Məhkəmə qərarları › İş №2(106)-1465/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1465/2023

23.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1465/2023 23.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələblərinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(022)-674/2023 saylı qətnaməsindən (hakim N.Mirzəyev) iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(022)-369/2022 saylı qətnaməsi ilə 24 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 140 manat müəyyən edilmiş alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsi və Mediasiya Şurasına ödənilmiş 55 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələbində dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 24 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan hər ay tutulan 140 manat məbləğdə alimentin azaldılaraq 110 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(022)-674/2023 saylı qətnaməsi hər iki iddia rədd edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, uşaq üçün hər ay 220 manat məbləğində alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, bunu etməmiş və apellyasiya şikayətlərini iş materiallarına tikərək göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(022)-674/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(022)-674/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh İddiaçı tərəfindən verdilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İddiaçı və cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti MPM-in 363.1, 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Cahid İmanov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar