Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1444/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(072)-778/2024 nömrəli qərardadından (hakim Tərlan Nüsrətov) Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-778/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh BRCB6417891A299 saylı, 06 sentyabr 2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 9999.91 (doqquz min doqquz yüz doxsan doqquz, doxsan bir) AZN məbləğində əsas kredit borcunun, 1372.51 (min üç yüz yetmiş iki, əlli bir) AZN məbləğində faiz borcunun, GTZK0827273B299 saylı, 19 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 14314.17 (on dörd min üç yüz on dörd, on yeddi) AZN məbləğində əsas kredit borcunun, 1098.65 (min doxsan səkkiz, altmış beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 26785.24 (iyirmi altı min yeddi yüz səksən beş, iyirmi dörd) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 170.36 (yüz yetmiş, otuz altı) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev X1 Rayon Məhkəməsinin 2(072)- 778/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-778/2024 saylı, 07 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə cavabdehin nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən Vəkil Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 778/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi (vəkil) fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev X1 Rayon Məhkəməsinin 2(072)- 778/2024 saylı, 07 avqust 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-778/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə əsaslıdır. Bu sədəbdən də Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-778/2024 saylı, 07 avqust 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Hazırda cavabdehin nümayəndəsi (vəkil) tərəfindən tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, Cavabdeh həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan üzrə (Cəbrayıl Rayon İHB-nın X3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi üzrə və ünvan 1 ünvanı üzrə) məhkəmə iclasının vaxtı və yeri haqqında qabaqcadan lazımi qaydada xəbərdar edilmiş, özünün istifadəsində olan və (və ya) bank ilə kredt müqaviləsi bağlanan zaman banka təqdim etdiyi “***-*******”, “***-*******”, “051- 8933383” və “***- *******” mobil telefon nömrələrinə “SMS” xəbərdarlıqları göndərilmiş, eləcə də Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-778/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsinin surəti tərəflərə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. Həmçinin mübahisələndirilən qətnamə Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Bundan başqa qətnamənin surəti Cavabdeh rəsmi qeydə alındığı ünvan üzrə Cəbrayıl Rayon İHB-nın X3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə poçt xidməti vasitəsilə 30 yanvar 2025-ci il tarixdə çatdırılmış və müvafiq icra hakimiyyəti orqanının “Qoşqar Məmmədov” adlı və soyadlı əməkdaşı qəbul etmişdir. Eyni zamanda qətnaməsinin surəti Cavabdeh faktiki yaşadığı ünvan 1 ünvana poçt xidməti vasitəsilə 31 yanvar 2025-ci il tarixdə çatdırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsi məhz Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirildiyi üçün qətnamənin “elektron kabinet”də yerləşdirilməsindən xəbərsiz olması qeyri-mümkündür, eləcə də qətnamənin məzmunu ilə tanış olmaması imkanı istisna edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə sənədi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirildikdə, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(072)-778/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1444/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1444/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver