Məhkəmə qərarları › İş №2(106)-140/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-140/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-140/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimovvə Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və başqalarına qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 1363 manat dəyərində bir ədəd “Hisensi 4 *k*Curved*TV*-49 3te49g1733i201g5d110012 serial kodlu markalı televizoru 12 ay müddətinə, aylıq ödəniş 114 manat olmaqla Cavabdeh4 satmışdır. Eyni tarixli, 000419 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalan Cavabdeh4 öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 3250 manat məbləğində bir ədəd “Samsung WW-65K-52E-69S-(6.5*KQ) 007M5LWN 900969” serial kodlu, 1 ədəd “Eurolux RF-400-HNF-2BG*(60SM/185) Erlza9d **********04220122 serial kodlu markalı paltaryuyanı və soyuducunu 24 ay müddətinə, aylıq 136 manat ödənilməklə Cavabdeh2 satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X2 16 mart2021-ci il tarixli, 000306 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan Cavabdeh2öhdəliklərinə zamin durmuşdur. 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 7470 manat məbləğində bir ədəd sep əyarı 585, ümumi çəkisi 7.90 qram, 1 ədəd qolbaq-nal əyarı 585, ümumi çəkisi 12.80 qram, 1 ədəd sırğa-halqa əyarı 585, ümumi çəkisi 5.20 qram, 1 ədəd üzük-dördkünc ağ qaş əyarı 585, ümumi çəkisi 2.70 qram, 1 ədəd qolbaq tifanny əyarı 585, ümumi çəkisi 9.70 qram olan malı 18 ay müddətinə, hər ay 415 manat ödənilməklə Cavabdeh4 satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 06 aprel2021-ci il tarixli, 000331 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəlikləri üzrə zamin durmuşdur. 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 6090 manat məbləğində bir ədəd üzük əyarı 750, ümumi çəkisi 4.40 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 4.31 qram, 1 ədəd üzük-brilyant əyarı 750, ümumi çəkisi 8.70 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 254 manat ödənilməklə X1. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli alqı-satqı müqaviləsi üzrə borcalan X3 öhdəlikləri üzrə zamin durmuşdur. 16 mart 2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 4570 manat məbləğində bir ədəd qolbaq-gözmuncuq əyarı 585, ümumi çəkisi 8.40 qram, 1 ədəd üzük-qadın əyarı 750, ümumi çəkisi 4.30 qram, 1 ədəd sırğa-hacae əyarı 585, ümumi çəkisi 4.80 qram, 1 ədəd sep-ağac əyarı 585, ümumi çəkisi 3.40 qram olan malı 24 (iyirmi dörd) ay müddətinə, hər ay 191 manat ödənilməklə, hər cari ayın 30-u tarixinədək ödənilməsi şərtilə Cavabdeh2 satmışdır. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X2 16 mart2021-ci il tarixli, 000307 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 öhdəlikləri üzrə zamin durmuşdur. Prestij Home MMC iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 cəmi 972 manat, 80 qəpik, 16mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə Cavabdeh4 və Cavabdeh5 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 16340 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə 7552 manat, 50 qəpik və 206 manat dövlət rüsumu olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X6 ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 borc- 610 manat, cərimə 362 manat, 80 qəpik, gecikmə 60 gün olmaqla, cəmi ödəniləcək məbləğ 972 manat, 80 qəpik, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borc- 2900 manat, cərimə 2505 manat, gecikmə 86 gün olmaqla, cəmi ödəniləcək məbləğ 5405 manat, 06 aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə Cavabdeh4 və Cavabdeh5 borc- 4150 manat, cərimə 3735 manat, gecikmə 90 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7885 manat, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 borc- 5836 manat, cərimə 10504 manat, gecikmə 180 gün olmaqla, cəmi ödəniləcək məbləğ 16340,80 manat, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə borc 3950 manat, cərimə 3602,50 manat, gecikmə 92 gün olmaqla, cəmi ödəniləcək məbləğ 7552,50 manat olmaqla alıcı və zaminlər tərəfindən iddiaçı X6 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, nəticədə onların ayrı-ayrı müqavilələr üzrə borcları yaranmışdır. Birinc instansiya məhkəməsində Cavabdeh4 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, onun iddia edilən məbləğdə borcu olmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (M.Məmmədov) 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Prestij Home MMC-nin iddiası qismən təmin olunmuş, 24 avqust 2021-ci il tarixli, 000419 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 610 (altı yüz on) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat qalıq borcun, 1000 (bir min) manat cərimə borcunun, 06aprel 2021-ci il tarixli, 000331 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 4150 (dörd min bir yüz əlli) manat qalıq borcun, 1400 (bir min dörd yüz) manat cərimə borcunun, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 3500 (üç min beş yüz) manat cərimə borcunun,16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat qalıq borcun, 1300 (bir min üç yüz) manat cərimə borcu məbləğində pulun iddiaçı Prestij Home MMC-yə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 150 (biryüz əlli) manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı Prestij Home MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsininqətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Cavabdeh2 müqavilələr üzrə borcunu ödəmişdir. Belə ki, cavabdeh öz kart hesabından müəssisə tərəfindən verilən 168566, Pin kod 16zr7g nömrəli “Yelobank”-dakı hesaba və **********1199216 nömrəli “Nikoylbank”dakı kart hesabına ödənişlər etmişdir. Bundan başqa, şikayətə görə, iddiaçının digər şəxslərin borclarını, eləcə də, rəhmətə gedən həyat yoldaşının borclarını vərəsələrdən deyil, məhz Cavabdeh2 tələb etməsi əsassızdır. Məhkəmə cavabdehi məlumatlandırmadan, ekspertiza təyin etmədən, ödənişləri müəyyən etmədən, həm borcun tam ödənilmədiyinə, həm də vaxtında ödənilmədiyinə görə cərimələr tətbiq etmişdir. Ödənişlər dəqiq müəyyən edilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh2 müqavilələr üzrə borcunu tam ödədiyini bildirmişdir. Cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, ekspert səlahiyyətindən kənara çıxıb hüquqi qiymət vermişdir. Cavabdeh tərəfindən ödənişin edildiyi kartın və hesabın sahibi Həsənov Ramil təsisçidir, özləri nizamnamələrində qeyd etmişlər. Bəzi məbləğlər də onun hesabına ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, onun təmin edilməməsini xahiş etmiş, çıxışında qeyd etmişdir ki, 2021-ci il də Cavabdeh2 və onun digər qohumları nisyə mal götürmüşlər. Cavabdeh2 kart hesablarına müxtəlif ödənişləri başqa qohumlarının borcuna görə olmuşdur. Ödənilməyən borca görə isə cərimə hesablanıb. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnaməni "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulması hissələrdə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: İddiaçı nisyə verdiyi mallara görə cavabdehdən əsas borcu və ona hesablanmış faizləri tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbini əsaslandırmaq üçün alqı-satqı müqavilələrini, ödəniş cədvəllərini, kassa mədaxil orderlərini təqdim etmişdir. İddiaçı yalnız həmin sənədlərə əsasən borcu hesablayıb cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi iddianı bu əsasla da təmin etmişdir. Apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023-cü il tarixli, 9/9408 nömrəli rəyinə görə: birinci sual üzrə- rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli, 000306 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 2162,0 manat (3250,0 manat- 1088,0 manat) məbləğində müəyyən edilir. İkinci sual üzrə- Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi, 06 oktyabr 2021-ci il tarixli, 000450 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, X3 "xxxx" MMC-yə olan borcu 5836,0 manat (6090,0 manat- 254,0 manat) məbləğində müəyyən edilir. Üçüncü sual üzrə- Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli, 000307 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 3021,0 manat (4570,0- 1549,0 manat) məbləğində müəyyən edilir. Bu rəy iddiaçı "xxxx" MMC-nin verdiyi məlumatlar əsasında çıxarılmışdır. Cavabdeh tərəf bildirmişdir ki, cavabdeh tərəfindən, iddiaçının təmsilçisi Ramil Həsənovun təqdim etdiyi bank kartına ödənişlər, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə ödənişlər edilmişdir. Həmin ödənişlər sübut kimi qəbul edilməlidir. "xxxx" ASC-nin verdiyi məlumatlardan görünür ki, Cavabdeh2 istifadəsində olan 416973******7525 nömrəli kartdan 531046******9216 nömrəli karta ödənişlər edilmişdir. Cavabdeh2 izahatı və təqdim etdiyi sübutlara görə, onun tərəfindən (MMC-nin təmsilçisi) Ramil Həsənovun adına olan 5310 4637 3119 9216 nömrəli kart hesabına, o cümlədən “eManat” ödəniş üsulu ilə bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə ödənişlər edilmişdir. İş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 06 iyul 2023-cü il tarixli, 9/3064 nömrəli rəyinə görə: İş materiallarında olan hesabdan çıxarış məlumatlarında göründüyü kimi Cavabdeh2 tərəfindən 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına "xxxx" ASC vasitəsilə ümumilikdə 4756.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa eManat ödəniş üsulu ilə bankomat vasitəsilə edilmiş ödənişlərin, eləcə də bankomat vasitəsilə 168566 nömrəli müştəri hesab nömrəsinə edilmiş ödənişlərin ümumilikdə 769 manat təşkil etdiyi müəyyən edilir. Qeyd edilir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında və X7 arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmamışdır. Bundan başqa, tədqiqat zamanı həmin tarixli ödənişlərin "xxxx" MMC tərəfindən tərtib edilmiş kassa mədaxil orderləri və ödənişləri özündə əks etdirən cədvəl məlumatlarında öz əksini tapdığı müəyyən edildi. Bütün yuxarıda göstərilənlər nəzərə alınmaqla təqdim edilmiş sənədlər nəzərə alıńmaqla tədqiqat zamanı aşağıdakılar müəyyən edildi: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatları, 16 mart 2021-ci il tarixli 000306 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 "xxxx" MMC-nə olan borcu 2162,0 manat (3250,0 manat- 1088,0 manat) məbləğində müəyyən edilir. Təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi, 06 oktyabr 2021-ci il tarixli, 000450 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, X3 "xxxx" MMC-nə olan borcu 5836,0 manat (6090,0 manat- 254,0 manat) məbləğində müəyyən edilir. Təqdim olunmuş ödənişləri özündə əks etdirən ödəniş cədvəli və kassa mədaxil orderi məlumatlari, 16 mart 2021-ci il tarixli 000307 saylı nisyə alqı-satqı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2nin "xxxx"MMC-nə olan borcu 3021,0 manat (4570,0 manat-1549,0 manat) məbləğində müəyyən edilir. Kollegiya iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut olaraq qəbul edir və hesab edir ki, mübahisələndirilən hissədə ekspert rəyində müəyyən edlən əsas borc məbləği cavabdehdən tutulmalıdır. Kollegiya qeyd edir ki, 5310 4637 3119 9216 nömrəli bank kartı hesabına və eManat ödəniş üsulu ilə aparılmış ödənişlərin təyinatında həmin vəsaitin konkret olaraq "xxxx" MMC ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə və ya iş materiallarında olan digər müqavilələr üzrə ödənildiyi öz təsdiqini tapmadığından həmin ödənişlərin borc hesabına silindiyi müəyyən edilmir. Ona görə həmin ödənişlərin borca silinmədiyi halda Cavabdeh2 həmin pul məbləğini, əsassız varlanan şəxsdən tələb etmək hüququ vardır. İddiaçı cavabdehdən dəbbə pulunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğini əsas borca münasibətdə mütənasib hesab etmir. Kollegiya mübahisələndirilən hissədə 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli hər bir müqavilə üzrə müvafiq olaraq cərimə məbləğinin 100 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia mübahisələndirilən hissədə qismən təmin edilməli, 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcunun tutulub Prestij Home MMC-yə ödənilməli, iddia qalan mübahisələndirilən hissədə təmin edilməməlidir. İddia əsasən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(018)-730/2022 saylı qətnaməsi “Prestij Home MMC” ilə bağlanmış 16 mart 2021-ci il tarixli, 000306 nömrəli, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli və 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilələr üzrə borcun tutulmasına dair hissələrdə dəyişdirilsin. İddia mübahisələndirilən hissədə qismən təmin edilsin. 16 mart 2021-ci il tarixli, 000306 nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2162 (iki min yüz altmış iki) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 06 oktyabr 2021-ci il tarixli, 000450 nömrəli müqavilə üzrə Cavabdeh2 5836 (beş min səkkiz yüz otuz altı) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu, 16 mart 2021-ci il tarixli, 000307 nömrəli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3021 (üç min iyirmi bir) manat qalıq borcun, 100 (bir yüz) manat cərimə borcu tutulub “Prestij Home MMC”-yə ödənilsin. İddia qalan mübahisələndirilən hissədə təmin edilməsin. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar