır. Halbuki, Mülki Məcəllənin 157.4-cü maddəsinin mənasına görə maneələrin aradan qaldırılması tələbi yalnız mülkiyyətçinin öz əmlakından istifadəsinin real və hüquqazidd şəkildə məhdudlaşdırıldığı hallarda təmin edilə bilər. Iş üzrə toplanmış sübutlarla isə iddiaçının öz evinə və yardımçı tikililərinə çıxış imkanından tam məhrum edilməsi, yaxud cavabdehlər tərəfindən onun istifadəsinin faktiki olaraq mümkünsüz hala salınması müəyyən edilmir. Əksinə, istər iş üzrə verilmiş mütəxəssis rəyi ilə, istərsə də iddiaçının özünün verdiyi izahatla müəyyən edilmişdir ki, İddiaçı gediş-gəliş yoluna cavabdehlər tərəfindən maneələrin yaradılmasını iddia etdiyi sahədə hər hansı məhdudiyyət mövcud deyil. Nəzərə alınmalıdır ki, həm iddiaçı, həm də cavabdehin ümumi birgə mülkiyyətlərində olduğu 0.30 hektar sahədən istifadə etmək üçün bərabər imkanlara malikdirlər və iddiaçının gediş-gəliş yolundan istifadə etməsinə real maneə yoxdur. Cavabdehin avtomaşınının həyətdə saxlanılmasının maneə olaraq qiymətləndirilməsi və bunun qadağan edilməsi isə digər mülkiyyətçinin də öz əmlakından istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırmış olar. Mülki Məcəllənin 6.1.1 və 153.4-cü maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Qanunun mənasına görə mülki qanunvericilikdə müəyyən olunan hüquqlar, təminatlar və müdafiə vasitələri mülkiyyət hüququnun bütün subyektlərinə eyni tətbiq edilir. Kollegiya nəzərə alır ki, torpaq sahəsi hüquqi baxımdan ümumi birgə mülkiyyət hesab olunsa da, iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, uzun müddətdir tərəflərin istifadəsində olan hissələr formalaşmış, hər iki ailə torpaq sahəsinin müəyyən hissəsindən ayrıca istifadə etmişdir. Bununla yanaşı, həm mütəxəssis rəyləri, həm də mütəxəssisin məhkəmə iclasında verdiyi izahatla müəyyən olunur ki, iddiaçının istifadəsində olan evə və tövləyə alternativ ümumi istifadəli yollar mövcuddur və həmin yollar üzərində cavabdehlər tərəfindən hər hansı fiziki maneə yaradılması halı aşkar edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan hallara tam və düzgün hüquqi qiymət verməmiş, xüsusilə iddiaçının alternativ keçid imkanlarının mövcudluğu, mübahisəli hissədə ilkin yerquruluşu sənədlərinə əsasən ayrıca yolun nəzərdə tutulmaması, eləcə də cavabdehlər tərəfindən həmin alternativ yollar üzərində hər hansı maneənin müəyyən edilməməsi kimi mühüm halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində əsasən torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasına və cavabdehin hazırlıq iclasında verdiyi izahata istinad etmiş, lakin iddiaçının mülkiyyət hüququnun hansı konkret formada və hansı real maneələrlə pozulduğunu mötəbər sübutlarla müəyyən etməmişdir. Halbuki, yalnız torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması özlüyündə digər mülkiyyətçinin cavabdehin istifadəsində olan hissədən istənilən qaydada keçid tələb etmək hüququnun yaranması üçün kifayət etmir. Bu cür tələb yalnız başqa çıxış imkanlarının olmadığı və mülkiyyət hüququndan istifadənin real olaraq mümkünsüzləşdirildiyi hallarda əsaslı hesab oluna bilər. Bundan başqa, iş üzrə müəyyən olunmur ki, iddiaçı alternativ yollardan istifadə etmək imkanından tam məhrum edilmiş və ya həmin yollar faktiki istifadəyə yararsız vəziyyətdə olmuşdur. Əksinə, mütəxəssis izahatı ilə alternativ yolun daha qısa məsafədə olduğu və heç kimə maneə törətmədən istifadəsinin mümkün olduğu müəyyən edilmişdir. Belə olan halda cavabdehlər üzərinə iddiaçının tələb etdiyi konkret keçid istiqamətinə dözmək və həmin hissədən istifadəyə məcbur edilmək öhdəliyinin qoyulması mütənasib hesab edilə bilməz və bunun üçün yetərli hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ şəxsin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu ehtiva edir və həmin hüquq dövlət tərəfindən qorunur. Eyni zamanda Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi öz hüquqlarını həyata keçirərkən digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmamalıdır. Bu baxımdan ümumi birgə mülkiyyət münasibətlərində hər bir iştirakçının əmlakdan istifadəsi digər mülkiyyətçilərin hüquqları ilə tarazlaşdırılmalı, bir mülkiyyətçinin hüququnun həyata keçirilməsi digərinin faktiki istifadəsinə əsassız müdaxilə ilə nəticələnməməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş maneələrin aradan qaldırılması üsulu yalnız mülkiyyətçinin öz əmlakından istifadəsinin real və hüquqazidd şəkildə məhdudlaşdırıldığı hallarda tətbiq oluna bilər. Iş üzrə müəyyən edilmiş hallardan isə görünür ki, iddiaçının istifadəsində olan evə və yardımçı tikililərinə alternativ ümumi istifadəli yollar mövcuddur və həmin yollar üzərində cavabdehlər tərəfindən hər hansı fiziki maneənin yaradılması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət vermədən iddianı təmin etmiş, nəticədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Iddia tələbi təmin edilmədiyindən xərclər aşağıdakı qaydada iddiaçıya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025ci il tarixli, **/**** saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maneələrin yaradılmasının qadağan olunması” tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1373/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1373/2025
06.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver