Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1454/2025 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı Iddiaçıan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Iddiaçıan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 132 IM nömrəli, ##.##.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Cavabdeh 24 ay müddətinə, illik 35 % olmaqla 11600 AZN məbləğində kredit verilmişdir. BOKT “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş maliyyə ayarışından görünür ki, Cavabdeh 132 IM nömrəli, ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən BOKT “xxxx” MMC-yə 11600 AZN məbləğində əsas borcu, 2910,59 AZN hesablanmış faiz borcu, 1237,47 AZN cərimə borcu olmaqla, cəmi 15748,06 AZN manat məbləğində borcu qalmışdır. ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı BOKT “xxxx” MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 137,25 manat dövlət rüsumu ödəmişdir. ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıbhesablanamasının müəyyən edilməsi üçün cavabdeh Cavabdeh məhkəməyə vəsatət verərək məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini xahiş etdiyindən, məhkəmənin ##.##.2024-cü il tarixli qarardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, iş materiallaırnda olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə BOKT “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, 132 IM nömrəli kredit müqaviləsi üzrə kreditora ödənilməli borc 11600 manat məbləğində əsas borcu, 3720,41 manat hesablanmış faiz borcu təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli rəyində isə ##.##.2024-cü il tarixə həmin müqavilə üzrə 11.600 manat əsas borc və 3.370,80 manat faiz borcu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı BOKT “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu ilə BOKT "xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, 132 IM saylı kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 11600 AZN məbləğində əsas borcu, 2910,59 AZN hesablanmış faiz, 1237,47 AZN cərimə, cəmi 15748,06 AZN manat məbləğində pul və ödənilmiş 137,25 AZN manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Iddiaçıan kredit təşkilatı (bundan sonra BOKT) BOKT “xxxx” MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT (bundan sonra təşkilat) arasında ##.##.2023-cü il tarixli, 132 IM saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 3.4-cü bəndlərinə əsasən, “Istehlak” məqsədilə borcluya 24 ay müddətinə, illik 35 % olmaqla 11600.00 AZN (on bir min altı yüz manat 00 qəpik) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 0.00 AZN, kredit faizi üzrə 598.08 AZN (beş yüz doxsan səkkiz manat 08 qəpik), cərimə faizi üzrə 114.71 AZN (bir yüz on dörd manat 71 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata ödənilməmiş 11 600.00 AZN (on bir min altı yüz manat 00 qəpik) məbləğində əsas borcu, 2 910.59 AZN (iki min doqquz yüz on manat 59 qəpik) hesablanmış faiz, 1 237.47 AZN (bir min iki yüz otuz yeddi manat 47 qəpik) cərimə faizi, cəmi 15 748.06 AZN (on beş min yeddi yüz qırx səkkiz manat 06 qəpik) manat məbləğində borcu var. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 11600 manat məbləğində əsas borc, 2910,59 manat hesablanmış faiz borcu, 812 manat cərimə borcu olmaqla cəmi 15322.59 manat pulun və iddia qismən təmin edildiyindən 135.97 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Iddiaçıan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 1.28 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 385, 445.1, 445.2.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Qətnamədə göstərilib ki, 1237,47 manat cərimə məbləği 812 manata endirilmişdir. Lakin bu azalma əsas borcun (11 600 manat) 7%-dən çoxunu təşkil edir ki, bu da Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarının ruhuna ziddir. Həmin qərarda vurğulanır ki, dəbbə pulu (peniya) əsas borcla tənasüblü və ədalətli olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsi isə məhkəməyə cərimənin ədalətsiz sayılması halında onu daha da azaltmaq hüququ verir. Beləliklə, məhkəmə cəriməni azaltsa da, hələ də bu məbləğ cavabdehin maddi imkanlarına uyğun deyil və əsas borcla tənasüblü deyildir. Qətnamədə məhkəmə-mühasibat ekspertizasının rəyi (##.##.2025, №*/***) açıq şəkildə əsas borc və faizlər üzrə fərqli məbləğ göstərdiyi halda, məhkəmə bu rəyi yetərincə nəzərə almayıb və əvvəlki borc məbləğini (2910,59 AZN faiz) əsas götürüb. Tərəflər arasında mövcud əmlak əslində qeyd olunan hallar işin obyektiv həll edilməsi və iş üzrə düzgün nəticə əldə edilməsi üçün əhəmiyyətli hallar olduğundan tam aydınlaşdırılmalı idi. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-2(049)- 150/2025 tarixli qətnaməsi təmin olan hissədə qismən ləğv edilməsi (faiz və cərimə borclarına münasibətdə) barədə qətnamə qəbul edilməsini xahiş edirəm”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı Iddiaçıan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, ekspert rəyləri üst-üstə düşür. Aralarında böyük fərq yoxdur. Ekspert rəyi ilə razıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız faiz və cərimə borcunun tutulmasına dair hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri və tələbləri həddində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin faiz və cərimə borcuna dair dəlillərini iş materiallarını, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyləri, habelə tətbiq edilməli hüquq normaları baxımından araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər qətnamənin mübahisələndirilən hissəsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə «istehlak” məqsədilə24 ay müddətinə, illik 35 % olmaqla 11600.00 AZN (on bir min altı yüz manat 00 qəpik) məbləğində kredit verilmişdir. Borclu müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə, məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirməmiş, 11600 manat məbləğində əsas borc, 2910,59 manat hesablanmış faiz borcu, 812 manat cərimə borcu olmaqla cəmi 15322.59 manat yaranmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, */*** nömrəli məhkəmə-mühasibat ekspert rəyinə əsasən, cavabdeh Cavabdeh “xxxx” BOKT MMC ilə bağlanmış ##.##.2023-cü il tarixli, 132 IM nömrəli kredit müqaviləsi üzrə kreditora ödənilməli borcu 11.600 manat əsas borc və 3.720,41 manat faiz borcu təşkil etmişdir. Apellyasiya baxışı zamanı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli rəyində isə ##.##.2024-cü il tarixə həmin müqavilə üzrə 11.600 manat əsas borc və 3.370,80 manat faiz borcu müəyyən olunmuşdur. Deməli, hər iki ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu iddia ərizəsində tələb olunan 2.910,59 manat məbləğindən artıq olmuşdur. Bu halda birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmamış, əksinə, ekspert rəylərində müəyyən edilən daha yüksək məbləğləri deyil, yalnız iddia ərizəsində göstərilən həddə faiz borcunun tutulması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna görə də apellyasiya şikayətində məhkəmənin məhkəmə-mühasibat ekspertizasının rəylərini yetərincə nəzərə almadığı barədə dəlil hüquqi baxımdan əsaslı hesab edilə bilməz; çünki ekspert rəylərində müəyyən olunmuş faiz borcu iddia tələbindən artıq olduğuna görə birinci instansiya məhkəməsi 218.3-cü maddənin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tələb edilmiş məbləğ həddində qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni əsaslı hesab edərək onu ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspertiza tədqiqatının nəticələri əsasında verilmiş ekspert rəyinin qiymətləndirilməsi zamanı da tətbiq edir. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarına istinad edilməklə cərimə məbləğinin daha da azaldılması tələb olunsa da, həmin dəlil də qətnamənin ləğvi üçün əsas yaratmır. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə dəbbə pulunun məbləğini işin hallarını nəzərə almaqla azaltmaq səlahiyyəti verir; bu norma dəbbə pulunun avtomatik şəkildə müəyyən faiz həddinə bağlanmasını nəzərdə tutmur, əksinə, məhkəmədən konkret işin halları əsasında ədalətlilik və mütənasiblik qiymətləndirməsi aparmağı tələb edir. Hazırkı işdə birinci instansiya məhkəməsi 1.237,47 manat məbləğində hesablanmış cərimə pulu ilə bağlı işin hallarını qiymətləndirərək, onun əsas borcla müqayisədə tənasübsüz nəticə doğura biləcəyini nəzərə almış və həmin məbləğin 812 manat həcmində tutulmasını daha ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “812 manat əsas borcun 7 faizindən çoxdur” arqumenti özü-özlüyündə cərimənin qanunsuzluğu barədə nəticə çıxarmağa kifayət etmir; çünki dəbbə pulunun azaldılması məsələsi riyazi faiz həddi ilə deyil, öhdəliyin xarakteri, gecikmənin halları, tərəflərin davranışı və işin ümumi vəziyyəti nəzərə alınmaqla həll edilir. Bu mənada birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin verdiyi səlahiyyət çərçivəsində hərəkət etmişdir. Cavabdehin “məhkəmə ekspertiza rəyini yetərincə nəzərə almamışdır” dəlili də məzmunca düzgün deyil. Çünki apellyasiya baxışı zamanı əldə edilmiş ##.##.2026-cı il tarixli, */**** nömrəli rəy faiz borcunun 3.370,80 manat olduğunu müəyyən etsə də, birinci instansiya məhkəməsi həmin rəyə zidd nəticə çıxarmamış, sadəcə iddia tələbi həddini aşmamışdır. Prosessual qanunvericiliyin mahiyyəti də bundan ibarətdir ki, məhkəmə sübutları araşdırır, lakin qətnamə çıxararkən iddia tələbinin hüdudlarından kənara çıxmır. Bu baxımdan, iddiaçı tərəfindən 2.910,59 manat faiz borcu tələb edildiyi halda məhkəmənin həmin məbləğ həddində qətnamə çıxarması prosessual pozuntu deyil, əksinə, MPM-in 218.3-cü maddəsinə uyğun davranışdır. Eyni zamanda, ekspert rəylərində müəyyən edilmiş faiz borcunun iddia tələbindən artıq olması bir daha göstərir ki, birinci instansiya məhkəməsi cavabdehin xeyrinə daha münasib nəticə qəbul etmişdir. Cərimə hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq 1.237,47 manat məbləğində hesablanmış dəbbə pulunu 812 manata endirməklə artıq cavabdehin vəziyyətini yüngülləşdirmişdir. Cavabdehin həmin məbləğin də onun maddi imkanlarına uyğun olmaması barədə dəlili qətnamənin qanunsuzluğunu göstərmir, çünki Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə cəriməni tam ləğv etmək və ya daha da azaltmaq səlahiyyəti versə də, bu səlahiyyət avtomatik deyil, məhkəmənin daxili inamına, işin konkret halları barədə qiymətləndirməsinə və ədalətlilik meyarlarına əsaslanır. Bu işdə isə birinci instansiya məhkəməsi cəriməni tam həcmdə deyil, əhəmiyyətli dərəcədə azaldılmış məbləğdə müəyyən etmiş, beləliklə tərəflər arasında maraqlar balansını təmin etməyə çalışmışdır. Odur ki, cavabdehin cərimənin daha da azaldılması barədə tələbi də əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin mübahisə olunan hissədə ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. MPM-in 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin edilmədiyindən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində xərc mülki prosessual qanunvericiliyin məhkəmə xərclərinin bölgüsünə dair müddəalarına uyğun olaraq cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə ##.##.2026-cı il tarixli */**** nömrəli ekspertiza rəyinin (tədqiqatının) dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (VÖEN: **********, Hesab (IBAN): AZ34CTRE00000000000002088501, SAP (XIIS) hesabı adı: X2, Kod: 210005, Bankın VÖENi: 1401555071, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT: CTREAZ22, Məbləğ: 300 AZN, Ödənişin təyinatı: Məhkəmə-mühasibatlıq ekspertizası xərci, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3.) Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1454/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1454/2025
17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver