Məhkəmə qərarları › İş №2(106)-1394/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1394/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1394/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X11 ibarət tərkibdə, X32 oğlunun katibliyi, İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi vəkil X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat, qadın paltarlarının dəyəri olan 4800 manat, borc alınmış 3700 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 151.9 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum əri ilə dostluq münasibətində olmuşdur. 2020-ci ilin ortalarında Cavabdeh oğlu İddiaçı2 məxsus “Mercedes Benz” markalı avtomobili almaq istəmiş, həmin avtomobil 12000 manata razılaşdırılmışdır. Cavabdeh avtomobilin pulunu 1 ay müddətində verəcəyinə vəd vermiş, əri ilə dostluq münasibətlərində olduğundan ona inanmışdılar. X40 Əliyevlə xx.xx.2020-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmiş və orada Cavabdeh etibarnaməni özünün deyil, Gülüsüm adlı bir qadının adına verdirmişdir. Notariat ofisində Gülüsüm adlı şəxs olmamış, həmin şəxslə nə onun, nə də oğlu Əmrahın avtomobillə bağlı, ümumiyyətlə hər hansı danışıqları olmamışdır. Əmrah Cavabdeh pulu 1 ay müddətinə verəcəyi vədinə inandığından avtomobilə dair etibarnamənin kimin adına verilməsinin əhəmiyyət kəsb etməməsinə görə Cəsarətin sözünə əməl etmişdir. Əri 2020ci ildə rəhmətə getmişdir. Cavabdeh əri Bakirin mağazada qalan qadın geyim paltarlarını Masallı rayonu Qərblər kəndində olan qohumlarının mağazalarında sataraq pulunu verməyi təklif etmiş, ona inandıqlarından buna razılaşmışlar. Cəsarət oğlu Əliqadirlə birlikdə həmin qadın geyimlərini avtomobilə yükləyib aparmışdır. Lakin sonradan Cəsarət nə avtomobilin, nə də qadın geyimlərinin dəyərini ödəmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2022-ci ilin may ayında Cəsarət "xxxx" QSC-nin Lənkəran rayon filialından 30000 manat pul götürüb həm özünün borclarını, həm də qardaşı Əkbərin oğlu Əmrahı işə düzəltmək üçün ondan aldığı 13000 manat pulu qaytaracağını bildirmiş, lakin bunun üçün banka olan 3700 manat borcunu bağlamaq zərurəti olmasını bildirmişdir. O, əvvəlki borclarını başqa yolla ala bilmədiyini görüb və vədinə inanaraq 3700 manat pulu Cəsarətə vermişdir. Lakin yenə də Cəsarət onu aldatmış, nəinki Bankdan pul götürüb əvvəlki borclarını, heç kreditini bağlamaq üçün ondan aldığı pulu da qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmkəndliləri X30 Musayevadan həmin kənddə yerləşən 1 mərtəbəli evlərini 18000 manata nisyə almış, 12000 manata nisyə aldığı avtomobilə notariat ofisində Gülüsüm Musayevanın adına baş etibarnamə verdirərək borclu olduğu puldan 13000 manatı çıxmış, 5000 manat pulu da 1 aya verəcəyini vəd etmiş, evə dair oğlunun adına bələdiyyədən arayış almış, həmin 5000 manat pulu isə verməmişdir. Bu məsələlərlə bağlı ötən il Cəsarətin atası Cavanşir Əliyevin yanında olarkən də Cavabdeh ona borclu olmasını etiraf etmiş, qısa vaxtda borcunu qaytaracağını vəd etmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh nə qeyd olunan malın, nə avtomobilin pulunu, nə də borc aldığı pulu qaytarmışdır. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdilər ki, mübahisə predmeti olan avtomobil İddiaçı2 olduğundan həmin avtomobillə bağlı tələb olunan pul da ona aid olmalıdır. Cavabdehin Banka olan borcunun bağlanması üçün 3700 manat pulu başqalarından borc götürərək cavabdehə verdiyindən həmin pul İddiaçı1 aid olmalıdır. Cavabdehin onlardan apardığı qadın paltarları mərhum Bakirə məxsus olmaqla hər ikisi onun birinci dərəcəli vərəsəsi olduqlarından qeyd olunan paltarların dəyəri və ödənilmiş məhkəmə xərcləri ilə bağlı vəsaitlər cavabdehdən alınıb onlara müştərək qaydada verilməlidir. Sonda Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat pulun alınaraq İddiaçı2, borc aldığı 3700 manat pulun alınaraq İddiaçı1 verilməsi, həmçinin qadın paltarlarının dəyəri olan 4800 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 151.9 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı1 əri mərhum Bakir Nəzərovla yaxın münasibətləri olmuşdur. Sonuncunun ölümündən bir müddət sonra onun arvadı İddiaçı1 ilə aralarında müəyyən narazılıq yaranmışdır. Aralarında olan narazılıqla bağlı şikayəti əsasında Masallı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılmış və xx.xx.20220-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıların Masallı rayon polis şöbəsində verdikləri izahatla iddia ərizəsində qeyd etdikləri bir-birilə ziddiyət təşkil edir. İddia ərizəsində qeyd edilir ki, o, İddiaçı1 mərhum ərindən qalmış “Mercedes Benz” markalı avtomobili 12000 manata razılaşıb almaq istəmişdir və bu doğru deyildir. Bakir Nəzərovun “Mercedes-Benz” markalı avtomobili olmamışdır. İddia ərizəsində qeyd edilən avtomobili İddiaçı1 oğlu İddiaçı2 atası Bakir Nəzərovun ölmündən müəyyən müddət sonra “Lada Vaz 2107” markalı avtomobillə dəyişmək yolu ilə almışdır. İddiaçı2 Masallı rayon polis şöbəsində verdiyi izahatla iddia ərizəsi arasında ziddiyət var. Belə ki, o, şöbədə verdiyi izahatında “Mercedes-Benz” markalı avtomobilin atasından miras qaldığını, həmin avtomobili Masallı regional “ASAN xidmət” mərkəzində adına rəsmiləşdirdiyini göstərmişdir. Halbuki, şöbədə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, avtomobil başqa bir şəxsin adına rəsmləşdirilmiş və həmin avtomobil İddiaçı2 atası Bakir Nəzərovdan ona miras qalmamışdır. İddia ərzəsində göstərilir ki, guya o, 17 iyul 2020-ci il tarixdə onlardan dəyəri 4800 manat olan pal-paltar apararaq dükanda satmışdır. Həmin vaxt ölkədə karantin rejimi olduğundan yalnız ərzaq dükanlarından başqa heç bir dükan işləməmişdir. İddiaçı1 iddia ərizəsində göstərir ki, guya ondan 2022-ci ildə 3700 manat pul alaraq, "xxxx" QSC-yə olan borcunu ödəmişdir. Onun 2020-ci ildən heç bir banka kredit borcu olmamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-203/2024 saylı qətnaməsi (hakim Ceyhun Quliyev) ilə iddia qismən təmin edilərək, 12000 manat pulun Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi, 1500 manat pulun Cavabdeh tutularaq İddiaçı1 oğluna ödənilməsi, 250 manat pulun Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 131.25 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilməsi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçılardan nə pul, nə də avtomobil almamış, sadəcə olaraq İddiaçı1 mərhum əri ilə tanışlığı olduğundan onlara evin alınmasında köməklik etmişdir. Ev Masallı rayon Qəriblər kəndində yerləşir. Evi satanda faktiki sahibi X21 olmuşdur. İddiaçılar evə baxmış, evi bəyənərək onun vasitəsi ilə almaq qərarına gəlmişlər. Onun vasitəsi ilə ona görə ki, evin sənədi olmadığından Əli Məmmədova zamin duracaq bir adam kimi onu qabağa vermişlər. Mübahisəli avtomobil İddiaçı2 tərəfindən baş etibarnamə ilə Əli Məmmədovun arvadı Gülsüm Məmmədovanın adına rəsmiləşdirilmişdir. Əli Məmmədov tərəfindən də ev İddiaçı1 təhvil verilmişdir. Üzərindən bir müddət keçdikdən sonra İddiaçı1 evi satmaq fikrinə düşmüş və onu bildirmişdir ki, evi satır, evə müştəri tapmaq lazımdır. Cavabdeh bildirmişdir ki, evin satışından da onun faizini verəcək. O da öz növbəsində kənd sakinlərinə, maklerlərə və bir çox tanışlarına evin foto şəkillərini və video çəkilişini reklam edərək satılmasına köməklik göstərmişdir. Lakin evin sənədi olmadığından evi alan olmamışdır. İddiaçı1 atasının yanına gedərək onun barəsində şikayətlər etmiş, evi onun vasitəsilə aldığını, hal-hazırda da sata bilmədiyini bildirmişdir. Atası bu barədə ona deyəndə bildirmişdir ki, ev satışa qoyulmuş, tez bir zamanda satılacaqdır. Zəminə xanım onu və ailə üzvlərini tez-tez narahat etdiyindən, onunla belə bir razılığa gəlmişlər ki, evi o götürsün və onun çəkdiyi xərcləri tam şəkildə qaytarsın. İddiaçının evində haqq-hesablarını apararaq, dəftərdə qeydlərini öz xətti ilə yazmışdır. Evin qarşılığında verdiyi 12000 manat avtomobilin pulu, 250 manat paltar pulu və 1000 manatda onun vasitəsi ilə Əli Məmmədova verdiyi pulu qeyd etmişdir. Həmin kağızın üst hissəsində bu yazılar, alt hissəsində isə Zəminə xanıma ödədiyi pullar qeyd edilmişdir. Həmin kağız Zəminə xanımda qalmışdır. Sözügən kağızın Zəminə xanım özünə sərf edəcək hissəsini kəsərək məhkəməyə təqdim etmişdir. Məhkəmədə heç bir araşdırma aparmadan kəsilmiş və sübutları məhv edilmiş əlyazma kağızı mötəbər sübut kimi qətnaməsində qiymət vermişdir. O, Zəminə xanıma borcunu müxtəlif vaxtlarda tam şəkildə ödəmişdir. Lakin o, ödədiyi pulları faizə çıxmış, yenə də ondan pul tələbi barədə iddia qaldırmışdır. Məhkəməyə qədər onunla bir neçə dəfə mübahisələri olmuş, onu ölümlə hədələdiyindən onun barəsində Masallı rayon polis şöbəsinə şikayət etmişdir. Onu və Zəminə xanımı polisə çağıraraq izahatları alınmış, onunla marifləndirici söhbətlər aparılmış və hüquqları onlara geniş şəkildə izah edilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan işin faktiki hallarına qiymət verməmiş, məhkəmə iclasında iddiaçının xeyrinə ifadə vermiş yalançı şahidlərə üstünlük vermişdir. O şahidlər ki, onların alış-verişində iştirak etməmişdir. Əlyazmaya gəlincə əl ilə kəsilmiş kağızdakı xətt ona məxsusdur və onun sözləri ilə yazılmışdır. Lakin həmin kağızın bütün hissəsinə baxılmamış və iddiaçı tərəfindən bilə-bilə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi səs yazılarına məhkəmə düzgün qiymət verə bilməmişdir. Həmin səs yazılarında Zəminəyə 2200 manat pul verməyi, həmçinin verdiyi pulları guya ona faizə verdiyini və bir neçə əsaslı səs yazılarını təqdim etmişdir. Lakin məhkəmə həmin səs yazılarından yalnız birinə qiymət verərək 2200 manat puldan azaltmışdır. Əli Məmmədov dələzuluq üstündə bir neçə dəfə məhkum olunmuşdur və hazırda da məhkumluq həyatı yaşayır. Cavabdehin nümayəndəsi vəkil X22 məhkəmə iclasında bildirmişdir ki, cavabdehin ona verdiyi məlumata əsasən cavabdeh iddiaçıya 4200 manat məbləğində pul vermişdir. 2200 manatla bağlı iddiaçının etirafı var. Cavabdeh iddiaçıya pulun qaytarıldığını bildirir. Sözügedən avtomobili Əlizamin adlı şəxs almış və avtomobil başqa şəxsə satılmışdır. Cavabdeh bildirir ki, avtomobili başqa şəxsdən tələb etsinlər. Əmrah və Əlizamin notariusa getmişlər. Avtomobil iddiaçı Zəminə xanımın oğlu Əmrahın adına olmuşdur. Qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində 7000 manatla bağlı iddiaçının etirafı var. Cavabdehin ona verdiyi məlumata əsasən bildirir ki, cavabdeh geyimlərlə bağlı 150-200 manatlıq geyim aldığını və borcunu iddiaçıya qaytardığını bildirir. Cavabdeh iddiaçının kağızın aşağı hissəsini cırdığını bildirir. İddiaçı1 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Əlizamin adlı şəxsin evini 18000 manata almış, onlara məxsus avtomobili 12000 manata almış və 13000 manata Əlizaminə satmışdır. Əlizamin hazırda aliment borcuna görə həbs edilmişdir. Onun avtomobili və evi satılmışdır. Cavabdeh onun avtomobilini sataraq evi almış və evin açarlarını alıb qapısını bağlamışdır. Birinci instansiya məhkəməsi zamanı hakim cavabdehdən bu gün evin açarlarının kimdə olduğunu soruşduqda, cavabdeh onda olduğunu etiraf etmişdir. Hakim açarların onda ola-ola Zəminin necə alqı-satqı etdiyini soruşmuş, sonuncu isə abrına görə Zəminəyə köməklik etdiyini bildirmişdir. Qeyd edir ki, hakim pullar barədə soruşduqda da, cavabdeh “bəli, mən yazmışam” deyə bildirmişdir. "xxxx" ASC ilə bağlı sübutu olsa da, məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarından qərəzli şəkildə yayınmış, həqiqətin aşkara çıxarılmasından qorxuduğu üçün məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, işlə bağlı polisin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı var. Əlizamin adlı şəxs cəzaçəkmə müəssisəsində olmuş, orada izahatı alınmışdır. Əlavə olaraq Gülsüm, Əlizaminin atası Arxabala adlı şəxsin iş materiallarında izahatları var. Bütün bunlar işin həlli üçün vacib əhəmiyyətə malikdir. Bir daha təsdiq olunur ki, pulu cavabdeh almışdır. Cavabdeh özü əvvəllər məhkəmələrdə nümayəndə kimi çıxış edən bir şəxsdir və bütün proseslərdən anlayışı olduğu üçün məhkəmə iclaslarından yayınır. Qeyd edir ki, birinci instansiya məhkəməsinin mövcud qətnaməsində cavabdehin izahatı iş materialı kimi yox, ayrı izahat kimi qeyd edilmişdir. Bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdır ki, cavabdeh Zəminə xanımla banka getmiş, cavabdeh ondan bankdakı borcunu bağlamaq üçün pul almışdır ki, yenidən kredit götürərək Zəminəyə olan borcunu qaytarsın. Lakin banka olan borc bağlandıqdan sonra bank cavabdehə yenidən kredit verməmişdir. Cavabdeh 4000 manatı evin sənədləşdirilməsi üçün iddiaçının ona verdiyini bildirir. 3700 manat məbləğin 2200 manatı iş materiallarında Zəminə xanımın səs yazısı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən çıxılmış, 1500 manat pul qət olunmuşdur. 250 manatla bağlı da cavabdehin əlyazması var. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-203/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: Cavabdeh birinci instansiyada iddianı qəbul etməyərək bildirmişdir ki, Əmrahın “Vaz 2107” markalı maşını olmuş, həmin maşının üstünə 2700 manat pul qoyaraq Cəlilabadlı bir şəxslə “Mercedes-Benz” markalı avtomobilə dəyişmişdir. İddiaçı1 ona ev lazım olduğunu demişdir. “Mercedes-Benz” markalı avtomobil 12000 manata qiymətləndirilmiş, Əli Məmmədova məxsus evlə əvəzləşdirilmiş, evə görə Zəminə xanım ona 4000 manat pul vermiş, o, həmin pulu Əli Məmmədova vermiş, ümumilkdə evin 16800 manata satılması razılaşdırılmışdır. Evin sənədi olmamışdır. Sonradan iddiaçılar evi qəbul etməmişlər, o, arada vasitəçi olduğu üçün ondan pulu tələb etmişlər. Evi oğlunun adına Bələdiyyə sənədi ilə sənədləşdirmişdir. Zəminə xanım məsələ ilə bağlı atasının yanına getmişdir. Atası ona demişdir ki, onu incitməsin, ondan sonra Zəminə xanıma şəxsən əlbəəl 5000 manat məbləğdə pul vermişdir. Zəminə xanıma bu məsələ ilə bağlı müxtəlif vaxtlarda şəxsən və ya müxtəlif şəxslərin vasitəsi ilə ümumilkdə 38100 manat pul qaytarmışdır. Həmin puldan Zəminə xanıma 3000 manat pulu Rəfael adlı şəxsin yanında şəxsən, 3000 manat Ramil adlı şəxsin yanında şəxsən özü qaytarmış, 2500 manat pulu qardaşı Ələkbərə vermiş, o, Niyaz adlı şəxslə gedərək vermiş, 7700 manat pulu Əliniyaz və qardaşı Ələkbərə vermiş aparıb Zəminə xanıma vermişlər, 5000 manat pulu şəxsən, 2500 manat pulu şəxsən Zəminə xanıma vermiş, 600 manat “Ağa” market qoymuş Zəminə xanım oradan götürmüş, 1500 manat pulu “Ağa” marketə qoymuş Zəminə oradan götürmüş, 2000 manat pulu Ağa” marketə qoymuş Zəminə xanım oradan götürmüş, 2200 manat pulu onun yanında onun əvəzinə Əlamət Zəminəyə vermişdir. Zəminə ona demişdir ki, 12600 manat borcu qalıb, o, da demişdir ki, yaxşı. Səhərsi gün 600 manat pulu Zəminə xanıma vermişdir. Ona bu məsələ ilə bağlı ümumən 16000 manat pul verilmiş, o, isə 4000 manat puldan başqa 38100 manat pul qaytarmışdır. Həmin pul 2 il müddətində hissə-hissə verilmişdir. Məsələ ilə bağlı polisə o, şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəlki adı X5 olmuşdur. Cavabdeh atası ilə əmi uşağıdır. O, Zəminə xanımı və Əmrahı tanımır. Zəminə xanım 2022-ci ilin yanvar ayının 9-da iki kişi ilə yaşadığı Masallı rayonu, Qəriblər kəndində yerləşən evinə gəlmiş, ondan X9 nəyi olmasını soruşmuş, o, Əlinin bacısı olduğunu bildirmişdir. Zəminə xanımdan onun kim olduğunu soruşduqda o, oğlunun maşınını Cəsarət onun qardaşı Əliyə satmasını bildirmişdir. O, Əlinin maşını 20 gün sonra satdığını demişdir. Zəminə xanım gəlməmişdən əvvəl Cəsarətə zəng vurub demişdir ki, gəl maşını götür. O, Cəsarətə demişdir ki, o, evi almasın, evi qardaşı Əli yox, onun arvadı Gülüsüm tikmişdir. Cəsarət evi almayacağını bildirmişdir. İki gün sonra gəlinləri Gülüsüm Musayeva ona zəng vuraraq Cəsarətin gəlib ondan şəxsiyyət vəsiqəsini almasını və onun adına maşını sənədləşdirəcəyini deməsini bildirmişdir. Guya Əliyə maşın lazımdır, Gülüsümün adına sənədləşdirir ki, Əli guya hissə-hissə verəcək. Sonradan öyrənmişdir ki, Cəsarət maşını evlə dəyişmişdir. Gülüsümü qardaşı Əli və Cəsarət aldatmışdır ki, evdən çıx, ev təmir olunur. Gülüsüm evdən çıxıb onun xalası evinə getmişdir. Sonradan o, Gülüsümə onu aldatdıqlarını, evlə maşını dəyişdirdiklərini bildirmişdir. Evin heç bir sənədi olmamışdır. Evin yerləşdiyi torpaq sahəsi digər qardaşı X6 adınadır. X21 hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəsarət Əliyə 5000 manat pul verməlidir. Onun 500 manatını verb, 4500 manatı isə qalmışdır. Əli ona pul lazım olduğunu, yoxsa onu tutacaqlarını demiş, ona görə evi 23000 manata Cəsarətə satdığını bildirmişdir. Cəsarət evi maşınla 13000 manata əvəzləşdirmiş, 5000 manat puldan isə 500 manatını vermiş, 4500 manatı isə qalmışdır. Əli savadsızdır, hesab bilmir. Bunu biləndə Gülüsüm artq evdən çıxmışdır. Cəsarət evin kilidini dəyişmiş, evdən istifadə etməyə kimsəyə imkan vermir, evi Əliyə pul verib aldığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 anasıdır. Cəsarət Əlini aldadaraq, ona maşın verib, evi almışdır. Əli ona demişdir ki, evi Cəsarətə satmış, əvəzində Cəsarət ona maşın vermişdir. Zəminə xanımı tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olur. Bir nəfər ofisə gəlib ondan alğı-satqı işinə baxmasını soruşmuş və o, də gələn şəxsə bu işlə məşğul olduğunu demişdir. Həmin şəxs Masallı rayonu Qəriblər kəndində 2 sot torpağın içində evi olduğunu və həmin evi satmaq istədiyini bildimişdir. Həmin evə baxmağa getmişlər. Evi satan onu 30000 manata satdığını, əgər alınarsa 25000 manata da sata biləcəyini bildirmişdir. O, isə evin sənədi olmadığından, belə bir evi ala bilməyəcəyini bildirmişdir. Həmin şəxs Masallı rayonu Qəriblər kəndi və ya Ərkivan qəsəbəsinin sakini arıq, hündürboy adam olmuşdur. Ev özünün olduğunu demişdir. Təxminən bu hadisə iki il əvvəl baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zəminəni və Əmrahı tanıyır. Zəminəni Cəsarətin həyətinə aparmışdır. Bildiyinə görə Cəsarətin Zəminəyə borcu var. Cəsarət Zəminəyə traktoru olduğunu və onu satıb borcunu verəcəyini bildirmişdir. Bir dəfə də Zəminə ilə Elçin ustanın yanına getmişlər. Həmin vaxt Cəsarət də orada olmuşdur. Cəsarət onun orada 3 maşınının olmasını və onları satıb borcunu verəcəyini Zəminəyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X9 atasıdır. Oğlu Əli ev tikmiş, sonradan evi satmaq istəmişdir. Cəsarət ona demişdir ki, evi alır, əvəzində maşın verir. Qızı Sevinc, arvadı İradə ona bildirmişdilər ki, Əli evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Həmçinin həbs olunmamışdan əvvəl Əli də ona bildirmişdir ki, evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Cəsarət ona sənədə imza çəkdirmişdir. Demişdir ki, imza atmasın onu tutacaqlar. O, da latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi üçün nəyə imza etdiyini bilməmişdir. Cəsarət demişdir ki, barışıq barədə məktub yazaq ki, barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Cəsarət ilə çoxdandır ki, münasibətləri var. Maşın ustası işləyir. Cəsarət onun yanına təmir etdirmək üçün iki maşın gətirmişdir. Zəminə Miri adlı şəxslə onun işlədiyi sexə gəlib Cəsarətin onun yanında maşınının olub-olmadığını soruşmuş, o, da Cəsarətin iki ədəd maşınının orada olmasını bildirmişdir. Cəsarətin Zəminəyı borcunun olmasını onların sözsöhbət etməsi zamanı bilmişdir. Həmin vaxt Zəminə Cəsarətdən pulun verilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Əmrah maşın satırdı. Cəlilbad rayonundan bir nəfər şəxs gəlib maşına baxmışdır. Əmrah maşını 12000 manata satırdı. Həmin şəxs maşını 11500 manata almaq istəmiş, Əmrah razılaşmamışdır. Zəminə demişdir ki, Cəsarət pul verəcək və Cəsarət onun yanında Zəminəyə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Cəsarət ilə eyni kənddəndir. Zəminə xanımı isə zahirən tanıyır. Cəsarət ilə bir yerdə oturan zaman Cəsarətə bir neçə dəfə zəng gəlmiş, telefonu o, götürmüşdür. Zəminə telefonda Cəsarətin ona 8000 manat borcu olduğunu və borcun qaytarılmasını bildirmişdir. O, Cəsarətə demişdir ki, telefonu niyə götürmürsən? Bir qadın zəng edib deyir ki, 8000 manat borcun var. Sonra Zəminə bir oğlanla İstisu istirahət mərkəzinə gəlmiş, sonradan Cəsarət də ora gəlmişdir. Həmin vaxt o, da onlarla oturmuş, Zəminə demişdir ki, Cəsarətin ona 12600 manat məbləğində pul borcu var. Zəminə xanımın yanındakı oğlan pulun 600 manatının onun olmasını bildirmişdir. O, Cəsarətdən keçən dəfə 8000, bu dəfə 12600 manat borcun nə məsələ olmasını soruşmuşdur. Cəsarət bildirmişdir ki, ona faiz yükləyiblər. Onun yanında heç kim heç kimə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Cəsarət ayrı-ayrı vaxtlarda 3000 manat, 7700 manat və 2300 manat pul onun yanında qardaşı Ələkbərə vermiş, Ələkbərlə birlikdə getmiş, sonuncu həmin pulları Zəminə xanıma vermişdir. Həmin pullardan 3000 manatı Seyidlər, 7700 manatı rayonda (İskəndərlidə), 2300 manatı isə səhv etmirsə İskəndərlidə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zəminəni Cəsarətə görə tanıyır. Cəsarətin atası ilə dostdur. 26 may 2022-ci ildə Cəsarət ona demişdir ki, pul lazımdır. Cəsarətlə maşınla getmişlər. Masallı rayonu Ərkivan qəsəbəsində kafenin yanında Zəminə, Əmrah və onların yanında bir oğlan görüşmüşlər. Maşında o, Cəsarət, Zəminə və Əmrah oturmuşlar. Sayaraq 2200 manat pulu Cəsarətə pul vermiş, Cəsarət də həmin pulu onun və Əmrahın yanında Zəminəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Cəsarəti və Zəminəni tanıyır. 2021-ci ildə Zəminə ona zəng edib borc pul istəmişdir. Bildirmişdir ki, Cəsarətin banka olan borcunu bağlayıb, bankdan pul götürülərək, onun pulunu qaytaracaqdır. Zəminə xanıma 3700 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Cəsarət ona borcunun olduğunu, lakin nə qədər olmasını deməmişdir. Demişdir ki, qadın onu eşidər. Bu səbəbdən Zəminə xanıma demişdir ki, ona görə Cəsarətə vaxt versin. İş materiallarında olan Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində 7E- 5931 reyestr nömrəli 10 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X16 adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndə İddiaçı2 “Mercedes- Benz C230” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. İş materiallarında olan Elektron çıxarışdan görünür ki, X12 “Mercedes-Benz C230” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə X17 etibarnamə vermiş, sonradan həmin avtomobil ilə bağlı X4 Kamal Qadir oğluna etibarnamə vermiş, daha sonra avtomobil ilə bağlı müxtəlif vaxtlarda etibarnamə verilmiş, mülkiyyətçi kimi ayrı-ayrı şəxslərin adlarına sənədləşdirilmişdir. İş materiallarında olan Cavabdeh məhkəmə iclasında özü tərəfindən yazıldığı təsdiq edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmadan görünür ki, “12000 manat maşın, 250 manat paltar, 1000 manat” kimi qeydlər vardır. İş materiallarında olan Nikah haqqında və ölüm haqqında şəhadətnamələrdən görünür ki, X25 ilə X10 arasında 25 noyabr 1994-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynov (a) soyadı verilmişdir. X25 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 atası X25, anası İddiaçı1dır. İş materiallarında olan CD-yə köçürülmüş telefon danışıqlarından görünür ki, “Cavabdeh 12600 manat pulu verəcəyini bildirir. Digər şəxs 12600 manat puldan 600 manatının onun olmasını bildirir. Zəminə xanıma 2200 manat pul verilir. Cəsarət Zəminə xanıma Sənə verdiyim pulları yazmasını bildirir. Cəsarət Allah heç kimi borca salmamasını, avtomobilin pulu qaldığını bildirir.” İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış X12 izahatında göstərmişdir ki, “...2011-ci ildə tarixdə Masallı rayonu Qəriblər kənd sakini X21 ilə ailə həyatı qurub əri Əlinin kəndində yaşamağa başlamışdır. Cavabdeh tanıyır, ərinin həmkəndlisidir. İddiaçı1 və oğlu İddiaçı2 tanımır. 2020-ci ilin iyul ayında Cavabdeh əri Əliyə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evini 18000 manata almışdır. Həmin vaxt Cəsarət özünə məxsus olduğunu bildirdiyi “Mercedes-Benz C 230” markalı avtomobili 13000 manat qiymətləndirməklə evin müqabilində vermiş və evin pulundan həyat yoldaşı Əliyə 5000 manat borclu qalmışdır. Həmin avtomobili həyat yoldaşı Əli Cəsarətdən alan zaman ondan şəxsiyyət vəsiqəsini istəmiş və avtomobili onun adına sənədləşdirəcəyini bildirmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsini həyat yoldaşı Əliyə versə də, avtomobilin hansı qaydada onun adına sənədləşdirilməsindən məlumatı olmamış və bu sənədləşmədə iştirak etməmişdir. Lakin 2 ay sonra həyat yoldaşı Əli Cəsarətdən aldığı avtomobil nasaz vəziyyətdə olduğu üçün həmin avtomobili tanımadığı şəxsə 7000 manata satmışdır. Həmin vaxt o, həyat yoldaşı Əli ilə Masallı rayonunda yerləşən “ASAN xidmət” mərkəzinə gedib adına olan həmin avtomobilin satılmasında iştirak etmişdir. Həyat yoldaşı Əlinin həmin avtomobilin satılmasından əldə etdiyi 7000 manatı nə etdiyini bilmir.” Aparılmış araşdırma zamanı izahatı alınmış X21 izahatında göstərmişdir ki, “...Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Hansı səbəbdən izahat verməsi ona məlumdur. Cavabdeh tanıyır, onun həmkəndlisidir. Cəsarətlə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2020-ci ilin iyul ayında banka borcu olduğu üçün o, özünə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən 2 sot torpaq sahəsində tikdiyi bir mərtəbəli kürsülü evini satmaq qərarına gəlmişdir. Həmin vaxt bu haqda Cavabdeh də məlumat verdiyi üçün Cəsarət evi ondan almaq istədiyini bildirmişdir. Dəqiq tarixini xatırlamadığı vaxtda Cəsarət onun evinə gəlib baxaraq, bəyənmiş və almaq istədiyini demişdir. Həmin vaxt Cəsarətə torpağın və evin sənədlərinin qaydasında olmadığı barədə bildirdikdə Cəsarət ona bunun heç bir fərqinin olmadığını, evi aldıqdan sonra öz adına sənədləşdirəcəyini bildirmişdir. Həmçinin, Cəsarət nağd pulu olmadığını, özünə məxsus “Mercedes-Benz C230” markalı avtobilinin olduğunu və evin pulunun bir hissəsinin müqabilində həmin avtomobili ona verə biləcəyini bildirmişdir. Həmin vaxt o, evini və torpaq sahəsini ümumilikdə 18000 manat qiymətləndirməklə Cəsarətə həmin məbləğdə pula satmağa razılaşmışdır. Həmçinin, həmin vaxt Cəsarət evin pulunun bir hissəsi müqabilində ona verəcəyi “Mercedes-Benz C230” markalı avtobilini 13000 manata qiymətləndirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Cavabdeh həmin “Mercedes-Benz C230” markalı avtobilini yaşadıqları kənddə həmkədliləri Qardaşəli adlı şəxsin evinin yaxınlığındakı avtomobil yolunun kənarına gətirmişdir. O, həmin vaxt Cəsarətin “Mercedes-Benz C230” markalı avtobilinə baxıb bəyənmiş və həmin avtomobili 13000 manat qiymətləndirməklə evinin və torpaq sahəsinin müqabilində Cavabdeh almağa razılaşmışdır. Həmin vaxt Cəsarət evin qalan 5000 manat pulunu isə 1 ay ərzində bütövlükdə verəcəyini ona bildirmişdir. Həmin gündən bir neçə gün sonra o, Cəsarətə həyat yoldaşı Gülüsüm Musayevaya məxsus şəxsiyyət vəsiqəsini verərək avtomobili Gülüsüm Musayevanın adına rəsmiləşdirməyi Cəsarətdən tələb etmişdir. Həmin vaxt Cəsarət ondan şəxsiyyət vəsiqəsini almış və təxminən 2-3 gün sonra Gülüsümün adına olan baş etibarnaməni ona təqdim etmişdir. Həmin vaxtdan bir müddət keçsə də Cəsarət ona verəcəyi evin 5000 manat pulunu vermədiyi üçün pula ehtiyacı yaranmış və o, Cəsarətdən aldığı avtomobili satmaq qərarına gəlmişdir. Avtomobili əslən Masallı rayonu, Ərkivan qəsəbəsindən olduğunu bildiyi, adını xatırlamadığı şəxsə 7000 manat satmışdır. Cavabdeh izahatı ilə tanış olmuşdur. Cəsarət yalan izahat vermişdir. O, evini Cəsarətin özünə satmış və avtomobili də Cəsarətdən almışdır. Belə ki, o, İddiaçı1 və oğlu İddiaçı2 tanımır. Həmin şəxslərlə onun arasında heç bir alğı-satqı münasibətləri olmamışdır.” Aparılmış araşdırma zamanı izahatı alınmış Şahid6 izahatında göstərmişdir ki, “...O, xx.xx.2022-ci il tarixdə evdə olduğu zaman Cəsarət ona mobil telefonla zəng edib Zəminə xanımın borcunu istəmək üçün evinə gəldiyini, maddi vəziyyətinin ağır olduğunu və ona borc pul verməyini istəmişdir. Həmin vaxt o, Cəsarətin evinə getmişdir. O, Cəsarətə 2200 manat pulunun olduğunu bildirdikdən sonra Cəsarət Zəminə xanıma mobil telefonla zəng edib görüşmək istədiyini bildirmişdir. Bundan sonra Cəsarət onunla birlikdə avtomobillə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisinə gedib orada Zəminə xanımla görüşmüşdür. Həmin vaxt Zəminə xanımın yanında adının Ramil olduğunu xatırladığı bir nəfər tanımadığı şəxs və Zəminə xanımın oğlu olduğunu bildirən bir nəfər şəxs də olmuşdur. O, həmin şəxslərin yanında üzərində olan 2200 manatı cibindən çıxarıb Cəsarətə verdikdən sonra Cəsarət həmin pulu Zəminə xanıma vermişdir.” Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli, 76 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi vardır, ev təmirlidir və hal-hazırda orada yaşayır. Həmin evə işıq sayğacının qoyulması məqsədəmüvafiqdir. Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020ci il tarixli, 77 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi vardır, ev təmirlidir, və hal-hazırda orada yaşayır. Həmin evə qaz sayğacının qoyulması məqsədəmüvafiqdir. İş materiallarında olan Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli 76 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi var, ev təmirlidir və halhazırda orada yaşayır. Həmin evə işıq sayğacının qoyulması məqsədəmüvafiqdir. İş materiallarında olan Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli 77 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi var, ev təmirlidir və halhazırda orada yaşayır. Həmin evə qaz sayğacının qoyulması məqsədəmüvafiqdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində 7E-5931 reyestr nömrəli 10 iyul 2020-ci il tarixli etibarnamə il mülkiyyətçi X16 adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndə İddiaçı2 “Mercedes-Benz C230” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar edilsə də, avtomobil faktiki sahibi tərəfindən faktiki olaraq Cavabdeh nisyə satılmışdır. Adına etibarnamə verilmiş şəxs X12 ona etibarnamə ilə səlahiyyət vermiş İddiaçı2 tanımır, onlar arasında faktiki hər hansı hüquq münasibəti baş verməmiş, avtomobil alınmamışdır. “Mercedes-Benz C 230” markalı avtomobil Cavabdeh tərəfindən X7 və onun əri X13 aid Masallı rayonu Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin müəyyən hissəsi ilə əvəzləşdirilmiş, bu səbəbdən də Cavabdeh tərəfindən İddiaçı2 X7 avtomobil ilə bağlı etibarnamə verilməsi təmin edilmişdir. Habelə məhkəmədə Cavabdeh onun tərəfindən yazılması etiraf edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmadan da görünür ki, “onun maşına görə 12000 manat” borcu var. Həmin hal, yəni onun avtomobilə görə 12000 manat borcunun olması məhkəmə iclasında tədqiq edilmiş səs yazısı ilə də sübut edilir. Məhkəmə cavabdehin məhkəməyə ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə İddiaçı1 (avtomobilin dəyərinə görə və aldığı digər məbləğə görə) artıqlaması ilə pul verilməsinə dair təqdim etdiyi əlyazmaya və CD diskdə olan səs yazılarına münasibətdə bildirmişdir ki, avtomobil faktiki İddiaçı2 olmuş, onun tərəfindən Cavabdeh nisyə satılmışdır. Pulu da alıcı tərəfindən satıcıya ödənilməlidir. Əgər iddiaçı həmin hallar ilə bağlı hüququnun pozulduğunu zənn edirsə, pulu verdiyə şəxsə qarşı məhkəməyə müraciət edə bilər. İddiaçı2 X14 oğlu, İddiaçı1 isə arvadıdır, ata xx.xx.2020-ci ildə ölmüşdür. İddiaçıların birinci növbədə vərəsə kimi ataya məxsus əmlaka mülkiyyət hüququ var. Aparılması iddia edilən paltarların dəyərinin kimə hansı hissədə çatmalı olması ilə bağlı iddiaçılar arasında mübahisə yoxdur. İşin araşdırılması zamanı iddiaçılar cavabdehin 4800 manat dəyərində paltar aparılmasını sübut edə bilməmişlər, cavabdeh isə onun tərəfindən yazılması təsdiq edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmada aparılmış paltarın dəyərinin 250 manat olmasını göstərmiş, məhkəmə iclasında verdiyi izahatında isə həmin pulu Əmraha verməsini bildirsə də, bunu təsdiq edə bilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə olan halda iddiaçıların tələbi həmin hissədə 250 manat məbləğində təmin edilməlidir. Məhkəmə İddiaçı1 Cavabdeh borc verdiyi 3700 manat pulun alınaraq ona verilməsi ilə bağlı tələbinə münasibətdə bildirir ki, işin araşdırılması zamanı cavabdehin verdiyi izahatına əsasən iddiaçı ona 4000 manat pul vermişdir. Lakin o, bunun borc olaraq verilməməsini iddia etsə də, bunu sübut edə bilməmişdir. Həmin pulun verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 739.2-cu maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu səbəbdən tərəflər arasındakı həmin münasibət üzrə bağlanmış müqavilə etibarsız əqddir və alınmış pul geri qaytarılmalıdır. İşin araşdırılması zamanı 2200 manat məbləğində pulun qaytarılması Şahid6 ifadəsi, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş CD-yə köçürülmüş telefon danışığ ilə sübuta yetirilmişdir. CD-yə köçürülmüş telefon danışıqlarından məlum olur ki, Zəminə xanıma 2200 manat pul verilir. Belə olan halda iddia həmin hissədə qismən, yəni 1500 (3700-2200=1500) manat məbləğində təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427-ci maddəsinin tələblərinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bu baxımdan MM-in 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Habelə MM-in 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bundan əlavə, qeyd edilməlidir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində ehtiva olunmuş - şahid ifadələrinin yalan olması, özününü yazdığı və imzaladığı əlyazmanın kəsilərək məhkəməyə təqdim edilməsi və ona bütöv şəkildə baxılmadan qiymət verilməsi, habelə işdə olan səs yazılarına düzgün qiymət verilməməsinə dair dəlillər üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Bununla yanaşı, “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-203/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(050)-203/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar