Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1434/2024 05.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(048)-153/2024 saylı qətnaməsindən (hakim Atabəy Kiçibəyov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASCnin xeyrinə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 138.05 (yüz otuz səkkiz manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə verilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh2 oğl arasında xx.xx.2022-ci il tarixdə ******* saylı kredit müqviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1068003/26651 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşlar. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borcu 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat ödənilməmiş borc qalmışdır. Qeyd edilənlərə əsasən də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Lerik Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(048)-153/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində borc pulun və 138.05 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC -nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 5195.14 (beş min yüz doxsan dörd manat 14 qəpik) manat faiz, cəmi 19538.53 (on doqquz min beş yüz otuz səkkiz 53 qəpik) manat borc pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəlcə iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalıdır. Qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsinin təmin və ya rədd olunması aydın və dəqiq göstərilməlidir. Lakin birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixə olan faiz borcu ilə bağlı iddia tələbinin artırılması barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. İddianı qismən təmin edərkən heç bir əsaslandırma aparmamışdır. İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı faiz borc məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən də tam olaraq təsdiqini tapmışdır. Lakin yaranmış mübahisəyə hüquqi qiymət verilməsinə gəldikdə məhkəmə cavabdeh tərəfindən çıxış edərək məhkəməyə təqdim olunmuş tələb artırma ərizəsini nəzərə almayaraq bankın tələbini qismən təmin etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixə olan faiz borcu ilə bağlı iddia tələbinin artırılması barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. İddianı qismən təmin edərkən heç bir əsaslandırma aparmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq kollegiyanın iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onların iştirakı olmadan baxılaraq şikayətlərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1068003/26651 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə zaminlik müqviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh2 xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9351/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində məbləğində müəyyən edilir. Müəyyən edilir ki, məhkəmə iddianı qismən təmin etmiş, iddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixə olan faiz borcu ilə bağlı iddia tələbinin artırılması barədə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə hazırlıq, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü ildə baxış iclası keçirilərək mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin rəyi alındıqdan sonra icraat təzələnmiş, icraat təzələndikdən sonra da xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində də baxış iclası keçirilərək qətnamə qəbul edilmişdir. Göründüyü kimi iddia tələbinin artırılması barədə ərizə xx.xx.2024-cü il tarixdə 3-cü baxış iclasından və mühasibatlıq ekspertizasının rəyinin məhkəməyə daxil olmasından sonra məhkəməyə daxil olmuşdur. Müəyyən edilir ki, “iddiaçı iddia tələbinin artırılması barədə ərizə”-ni qüvvədə olan mülki prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə hazırlıq iclasında verə bilməli olduğu halda belə bir ərizəni 3-cü məhkəmə baxış iclasından sonra məhkəməyə təqdim etmişdir ki, məhkəmədə həmin ərizəni nəzərə almadan hazırkı qətnaməni qəbul etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi “iddia tələbinin artırılması barədə ərizə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etmiş olduğu xx.xx.2023-cü il tarixli Qərarına əsasən də məhkəmə tərəfindən icraata qəbul edilə bilməzdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, onların şikayəti formal mülahizələrdən ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(048)-153/2024 saylı qətnaməsi İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1434/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1434/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver