Məhkəmə qərarları › İş №2(106)-1439/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1439/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1439/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-201/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 35.000 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 39.200 manat olmaqla cəmi 74.200 manat pulun və dövlət rüsumuna görə ödədiyi 312 manat olmaqla, ümumilikdə 74.512 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi olan cavabdeh xx.xx.2023-cü il tarixdə ona yaxınlaşaraq ehtiyacı olduğuna görə ondan 35.000 manat borc pul istəmişdir. O, cavabdehin həmkəndlisi olmasını və onun həqiqətəndə pula ehtiyacının olmasına görə ona 35.000 manat pul vermişdir. Cavabdeh X1iu pulu ondan aldıqdan sonra o, borc aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmişdir. İddiaçı cavabdehə əgər borc aldığın pulu vaxtında qaytara bilməsə, hər gecikdirilən günə görə ondan əlavə 350 manat pul alacağını bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35.000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə borc aldığı 35.000 manat pulun 1% həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüş və bu barədə ona qəbz vermişdir. Cavabdeh ondan borc aldığı 35.000 manat pulu qaytaracağına söz verdiyi müddət bitəndən sonra onunla əlaqə saxlamış o, da ondan əlavə vaxt istəmiş, sonradan isə müxtəlif bəhanələr gətirərək qaytarmağa pulunun olmadığını bildirərək borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35.000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68600 manat pulun qaytarılması üçün cavabdeh T.X.Şıxəliyevin qeydiyyatda oıduğu ünvana ünvana ona borclu olduğu gecikdirilmtiş günlərə görə hesablanmış faizlə birlikdə 68600 manat pulun qaytarması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xəbərdarlıq məktubunu alandan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirmiş, toydan yığdığı pulu toplayaraq borcunun bir hissəsini ödəyəcəyinə söz versə də, sonradan həmin sözünə də əməl etməmişdir. Hazırda Cavabdeh ona xəbərdarlıq məktubunun göndərilməsindən sonra keçən günlərə görə hesablanmış faizlə birlikdə 74.200 manat borcu vardır. Kürdəmir Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Müseyib Bayramov) 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 35.000 manat əsas borc, 5.000 manat cərimə, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 210 manat dövlət rüsumu olmaqla, ümumilikdə 40210 (qırx min iki yüz on) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla, 2021-ci ildən bəri dəfələrlə ondan borc pul almış və aldığı borcu vaxtında qaytarmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən ona yaxınlaşıb ehtiyacı olduğuna görə ondan 35.000 manat borc pul istəmişdir. O, da onun həmkəndlisi olmaqla, həqiqətən də pula ehtiyacının olmasını, həmçinin əvvəllər ondan aldığı borcları vaxtında qaytarmasını nəzərə alıb ona 35.000 manat borc pul vermişdir. Cavabdeh ondan borc aldığı 35.000 manat pulu xx.xx.2023-cü il tarixdə qaytaracığını bildirəndən sonra o, cavabdehə borc aldığı pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə hər gecikdirdiyi günə görə ondan əlavə 350 manat pul alacağını bildirmişdir. Cavabdeh də onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35.000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə borc aldığı 35.000 manat pulun 1 faizi həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüş və bu barədə hər ikisinin iştirakı ilə qəbz yazıb imza edərək qəbzi ona vermişdir. Cavabdeh ondan borc aldığı 35.000 manat pulu qaytaracağı müddət bitəndən sonra onunla əlaqə saxlayıb borc aldığı pulu qaytarmasını tələb etmiş, lakin o, borc aldığı pulu qaytarmaq üçün ondan əlavə vaxt istəmişdir. Sonradan isə cavabdeh müxtəlif bəhanələr gətirərək ondan borc aldığı pulu qaytarmağa pulunun olmadığını bildirmiş və borc aldığı pulu qaytarmaqdan yayınmağa başlamışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35.000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68.600 manat pulun qaytarılması üçün Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvana ona borclu olduğu və gecikdirilmiş günlərə görə hesablanmış faizlə birlikdə 68.600 manat pulu qaytarması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xəbərdarlıq məktubunu alandan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirib toydan yığdığı pulu toplayıb borcunun bir hissəsini ödəyəcəyinə söz versə də, həmin sözünə də əməl etməmişdir. O, Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərkən ona olan borcu, əsas borc və hər gecikdirilən günə görə hesablanmış faizlə birlikdə ümumilikdə 74.200 manat təşkil etmiş və o da, həmin məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh ondan borc pul alması və hər gecikdirilən gunə görə əlavə 350 manat pul ödəyəcəyi barədə yazdığı qəbzi təsir aldında yazdığını göstərmiş, lakin o, bununla bağlı bir dəfə də olsun heç bir hüquq-mühafizə orqanlarına rəsmi və ya şifahi qaydada müraciət etməmişdir. İşə baxan hakim isə qətnamə qəbul edərkən cavabdehin yazdığı qəbzə belə əhəmiyyət vermədən 35.000 manat əsas borcu və əlavə olaraq 5.000 manat cərimə olmaqla, ümumilikdə 40.000 manat pulun cavıabdehdən alınaraq ona verilməsini təmin etməsi ilə bağlı hansı qanunvericiliyə istinad etdiyi ona məlum olmamışdır. Cavabdehin özünün istəyi ilə yazdığı qəbzə əsasən hər gecikdirilən günə görə ödəyəcəyi 350 manat məhkəməyə müraciət olunan günə kimi 39.200 manat təşkil etdiyi halda, həmçinin Cavabdeh məhkəmədə verdiyi izahatında göstərdiyi faktlarla bağlı məhkəmə heç bir mötəbər sübüt təqdim etmədiyi halda işə baxan hakim tərəfindən 35.000 manat borca görə 5.000 manat cərimə hesablanmasını qanunvericiliyin hansı müddəasına görə hesabladığını o, aydınlaşdıra bilmir. Göstərdiyi səbəblərə görə Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş qəbzə istinad etmişdir. Halbuki məhkəmə iclası zamanı tam şəkildə sübut edilmişdir ki, 17 iyun 2023-cü il tarixdə iddiaçı ona 35.000 (otuz beş min) manat pul verməmişdir. Məhkəmə iclası zamanı təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən videodisklərdə iddiaçı açıq şəkildə 17 iyun 2023-cü il tarixdə ona 20 faizlə 5.000 (beş min) manat pul verdiyin etiraf edir. Ümumiyyətlə o, iddiaçıdan 2021-ci ildən bu vaxta qədər 16.000 (on altı min) manat pul almış və əvəzində 26.000 (iyirmi altı min) manat pul qaytarmışdır. 17 iyun 2023-cü il tarixdə iddiaçı onun ağır vəziyyətindən istifadə edərək ona 5.000 (beş min) manat pul verdiyi halda 35.000 (otuz beş min) manatlıq qəbzə qol çəkdirmiş, üstəlik faizlə pul verməyə səlahiyyəti olmadığı halda, həmiçinin ona pulu qaytarmayacağı halda əlavə faizlər hesablanacağı barədə qeydlərdə yazmağı ondan tələb etmişdir. Lakin çox təəssüf ki, məhkəmə bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının ona 17 iyun 2023-cü il tarixdə 5.000 (beş min) manat pul verdiyi halda nə üçün 35.000 (otuz beş min) manatlıq qəbz yazdırması məsələsini aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində təqdim etdiyi videogörüntülərdən açıq-aydın iddiaçının ona iddia ərizəsində qeyd edildiyi miqdarda pul vermədiyi müəyyən edilsə də, məhkəmə qeyd edilən sübutları nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında Cavabdeh Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, onun Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin təmin edilməklə xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qətnaməsini ləğv edilərək onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdehə borc pulu Qurban bayramı ərəfəsində vermiş, borc pul verməsində məqsədi isə cavabdehin qoyunların alış-satışını həyata keçirməsi və əldə olunacaq gəlirdən mənfəət əldə edəcəyi olmuşdur. Məhkəmə baxış iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı borc pul almasında məqsədi ev heyvanlarının alış-satışını həyata keçirərək əldə edəcəyi qazancı iddiaçı ilə aralarında bölüşdürülməsi olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və işdəki sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “digər dənli bitkilərin becərilməsi ”göstərilmişdir. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “arpanın becərilməsi” göstərilmişdir. Məhkəmə iclasında tərəflərin izahatından göründüyü kimi, iddiaçı cavabdehlə qoyunların alış-satışı ilə əlaqədar tərəfdaş kimi münasibətdə olduğunu bildirmiş, cavabdeh də iddiaçıdan aldığı borcu alış-satış məqsədləri üçün istifadə edərək əldə edəcəyi gəliri iddiaçı ilə bölüşdürəcəyini, hazırda tələb olunan pul məbləğinin aralarında yaranmış həmin kommersiya münasibəti üzrə ona olan borcu kimi ödənildiyini bildirmişdir. Tərəflərin izahatlarından göründüyü kimi, həqiqətən də, tərəflər arasında qoyunların alış-satışından əldə olunacaq mənfəətin bölüşdürülməsi ilə bağlı sahibkarlıq fəaliyyətindən irəli gələn borc münasibətləri olmuşdur. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin onlar arasındakı sahibkarlıq münasibətlərindən irəli gəldiyi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu müəyyən olunur. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1dığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Kürdəmir rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-201/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-201/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar