Məhkəmə qərarları › İş №2(106)-1402/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1402/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1402/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə» tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun qaytarılması məqsədilə tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, 18 sentyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə» tələbinə dair mülki iş üzrə Lənkəran rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsindən (hakim Nicat Ağabəyov) Cavabdeh nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat - bundan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 10 (on) manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 (bir yüz) manat dövlət rusumunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 22% olmaqla 110.000 (bir yüz on min min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi və X10 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdirlər. Borclu borunu tam ödəmədiyi üçün LPO İddiaçı ASC cavabdehlər X12 (borc alan), X11 (ipoteka qoyan), X7 (ipoteka qoyan) və X13 (ipoteka qoyan) qarşı 18 mart 2014-cü il tarixli 015/14-K saylı kredit müqaviləsi üzrə verilmiş 110.000 manat məbləğində kredit üzrə qalıq əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X12 ve qeyrilərinə qarşı iddiası qismən təmin edildilərək, İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103.244,16 manat məbləğində əsas, 27.698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130.942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X10 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılması, ipoteka predmetlərnin ilkin satış qiyməti - ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.mümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat cavabdeh X4 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən cavabdeh X10 hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edilən - Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(106)-534/2024 saylı qərardadı ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-26/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması”nın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh - mərhum X10 vəfatı ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğumuzla tələb olunan məlumatlarla əlaqədar “Elektron Notariat” informasiya sistemində olan bütün məlumatlar əsasən mərhum X10 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Tərəflərindən aparılan araşdırmalar nəticəsində X10 Bank qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul etdiyini və hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edildiyi üçün Cavabdeh tərəfindən icra olunmalı və bu səbəbdən Bank qarşısında Cavabdehlik daşıyır. İddiaçının tələbinin əsaslandığı sənədlər Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-534/2024 saylı qərardadın surətləri, qətnamə üzrə qalıq borc haqqında maliyyə arayışı, Ədliyyə Nazirliyinin elektor saydından çıxarış və hesabdan çıxarışlardır. Kredit müqaviləsinin 2.3cı bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Aparılan araşdırmalar nəticəsində mərhum X10 əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişləri nəzərə alaraq ödənilməmiş qalan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 10 (on) manat ipoteka pretdmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu faiz, cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat borcun qaytarılması məqsədi ilə ipoteka qoyan, mərhum X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılması barədə faktiki vərəsə Cavabdeh xəbərdar edilmişdi. Beləliklə, xx.xx.2024-cü il tarixinə X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməmiş qalan xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat təşkil edir. Bundan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 10 (on) manat ipoteka pretdmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat dövlət rüsumu təşkil edir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi ona qarşı “kredit borcun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin iddia səsassız olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı qeyd edir ki, o, cavabdeh mərhum X10 vərəsəsidir. İddiaçı ərizədə qeyd edir ki, "Ədliyyə Nazirliyi “Elektron Notariat” informasiya sisteminidə olan məlumatlara əsasən X10 vəfatından sonra vərəsəlik işi açılmamışdır. Lakin, aparılan araşdırmalar nəticəsində X10 bank qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul edildiyini və hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edildiyi üçün Cavabdeh tərəfindən öhdəlik icra olunmalı və bu səbəbdən Cavabdeh bank qarşısında cavabdehlik daşıyır. O, mərhum X10 arvadı kimi vərəsəlik işinin açılmasından ötrü heç bir notarial kontoruna müraciət etməmişdir. Bundan başqa, o, mərhum X10 heç bir öhdəliyini və ya mirasını faktiki və ya formal qəbul etməmişdir. İddiaçı hansı araşdırmanın apardığını və bununla bağlı hansı sübutlara malik olduğuna dair ərizəyə heç bir sənəd əlavə etməmişdir. Bundan başqa, onun X10 hüquqi varisi olduğu heç bir məhkəmə tərəfindən qəbul edilməmiş və bu haqda heç bir məhkəmə aktı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunvericiliyin tələbinə əsasən o, mərhum Tahir Abbasovun mirasını qəbul etdiyi halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyır. Lakin o, mərhum Tahir Abbasovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etməmişdir. Onun ölümü ilə bağlı ona nə vərəsəlik şəhadətnaməsi verilməmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etməyi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda, mərhumun borcu ilə bağlı üzərinə hər hansı öhdəlik qoyula bilməz. Lakin, iddiaçı onun mərhumun hər-hansı bir miras əmlakını qəbul etdiyini, qəbul etdiyi halda hansı dəyərdə miras əmlak qəbul etməyini araşdırmadan mərhumun borcunu bütünlüklə üzərinə qoyması qeyd olunan maddi hüquq normasının tələblərinin pozuntusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151 -ci maddəsinə əsasən mirasa (miras əmlaka)miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243.2ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələbinə əsasən o, mərhum Tahir Abbasovun mirasını qəbul etdiyi halda, həmin miras həcmində onun borcu üçün məsuliyyət daşıyır. Lakin o, mərhum Tahir Abbasovun mirasını nə notarial qaydada, nə də faktiki qəbul etməmişdir. Onun ölümü ilə bağlı onlara nə vərəsəlik şəhadətnaməsi verilməmiş, nə də onun hər hansı mirasını faktiki qəbul etməyi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda, mərhumun borcu ilə bağlı üzərinə hər hansı öhdəlik qoyula bilməz. Lakin iddiaçının mirası qəbul etməyi iə bağlı heç bir sübut olmadığı təqdirdə, mərhumun borcunu ondan tələb etməsi yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə ziddir. Bundan başqa, iddiaçı 18,244.16 manat əsas borca 27,698.13 manat faiz hesablamışdır. Bu isə ağılasığmaz bir tələb olmaqla, reallığı əks etdirmir. Faiz borc əsas borcdan təxminən 2 dəfə çoxdur. Bu isə qanunaziddir. Ona görə də, yuxarıda qeyd olunan əsaslara görə, hazırki iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı etiraf etməmiş və etirazın dəlillərinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lənkəran rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 18.244,16 manat əsas, 27.698,13 manat faiz, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 manat dövlət rüsumu olmaqla cəmi 45.982,29 manat pulun ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın likvid dəyəri 35000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılıması, İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməsi və Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsini ləğv edərək iddiaçı ləğv prossesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, yəni Cavabdeh qarşı kredit borcunun qaytarılması məqsədi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı artıq eyni tələblə bağlı Lənkəran rayon məhkəməsinə müraciət etmiş, onun iddia tələbi təmin edilsə, o qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini qismən təmin edərək özünün qəbul etdiyi qərardadı ilə onun hazırki, iddia tələbinə Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə, yəni “iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verməlidir” əsasən xitam vermişdir. Qeyd olunan qərardad tərəflərə rəsmi qaydada təqdim edilmiş və tərəflər, yəni iddiaçı tərəf də həmin qərardadla razılaşaraq ondan kassasiya şikayəti verməmişdir. Məhkəməyə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə ilə bağlı müraciət edilməsi "Res judicata" prinsipinə əsaslanır və ümumiyyətlə, qanunla qadağandır. Bu prinsipə əsasən, eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə daha əvvəl məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qərarla həll edilmiş məsələyə yenidən baxıla bilməz. Həmçinin qeyd etmişdir ki, iddiaçı 18,244.16 manat əsas borca 27,698.13 manat faiz hesablamışdır. Bu isə ağılasığmaz bir tələb olmaqla, reallığı əks etdirmir. Faiz borc əsas borcdan təxminən 2 dəfə çoxdur. Bu isə qanuna ziddir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən hüquq və maraqlarına toxunulan şəxs Cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-534/2024 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə, yəni “iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verməli” olması əsası ilə iş üzrə icraata xitam vermişdir. Bundan sonra Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qalan hissədə icraya yönəldilmiş və digər ipoteka qoyanlar X11 və X7 ilə iddiaçı arasında ümumi razılığa gəlinərək X11 tərəfindən 50 000 manat, X7 tərəfindən isə 35 000 manat pul ödənilməklə onlara məxsus fərdi yaşayış evləri yüklülükdən azad edilmişdir. Cavabdeh ilə danışıqlar aparılmasına baxmayaraq o iddiaçı ilə hər hansı razılığa gəlməkdən imtina etmişdir. Ona ödənişlər edəcəyi təqdirdə faiz borcundan müəyyən güzəştlər edilməsi də diqqətə çatdırılmışdır. Lakin cavabdeh və ailəsi qalıq məbləğini borclu olan digər cavabdeh X12 tərəfindən ödənilməli olmasını bildirmişlər. Hazırda tələb edilən 18,244.16 manat əsas borca 27,698.13 manat digər ipoteka qoyanlar tərəfindən ödənişlər edildikdən sonra qalan qalıq məbləğidir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq müqavilə bağladığı vəkilin başqa məhkəmədə işinin olması səbəbindən işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin o ərizəsinə vəkillə müvafiq müqavilə bağlaması ilə bağlı sübutunu əlavə etməmişdir. Buna görə də Kollegiya cavabdehin bu vəsatətini əsassız hesab etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiası üzrə işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsi Cavabdeh nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə 103.244,16 manat məbləğində əsas, 27.698,13 manat məbləğində faiz borcu olmaqla, cəmi 130.942,29 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X2 mülkiyyətində olan Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.m ümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, X10 mülkiyyətində olan Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evləri açıq hərracdan satışa çıxarılması, ipoteka predmetlərnin ilkin satış qiymətinin - ünvan 2 ünvanında yerləşən 337.4 kv.m ümumi, 133.0 kv.m yaşayış, 204.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, Lənkəran şəhəri, X6 küçəsi ev 3 ünvanında yerləşən 264.0 kv.mümumi, 85.9 kv.m yaşayış, 178.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, Lənkəran şəhəri, X15 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 35.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun cavabdeh X4 tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)- 534/2024 saylı qərardadından görünür ki, hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-26/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması”nın təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanmış pretenziya məktubunda Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ödənilməmiş qalan 45.842.29 manat borc, 30 manat dövlət rüsumunun və 10 manat ödənilmiş rüsumunun əvəzi olan vəsaitin 2 gen ərzində LPO İddiaçı ASC-yə ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması məqsədi ilə faktiki vərəsə kimi qəbul etdiyi Lənkəran şəhəri, X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X10 mülkiyyətində olan X15 küçəsi ev 6 a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən tam mülkiyyət hüququ ilə mərhum X13 məxsus olmuş Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi üçün Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-2532/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi əmlak növlərinin müstəqil qiymətləndirilməsi xidmətini həyata keçirən "xxxx" MMC-yə tapşırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixli 015/15-K nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişləri nəzərə alaraq ödənilməmiş qalan 18.244,16 (on səkkiz min iki yüz qırx dörd manat, 16 qəpik) manat əsas, 27.698,13 (iyirmi yeddi min altı yüz doxsan səkkiz manat, 13 qəpik) manat faiz, 30 (otuz) manat dövlət rüsumu və 10 (on) manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu olmaqla cəmi 45.982,29 (qırx beş min doqquz yüz səksən iki manat, 29 qəpik) manat borcu vardır. ********** №-li, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə əlaqə yaradılmasının mümkün olmaması səbəbindən əmlaka baxış keçirmək mümkün olmamışdır. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanıldığı, lakin cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə işə xitam verildiyini bildirib əmlaka baxış keçirilməsi üçün şərait yaratmadığı bildirilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məlumatda cavabdeh tərəflə dəfələrlə əlaqə saxlanıldığı, lakin cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə işə xitam verildiyini bildirib əmlaka baxış keçirilməsi üçün şərait yaratmadığı bildirilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, 18.244,16 manat əsas, 27.698,13 manat faiz, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və 100 manat dövlət rüsumu olmaqla cəmi 45.982,29 manat pulun ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə mərhum X10 mülkiyyətində olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın likvid dəyəri 35000 manat müəyyən edilməli və həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilini bundan əvvəl eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəmə tərəfindən baxılan qanuni qüvvəyə minmiş qərarla həll edilmiş qərardadın olması və həmin məsələyə yenidən baxıla bilməməzliyinin, 18,244.16 manat əsas borca 27,698.13 manat faiz hesablanması və faiz borcunun əsas borcdan təxminən 2 dəfə çox olması ilə bağlıdır. Kollegiya şikayətin dəlilləri üzrə aşağıdakıları bildirir. Birincisi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)- 534/2024 saylı qərardadı üzrə gəlinən nəticə hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə qəbul edilmiş qərar hesab edilə bilməz. Çünki həmin qərarla iş üzrə icraata xitam verilməsinin əsası fərqlidir. Belə ki, həmin qərardadla iş üzrə icraata ona görə xitam verilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edən ana qədər ipoteka qoyan X16 artıq vəfat etmiş olmuşdur. İkincisi, cavabdehin “18,244.16 manat əsas borca 27,698.13 manat faiz borcunun hesablanması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qalan hissədə icraya yönəldildikdən sonra digər ipoteka qoyanlar X11 və X7 ilə iddiaçı aralarında ümumi razılığa gələrək X11 tərəfindən 50 000 manat, X7 tərəfindən isə 35 000 manat pul ödənilməklə onlara məxsus fərdi yaşayış evləri yüklülükdən azad edilmişdir. Beləliklə də X11 və X7 tərəfindən ödənilən məbləğ toplam olaraq 85 000 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC ilə cavabdeh Mehman Səlimov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 015/14-K saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan məbləğ 103.244,16 manat əsas, 27.698,13 manat isə faiz borcundan ibarətdir. 103.244,16 manat əsas borcdan X11 və X7 tərəfindən ödənilmiş 85 000 manatı çıxdıqda (103.244,16 - 85 000 = 18,244.16) 18,244.16 manat təşkil edir ki, bu da həmin qətnamə ilə ödənilməyən əsas qalıq borcdur. Tələb edilən 27,698.13 manat faiz borcu isə dəyişməz qalmışdır. Kollegiya ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda müəyyən edilir ki, cavabdeh tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməmişdir. Həmçinin müəyyən edilir ki, ipoteka predmeti olan Lənkəran şəhəri, X14 küçəsi ev 6a ünvanında yerləşən 101.5 kv.m ümumi, 70.4 kv.m yaşayış, 31.1 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 35 000 manat müəyyən edilmişdir. Halbuki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində hazırkı ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 35 000 manat göstərilmişdir. Yəni, əvvəlki qətnamə ilə cavabdehə məxsus fərdi yaşayış evinin bazar qiyməti 35 000 manat müəyyən edildiyi halda hazırkı qətnamə ilə 35000 manat həmin fərdi yaşayış evinin likvid dəyəri kimi göstərilmişdir. Bu cür hal iddiaçının ziyanına olsa da iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna görə də qətnaməni cavabdeh mübahisələndirdiyindən və əmlakın yenidən qiymətləndirilməsi cavabdehin ziyanına şərh edilə biləcəyini nəzərə alan Kollegiya öz təşəbbüsü ilə fərdi yaşayış evinin qiymətləndirilməsindən çəkinmişdir. Bütün bunlardan başqa kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, “aparılan araşdırmalar nəticəsində X10 bank qarşısında olan öhdəliklərini mirası faktiki Cavabdeh tərəfindən qəbul edildiyi və hüquqi varisi kimi məhkəmə tərəfindən qəbul edildiyi üçün Cavabdeh tərəfindən öhdəlik icra olunmalı və bu səbəbdən Cavabdeh bank qarşısında cavabdehlik daşıyır. O, mərhum X10 arvadı kimi vərəsəlik işinin açılmasından ötrü heç bir notarial kontoruna müraciət etməmişdir. Bundan başqa, o, mərhum X10 heç bir öhdəliyini və ya mirasını faktiki və ya formal qəbul etməmişdir.” Kollegiya bu fikirlərlə bağlı qeyd edir ki, müəyyən edilir ki, Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən - qətnamə onun hüquq və maraqlarına toxunulan şəxs kimi və hazırkı qətnamədən isə cavabdeh kimi yenidən şikayət etməsi onun mərhum əri X8 miras qalmış mübahisəli fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi qənaətinə gəlir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(049)-35/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar