Məhkəmə qərarları › İş №2(106)-144/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-144/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-144/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarışlıqlı iddiası üzrə mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: evin təmirinə çəkilmiş xərc, behin ikiqat geri tələb edilməsi. Şirvan şəhəri, 16 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X24, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarışlıqlı iddiası üzrə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(073)- 26/2024 saylı qətnaməsindən (hakim Qalib Paşayev) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 hüquqi varisi Abasova (Dadaşova) Xəyalə Şahzadə qızından Cəlilabad şəhəri Azərbaycan küçəsi bina 29, 22 saylı mənzilin alınması üçün verilmiş və xərclənmiş 42 250 manat pulun və 217 (iki yüz on yeddi) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və pul (kirayə haqqı) tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı uşaqları ilə birlikdə onun (iddiaçının) mülkiyyətində olan Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 nömərli binada yerləşən 22 saylı mənzildən çıxarılması, mənzilin ona qaytarılmsı və cavabdehdən kirayə haqqına görə 4 500 (dörd min beş yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan mərhum X14 və onun arvadı Cavabdeh ilə iddiaçı onlara məxsus yuxarıda qeyd edilən 2 otaqlı mənzili 20.000 (iyirmi min) manata alqı-satqı edilməsini pulu ödənildikdən sonra İddiaçı mülkiyyətinə keçirilməsinə razılaşmışlar. Həmin ünvanda X3, X6, X11 və X2 qeydiyyatda olması həmin mənzil ilə əlaqədar olaraq alqı-satqının rəsmləşdirilməsinə mane olduğundan X14 iddiaçı ilə 03 mart 2021-ci il tarixdə notarial qaydada beh müqaviləsi bağlayaraq onun hesabına 5000 (beş min) manat iddiaçı tərəfindən pul ödənilmiş və iddiaçıya hər iki şəxs, yəni X14 və X15 evin artıq iddiaçıya məxsus olduğunu bildirərək beh müqaviləsinə əlavə olaraq iddiaçıdan 29 iyun 2021-ci il tarixdə 5000 (beş min) manat pulu “Bank Respublika” vasitəsi ilə ödəməklə qəbul etmişlər və mənzil yaşayış üçün yarasız olduğundan ər-arvadın razılığı ilə iddiaçı mənzilin təmirinə başlamışdır. Mənzilin təmirində ustalar Cəlilabad şəhər sakinləri X16, X17, iddiaçının qaynatası Alar kənd sakini X18 və qaynı X25 işləmişlər. X1 zəhmət haqqı olaraq 500 (beş yüz) manat, X9 250 (iki yüz əlli) manat, tikinti materiallarının daşınması üçün fəhlələrə 600 (altı yüz) manat, qaynatası Xanlar İsayevə və qaynı İlkin İsayevə 3400 (üç min dörd yüz) manat, ümumilikdə zəhmət haqqı olaraq fəhlə və ustalara 4750 (dörd min yeddi yüz əlli) manat iddiaçının atası Nümayəndə2 tərəfindən ödənilmişdir. Həmin pul İddiaçı məxsus olmuşdur. Bundan əlavə, mənzilin təmiri ilə əlaqədar tikinti materialları üçün 8000 (səkiz min) manat pul xərclənmişdir. Təmirdən sonra X14 xəstə olduğu üçün iddiaçının atası Nümayəndə2 müraciət edərək mənzil üçün razılaşdıqları 20000 manatın 9500 manatını video çəkiliş vasitəsi ilə X14 iddiaçının atasından almışdır. Həmin pul da İddiaçı məxsus olmuşdur. Mənzil üçün cəmi 500 manat aralarında pul vəsaiti qalmış və onlar, yəni ər və arvad bildirmişlər ki, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş və Şirvan İnzibati Məhkəməsi qətnamə qəbul etdikdən və qüvvəsini aldıqdan sonra mənzilin alqı-satqısı notariat qaydada rəsmləşdirləcəkdir. Şirvan İnzabati Məhkəməsi yuxarıda adlarını qeyd etdiyi şəxslərin alqı-satqı predmeti olan mənzildən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli, 2-1(120)-969/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamənin qüvvəyə minməsinə az qalmış, yəni 16 avqust 2022-ci il tarixdə X14 ağciyər ödəmi xəstəliyndən vəfat etmişdir. Onun vəfatından sonra mərhumun həyat yoldaşı, yəni hüquqi varisi Abasova (Dadaşova) Xəyalə Şahzadə qızı qeyd edilən mənzili iddiaçının adına rəsmləşdirməkdən imtina etmişdir. İddiaçı və valideyinləri tərəfindən dəfələrlə Abasova (Dadaşova) Xəyalə Şahzadə qızna və onun qohumlarına mənzilin iddiaçının adına rəşmiləşdirilməsi ilə əlaqədar müraciət edilsə də cavabdeh bundan imtina etmişdir. Hesab etmişlər ki, mənzilin alqı-satqısı ilə əlaqədar 10 000 (on min) manat beh, əlavə olaraq 9500 (doqquz min beş yüz) manat, mənzilin təmiri üçün alınan tikinti materiallarına 8000 (səkkiz min) manat, usta və fəhlə xərcləri üçün 4750 (dörd min yeddi yüz əlli) manat, cəmi 32 250 (otuz iki min iki yüz əlli) manat pul vəsaiti, əlavə olaraq Mülki Məcəllənin 491 və 492-ci maddələrinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin şərtləri pozulduğundan beh müqaviləsinə əsasən ödənilən 10000 (on min) manat iki qat, yəni 20000 (iyirmi min) manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən tələb edilsə də, cavabdeh həmin vəsaiti ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qarşlıqlı iddianı əsassız hesab edir. Belə ki, mübahisəli mənzil iddiaçıya kirayə olaraq verilməmişdir. Cavabdeh pulu yuxarıda qeyd edilən vəsaiti qaytarmaqdan imtina etdiyinə görə iddiaçı həmin mənzildən çıxmaqlan imtina etmişdir. Qeyd olunanların nəzərə alınaraq ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzil əvvəllər mərhum əri X5 mülkiyyətində olmuşdur. X41 öldükdən sonra həmin mənzili öz mülkiyyətinə keçirmişdir. Həmin mənzili 2020-ci ilin may ayında İddiaçı kirayə vermişdir. Aralarında olan razılığa görə İddiaçı yaşadığı müddətdə hər ay ona (qarşlıqlı iddiaçıya) 150 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzili heç vaxt İddiaçı satmaq niyyəti olmamış və bunun müqabilində iddiaçıdan heç bir məbləğdə pul almamışdır. İddiaçı Şəbnəm Sadıqova iddia edir ki, mərhum X41un sağlığında onunla (iddiaçı ilə) X41 arasında beh müqaviləsi bağlanmış və həmin beh müqaviləsinə əsasən mərhum əri iddiaçıdan 10000 (on min) manat beh almışdır. Əgər elə bir müqavilə bağlanmışsa belə həmin müqavilədən onun (Cavabdeh) xəbəri olmamışdır. Mənzilin iddiaçıya satılması barədə beh müqaviləsi mülkiyyətçi kimi eyni zamanda onunla da (qarşlıqlı iddiaçı) bağlanmalı idi. Çünki o (Cavabdeh) da həmin evin mülkiyyətçisidir. Ona görə də ilkin iddianı əsassız hesab edir. Hesab edir ki, iddiaçı 2020-ci ilin may ayından hazırki vaxta kimi onun (Cavabdeh) evində kirayədə yaşamış və yaşadığı müddət ərzində kirayə pulunu ödəməmişdir. Keçən müddət ərzində kirayə pulu 4500 manat təşkil etmişdir. Həmin məbləğ ona (Cavabdeh) ödənilməlidir. Qeyd olunanların nəzərə alınaraq ilk iddianın əsassız olduğundan təmin edilməməsini, qarşlıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Vəkil ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddanı isə müdafiə edərək, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh izahatına uyğun izahat vermiş və ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşlıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(073)-26/2024 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, X5 hüquqi varisi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 42 250 (qırx iki min iki yüz əlli) manat pul və 217 (iki yüz on yeddi) manat dövlət rüsumu alınıb iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qarşlıqlı iddianın qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddaçı) İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Cəlilabad şəhəri Azərbaycan küçəsində yerləşən 29 saylı evin 22 saylı mənzilindən yetkinlk yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılmas və həmin mənzil cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qaytarılması, qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 100 (bir yüz) manat dövlət rüsumu alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh verilməsi və İlk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsi üzrə tələblər eyni vaxtda icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin təmirində Cəlilabad şəhər sakinləri olan ustalar işləmişlər. Usta və fəhlələrə zəhmət haqqı olaraq 4750 (dörd min yeddi yüz əlli) manat iddiaçının atası Nümayəndə2 tərəfindən ödənilmişdir. Həmin pul İddiaçı məxsus olmuşdur. Bundan əlavə, mənzilin təmiri ilə əlaqədar tikinti materialları üçün 8000 (səkiz min) manat pul xərclənmişdir. Təmirdən sonra X14 xəstə olduğu üçün iddiaçının atası Nümayəndə2 müraciət edərək mənzil üçün razılaşdıqları 20.000 manatın 9500 manatını video çəkiliş ilə X14 iddiaçının atasından almışdır. Həmin pul da İddiaçı məxsus olmuşdur. İddiaçı iddia etdiyi təmir xərci tələbini əsaslandırmaq üçün sonradan "xxxx" MMC-dən aldığı xx.xx.2023-cü il tarixli arayışı və qiymətləndirici “X34” MMC adlı təşkilatdan almış olduğu xx.xx.2024-cü il tarixli rəyi təqdim etmişdir. Halbuki, birincisi, Dalğa 94 MMC-dən nə vaxtsa tikinti materiallarının alınması həmin materialların bu evin tikintisinə istifadə edilməsinin sübutu deyildir. İddiaçı aldığı(əgər alıbsa) tikinti materiallarının hazırkı mübahisəli evin təmiri üçün alıb istifadə etdiyini sübut etməlidir. Digər tərəfdən, sonradan hansısa mağazadan arayış almaqla alq-satqı faktı təsdiq oluna bilməz. Alqı-satqı faktı, yəni mağazadan əşya alınması alqı-satqı müqaviləsi və yaxud mallar alınan zaman verilmiş satış qəbzləri və digər bu kimi sənədlərlə təsdiq oluna bilər. Çox maraqlı və təəccüblüdür ki, işə baxan hakim qəbul etdiyi qətnamədə mötəbər sübut kimi məhz bu sənədə əsaslanıb tələbin təmin edilməsi nəticəsinə gəlib. Necə ola bilər ki, "xxxx" mağazasının arayışı hüquqi baxımdan hakim üçün mübahisə olunmayan həqiqət olsun?! İkincisi, “X34” MMC adlı qiymətləndirici təşkilatın verdiyi rəyin mötəbərliyi məhkəmə üçün nə ilə müəyyən olunur?! Məhkəmənin birtərəfli qaydada (bizim iştirakımız olmadan) iddiaçının sifarişi ilə alınmış bu rəyi hansı hüquqi qiymətləndirmə meyarlarına əsasən mötəbər sübut kimi qəbul etməsi sual doğurur. Məhkəmə qiymətləndiricinin rəyi ilə razılaşmasını heç nə ilə əsaslandırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının sifarişi ilə aparılmış özəl qiymətləndirici ekspertiza rəyi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmadan sorğusuz-sualsız razılaşıb qəbul etməklə göstərilən prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Həmin rəylə bağlı onu da qeyd etmək vacibdir ki, hakim bu rəyin alınıb təqdim olunması üçün işi təxirə salıb iddiaçıya vaxt vermişdir. İddiaçı göstərilən mütəxəssis rəyini alıb gətirdikdən sonra icraat davam etdirilmişdir. Mütəxəssis rəyi ilə onların tanış olmağına imkan yaradılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməsi hissəsində ləğv edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən Fəzailə beh kimi yalnız 5000 manat ödənilmişdir. 9500 manat pul vəsaiti isə Fəzailə Şəbnəm tərəfindən deyil, onun atası tərəfindən verilmişdir. Bundan başqa usta və fəhlələrə verilən 4750 manat pul da Şəbnəm yox onun atası tərəfindən verilmişdir. Tikinti materiallarının alınmasına sərf edilmiş pul vəsaitləri də Şəbnəm tərəfindən verilməmişdir. Hesab edirlər ki, həmin pul vəsaitlərinin verilməsi İddiaçı tərəfindən verilən pul vəsaitləri kimi qiymətləndirilə bilməz. Çünki həmin pullar Şəbnəm tərəfindən yox, atası tərəfindən verilib. Bundan başqa qeyd etmişdir ki, hazırda mübahisəli evdə iddiaçı ailəsi ilə yaşayır. Qeyd etmişdir ki, cavabdeh tərəf evi iddiaçıya kirayə olaraq vermişdir. Verilən suallara cavabında iddiaçı tərəfindən cavabdehə kirayə haqqı ödənilməsi ilə bağlı hər hansı sübutlarının olmadığını bildirmişdir. Həmçinin sonradan qeyd etmişdir ki, Cavabdeh kart hesabına 2024-cü ildə ödənilən (i/v. səh 41, 42, 43) 100, 300 və 100 manat olmaqla cəmi 500 manat pul vəsaiti evin pulundan qalıq qalan 500 manat yox, kirayə haqqı pulu olmuşdur. Qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin rəyi ilə qismən razıdırlar. Lakin o, rəyin hansı hissəsi ilə qismən razı olması ilə bağlı suala hər hansı izahat verməmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı ilə Fəzail arasında xx.xx.2021-ci ildə evin alqı-satqı müqaviləsi üzrə beh müqaviləsi bağlanıb və beh müqaviləsində nəzərdə tutulan 5000 manat Bank Respublika vasitəsilə Fəzailə verilib. Bundan başqa 2 ay sonra xx.xx.2021-ci il tarixdə yenə 5000 manat pul Bank Respublika vasitəsilə Fəzailə verilib. Həmçinin 9500 manat pul vəsaiti video çəkiliş edilməklə iddiaçının atası Sadiq tərəfindən Fəzailə verilib və cavabdeh özü məhkəmə iclasında videodakı şəxsin əri Fəzail olmasını təsdiq edib. Həmçinin tikinti materiallarının alınmasına 8000 manat, usta və fəhlələrə isə 4750 manat pul verilmişdir. Həmçinin qeyd etmişdir ki, evin razılaşdırılmış 20000 manat pulundan qalıq qalan 500 manatı da 2024-cü ildə (i/v. səh 41, 42, 43) 100, 300 və 100 manat olmaqla Cavabdeh kart hesabına ödəmişlər. Bu hal göstərir ki, cavabdeh Fəzail tərəfindən beh müqaviləsinin bağlanmasından, evi gələcəkdə alqı-satqı edəcəyindən xəbərdar olmuşdur. Bildirmişdir ki, Fəzailə beh olaraq 10000 manat veridiyindən qanunvericiliyin tələbinə əsasən cavabdeh behi ikiqat qaytarmalı olduğundan bu məbləğ 20000 manat təşkil edir ki, cavabdeh həmin məbləği də onlara qaytarmalıdır. Qeyd etmişdir ki, Fəzailə 19500 manat pul ödənildikdən sonra o evi tam olaraq iddiaçıya təhvil vermiş və bundan sonra iddiaçı orada təmir işləri görməyə başlamışdır. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehə evi nə vaxt almaları, nə vaxt təmir etdirmələri, evin döşəməsinin, tavanının, tualet və hamamın və sairənin hansı materialdan olmasını soruşmüş, Xəyalə bunlara cavab verə bilməmişdir. Yalnız evin əri tərəfindən təmir edildiyinmi bildirmişdir. Sonda birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında evin hazırkı mülkiyyətçiləri olan X20 və X22 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Lakin onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını Cavabdeh münasibətdə qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(073)-26/2024 saylı qətnaməsi cavabdehdən tutulmalı olan pul məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun gəlinidir, yəni oğlunun həyat yoldaşıdır. Özü və oğlu İlkin İsayev ustalıqla məşğul olurlar. İddiaçı atası Nümayəndə2 ünvan 1 ünvanında yaşayan mərhum X4 razılaşma yolu ilə iki otaqlı mənzil almışdır. Həmin mənzil alınan vaxt təmirsiz vəziyyətdə olmuşdur. Mənzil alındıqdan sonra İddiaçı və ailə üzvləri həmin mənzilə köçməmişdən əvvəl mənzili təmir etdirməyə başlamışlar. O (şahid) və oğlu İlkin İsayev həmin mənzildə 2021-ci ildə ustalıq etmişlər. Belə ki, hər ikisi həmin mənzildə tavan və döşəmə, kafel-metlax və rəngsaz işləri görmüşlər. Təmirə nəzarət iddiaçının atası tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçı tərəfindən onlara 3400 (üç min dörd yüz) manat, onların yanında işləyən fəhlələrə isə 600 (altı yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri təxminən 6 ay davam etmişdir. Mənzil təmir olunduqdan sonra iddiaçı və ailə üzvləri köçüb həmin mənzildə yaşamışlar. Lakin iddiaçı və ailə üzvləri mənzilə köçüb bir müddət orada yaşadıqdan sonra cavabdehlə aralarında narazılıq yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) qardaşının arvadıdır. Özü və atası Xanlar İsayev ustalıqla məşğul olurlar. İddiaçı atası Nümayəndə2 ünvan 1 ünvanında yaşayan mərhum X4 razılaşma yolu ilə iki otaqlı mənzil almışdır. Həmin mənzil alınan vaxt təmirsiz vəziyyətdə olmuşdur. Mənzil alındıqdan sonra İddiaçı və ailə üzvləri həmin mənzilə köçməmişdən əvvəl mənzili təmir etdirməyə başlamışlar. O (şahid) və atası Xanlar İsayev həmin mənzildə 2021-ci ildə ustalıq etmişlər. Belə ki, hər ikisi həmin mənzildə elektrik, santexnik işləri, tavan və döşəmə, kafel-metlax və rəngsaz işləri görmüşlər. Təmirə nəzarət iddiaçının atası tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçı tərəfindən onlara 3400 (üç min dörd yüz) manat, onların yanında işləyən fəhlələrə isə 600 (altı yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri təxminən 6 ay davam etmişdir. Mənzil təmir olunduqdan sonra iddiaçı və ailə üzvləri köçüb həmin mənzildə yaşamışlar. Lakin iddiaçı və ailə üzvləri mənzilə köçüb bir müddət orada yaşadıqdan sonra cavabdehlə aralarında narazılıq yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. İddiaçının atası Nümayəndə2 tanımış və münasibətləri normal olmuşdur. Özü elektrik işləri görməklə məşğul olur. 2021-ci ilin payız aylarında iddiaçının atası Nümayəndə2 təklifi ilə İddiaçı üçün alınmış mənzildə digər ustalarla birlikdə işləmiş və evin elektrik xəttlərini çəkmişdir. Təmirə nəzarət iddiaçının atası Nümayəndə2 tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçının atası tərəfindən ona (şahidə) 500 (beş yüz) manat ödənilmişdir. Mənzildə təmir işləri aparılan zaman yaşayış olmamışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasın şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. İddiaçının atası Nümayəndə2 tanımış və münasibətləri normal olmuşdur. Özü ustalıq edir və ailəsini dolandırır. 2021- ci ilin payız aylarında iddiaçının atası Nümayəndə2 təklifi ilə İddiaçı üçün alınmış mənzildə digər ustalarla birlikdə işləmiş, su və qaz xəttini çəkmişdir. Təmirə nəzarət iddiaçının atası Nümayəndə2 tərəfindən həyata keçirilmiş və zəhmət haqqı olaraq iddiaçının atası tərəfindən ona (şahidə) 250 (iki yüz əlli) manat ödənilmişdir. Mənzildə təmir işləri aparılan zaman yaşayış olmamışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarxli arayışdan görünür ki, X14 ilə X15 xx.xx.2006-cı ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 saylı qeydiyyat aparılaraq, arvada Dadaşova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 saylı binanın 22 saylı mənzili X5 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli beh müqaviləsindən görünür ki, X21 tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilin alqı-satqısı ilə əlaqədar öhdəliyin icrasının təmin edilməsi üçün X10 5000 (beş min) manat məbləğində beh vermiş və Fəzail Dadaşov həmin məbləği beh olaraq qəbul etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli bank qəbzindən görünür ki, beh müqaviləsi üzrə X21 tərəfindən X5 adına 5000 (beş min) manat köçürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli bank qəbzindən görünür ki, X21 tərəfindən X5 adına 5000 (beş min) manat köçürülmüşdür. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)969/2022 saylı qərarından görünür ki, həmin qərarla iddia təmin edilərək, üçüncü şəxslər X3, X6, X11 və X2 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Cəlilabad rayon Polis Şöbəsinin üzərinə qoyulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarxli arayışdan görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil 4/6 hissədə Cavabdeh, 1/6 hissədə X7 və 1/6 hissədə X12 mülkiyyətindədir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayon Ocaqlı kənd sakini Nümayəndə2 "xxxx" MMC-dən 6136.5 (altı min bir yüz otuz altı) manat dəyərində tikinti materialları almışdır. İşdə olan müstəqil qiymətləndirici “X34” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli LBC01/2024 saylı rəydən görünür ki, Cavabdeh və aliə üzvlərinin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin bazar dəyəri təmirli vəziyyətdə 45000 (qırx beş min) manat, təmirsiz vəziyyətdə 25000 (iyirmi beş) manat, təmir xərci isə 20000 (iyirmi min) manat təşkil edir. İşdə olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən X5 iddaçının atası Nümayəndə2 mənzil alqısatqısına görə 9500 (doqquz min beş yüz) manat aldığını etiraf etdiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC-yə dair xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına cəmi 500 (beş yüz) manat köçürülmüşdür. Göründüyü kimi ilk iddia tam, qarşlıqlı iddia qismən təmin edilmiş, ilk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsi üzrə tələblərin eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış ondan apellyasiya şikayəti verməmişdir. Cavabdeh də qarşılıqlı iddianın təmin edilən hissəsi ilə razılaşmış, təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamənin ilkin iddianın təmin edilməsindən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili video çəkilişlə Fəzailə verilən pulun və evin təmiri üçün alınmış materiala ödənilmiş 8000 manat pulun və usta-fəhləyə xərclənmiş pulun iddiaçı Şəbnəm tərəfindən verilməməsi və qiymətləndirmə rəyinin mübahisələndirilməsi barədədir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh mərhum əri X14 arasında Cəlilabad şəhəri Azərbaycan küçəsi 29 saylı binanın 22 saylı mənzilinin alqı-satqısına dair razılaşma olmuş, lakin həmin ünvanda X3, X6, X11 və X2 qeydiyyatda olması həmin mənzil ilə əlaqədar olaraq alqı-satqının rəsmləşdirilməsinə mane olduğundan iddiaçı ilə X14 arasında 03 mart 2021-ci il tarixdə notarial qaydada beh müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Fəzail Dadaşovun hesabına 03 mart 2021-ci il tarixdə 5000 (beş min) manat və 29 iyun 2021-ci il tarixdə beh müqaviləsinə əlavə olaraq 5000 (beş min) manat, cəmi 10 000 (on min) manat pul köçürülmüşdür. Cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh isə məhkəmə iclasında həmin mənzili satmaq niyyətində olmadığını, iddiaçı ilə mərhum X41 arasında beh müqaviləsinin bağlanmasından məlumatının olmadığını, mübahisəli mənzili iddiaçıya kirayə verdiyi göstərmişdir. Lakin işdə olan "xxxx" ASC-yə aid xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına cəmi 500 (beş yüz) manat köçürülmüşdür. Cavabdeh isə iddiaçıdan ümumiyyətlə heç bir məbləğdə pul almadığını bildirmişdir.

2. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən əsaslandırması aşağıdakı kimi olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli beh müqaviləsindən və bank qəbzlərindən müəyyən edilir ki, X21 tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilin alqı-satqısı ilə əlaqədar öhdəliyin icrasının təmin edilməsi üçün X5 adına xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, cəmi 10 000 (on min) manat pul köçürülmüşdür. Həmçinin, işdə olan DVD diskdən də müəyyən edilir ki, X14 iddaçının atası Nümayəndə2 mənzil alqı-satqısına görə 9500 (doqquz min beş yüz) manat aldığını etiraf etmişdir. Həmçinin hesab etmişdir ki, mənzilin təmiri ilə əlaqədar cəmi 12 750 (on iki min yeddi yüz əlli) manat (tikinti materiallarına görə 8000 manat, usta və fəhlələrə görə 4750 manat) pul xərclənmişdir. Bundan başqa qeyd etmişdir ki, mənzildə təmir işlərinin aparılması məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, eləcə də müstəqil qiymətləndirici “X34” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli LBC01/2024 saylı rəylə də öz təsdiqini tapmışdır. Belə ki, işdə olan müstəqil qiymətləndirici “X34” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli LBC01/2024 saylı rəydən görünür ki, Cavabdeh və aliə üzvlərinin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin bazar dəyəri təmirli vəziyyətdə 45000 (qırx beş min) manat, təmirsiz vəziyyətdə 25000 (iyirmi beş) manat, təmir xərci isə 20000 (iyirmi min) manat təşkil edir.

3. Apellyasiya baxışında şikayətin dəlilləri üzrə mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin nə qədər təşkil etməsi ilə bağlı qiymətləndirmə təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli, 0001/25 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzilin təmirinə hazırkı bazar qiymətinin müəyyən edilməsi üçün Qiymətləndirmədə xərc yanaşmasının əvəzetmə metodundan istifadə edilmişdir. Bu yanaşmanın tələblərinə uyğun olaraq mənzilə yerində baxış keçirilmiş, təmir zamanı görülən işlər, alınan məhsullar və xidmət haqqları siyahıya alınmışdır. Siyahıda göstərilən predmetlər müqayisəli tədqiqat ilə hazırkı bazar qiymətinə uyğunlaşdırılmışdır. Beləki aparılan hesablamalar nəticəsində həmin mənzilin təmirinə çəkilmiş xərcin hazırkı bazar qiyməti CƏMİ: 11.038,8 (on bir min otuz səkkiz manat səksən qəpik) təşkil edir.

4. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Fəzailə şəxsən verilən pul vəsaitləri beh müqaviləsi üzrə ödənilən 5000 manatdan, evin alqı-satqısı üçün ödənilmiş 5000 manatdan, iddiaçının atası tərəfindən video-çəkilişlə verilmiş 9500 manatdan ibarətdir. Deməli, 5000+500+9500=19500 mant pul vəsaitinin Fəzailə şəxsən verilməsi aşkardır və heç bir şübhə doğurmur.

5. Həmçinin iş materialları ilə sübut olunur ki, evin razılaşdırılmış 20000 manat pul vəsaitindən qalıq qalan 500 manatı da 2024-cü ildə (i/v. səh 41, 42, 43 qəbzlərdə öz əksini tapır.D....K....Ş) 100, 300 və 100 manat olmaqla Cavabdeh kart hesabına ödənilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli, 0001/25 saylı ekspert rəyində mənzilin təmirinə çəkilmiş xərcin hazırkı bazar qiyməti 11.038,8 manat təşkil etməsi göstərilmişdir.

6. Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

7. Müəyyən edilir ki, beh müqaviləsində 5000 manat behin ödənilməsi nəzərdə tutulmuş və iddiaçı tərəfindən məhz xx.xx.2021-ci ildə 5000 manat beh Fəzailə ödənilmişdir. xx.xx.2021-ci il tarixdə ödənilmiş 5000 manat isə beh müqaviləsi üzrə deyil mənzilin alqı-satqısı üçün ödənilmiş pul məbləği olmuşdur. Belə olan halda beh kimi ödənilmiş 5000 manatın iki misli olan 10000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi daha ədalətli və qanuni olar. Buna görə də 10000 (behin iki misli 5000x2=10000)+5000+9500+500+11038.80 manat 36 038.80 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən cavabdehin nümayəndəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024cü il tarixli, 2(073)-26/2024 saylı qətnaməsi X5 hüquqi varisi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tutularaq İddiaçı verilməli olan 42 250 (qırx iki min iki yüz əlli) manat pul vəsaiti dəyşdirilərək 36 038.80 (otuz altı min otuz səkkiz manat, 80 qəpik) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya baxışında “Evalex MMC” tərəfindən aparılmış ekspertiza tədqiqatının aparılması üçün ödənilmiş 500 manat məbləğində pul vəsaiti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(073)-26/2024 saylı qətnaməsi X5 hüquqi varisi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tutularaq İddiaçı verilməli olan 42 250 (qırx iki min iki yüz əlli) manat pul vəsaiti dəyşdirilərək 36 038.80 (otuz altı min otuz səkkiz manat, 80 qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya baxışında “Evalex MMC” tərəfindən aparılmış ekspertiza tədqiqatının aparılması üçün ödənilmiş 500 manat məbləğində pul vəsaiti Cavabdeh özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar