Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1463/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)1/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Laçın Rayon Məhkəməsinin 2(047)1/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi (hakim C.İbrahimov) ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 18305,89 ABŞ dolları əsas borc, 2573,07 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20888,96 (iyirmi min səkkiz yüz səksən səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları borc ödəniləcək günə milli manat ekvivalentində pul və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “KİA Optima” markalı, sedan tipli, ağ mirvari rəngli, mühərrik G4NADH705349, ban KNAGN419BD5416522 olan **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiyməti 21000 (iyirmi bir min) manat müəyyən edilməklə açıq hərracda satılması və əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borc ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 qaytarılması, iddia tələbi qalan hissələrdə isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.1ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Apellyasiya şikayətindən müəyyən olunur ki, apellyasiya şikayətini verən şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımı məzmunda tərtib edilməmişdir. Həmin forma onu nəzərdə tutur ki, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Həmçinin apelyasiya şikayətində qətnamədə göstərilən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması, gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaması və tətbiq olunan maddi hüquq normasının düzgün tətbiq olunmamasının nədən ibarət olduğu qeyd olunmalıdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində isə yuxarıda göstərilənlər qeyd olunmaq əvəzinə cavabdeh birinci instansiya məhkəməsinin başdansovdu, ədalətsiz qərar qəbul etməsini qeyd etmişdir. Həmçinin xahiş edirəm hissəsi də qeyri müəyyəndir. Belə ki, Cavabdeh2 Laçın Rayon Məhkəməsinin 2(047)1/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnamənin ləğv edilib, borcumun tərəfimdən hissə-hissə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini göstərmişdir. Halbuki Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Lakin cavabdehin bu xahişi qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsinə deyil, banka olan borcunun hissə-hissə ödənilməsi tələbin yerinə yetirilməsinə yönəlmişdir. Bu isə apellyasiya icraatının mahiyyətinə ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini MPM-in 361-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab olunmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Laçın Rayon Məhkəməsinin 2(047)1/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Laçın Rayon Məhkəməsinin 2(047)1/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Laçın rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1463/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1463/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver