Məhkəmə qərarları › İş №2(106)-1385/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1385/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1385/2023 28.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-898/2017 saylı qərardadından (hakim M.Qasımov) iddiaçının nümayəndəsi X12 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlkin olaraq kreditor “Accessbank» QSC ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2, X6, X1 Elnur Namiq oğlu, X7 və Cavabdeh4 12889.17 ABŞ dolları kredit borcu, 3304.60 ABŞ dolları faiz borcu və 1288.80 ABŞ dolları cərimə olmaqla ümumilikdə 17482.57 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə üzrə Lənkəran Rayon Məhkəməsi tərəfindən 26 Fevral 2016-cı ildə 2(049)- 2214/2016 saylı məhkəmə əmri verilmişdir. Borclulardan Cavabdeh4 əmrə qarşı yazılı etiraz təqdim etmiş və Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qərardadı ilə 26 fevral 2016-cı il tarixli 2(049)- 2214/2016 saylı məhkəmə əmri ləğv edilərək, işin baxılması iddia icraatına keçirilmişdir. Sonrakı mərhələdə İddiaçı QSC tələbinin hacmini artıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X1 Elnur Namiq oğlu, X7 və Cavabdeh4 12889.17 ABŞ dolları kredit borcu, 4775.27 ABŞ dolları faiz bolcu və 21988.33 ABŞ dolları cərimə olmaqla ümumilikdə 39652.77 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın ona aid hissədə rədd edilməsi, "xxxx" QSC ilə arasında bağlanmış 16 may 2008-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, 12889.17 ABŞ dolları əsas borc, 4775.27 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla cəmi 19664.44 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X1 Elnur Namiq oğlu, X7 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam olaraq rədd olunması qət edilmişdir. Mülki iş məhkəmənin icraatında olan dövrdə cavabdehlər, o cümlədən Cavabdeh3 keçirilən məhkəmə baxış iclasları barədə məlumatlı olmuşlar. Qeyd edilən hal iş üzrə cavabdehlərin hamısının Lənkəran rayonu Şağlaser kənd sakinləri olması, iş materiallarına əlavə edilmiş xəbərnaməli bildirişlər, Cavabdeh3, Elnur Paşayev və Cavabdeh4 Lənkəran Rayon Məhkəməsinə borc alan Cavabdeh1 məhkəməyə gətirilməsinin təmin edilməsinə dair ərizəsi, məhkəmə baxışının təxirə salınması barədə teleqramla (işin 104,122 və 125-ci vərəqləri) təsdiq olunur. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X6 tərəfindən 20 aprel 2017-ci ildə Lənkəran Rayon Məhkəməsinin 2(049)-898/2017 saylı 09 yanvar 2017-ci il tarixli qətnaməsində birgə apellyasiya şikayəti verilmiş, məhkəmənin həmin tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. 20 may 2022-ci il tarixdə cavabdehlərdən Cavabdeh3 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Çinar Abdullazadə yaşadığı ünvana məktub göndərərək 05 avqust 2021-ci il tarixli qərarla icraatına başladığı Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(049)-898/2017 saylı icra sənədində göstərilən tələbi icra etməsini ondan tələb etmişdir. Həmin icra sənədindən xəbəri yoxdur, məhkəmənin qərarı rəsmi qaydada ona təqdim edilməmişdir. 04 iyun 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(049)-898/2017 saylı qətnaməsinin surəti təkrar olaraq Cavabdeh3 təqdim edilmişdir. 10 iyun 2022-ci il tarixdə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Ərizəni belə əsaslandırmışdır ki, apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə 2017-ci ildə ona çatmadığından, qanunla müəyyən olunan 1 ay müddət ərzində şikayət verə bilməmişdir. 03 iyun 2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edib qətnaməni aldığından, hazırda qanunla müəyyən olunan 1 ay müddəti ötürmədən apellyasiya şikayəti verir. Lakin apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət məhz üzürlü səbəbdən, yəni qətnamə ona çatmadığından buraxılmışdır. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-898/2017 saylı qərardadı ilə ərizə təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(049)-898/2017 saylı qətnaməsindən Cavabdeh3 münasibətdə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbləri üzürlü hesab edilərək, bərpa edilmişdir. Qərardaddan İddiaçı QSC-nin nümayəndəsi X12 şikayət verərək ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, müddət bərpası barədə qərardad onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə iş materiallarında qətnamənin surətinin ona rəsmi qaydada göndərilməsini əks etdirən məktub olsa da, həmin qətnamənin ona çatdırılmasım əks etdirən poçt göndərişinin verilməsi haqqında xəbərnamənin kötüyü işə əlavə edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməli və Cavabdeh3 apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Aşağıda qeyri edilənlərə əsasən hesab edirlər ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Mülki Məcəllənin 382-ci maddəsinin tələblərinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzürlü sayıla bilər. Hazırki iş üzrə isə qanunvericiliyin müəyyən etdiyi belə bir müstəsna hal mövcud deyildir. Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli 2(049)-898/2017 nömrəli qətnaməsi poçt vasitəsi ilə cavabdehlərin qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Qeydiyyatda olduğu ünvan üzrə poçt göndərişlərini nəzarətdə saxlamaq cavabdehlərin vəzifəsidir. Hazırkı apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual nfüddət ötürülməklə məhkəməyə daxil olmuşdur və müddətin bərpa edilməsi üçün üzürlü hal yoxdur. Qətnamənin qəbul edildiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda, ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, 2021-ci il tarixədək qətnamənin Cavabdeh3 dair hissədə icra olunmaması tərəfdə arxayınçılıq hissi yaratmışdır. Lənkəran rayon İcra və probasiya şöbəsi tərəfindən 05 noyabr 2021-ci il tarixli məktubla borclu Cavabdeh3 oğlrıun əmək haqqından tutulması barədə icra sənədi aidiyyəti üzrə Lənkəran rayon Polis şöbəsinə göndərilmişdir və bundan sonra Cavabdeh3 guya qətnaməmin surətinin ona çatmamasını əsas gətirərək, qətnamənin icrasını əsassız olaraq uzatmaq məqsədilə yenidən 2022-ci il tarixdə qətnamənin surətini alıb apellyasiya şikayəti vermişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Cavabdeh3 qəthamənin alıb-almamasını müəyyən etmək üçün 23 iyun 2022-ci il tarixdə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün ekspertiza tətqiqqatına təqdim olunmuş 01 aprel 2017-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbəmamənin əslinin Cavabdeh3 ilə X2 hər birinin sərbəst imza nümulərənin təqdim edilməsi barədə verilmiş 03 fevral 2023-cü il tarixli vəsatət təmin edilmədiyinə görə, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmaqla, kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. "xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasma və qanuna uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 14 dekabr 2006-cı il tarixli qərarında qeyd edilir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarırın istənilən anda ləğv edilməsi qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun "Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasma dair 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş qərarların mübahisələndirilməsi ilə əlaqədar hüquqi mövqeyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata" prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Cavabdehin qətnaməni rəsmi qaydada aldığı vaxtdan 6 ildən artıq müddət keçdikdən sonra heç bir səbəb olmadan ötürülmüş müddətin uzürlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(049)-898/2017 saylı qərardadı ilə şikayət təmin olunmayaraq iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2(106)-1385/2023 saylı qərardadı əsasında məhkəmənin öz təşəbbüsü ilə şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Cavabdeh3 məhkəmənin ünvanına teleqram vuraraq xidməti fəaliyyəti ilə bağlı bazar ertəsi gününün xüsusi iş rejimi olması əsası ilə məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə iştirak etməmişlər, iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarına əlavə olunmuş sənədlərdən Cavabdeh3 İddiaçı QSC-nin iddiası əsasında baxılan mülki işdən məlumatlı olması, 09 yanvar 2017-ci ildə qəbul edilmiş qətnaməni isə digər cavabdehlərlə birlikdə 20 aprel 2017-ci ildə apellyasiya qaydasında mübahisələndirməsi müəyyən olunur. Heç-də təsadüfi deyildir ki, Cavabdeh3 20 may 2022-ci il tarixli ərizəsini cavablandırarkən məhkəmə qətnamənin ona təkrar olaraq verildiyini xüsusilə vurğulamışdır. Hətta fərz etsəkki, qətnamənin cavabdehə rəsmi qaydada verilməsi həqiqətən məhkəmə tərəfindən təmin olunmamışdır, cavabdeh özü 19 may 2022-ci il tarixli ərizəsində həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icra məmuru tərəfindən 05 avqust 2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərarın ünvanına göndərildiyini və qətnamənin icrasının ondan tələb olunduğunu bildirir. Bundan da başqa Lənkəran rayon İcra və probasiya şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin şifahi sorğusuna cavab olaraq verdiyi 11 avqust 2023-cü il tarixli məktubunda bildirilir ki, yuxarıda qeyd olunan qətnamə əsasında verilən icra sənədi 05 avqust 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. İcra tədbirləri zamanı borclu Cavabdeh3 Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri işləməsi müəyyən olunmuş və 05 noyabr 2021-ci il tarixdə tələb onun əmək haqqına yönəldilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, qətnamə rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində apellyasiya şikayəti verilə bilərdi. Hətta Cavabdeh3 öz ərizəsində etiraf etdiyi icra məmurundan bildirişi aldığı avqust 2021-ci il tarixindən hesabat aparılsa belə, 10 iyun 2022-ci il tarixində verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət 10 ay ötürülmüş olmuşdur. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qarardadında və qərarında göstərilməlidir. Maddələrin məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya hesab edir ki, Cavabdeh3 tərəfindən apellyasiya şikayətinin vaxtında verilə bilməməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübutlar verilmədiyindən, ən azından 10 ay müddət ötürülməklə verilən ərizə əsaslı hesab olunaraq təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslıdır, iş materialları ilə təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin prosessual müddətin bərpasına dair 12 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh3 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC-nin nümayəndəsi X8 şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-898/2017 saylı qərardadı ləğv edilsin. Cavabdeh3 Lənkəran Rayon Məhkəməsinin 9 yanvar 2017-ci il tarixli 2(049)-898/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Müşfiq Həsənov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar