Məhkəmə qərarları › İş №2(106)-143/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-143/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-143/2024 10.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, onun vəkili Vəkil, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(049)-2850/2023 saylı qətnaməsindən (hakim A.Pənahov) iddiaçılardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 2626 manat məbləğində pulun və 92.40 manat dövlət rüsumunun alınıb İddiaçı1, Cavabdeh2 Namik qızından 549.99 manat dəyərində “Samsung Galaxy” markalı mobil telefonun və ya onun dəyərinin alınıb İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 qudası olmuşdur. Belə ki, onun qızı Cavabdeh2 oğlu İddiaçı2 ilə 25 iyul 2022-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. El adəti ilə onlara elçi getmişlər və bundan sonra toy baş tutmuşdur. Buna baxmayaraq elçiliyə kimi nə oğlu, nə də ailələri cavabdehləri tanımamışdır. Çünki, onlar Lənkəran rayonu, Haftoni qəsəbəsində yaşayırlar, cavabdehlər isə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində yaşayırlar. Elçilikdən sonra cavabdehlər həmişə toyun keçirilməsində onları tələsdirirmişlər. Toyun keçirilməsi barədə söhbətlər zamanı cavabdehlərə bildirmişdir ki, toyun həm ayrılıqda, həm də bir yerdə keçirilməsinə etiraz etmirlər. Cavabdehlər isə toyun bir yerdə, yəni oğlanla qızın toyunun bir gündə və bir yerdə keçirmək istədiklərini bildirmişlər. Onlar da, məcburiyyət qarşısında qalaraq buna razılıq vermişlər. Sonra böyük səhvə vol verdiyini başa düşmüşdür. Belə ki, toy bir yerdə olduğu üçün qız tərəf ona demişdir ki, lazım olan xərci çəksin, sonra pulunu verəcəklər. O, da təkcə toya 5252 manat məbləğində pul xərcləmiş, onun 2858 manatını şirkətlərdən aldığı mallara, 2394 manatını isə digər xərclərə sərf etmişdir. Bu işlərdə onunla birgə Rusiya Federasiyasında yaşayan oğlu X5, Rusiva Federasiyasında yaşayan qızının dayısı Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olan X6 və toyun aşpazı olan X4 iştirak etmiş və bütün bunların şahidi olmuşlar. Cavabdeh2 toydan onların evinə gəlin gələndən sonra o, bir neçə ay onu müəllim yanına və “Prestij" kursuna öz hesabıma göndərmişdir. Dekabr ayında onu kursdan qovdular. Qızın anası oğlundan tez-tez pul istəyirdi, qız üçün paltar almağı deyirdi. Hələ nişanlı vaxtlarında oğlundan istifadə edirdilər. Yalançı vədlərlə oğlunu yoldan çıxarırdı və deyirdi, dəmir yolu tikiləndə, evi həmin yol xəttinə düşdüyü üçün onlara 45000-50000 manat məbləğində kompensasiya verərlər, ondan 5000 manatını sənə verərik. Evlərinin daxili işlərinə qızın anası tez-tez müdaxilə edirdi, baxmayaraq ki, qızı cəmi 2 həftə idi onların evinə gəlin gəlmişdi. Sonradan qızın xəstə olmağı barədə məlumatı olmuşdur. Gəlini olan Cavabdeh2 xəstəxanaya apararaq rentgendən keçirtdirmiş, onun ciyərlərinin sıradan çıxdığı onlara məlum olmuşdur. Qız onlara hələ atası evində xəstə olduğunu, bu barədə ata və anasına dediyini, lakin onların onun üstünə qışqırdığını bildirmişdir. Qızın sözləri bir validevn kimi onu təsirləndirdiyindən onun valideynlərinə zəng etmiş və bu barədə onlara demişdir. Bundan sonra onlara qarşı daha da aqressiv davranmağa başlamışlar. Daha sonra onlara məlum olmuşdur ki, qız artıq bir dəfə nişanlı olub, lakin xəstə olduğu üçün nişanı qaytarıblar və bunu onlardan gizlətmişlər. Hələ nişanlı olduqları dövrdə qızı qeydiyyat şöbəsinə aparmaq istəmişlər, lakin onlar hər dəfə bundan yayınmışlar. Əgər onları toydan əvvəl qeydiyyat şöbəsinə aparsaydılar, yəqin ki, qızın xəstəlikdən əziyyət çəkdiyini əvvəlcədən bilərdilər. Qız cəmi 2 həftə onların evinə gələndən sonra başlamışdır ki, valideynləri üçün darıxır, icazə vesinlər validevnlərigilə getsin. Anası tez-tez onunla telefonla əlaqə saxlayaraq danışırdı. Bir neçə dəfə icazə vermişlər, qız atasıgilə getmişdir. 09 dekabr 2022-ci il tarixdə qızın atası, bibisi və bibisi əri onlara gələrək demişlər ki, qızı bir neçə günlük aparmaq istəyir, yenə gətirərlər. Bibisi yoldaşına demişdi ki, qıza hamilə qalmaq olmaz. Bundan sonra icra nümayəndələri ilə birlikdə maşınla onlara gəlib, demişlər ki, qızın cehizlərini aparmaq istəyirlər. Onda hər şey onlara məlum olmuşdur. Cavabdehə demişdir ki, borcunu qaytarsın, sonra cehizlərinizi aparsın. Sonra öyrənmişdir ki, cavabdehlər çox adamı belə aldadıblar və çox adamlara belə borcludurlar və qaytarmırlar. Onların işi - gücü belə işlərlə məşqul olmaqdır, qızlarından bir vasitə kimi istifadə edirlər. Axırıncı dəfə onlara gələndə 3 çanta əşya aparmışlar. Mediasiyadan onlara məktub gələndə bilmişlər ki, onlar gedəndə qızılları, oğlunun telefonunu da özləri ilə aparıblar. Beləliklə də cavabdehlər onların etibarından sui istifadə edərək onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, oğlu İddiaçı2 ilə Cavabdeh2 birgə toyları 25 iyul 2022-ci il tarixdə Lənkəran rayonunda yerləşən “Şahsaray” adlı restoranda olmuşdur. Toydan əvvəl Sevərin atası Namiq ona bildirmişdir ki, toyu birgə keçirsinlər və çəkilən xərcin yarısını o, ödəyəcək. Namiq özü toyun təşkilati işlərində iştirak etməmişdir, bu işlər ilə məşğul olmasını qohumu olan qaynı Sücəddinə tapşırmışdır. Sücəddin onunla birlikdə toyun hazırlıq işlərində iştirak etmişdir və o, hal hazırda Rusiyada yaşayır. Toya ümumi olaraq 5252 manat xərc çəkmişdir və həmin xərcin yarı hissəsini, yəni 2626 manatını Cavabdeh1 ödəməli olduğu halda, hal-hazıradək həmin vəsaiti ona ödəməmişdir. Həmçinin oğlu Elxan öz anası üçün aldığı Samsung Galaxy markalı telefonu Cavabdeh2 onun evindən gedərkən özü ilə aparmışdır. Birinci instansiya məhkəməsində cavabdehlərdən Cavabdeh1 ona qarşı iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, qızı Sevər ilə İddiaçı2 birgə keçirilən toyları ilə əlaqədar təşkilati işlərlə məşğul olmasını qaynı olan Sücəddin Axundova həvalə etmişdir. Toy bir yerdə olub. Toyun təşkili ilə əlaqadar özünə düşəcək paya dair 2660 manat pulu Sücəddinə vermişdir, Sücəddin də həmin pulu İddiaçı1lə birlikdə toyun təşkilinə xərcləmişdir. Bundan əlavə olaraq toyda iştirak edən aşpaza 300 manat, musuqiçilərə də 750 manat pul vermişdir. Belə ki, musiqiçilərin toyda iştirakını 1500 manata razılaşmışlar, o, da özünə düşən hissəni, yəni 750 manatı onlara ödəmişdir. Toyun xərcinə dair onun İddiaçı1 heç bir borcu qalmamışdır. Ona qarşı irəli sürülən iddia tələbi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia tələbində qeyd edilən Samsung Galaxy markalı telefon 29 may 2022-ci il tarixdə, yəni İddiaçı2lə rəsmi nikaha daxil olduqdan əvvəl Elxan tərəfindən onun üçün hədiyyə olaraq alınmışdır və ona təqdim edilmişdir. Həmin vaxtdan qeyd edilən mobil telefon onun istifadəsində olmuşdur və hal-hazıradək də onun istifadəsindədir. İlk gündən həmin telefona özünə məxsus olan mobil nömrəni daxil edərək istifadə etmişdir. Həmin gün Elxan mağazadan iki ədəd mobil telefon almışdır və onun üçün aldığı telefonun rəngi çəhrayı rəngdə, yəni qadına uyğun rəngdə olmuşdur. İddiaçı2 iddia ərizəsində qeyd etdiyi guya həmin mobil telefonu öz anası üçün aldığı barədə bildirdikləri tamamilə əsassızdır. Belə ki, Elxanın anasının öz telefonu olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(049)-2850/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılardan İddiaçı1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsində eyd etdiyi hallarla bağlı məhkəməyə lazımi sübutları təqdim etsələr də, məhkəmə tərəfindən iş qeyriobyektiv və tam araşdırılmamış, işin hallarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Aərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740, 442, 445.1 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatında özü qeyd etmişdir ki, toy bir yerdə keçirilmiş və aralarında toya çəkilən xərclə bağlı razılıq olmuş və özünə düşən paya dair 2660 manat pulu qaynı Sücəddinə vermişdir. Sücəddin də həmin pulu İddiaçı1lə birlikdə toyun təşklinə xərcləmişdir. Bundan əlavə aşpaza 300 və musiqiçilərə isə 750 manat pul vermişdir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 aralaırnda razılıq olduğunu özü etiraf edir və həmin 2660 manat pulu qaynı Sucəddinə verdiyini bildirir, lakin Sucəddinin pulu ona verməsinə dair heç bir sübut təqdim etmir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4, 1.5, 2.3, 4, 9.4, 11 və 12 -ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Cavabdeh2 özü verdiyi izahatında qeyd etmişdir ki, iddia tələbində qeyd edilən “Samsung Galaxy” markalı telefon 29 may 2022-ci il tarixdə, yəni İddiaçı2lə rəsmi nikaha daxil olduqdan əvvəl Elxan tərəfindən onun üçün hədiyyə olaraq alınmışdır və ona təqdim edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Cavabdeh2 və İddiaçı2 arasında hər hansı rəsmi nikah mövcud olmamışdır. Əyər söhbət qeyri-rəsmi münasibətdən gedirsə, qanunvericiliyin tələbinə görə də dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda Cavabdeh1 toya sərf olunan xərclər üçün ona düşən paya dair 2660 manat pulu qaynı Sücəddinə verdiyini, onun da öz növbəsində həmin pulu İddiaçı1lə birlikdə toyun təşklinə xərclədiyini bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş toyda aşpaz olmuş Cəbrayıl Zeynalov verdiyi ifadəsində bildirmişdir ki, Namiqin qaynı olan Sücəddin, İddiaçı1, Məmmədağanın oğlu Rəşad və o, özü toy üçün ərzaqların alınmasında iştirak etmişlər. Toy üçün ərzaqların alınmasına ümumi olaraq 5252 manat pul xərclənib, həmin malları böyük bazarda olan mağazadan nisyə almışlar və toydan sonrakı gün o, İddiaçı1lə bir yerdə aparıb borcları ödəmişlər. Məhkəmə eyni zamanda oğlu X2 notariat qaydada təsdiq edilmiş ərizəsini də sübut növü kimi qəbul etməyərək, həmin ərizəyə demək olaraq heç bir hüquqi qiymət verməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə iddia tələblərini tam şəkildə rədd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunlu izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh2 təkrarən hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçılardan İddiaçı1 Gülaga oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, iş üzrə iki iddiaçı və iki cavabdeh vardır və iddiaçıların da hər bir cavabdehə qarşı ayrıca tələbi vardır. Odur ki, iddiaçılardan İddiaçı1 öz adından birinci instansiya məhkəməsinin qətnaməsini tələbinin təmin olunmaması hissədə mübahisələndirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları mübahisələndirilən hissədə kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, aşpaz fəaliyyəti ilə məşğul olur və İddiaçı1 oğlu Elxanın keçirilən toy mərasimində aşpaz kimi iştirak etmişdir. Bəylə gəlinin toyu bir yerdə olmuşdur. Namiqin qaynı olan Sücayət, İddiaçı1, Məmmədağanın oğlu Rəşad və o, özü toy üçün ərzaqların alınmasında iştirak ediblər. Toy üçün ərzaqların alınmasına ümumi olaraq 5252 manat pul xərclənib. Həmin malları Böyük bazarda olan mağazadan nisyə almışlar və toydan sonrakı gün İddiaçı1 həmin pulu mağazaya ödəmişdir. Toyun xərcinin bölüşdürülməsi barədə razılıq və Cavabdeh1 tərəfindən İddiaçı1 nə qədər pulun ödənilməsi ilə əlaqadar məlumatı olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin “Kontakt Home”54 mağazasından təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən 21 may 2022-ci il tarixdə həmin mağazadan “Samsung Galaxy A3” markalı, bənövşeyi rəngli telefon alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən İddiaçı1 oğlu Elxanla Cavabdeh1 qızı Sevərin toy şənliyini tərəflər bir yerdə keçirməsini qərarlaşdırmışlar. Toy mərasimi üçün lazım olan ərzaq məhsullarının alınmasında cavabdeh Namiqin qaynı Sücəddin, İddiaçı1, Məmmədağanın oğlu Rəşad və aşbaz Cəbrayıl Zeynalov iştirak etmişlər. Toy üçün ərzaqların alınmasına ümumi olaraq 5252 manat pul xərclənmişdir. İşin mübahisəli halları isə aşağıdakılardan ibarətdir: İddiaçı1 Cavabdeh1lə olan razılaşmalarına əsasən toyun keçirilməsi üçün tələb olunan ərzaq məhsullarının dəyərinin tərəfindən ödənildiyini, cavabdehin həmin xərcin payına düşən yarı hissəsini toydan sonra ona verməli olduğu halda vermədiyini bildirir; Cavabdeh1 isə toyun keçirilməsi ilə əlaqədar ərzaq məhsullarının alınması işini qaynı Sücəddinə həvalə etdiyini və payına düşən 2660 manat pulu Sücəddinə verdiyini, sonuncunun həmin pulu İddiaçı1lə birlikdə toyun təşkilinə xərclədiyini, Məmmədağaya bununla bağlı borcunun olmadığını bildirir. İşin mübahisəli halları birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş toyun aşbazı, eyni zamanda ərzaq məhsullarının alınmasının bilavasitə iştirakçısı X1 şahid ifadəsi ilə aradan qalxır. Belə ki, şahid ifadəsində göstərmişdir ki, aşpaz fəaliyyəti ilə məşğul olur və İddiaçı1 oğlu Elxanın keçirilən toy mərasimində aşpaz kimi iştirak etmişdir. Bəylə gəlinin toyu bir yerdə olmuşdur. Namiqin qaynı olan Sücayət, İddiaçı1, Məmmədağanın oğlu Rəşad və o, özü toy üçün ərzaqların alınmasında iştirak ediblər. Toy üçün ərzaqların alınmasına ümumi olaraq 5252 manat pul xərclənib. Həmin malları Böyük bazarda olan mağazadan nisyə almışlar və toydan sonrakı gün İddiaçı1 həmin pulu mağazaya ödəmişdir. Toyun xərcinin bölüşdürülməsi barədə razılıq və Cavabdeh1 tərəfindən İddiaçı1 nə qədər pulun ödənilməsi ilə əlaqadar məlumatı olmamışdır. Göründüyü kimi toyun keçirilməsi üçün tələb olunan 5252 manat dəyərində ərzaq məhsulları cavabdehin bildirdiyi kimi pulu nəğd şəkildə ödənilməklə deyil, nisyə olaraq toydan sonra ödənilməsi şərti ilə Böyük bazarda olan mağazadan alınmış, toydan sonra isə İddiaçı1 tərəfindən mağazanın pulu ödənilmişdir. Cavabdeh toya çəkiləcək xərclərin qarşılanması üçün qaynı Sücəddinə 2660 manat məbləğində pul verməsinə, həmin pulun sonuncu tərəfindən Məmmədağaya ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut verə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, toyun keçirilməsi üçün cavabdehin iddiaçıya öz vəsaiti hesabına ərzaq məhsullarının alınmasından, toydan sonra isə dəyərinin yarı hissəsinin tərəfindən ödəniləcəyindən ibarət tapşırıq verməsi, tapşırığın lazımi qaydada iddiaçı tərəfindən icra edilməsinə baxmayaraq, ərzaq məhsullarının dəyərinin cavabdehin payına düşən hissəsinin ödənilməməsi işin halları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, iddiaçı tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) kimi cavabdehin (vəkalət verənin) ona tapşırdığı işi (birgə keçiriləcək toy şənliyi üçün ərzaq məhsullarının öz vəsaiti hesabına, sonradan dəyərinin yarı hissəsinin tərəfindən ödəniləcəyi şərti ilə alınması) icra etməyi öhdəsinə götürmüş və bu tapşqırığı vicdanla icra etmişdir. Qarşılığında isə vəkalət verən şəxs olaraq Cavabdeh1 vəkalət alan İddiaçı1 şərtləşdirilmiş muzdu ödəməməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası iddiaçılardan İddiaçı1 apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 2626 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsinin təmin olunmaması hissədə ləğv olunaraq, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan artıq olmadığından, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(049)-2850/2023 saylı qətnaməsi 2626 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsinin təmin olunmaması hissədə ləğv olunsun və həmin hissədə iddia təmin edilsin. 2626 manat məbləğində pul və 95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar