Məhkəmə qərarları › İş №2(106)-1446/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1446/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1446/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işi üzrə Açar sözlər: alimentin artırılması tələbi X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(050)-1184/2023 saylı qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin 2(050)- 3568/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimnetin miqdarını dəyişərək, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla, iki uşağa görə cəmi 440 manat sapit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 50 manat rüsumu tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 yanvar 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikhalrından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki övladı anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarında olan xx.xx.2011 -ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 onun yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün cəmi 180 manat aliment tutulub ona verilməsi qət edilmişdir.180 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzər alınmalıdır. Ona görə də hazırki ərizə ilə məhkəmə müraciət edir. Hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3568/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla iki uşaqa cəmi 440 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Həmçinin ilkin mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum cavabdehə aid edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(050)-1184/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 01 dekabr 2011-ci ildə anadan olmuş X6 və 02 oktyabr 2012-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi, yeni məbləğdə alimentin tutulmasının başlanğıcının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh mediyasiya prosesinə görə ödənilmiş 50 (əlli) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirildərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, 260 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub. Onun iddia tələbində hər uşağa görə 220 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 220 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimentin az məbləğdə müəyyən olunaraq alimeni az məbləğdə müəyyən etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə iddia tələbimi qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, qanununvericiliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşağın mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və əlavə olaraq göstərmişdir ki, 2017-ci ildə nikahları pozulmüş iki uşağı iddiaçının himayəsində qalmışdır. Həmin vaxtdan sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini vatında iddiaçıya ödəmişdir. Bundan başqa bu günə qədər həmin uşaqları ilə əlaqəsini kəsməmiş, daima onlarla maraqlanmış, əlavə yardımlar etmiş, görüşərək onlarla vaxt keçirmişdir. Hazırda iddiaçı həmin 2 uşağı ilə Bakıda Masazırda, özü isə Biləcəridə kirayədə yaşayır. İkinci dəfə ailə qurmuş 2022-ci ildə anadan olmuş 1 övladı da vardır. Özü Bakıda avtoyuma məntəqəsində işləyərək günə 25-27 manat gəlir əldə edir. Həmçinin himayəsində İİ qrup əlil olan anası da vardır. Həmçinin göstərmişdir ki, iddiaçı özü də işləyərək ayda 365 manat maaş alır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin olunduğundan, iddiaçının mübahisələndirdiyi hissə iddianın təmin olunmayan hissəsidir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini, mübahisələndirilən hissədə, iddiaçının şikayətinin dəlilləri üzrə yoxlanılmasını qanunamüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdehin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, alimentin tutulması məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin təmin edilməsi və alimentin tutulması məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X8 01 dekabr 2011-ci ildə, X9 02 oktyabr 2012-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən birgə nikahdan 01 dekabr 2011-ci ildə X8 və 02 oktyabr 2012-ci ildə X9 anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi aliment miqdarının artırılmasını qət edərək, alimenti hər uşaq üçün 130 manat, cəmi 260 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi yaşayış minimumunu, uşaqların tələbatlarını və iddiaçının işləməsinin nəzərə alaraq, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarının artırılması hissədə dəyişdirilməli, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, hazırda ilk olaraq alimentin təyin edilməsindən 5 ilə yaxın müddət keçmiş, uşaqlar üçün yaşayış minimumun məbləği artıq 220 manat müəyyən edilmişdir. Uşaqların xərcləri, onların geyim, qida, həmçinin təhsil xərcləri də, artmışdır. İddiaçının apellyasiya şikayətində göstərdikləri də, qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hər ay qazancının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Buna əsasən də, qətnamə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu (440-260=180; 180x12=2160) 5000 manatdan az olduğundan hazırkıqətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(050)-1184/2023 saylı qətnaməsi- Masallı Rayon məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 01 dekabr 2011-ci ildə anadan olmuş X6 və 02 oktyabr 2012-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Masallı Rayon məhkəməsinin 2(050)-3568/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 01 dekabr 2011-ci ildə anadan olmuş X6 və 02 oktyabr 2012-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar