Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1403/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 26 faiz dərəcəsi tətbiq edilməklə 24 ay ərzində qaytarmaq şərti ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə ilə kreditin qalığı 12.215,69 ABŞ dolları kimi müəyyən edilmiş, müqavilənin müddəti 1 il uzadılmışdır. xx.xx.2015-ci il tarixli 100009170/ZM saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə zamin durmuşlar. xx.xx.2015-ci il tarixli əlavə Sazişlə zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 LPO İddiaçı ASC-nin xeyrinə 10.997,81 ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 7.007,07 ABŞ dolları məbləğində faiz borcu, 9.385,20 ABŞ dolları məbləğində cərimə, habelə müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 616,59 ABŞ dolları borc məbləğinin, ümumillikdə 28.006,87 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, onların xx.xx.2019-cu il tarixinədək LPO İddiaçı ASC-yə 10.997,81 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 7.007,07 ABŞ dolları faiz borcu, 9.385,20 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 616,59 ABŞ dolları borcu, ümumillikdə 28.006,87 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən iddiaya dair onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10.997,81 ABŞ dolları əsas, 7.007,07 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra 616,59 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18.721,47 dolları və dövlət rüsumuna görə 30 manatın Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməməsi, Cavabdeh1 tutulacaq 18.721,47 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində qətnamənin əsas və faiz borcuna münasibətdə ləğv edilməsi, həmin hissədə borcun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, əldə ediləcək rəyə uyğun (rəydə göstərilən məbləğ iddia tələbindən artıq olmazsa) yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Bank tərəfindən faiz və cərimə borcları şişirdilmişdir. Prosessualməsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasına iş çoxluğu ilə əlaqədar olaraq gələ bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə vəsatət göndərək, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və əsas borcun yenidən müəyyənləşdirilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin əsas və faiz borcuna münasibətdə ləğv edilməsini xahiş etmişdir. Kredit müqaviləsi, zaminlik müqqviləsinin və sazişlərin mövcudluğu barədə mübahisə yoxdur. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı Bank xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcunu tələb etmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 12700 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh1 24 ay müddətində hər ay 684.44 ABŞ dolları, sonuncu ayı 684.43 ABŞ dolları olmaqla xx.xx.2015-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 19 iyun 2019-cu il tarixli maliyyə arayışına görə Cavabdeh1 10.997,81 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 7.007,07 ABŞ dolları faiz, 9.385,20 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 616,59 ABŞ dolları borc ümumillikdə 28.006,87 ABŞ dolları məbləğində borcu hesablanmışdır. Kollegiya hesab edir ki, iddia aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əsas borc və faiz borcunun hesablanması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/7361 saylı rəyinə görə hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsində və xx.xx.2015-ci il tarixli Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddəti bitən tarixə yəni xx.xx.2018-ci il tarixə yəni xx.xx.2018-ci il tarixə faiz borcu 6379.19 Abş dolları məbləğində müəyyən edilir. Həmin rəydə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin banka olan əsas borc məbləği 1071,52 ABŞ dolları müəyyən edilir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir və hesab edir ki, əsas borc və faiz borcu ekspert rəyinə uyğun olaraq azaldılmalıdır. Cavabdeh məhkəməyə ünvanladığı vəsatətində əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini də xahiş etmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borcun miqdarı barədə məlumat vardır. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borca və faiz borcuna dair hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən 1071,52 ABŞ dolları əsas borc və 6379.19 Abş dolları faiz borcu tutulmalı, iddiaçının xeyrinə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatına görə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 50 manat, Cavabdeh1 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(049)-658/2023 saylı qətnaməsi qismən– əsas borc və faiz borcuna dair hissədə dəyişdirilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 1071,52 ABŞ dolları və faiz borcuna görə 6379.19 ABŞ dolları alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına görə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 50 manat, Cavabdeh1 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına köçürülsün. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddət kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1403/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1403/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver