Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1400/2023 31.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 7845 manat dəyərində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 7845 manat dəyərində dəymiş ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6845 manat pul və 98.45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Lerik Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmuna uyğun olmadığı üçün geri qaytarılmışdır. Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi 13 yanvar 2023cü il tarixdə icraya yönəldilmişdir. Cavabdeh qətnamədin yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Lerik Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Sonuncu qərardaddan Cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 24 avqust 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müəyyən edilir ki, Lerik Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi 04 noyabr 2022-ci il tarixdə qəbzə imza etdirilməklə cavabdehə təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə təqdim etsə də həmin şikayəti birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla qeyrimümkün hesab edilmişdir. Bundan sonra cavabdeh ümumi qaydada yenidən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin müddətin üzrlü sayılaraq bərpa edilməsi üçün ərizə (vəsatət) verməmişdir. Göründüyü kimi, cavabdeh şikayəti qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətində verməli olduğu halda, 03 mart 2023-cü il tarixdə, yəni 3 ay 27 gündən sonra vermiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə, Cavabdeh qətnamədən şikayəti müəyyən edilmiş şikayətvermə müddətini ötürməklə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Cavabdeh müddəti ötürməklə yanaşı, müddətin bərpasına dair məhkəməyə ərizə də verməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli, 2(048)-627/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1400/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1400/2023
31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver