Məhkəmə qərarları › İş №2(106)-1433/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1433/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1433/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X5 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-2105/2021 saylı qərardadından (hakim Osman Vəliyev) Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 Cavabdeh1 öhdəliyi üzrə 1 543.06 manat əsas borc, 786.50 manat faiz borcu, 40 manat cərimə, 205.59 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 2575.15 (iki min beş yüz yetmiş beş manat on beş qəpik) manat kredit borcu, Cavabdeh2 öhdəliyi üzrə 3 277.90 manat əsas borc, 1603.33 manat faiz borcu, 80 manat cərimə, 450.34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 5 411.57 (beş min dörd yüz on bir manat əlli yeddi qəpik) manat kredit borcu, X2 öhdəliyi üzrə 1950 manat əsas borc, 975 manat faiz borcu, 50 manat cərimə, 264.33 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 3 239.33 (üç min iki yüz otuz doqquz manat otuz üç qəpik) manat kredit borcu, Cavabdeh4 öhdəliyi üzrə 2663.34 manat əsas borc, 1339 manat faiz borcu, 65 manat cərimə, 362.23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 4429.57 (dörd min dörd yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsinin qismən dəyişdirilməsi - borcun faizlərinin azaldılması, eyni zamanda vəsatət verərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsinə əsasən onun pensiyasından 4 aydır ki, hər ay 180 manat pul tutulur. Həmin qətnaməni 16 may 2024-cü ildə qəbzə imza etməklə almışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Qətnamə üzrə borc məbləğinin faiz hissəsinin dəyişdirilməsini istəyir. 2021-ci ildə məhkəmədə müvafiq mübahisənin olduğunu və cavabdeh qismində iştirak etməli olduğunu bilsə də, kənddə yaşayan bəzi şəxslərin vədlərinə aldanaraq iclaslarda iştirak etməmişdir. Bankdan yeni bir qrafik açılmasını, aylıq ödənişlərin azaldılmasını xahiş edir. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 verdiyi izahatında göstərmişdir ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına verilmiş və iş üzrə Cavabdeh4 pensiyasından tutulmalar aparılmışdır. Cavabdehin mübahisəli qətnamədən çox daha əvvəllər məlumatı olmuşdur. Keçmiş 2 il 6 ay ərzində cavabdehin qətnamədən məlumatsız olması inandırıcı deyil, ən azı barəsində icra tədbirləri aparılırdı. Hesab edir ki, hazırki ərizə və apellyasiya şikayəti sadəcə icranın yersiz uzadılmasına xidmət edir, əsas niyyəti isə ödəniş məbləğinin azaldılmasıdır. Bu barədə onun özünə də bir neçə dəfə izahlar verilmişdir və yalnız müəyyən bir məbləğdə ilkin ödəniş etdikdən sonra yeni ödəniş qrafikinin müəyyən edilməsi mümkünlüyü ona bildirilmişdir. Bu səbəbdən də hazırkı ərizə əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh4 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, qeyd edilən qətnamə 24 noyabr 2021-ci ildə qəbul olunmasına baxmayaraq, həmin qətnaməni 16 may 2024-cü ildə qəbzə imza etməklə almışdır. Qətnamə ona göndərilmədən və şikayət vermə müddəti gözlənilmədən qətnamə icraya yönəldilmişdir. Qətnamənin icraya yönəlməsi və onun bu barədə məlumatlı olması həmin qətnaməni alması demək deyildir. Əgər qətnamə ona vaxtında verilsəydi o, da vaxtında bundan şikayət verə bilərdi. Lakin ona gec təqdim edilmişdir və əslində prosessual müddəti ötürməmişdir. Hər ay onun pensiyasından tutulmalar olur, lakin o, qətnamədə göstərilən faiz dərəcəsi ilə razı deyildir və ona görə də qətnaməni mübahisələndirir. Məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və məhkəmə qətnaməsi onun iştirakı olmadan qəbul edilmiş və həmin qətnamədən məlumatı olmamışdır. Halbuki, həmin işə qanunvericiliyin tələbinə görə qiyabi icraat qaydasında baxılmalı idi. Ona yalnız icra məmuru tərəfindən məlumat verildikdən sonra onun həmin məhkəmə qətnaməsindən məlumatı olmuş və Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək qeyd edilən qətnaməni 16 may 2024-cü il tarixdə əldə etmişdir. Qətnaməni qeyd edilən tarixdə almağı apellyasiya şikayətinə əlavə edilmiş poçtun zərfi ilə də təsdiq edilir. Belə olan halda da Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)- 2105/2021 saylı qərardadı əsassızdır. Şikayətə baxılmış, Cəlilabad Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-2105/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İşin hallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsinə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Cəlilabad rayon İcra və probasiya şöbəsinin 17 oktyabr 2022-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, həmin qərarla Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021- il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsi üzrə icraata başlanılması və borclulara 10 gün müddətində icranı könüllü təmin etmələri barədə təklif göndərilməsi qərara alınmışdır. İş materiallarında yer alan Cəlilabad rayon İcra və probasiya şöbəsinin 17 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişindən görünür ki, həmin bildirişlə borclu Cavabdeh4 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsini 10 gün müddətində könüllü icra etməsi təklif edilmişdir. İş materiallarında yer alan ərizədən görünür ki, Həsənova X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə ərizəyə imza etməklə almışdır. Birinci instansiya məhkməsində məhkəmə iclasında cavabdeh Həsənova X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2105/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməsinin səbəbi kimi həmin qətnamədən məlumatının olmamasını göstərsə də, cavabdehin özünün izahatı və iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında 4 aydır ki, pensiya kartından hər ay 180 manat məbləğində pul tutulduğunu bildirmişdir ki, bununla da onun ən azından 4 ay qabaq, yəni, 2024-cü ilin mart ayından etibarən sözügedən qətnamədən məlumatlı olması başa düşülür. Həmçinin tərəfin məhkəmədə verdiyi izahat nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin məhkəmə qətnaməsini mübahisələndirməkdə əsl niyyəti sadəcə onun icrasını ləngitməkdir. Belə ki, qətnamə ilə razılaşdığını bildirsə də, aylıq ödəniş məbləğinin çox olmasını bildirmişdir, daha az məbləğdə ödəniş edilməsinə razı olduğunu bildirmiş, təmin olunmuş çəkişmə əsasında isə iddiaçının nümayəndəsindən yeni ödəniş qrafiki açılmasını xahiş etmişdir. Belə olan halda da, Məhkəmə Kollegiyasə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. İşin hallarından da, görünür ki, cavabdeh məhkəmə qətnaməsindən icra mərhələsində məlumatlı olmuşdur. Çünki onun təqaüdündən bir neçə ay tutulmalar olmuşdur. Bu halda o, qətnamədən məlumatlı hesab olunur. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, qətnamənin surəti ona gec təqdim edilmişdir və qətnamənin surəti ona təqdim edildikdən dərhal sonra şikayət vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdehin qətnaməni təkrarən alması, onun qətnamədən məlumatı olmaması anlamına gəlmir. Eyni zamanda qətnaməni almasa belə, təqaüdündən tutulmalar olan zaman tərəf icra və probasiya şöbəsinə və yaxud da məhkəməyə müraciət edərək, məlumat almalı idi. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(073)-2105/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar