Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1383/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: alimentin artırılması tələbi. X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(032)-710/2024 saylı (hakim Ceyhun Mustafayev) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin arıtırılaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə faktiki olaraq toy edərək evlənmiş, lakin cavabdeh rəsmi nikah bağlatdırmamışdır. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 adında iki uşaqları doğulmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən atalığın müəyyən edilməsi faktı tanınmaqla uşaqları onun himayəsinə verilmiş, həmçinin xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat olmaqla ümumilikdə cavabdehdən hər ay 100 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Uşaqların saxlanılması maddi cəhətdən çətinlik çəkdiyindən və onların tələbatlarının ödənilməsində problemlər olduğundan, cavabdehə qarşı 2016-cı il tarixdə alimentin artırılması tələbi ilə Şirvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1401/2016 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş və narazı qaldığı üçün Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (106)-1431/2016 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)-1401/2016 saylı qətnaməsi ləğv edilmiş və alimentin dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində 80 manat olmaqla iki uşağa ümumilikdə 160 manat alimentin tutulması qət edilmişdir. Bu müddət ərzində cavabdeh heç vaxt alimentin artırılması ilə bağlı könüllü artım etməmişdir. xx.xx.2006-cı il təvəllüdlü X5 18 yaşı tamam olduğundan cavabdeh tərəfindən 2024-cü ilin mart ayından 80 aliment dayandırılmışdır. Bu səbəbdən də o, uşaqların saxlanılması ilə bağlı çətinliklərlə üzləşdiyindən, cavabdehə 80 manat alimentin artınlması ilə bağlı müraciət etmişdir. Lakin cavabdehdən imtina cavabı aldığından, ilk olaraq alimentin artırılması ilə bağlı Sabirabad 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etsə də, lakin alimentin artırılmasından imtina etmişdir. Barışıq əldə edilmədiyindən, Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2014-00515 saylı mediasiya arayışı verildikdən sonra alimentin artırılması ilə bağlı Şirvan şəhər məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2016-cı il tarixdən bəri hər uşağa 80 manat olmaqla, ümumilikdə 160 manat alimenti ödəyir, lakin bu müddət ərzində cavabdehə qarşı iddia irəli sürməmişdir ki, cavabdeh qazancının əsasında uşağların təminatlarının yaxşılaşdırılması baxımından alimentin artırılaraq bir ata kimi vəzifə borcunu dərk etməklə həyata keçirtməli olsun. Nəzərə alsaq ki xx.xx.2006-cı il təvəllüdlü X5 alimenti dayandı halbuki, o, peşə liseyində oxuyur və həmçinin ən əsası xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd Yusif oğlu təhsil aldığına görə təlabatları artdığına görə təxminən 8 il keçdikdən sonra yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hər dəfə istər məhkəmə prosseslərində, istər də mediasiya da alimentin artırılmamasına səbəb kimi evli olması və birgə nikahdan iki övladının o həmçinin himayəsində yaşlı ata və anasının saxlanıldığını bildirir. İşləmədiyini əsas gətirir və qazancının olmadığından ona valideynlərinin köməklik bəhanə gətirməklə alimentin artırılmasından imtina edir. Halbuki, cavabdehin valideyni - hər ikisi yüksək pensiya alır və onlar özlərini saxlayır və həmçinin cavabdeh həyətyani sahəsində parnik üslubunda mövsümü vaxtlarda müxtəlif meyvətərəvəz olaraq pomidor və müxtəlif tərəvəzlər yetişdirməklə bir yerdən Rusiya Federasiyasına verməklə yaxşı gəlir əldə edir. Cavabdehlə birgə yaşadıqları vaxtlarda həyətyani sahədə yerləşən parnikdə işləməklə mövsümü vaxtlarda meyvə-tərəvəzin bir yerdən verərək satdığının və yüksək gəlir əldə etdiyinin şahidi olmuşdur. Həmin parnikdə işləməklə o, asma-bronxilit xəstəliyinə tutulmuş və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir mərkəzi xəstəxanada qeydiyyatda olmaqla hər ay dərman alır və mütəmadi müalicə alır. Bütün bunları cavabdeh bilrəkdən gizlətməklə, alimentin artırılması mərhələsində olduğunu, işləmədiyini və himayəsində yaşlı valideynlərinin olduğunu əsas gətirməklə imtina edir. Cavabdeh məhkəmə prossesində alimentdən savayı iddiaçıya hər ay ev kirayəsi olaraq 100 manat verdiyini də əsas gətirə bilər. Lakin övladları ilə birgə cavabdehin yaşadığı evdə qeydiyyatda olduğundan və həmin həyatyanı sahədə 3 sot torpaq sahəsi olduğuna görə məhkəmə qətnaməsi əsasında əvvəllər gəlin köçüb yaşadığı evə köçürülməklə yaşayış hüququ əldə etmiş, həmin evə cavabdeh tərəfindən qoyulmadığına görə icra məmurunun vasitəsi ilə qarşılıqlı razılaşma əsasında hər ay kirayə haqqı olaraq 100 manat ona pul verir. Həmin pulun üstünə 50 manat qoymaqla hər ay 150 manat kirayə haqqı ödəyir və hal-hazırda işləmir. Kirayə haqqını ödədikdə yerdə qalan məbləğ iddiaçının aylıq məsrəflərin ödəmədiyindən valideynləri tərəfindən köməklik edilməklə uşağların təlabatların ödəyir. Çünki, heç yerdə işləmir və hal-hazırda X7 iş axtaran kimi qeydiyyatdadır. Digər tərəfdən cavabdehin ailə vəziyyətində dəyişiklər olması, yəni onun yenidən nikaha daxil olması və həmin nikahdan iki övladının olması, birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 qarşısında öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Lakin bu hal diqqətə layiq kimi alimentin miqdarının müəyyən edilməsində, həmçinin müstəsna hallarla (X6 epilepsiyadan əziyyət çəkir, lakin əvvəlcədən imkan olmadığından müalicəsi aparılmır, ona görə də qıcılmaları hərdən olur və həkim-psixiatr tərəfindən iynə vurulduğda halı normallaşır) bağlı xərclərə cəlb edilməsində nəzərə alınmalı hal besab olunmalıdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının arıtırılaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbi təmin edilməmiş, qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla, ümumilikdə 160 manat ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatmış, xx.xx.2008-ci il təvəllüdlü X6 üçün isə müəyyən edilmiş alimenti ödəyir. Özü ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki uşağı vardır, heç bir yerdə işləmir. İddiaçı məhkəmə qətnaməsi əsasında yaşadığı evdə yaşamaq hüququ verilmiş, lakin birgə yaşamaq mümkün olmadığı üçün ona kirayə ev tutmuş, 110 manat kirayə pulu ödəyir, özünün ikinci nikahdan doğulmuş uşaqlarını müalicəyə ehtiyacı vardır, lakin maddi səbəblərdən həkimə apara bilmir, ata və anasının təqaüdü ilə dolanır, iş olduğu halda fəhlə işləyir, parniklə məşğul olmur. İddiaçı iddia ərizəsinə cavabdeh tərəfindən verilmiş ərizəsinə dair münasibətində bildirmişdir ki, həyətyanı təsərrüfatla, yəni parnikdə meyvə-tərəvəz əkini ilə məşğul olur, lakin həmin meyvə-tərəvəzdən gəlir götürmür və qazanc əldə etmir. Belə ki, cavabdeh təbii olaraq iddia ərizəsində qeyd etdiyi halların əsası olaraq gəlirin gizlətmək üçün həyatyanı sahədə parnikdən gəlir əldə etmədiyini bildirməsi özünü müdafiə xarakteri olaraq başa düşüləndir. Cavabdeh çalışacaq ki, məhkəmə də qazancının olmadığını, himayəsində təqaüdçü valideynlərinin olduğunu və ən əsas ailəli olduğunu əsas gətirsin. Lakin həyatyanı sahədə parnik olduğunu danmağını etiraf etməsi, məhkəmə tərəfindən qeyd etdiyi halların sübutu olaraq cavabdehin həyatyanı sahəsinə baxış aparalacağı halda aşkar olacağından ehtiyatlanaraq etiraf etmək məcburiyyətində qalmışdır. Cavabdehin həyatyanı sahəsində parnik olmasını etiraf etməsi, lakin qazancının olmamasını bildirməsi, artıq onun həmin hissədə sübut etmək vəzifəsindən azad edir. Çünki, cavabdehin həyatyanı sahəsində parnik olması, onun ayrıca olaraq təsərüffatla məşğul olmasından və həmin təsərüffatdan gəlir götürməsindən xəbər verir. Belə ki, parnikdə xüsusi olaraq meyvə-tərəvəzlər yetişdirilir ki, həmin məhsullar Rusiya Federasiyasına topdan verilməklə göndərilir. Bunu hər bir şəxs bilir və cavabdehin qazanc əldə etməməsi və sadəcə pomidor-xiyar əkilərək özü üçün istifadə etməsi kimi sözləri yalnız məhkəmədə cavabdehin qazancın deyil, yalnız özünün təlabatının ödənilməsi kimi təəsürat yaratması anlamını verir. Halbuki, öz tələbatını ödəmək üçün həyatyanı sahədə pomidor-xiyar yetişdirmək üçün parnikdən istifadə edilməsinə ehtiyac yoxdur. Çünki parnik ancaq xüsusi meyvətərəvəzlərin yetişdirilməsi üçün istilətmə sistemindən istifadə etməklə, xüsusi qulluq əsasında xarici ölkələrə ixrac olunması üçün istifadə edilir. Belə olan halda cavabdehin parnik üçün yuxarıda qeyd edilənləri əsas gətirməsi qəbul edilməməlidir. Cavabdeh ona aliment ödənilməsi üçün qazancını gizlədir və həmin qazanc fərqli hallarda dəyişkən qalır məbləğindən asılı olaraq dəyişir. Cavabdehin 8 ilə yaxın ona özü könüllü xəbər verir ki, cavabdeh heç vaxt alimenti alimentin artırılmasında maraqlı olmamışdır. Bu müddət ərzində onun da bir dəfə də olsun alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməməyinin səbəbi cavabdehin öz vicdanı əsasında alimentin artırmasını həyata keçirməsini gözləməyi olmuşdur. Lakin artıq hər il infilaiyasıya uyğun olaraq cavabdeh tərəfindən ödənilən manat alimentin artırmamasını görərərək, alimentin artırılması qənitinə gəlmək məcburiyyətində qalmışdır. Cavabdeh həmçinin məhkəmə uşaqların xəstə olduğunu bildirsə də, lakin hər hansı bir sübut təqdim etməmişdir. Lakin cavabdeh bilir ki, onun övladı olan xx.xx.2008-ci il təvəllüdlü X6 "epilepsiya xəstəliyi”-dən əziyyət çəkir və onun müalicəsi vəsait tələb etdiyindən, bununla bağlı cavabdehdən heç nə tələb etməmişdir. Halbuki, oğlu həmin xəstəliklə bağlı mütəmadi müalicə alır, lakin hərdən imkansızlıqdan onu müalicə etdirə bilmir, yəni lazım olan dərman ləvazimatlarını ala bilmir. Cavabdehin ödədiyi 80 manat aliment isə heç onun geyimini və yaxud təlabatını ödəmir, Ona valideynləri köməklik edir. Cavabdeh isə etirazında 1 qeyd etdiyi halları formal mülahizə xarakterli sözlərə üstünlük verir. Onun tərəfindən, cavabdehə mediasiya təşkilatında 200-180 manat aliment verilməsinin mümkün olduğunu deyərək, razılaşacaqlarını bildirdikdə, cavabdeh alimentin artırılmasının imkanları xaricində olduğunu, yalnız sonradan mediatora zəng vuraraq 100 manat verə biləcəyini, bu şərtlə ki, hər ay ev kirayəsinə görə verdiyi 100 manat məbləğin 80 manata azaldılacağı şərti əsasında ödəyəcəyini bildirmişdir. Halbuki, cavabdeh həmin məbləği Şirvan İcra Şöbəsində razılığa gələrək cavabdehin yaşadığı evdə yaşamamaq şərti ilə hər ay 100 manat kirayə pulu verəcəyi öhdəliyi götürmüşük. Bunun alimentə heç bir aidiyyatı yoxdur, həmin 100 manat məbləğ yalnız onun və övladlarının cavabdehin yaşadığı evə köçürülərək yaşamaqlarına dair məhkəmə qətnaməsinə əsasən cavabdehin onun və övladlarının həmin evdə yaşamamaqlarının əvəzi olaraq ödədiyidir və həmin məbləğin üzərinə 20 manat qoyaraq 120 manat hər ay ev kirayəsi verir, bunu mənzilin sahibi də təsdiq edə bilər. Belə olan halda cavabdehin hər ay mənzil kirayəsi üçün verdiyi 100 manat pulun məhkəmədə qeyd etməsi məhkəmədə belə bir təəsürat yaratmaqdır ki, alimentdən savayı iddiaçıya əlavə olaraq məbləğ ödəyir. Şirvan Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(032)-710/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılmış, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə prossesində verdiyi izahatında, həyatyanı sahəsində pomidor və xiyarın və s tərəvəzlərin yetişdirilməsinə dair parnikinin olduğunu və həmin parnik əsasında mövsümü ərzində topdan Rusiya Federasiyasına göndərilməsindən götürdüyü gəlir barəsində verdiyi məlumat öz təsdiqini tapsa da, cavabdehin inkar edərək formal mülahizə xarakterli sözlərini əsas götürmüşdür. Cavabdeh həmin parnikdən gəlir götürə bilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qərarında iddia tələbinin qismən təmin edilməsi kimi cavabdehin evli olduğunu əsas gətirmişdir. Məhz cavabdeh bütün instansiya məhkəmələrin də alimentin artırılmasından yayınmağa çalışacaq kimi yuxarıda qeyd etdiyi halları əlində əsas tutmağa can atacaq. İlk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusilə də xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ciil təvəllüdlü X3 tələbatlarının artması mübahisə predmeti təşkil edə bilməz. Düzdür xx.xx.2006-cı il təvəllüdlü X8 alimentin artırılmasına dair mübahisə predmeti olmasa da, lakin bu gün o, iddiaçının himayəsində yaşamaqla qalır və onun ilkin olaraq yetkinlik yaşına çataraq özünü saxlanılması kimi anlama gəldikdə isə o hal-hazırda X18 təhsil alır və onun digər bir halda işləməklə gəlir əldə etməsi, təhsilinin əyani olması baxımından maneə törətdiyi üçün o, iddiaçının himayəsinə sığınmaqla ehtiyaclarını ödəmək məcburiyyətindədir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılmasında 40 manat dəyişiklik edilməsi onun qeyd etdiyi faktiki hallara əsasən iddiaçının maddi vəziyyətində hər hansı bir dəyişikliyə gətirib çıxara bilməz. Çünki, artım 2024-cü ilin yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün təyin edilən 235 (iki yüz otuz beş) manat məbləğin ¼ hissəsini də görmür və bu hal hər bir uşaq üçün sosial təminatın ödəyəcək məbləğdən həddindən artıq az təşkil etdiyindən, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən artırılan məbləğ ona-iddiaçıya münasibətdə yuxarıda qeyd etdiyi faktiki və hüquqi hallara əsasən qəbul edilə bilməz. Digər tərəfdən cavabdehin ailə vəziyyətində dəyişiklər olması, yəni onun yenidən nikaha daxil olması və həmin nikahdan iki övladının olması, onun iddiaçı ilə birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 qarşısında öhdəliklərin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Lakin bu hal diqqətə layiq kimi alimentin miqdarının müəyyən edilməsində, həmçinin müstəsna hallarla (X6 epilepsiyadan əziyyət çəkir, lakin əvvəlcədən imkan olmadığından müalicəsi aparılmır, ona görə də qıcılmaları hərdən olur və həkim-psixiatr tərəfindən iynə vurulduğda halı normallaşır) bağlı xərclərə cəlb edilməsində nəzərə alınmalı olan hal hesab olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Qanunla müəyyən edilmiş qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin olunduğundan, iddiaçının mübahisələndirdiyi hissə iddianın təmin olunmayan hissəsidir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini, mübahisələndirilən hissədə, iddiaçının şikayətinin dəlilləri üzrə yoxlanılmasını qanunamüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin qismən təmin edilməsi və alimentin tutulması məbləğinin dəyişdirilməsi qismən üçün əsaslıdır. İşin hallarına əsasən Şirvan Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli, 2(032)- 59/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması faktı müəyyən edilməsi, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2(032)-1401/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının hər ay bir uşağa görə 117 manat olmaqla, ümumilikdə iki uşağa görə 234 manat sabit pul məbləğində müəyyən olunmaqla artırılması və xx.xx.2008-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 80 manat sabit pul məbləğində Cavabdeh əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1401/2016 saylı 13 aprel 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının hər ay bir uşağa görə 117 manat olmaqla, ümumilikdə iki uşağa görə 234 manat sabit pul məbləğində müəyyən olunmaqla artırılması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)- 59/2014 saylı, 04 fevral 2014-cü il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşaq üçün hər ay 80 manat, cəmi 160 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 24 sentyabr 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X10 ilə nikahlarından xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2015-ci il tarixdə X11 doğulmuşdur. Hazırda iddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 80 manat alimentin miqdarının artırılaraq, 235 manat müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddanı qismən təmin etmiş, aliment miqdarının artırılmasını qət edərək, alimenti hər ay 120 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi yaşayış minimumunu, uşağın tələbatlarını nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Qətnaməni iddiaçı mübahisələndirir. Şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsinin qət etdiyi məbləğ uşağın tələbatlarını ödəmək üçün kifayət edə bilməz. İşin halları ilə müəyyən edilir ki, cavabdeh birinci nikahdan olan uşaqları üçün 2016cı ildən etibarən hər ay 160 manat aliment ödəmişdir. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatmış və iddiaçı digər uşağa görə vatıilə müəyyən edilmiş 1 uşaq üçün 80 manat aliment məbləğinin artırılmasını xahiş etmişdir. Yetkinlik yaşına çatmayan X6 isə xx.xx.2008-ci il təvəllüdlü olmaqla 2026-cı ildə yetkinlik yaşına çatacaqdır. Göründüyü kimi cavabdeh indiyədək 2 uşaq üçün hər ay 160 manat aliment ödəmək iqtidarında olduğu üçün kollegiya hesab edir ki, o 1 uşaq üçün hər ay 150 manat alimenti ödəyə bilər. Belə ki, hazırda alimentin axırıncı dəfə artırılmasından 9 ildən çox müddət keçmiş, uşaqlar üçün yaşayış minimumun məbləği artıq 235 manat müəyyən edilmişdir. Uşağın xərcləri, onun geyim, qida, həmçinin təhsil xərcləri də, artmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının artırılması hissədə dəyişdirilməli, uşağın saxlanılması üçün 150 manat aliment hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının apellyasiya şikayətində göstərdikləri də, qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hər ay qazancının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Buna əsasən də, qətnamə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(032)-710/2024 saylı qətnaməsi qismən- Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)- 1431/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1383/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1383/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver