Məhkəmə qərarları › İş №2(106)-1469/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1469/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1469/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(022)-853/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, ondan borc olaraq aldığı 7.500 (yeddi min beş yüz) manat pulun və dövlət rüsumunun əvəzi olaraq 96 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 2(022)-853/2025 saylı qətnaməsi ilə (hakim N.Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh 2020 (iki min iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat 20 (iyirmi) qəpik pulun alınaraq İddiaçı verilməsi qət edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Musayev X1 Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(022)-853/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-853/2025 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2025- ci il tarixli, 2(022)-853/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsidir. Buna görə də, onun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(022)-853/2025 sayl qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Ərizə təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2(022)-853/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar