Məhkəmə qərarları › İş №2(106)-1431/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1431/2025

26.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1431/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), X4 və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh onun xeyrinə 2587 manat dəymiş maddi ziyan, 300 manat hüquqi xidmət haqqı və 46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2933 (iki min doqquz yüz otuz üç) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə gecə saat 00:15 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Tofiq Səlimovla birlikdə işdən çıxıb evə gedən zaman Sumqayıt şəhəri, Inşaatçılar və Azərbaycan prospektinin kəsişməsində işıqforun yaşıl işığında sola tərəf dönmək istədikdə arxadan yüksək sürətlə gələn və üzərində dövlət qeydiyyat nişanı olmayan “BMW-535” minik markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ qanadını (krılo) və qabaq sağ çarxın vurmuş və sonra da işıqforun dirəyinə çırpılaraq dirəyi aşırmışdır. Nəticədə, onun idarə etdiyi avtomobilin qabaq sağ qanadı (krılosu), qabaq sağ çarxı, qabaq buferi və digər ehtiyyat hissələri əzilməklə yararsız hala düşmüş və ona xeyli miqdarda maddi ziyan dəymişdir. “BMW-535” minik markalı avtomobili idarə edən şəxs - polis əməkdaşı cavabdeh FI.R.Heydərzadə həmin vaxt mülki geyimdə və içkili vəziyyətdə olmuşdur. Hadisə yerinə gəlmiş Sumqayıt şəhər PI-nin DYPŞ-nin əməkdaşı Elnur adlı R avtomobilin sənədlərini alıb bildirdi ki, avtomobillər cərimə meydançasına getməlidir. Ona məxsus avtomobili evakuatora yükləyib Xırdalanda yerləşən müvəqqəti duracağa aparmışlar. “BMW-535” minik markalı avtomobili idarə edən cavabdeh Cavabdeh mobil telefon nömrələrini ona verib bildirmişdir ki, narahat olmayın, cavabdehin idarə etdiyi avtomobilin sığortası olmadığına görə onun avtomobilini özü təmir etdirəcək. Ertəsi gün Sumqayıt şəhər PI-nin DYPŞ-nin qarşısında Cavabdeh ilə görüşəndə, o, polis formasında imiş, onlar bir az söhbət edib ayrılmışlar və ##.##.2024-cü il tarixdə DYPŞ-də R Niyaməddin Həsənovun qəbulunda olmuşdur. N.Həsənov onun izahatını almış və təxminən bir saatdan sonra yolnəqliyyat hadisəsi baş vermiş ərazidə olmağını tapşırmışdır. O, bir saatdan sonra hadisə baş vermiş əraziyə - Inşaatçılar və Azərbaycan prospektinin kəsişməsinə gələndə oraya tanımadığı, sonradan adını və soyadını öyrəndiyi X2 da gəlmişdir. R N.Həsənov həmin şəxsin yanında ona suallar verib hadisənin necə baş verdiyini soruşmuş və o, da hər şeyi olduğu kimi izah eləmişdir. Araşdırmanın nəticəsindən belə başa düşmüşdür ki, guya “BMW-535” minik markalı avtomobili cavabdeh Cavabdeh deyil, X2 idarə etmişdir. Sonda N.Həsənov yolnəqliyyat hadisəsinin baş verməsində onun təqsirkar olduğunu bildirmiş və əsassız olaraq onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə TP ******* saylı, ##.##.2024-cü il tarixli “Inzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Həmin qərarda nə avtomobillərin toqquşması barədə, nə “BMW-535” minik markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə, nə də həmin avtomobili idarə edən Cavabdeh barədə doğru-dürüst bir məlumat qeyd olunmamış və hər iki sürücünün - onun və Cavabdeh sərxoşluğu barədə müvafıq arayışlar alınıb araşdırma materialına əlavə edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ##.##.2023-cü il tarixdə gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, Inşaatçılar və Azərbaycan prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, idarə etdiyi avtomaşınla heç bir yol hərəkəti qaydasını pozmamışdır. O, işıqforun yaşıl işığında sola tərəf dönmə hərəkəti etmişdir, “BMW- 535” minik markalı avtomobil isə işıqforla tənzimlənən dördyol ayrıcında yüksək sürətlə gələrək ötmə hərəkəti etmiş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Sumqayıt şəhər PI-nin Dövlət X1nin əməkdaşı R N.Həsənovun qəbul etdiyi “Inzibati tənbeh vermə haqqında” qərar qanunsuz, əsassız və qərəzli olduğuna görə həmin qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli Qərarı ilə “Inzibati tənbeh vermə haqqında” TP ******* saylı, ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün Sumqayıt şəhər PI-nin Dövlət X1 göndərilməsi qərara alınmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sumqayıt Şəhər Polis Idarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, */*-*-**** saylı məktubunda deyilir: “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və Sumqayıt şəhər Polis Idarəsinə ərizə ilə ünvanladığınız müraciətlərinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, ##.##.2023-cü il tarixdə, Mitsubishi Pajero markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman, Sumqayıt şəhəri, Inşaatçılar-Azərbaycan prospektinin kəsişməsində, işıqforun yaşıl işığında hərəkətə başlayıb sola manevr edərkən, solunuzda hərəkətdə olan BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuş, BMW 535 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yolun kənarında quraşdırılmış işıqfor obyektinə dəyərək yol nəqliyyat hadisəsi törətmişsiniz. Nəticə olaraq, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun qanunun 42ci maddəsinin İ bəndinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələbini pozduğunuza görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətaya yol verdiyiniz üçün barənizdə IXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 40 (qırx) manat məbləğində cərimə qərarı tətbiq edilmişdir.” - Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, İddiaçı şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Polis Idarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ##.##.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Sumqayıt şəhər Polis Idarəsinin Dövlət X1 göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sumqayıt Şəhər Polis Idarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, **-*/*-B-***** saylı məktubunda deyilir: “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin rəhbərliyinə elektron poçt vasitəsi ilə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, ##.##.2023-cü il tarixdə, Mitsubishi Pajero markalı **- DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəedən zaman, Sumqayıt şəhəri, Inşaatçılar- Azərbaycan prospektinin kəsişməsində, işıqforun yaşıl işığında hərəkətə başlayıb sola manevr edərkən, solunuzda hərəkətdə olan BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ hissəsi ilə toqquşmuş, BMW 535 markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yolun kənarında quraşdırılmış işıqfor obyektinə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticə olaraq, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanunun qanunun 42-ci maddəsinin İ bəndinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və aayanmazaan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələbini pozduğunuza görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətaya yol verdiyiniz üçün barənizdə IXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 40 (qırx) manat məbləğində cərimə qərarı tətbiq edilmişdir.” - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin Sumqayıt Şəhər * saylı vəkil bürosunun vəkilli xanım Sevda Əliyevaya ünvanlanmış ##.##.2024-cü il tarixli *- *****/**** saylı məktubunda qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli ** nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "BMW 535" markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2019-cu il tarixdən Cavabdeh adında qeydiyyatdadır. - AECS Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli hesabatdan görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərin qiyməti 2587 manat təşkil edir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - Sumqayıt Şəhər Polis Idarəsi tərəfindən verilmiş **** saylı nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayışdan görünür ki, ##.##.2023-cü il tarixdə, İddiaçı tərəfindən Mitsubishi Pajero markalı **- DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəedən zaman, Sumqayıt şəhəri, Inşaatçılar- Azərbaycan prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə X2 idarə etdiyi BMW 535 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (Hakim: Səkinəxanım Məmmədli) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qət edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Odur ki, kollegiya Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırki tələbi cavabdehə qarşı o halda təmin edilə bilərdi ki, cavabdehin mükiyyətində olan avtomobillə törədilmiş yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsi halı təsdiq edilmiş olsun. Iş üzrə sübutlarla isə yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsi halı sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə sübutlarla iddiaçıya məxsus avtomobilin zədələnməsi və bununla əlaqədar ona zərər dəyməsi halının cavabdehin təqsiri üzündən baş verməsi halı sübut edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Mcəllənin1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Iş materiallarında olan Sumqayıt Şəhər Polis Idarəsi Dövlət X1 tərəfindən verilmiş məktuba əlavə olunmuş ekspert rəyindən görünür:

1. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMW” markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.R.Ibadov “BMW” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 65-70km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mitsubishi Pajero markalı, **DF*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Çərkəz oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, aparılmış təhqiqat zamanı ekspert rəyi ilə baş vermiş yol-nəqliyyat hadisəsində hər iki tərəfin təqsiri müəyyən olunur. “BMW” markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olduğundan iddiaçı cavabdehə qarşı ziyan tələbi ilə bağlı iddia irəli sürməkdə haqlıdır. Beləliklə, iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olduğundan, eyni zamanda ziyan dəyməsində iddiaçının da təqsiri müəyyən edildiyindən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş ziyanın yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı alınmış rəydən görünür ki, "Mitsubishi Pajero" markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2975,00 (iki min doqquz yüz yetmiş beş) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində dəymiş zərərin məbləğini 2587 manat göstərdiyindən bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 1293.50 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmayan 1293.50 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin və cavabdeh Cavabdeh 1293.50 manat alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Cavabdeh 300 manat hüquqi xidmət haqqı və 46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 346 manat alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar