Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1391/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(050)-2069/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Masallı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(050)-2069/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi, İddiaçı ilə Cavabdeh arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş barışıq sazişi məhkəmə tərəfindən aşağıdakı şərtlərlə təsdiq edilmişdir:
1. Tərəflər İddiaçı ilə Cavabdeh arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləğinə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər.
2. Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1-ci bənddə göstərilən borc məbləğinə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)-2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin.
3. Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 3.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetirir: 3.1.1. Cavabdeh bu barışıq sazişinin 1 -ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. 3.1.2. Bu sazişin 3.1.1. bəndinin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1 -ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. 3.1.3. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır. 1. Bu sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. 2. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
3. Barışıq sazişi məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. 4. Barışıq sazişi bu qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. İş üzrə icraata xitam verildiyindən eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Əzimova X4 Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(050)-2069/2022 nömrəli qərardadından şikayət vermişdir. Şikayət müddətin ötürülməsi ilə verildiyindən Masallı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilərək, məhkəmə qərardadının rəsmi alınması ilə bağlı poçt bildirişinin üzərindəki imzanın Cavabdeh və ya İddiaçı aid olmasının yoxlanılması və imzanın Cavabdeh məxsus olmamasını müəyyən olunduğu təqdirdə qərardadın ləğv edilməklə şikayətin baxılmaq üçün icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, mülki iş materiallarında sözügedən qərardadın surəti Cavabdeh qanunla müəyyən edilmiş qaydada sifarişli xəbərnaməli poçtla göndərilmiş və xx.xx.2022ci il tarixdə poçt xəbərnaməsi Cavabdeh tərəfndən qəbul edilmişdir. Lakn hazırkı verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Qeyd etdiklərinə əsasən məhkəmənin şikayəti qeyri-mümkün hesab edərək baxılmasından imtina etməsi tam qanunsuz və əsassızdır. Belə ki, iş üzrə İddiaçı nümayəndəlik inistutu məhdudlaşdırılanadək yəni 2018-ci ilin yanvar ayınadək nümayəndəlik fəaliyyəti ilə məşqul olmuşdur. İddiaçı Cavabdeh bankla bağlı borc mübahisəsi üzrə nümayəndəsi kimi onu təmsil etmişdir. Hazırki iş üzrə Masallı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2(050)-2069/2022 saylı qərardadı Cavabdeh deyil onun əvvəllər nümayəndəsi olmuş və hazırkı iş üzrə İddiaçı tərəfindən qəbul edilmiş və iş materiallarında olan qəbzdə onun tərəfindən, imzalamışdır. Onlar bunu şikayətdə yazsalar da hakim hansısa səbəbdən yenə də eyni mövzuya başqa fikirlə yanaşmışdır. Hətta, onlar şikayətdə lazım gələrsə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb də etmişlər. Hakim isə şikayətin dəlillərinə ümumiyyətlə fikir verməmiş və ya qəsdən vermək istəməmişdir. Hesab edir ki, məhkəmə qəbul etdiyi qərardadın kimin tərəfindən rəsmi qəbul edilməsi ilə bağlı poçt qəbzinin üzərində olan imzanın X2 və ya İddiaçı aid olub-olmamasının yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etməli imzanın iddiaçıya və ya cavabdehlərdən kimə məxsus olması müəyyənləşdirlməlidir. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçı şikayətin dəlillərinə qarşı etirazını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, cavabdeh şikayət vermiş və məhkəmənin qərardadını mübahisələndirmək istəyir. Qərardad üzrə şikayət 10 gün ərzində verilməlidir, lakin cavabdeh 6 aydan artıq vaxt keçdikdən sonra qərardadın alınmaması bəhanəsi ilə şikayət vermişdir. Hesab etmişdir ki, şikayətin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, cavabdeh ondan notarial qaydada borc alıb, notarial barışıq sazişi yazıb, məhkəməyə getməsə də məhkəməyə teleqram vurub ki, iştirak edə bilmir, barışıq sazışının təsdiq edilməsini xahiş edir. Məhkəmənin qərardadını könüllü icra etmədiyindən yenidən məhkəməyə müraciət etmiş ki, məhkəmə qərardadı məcburi icraya yönəltsin. Məhkəmə qərardadı məcbiri icraya yönəldib. Həm qərardad qəbul ediləndə, həm qərardad məcburi icraya göndəriləndə cavabdehə rəsmi məktublar göndərilib. Yəni həm məhkəmə tərəfindən, həm də könüllü icra üçün məhkəmə icraçısı tərəfindən. Məhkəmə qərardadının qəbul efilməsindən uzun müddət keçdikdən sonra cavabdeh guya qərardadı rəsmi almadığını və buna görə şikayət verə bilmədiyinə istinad edir. Başa düşmək olmur ki, notariusda barışıq sazişi imzalayan, onu təsdiq etmək üçün məhkəməyə teleqram vuran cavabdeh hansı əsasla qərardadı ləğv etmək istəyir. Apellyasiya instansiyası 2 dəfə poçta məktub yazıb və aydınlaşdırmaq istəyib ki, məhkəmənin qərardadı göndərilən 797287952az saylı poçt göndərişini cavabdeh nə vaxt alıb, buna poçt şöbəsi cavab verib ki 6 ay keçdiyindən sənədlər məhv edilib, buna görə məlumat vermək mümkün deyildir. Qeyd etmişdir ki, MM-nin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İndiki halda 6 ay keçəndən sonra cavabdehin öz hüquqları haqqında fikirləşməsi ağlasığmazdır. Əgər doğrudan da cavabdeh məhkəmə qətnaməsini almamışsa və ondan narazı idisə onu məhkəmə icraçısı çağırıb xəbərdarlıq edəndə gedib məhkəmədə maraqlana bilərdi, qərardadı ala bilərdi. Bu qədər müddətdən sonra belə absurd müraciətin əsası yoxdur, iş materiallarına görə cavabdehə qərardad 797287952az saylı poçt göndərişi ilə göndərilib və çatdırılıb, əks halda geri qayıdan məhkəmə məktubu işə tikilmiş olardı. Deyilənlərə əsasən xahiş edirəm şikayət əsassız olduğundan təmin edilməsin. Bildirmişdir ki, cavabdehin qərardaddan məlumatı olmuşdur. Belə ki, artıq o, icra sənədi üzrə ödənişi icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edir ki, şikayət təmin edilməməlidir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdeh apellyasiya baxışına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı tərəflərin iş materiallarında olan ünvanlarına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh 06 sentyabr 2022-ci il tarixdə qərardadın surətini xəbərnaməyə imza etməklə almışdır. Cavabdeh qərardaddan şikayəti 25 iyun 2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, bununla da, prosessual müddəti 9 aydan çox müddət keçməklə ötürmüşdür. Birinci instansiya məhkəməsi şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən doğru qənaətə gəlmişdir. Müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı icraya yönəldilmiş və icra şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. Apellyasiya baxışında iştirak edən iddiaçı bəzi sənədlərin surətlərini təqdim etmişdir: Masallı Rayon İcra və probasiya şöbəsinin məktublarından da, görünür ki, borclu olan Cavabdeh məcburi gətirilməsi barədə məhkəməyə 27 yanvar 2023-cü il tarixdə təqdimat verilmişdir. Eyni zamanda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 16 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdimat təqdim edilmişdir. Həmçinin zamanda 07 avqust 2023-cü il tarixli inkasso sərəncamından müəyyən edilir ki, Cavabdeh icra ödənişi üçün Masallı rayon İcra və probasiya şöbəsinə 163.60 manat ödəniş etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, borclu qərardaddan məlumatlı olmuşdur və onun şikayəti əsassızdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(050)-2069/2022 nömrəli qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.