Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1475/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh оğlundаn ona bоrclu оlduğu 15000 (on beş min) mаnаtın, dövlət rüsumu kimi ödədiyi 135 (bir yüz otuz beş) mаnаtın əvəzinin və vəkilin hüquqi хidmətinə görə ödədiyi 300 (üç yüz) mаnаt pulun əvəzinin аlınаrаq ona vеrilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: 2023-cü ilin yanvar аynın 23-də cavabdeh ona mürаciət еdərək pulа еhtiyаcı оlmаsını bildirmiş və bоrc vеrməyini хаhiş еtmiş, pulu 1 ilə qаytаrаcаğını dеmişdir. Cavabdehi tаnıdığındаn inаnаrаq həmin gün Masallı regional “ASAN xidmət” mərkəzində nоtаriаt оfisində təsdiq еdilmiş krеdit müqаviləsi ilə оnа 15000 (on beş min) mаnаt bоrc pul vеrmişdir. Müqаvilənin 2ci bəndində bоrclunun pulu xx.xx.2024-cü il tаriхinədək qаytаrmаsı qеyd еdilsə də, cavabdeh bоrcundаn heç bir ödəniş еtməmişdir. Borcun ödənilməsi bаrədə dəfələrlə оlаn mürаciətləri nəticəsiz qаldığındаn bu bаrədə məhkəməyə mürаciət еtməli оlmuşdur. Cаvаbdеh öhdəliyini yеrinə yеtirməmişdir. Cаvаbdеhə vеrdiyi pul vəsаitindən məhrum оlmаğı nəticəsində ona ziyаn dəymişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ona olan borcunu 6000 manat civarında qəbil edirsə qətnamənin çıxarılmasına etiraz etmir. Bununla yanaşı, cavabdeh mülki işin baxılmaq üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini də xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti, ödənilmiş 120 manat məbləğində dövlət rüsumu və vəkilin hüquqi хidmətinə görə ödədiyi 300 manat olmaqla, cəmi 15420 (on beş min dörd yüz iyirmi) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddanı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 740-cı maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən 6000-7000 manat civarında təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə heç bir araşdırma aparmadan sadəcə olaraq borc müqaviləsinə əsaslanmışdır. Obyektiv araşdırma olsaydı həqiqət tam ortaya çıxacaqdı. Yəni onun iddiaçıya olan borcu 6000-7000 manat tam şəkildə ortaya çıxacaqdı. O, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsini inkar etmir. O iddiaçıdan 15000 manat borca pul götürmüşdür. Lakin götürdüyü puldan 8000 manatdan çoxunu qaytarmışdır. Qaytardığı pulları iddiaçıya şəxsən vermişdir. Bu barədə iddiaçının onda səs yazıları da vardır. Lakin məhkəmə onun məhkəmədə iştirakını təmin etmədiyindən həmin sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Onun iddiaçıya qaytardığı pullara məhkəmə qiymət verməmişdir. Onun tərəfindən iddiaçıya qaytardığı pulları iddiaçı özü də inkar etmir. Lakin xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə iddiaçının onda səs yazıları mövcuddur. Həmin səs yazılarında iddiaçıya qaytardığı pulları özü etiraf edir. O həmin səs yazılarını məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak etmədiyindən təqdim edə bilməmişdir. Həmin sübutları o apellyasiya məhkəməsinə təqdim edəcəkdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstərmişdir ki, cavabdehin heç bir sübutu yoxdur. Cavabdeh heç olmazsa 100 manat ödəniş etməsi barədə sübut göstərsə, qəbz və ya hər hansı bir sənəd göstərsə onu qəbul edə bilər, lakin cavabdeh hər-hansı sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı iddiasında borc olaraq cavabdehə verdiyi 15000 (on beş min) manat məbləğində pulun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında borc münasibətləri olmuşdur. Tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin öhdəliyini yerinə yetirmədiyini, borcunu ödəmədiyini iddia edir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi mövcuddur. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, borcalan krediti xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliyini yerinə yetirmədiyi təqdirdə iddiaçının tələbi təmin edilməlidir. Cavabdeh etirazında işin aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasını da göstərmişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh fərdi sahibkar olması barədə (VÖEN) məlumat əldə edilsə də elektron portaldan İddiaçı oğlunun şəxsi məlumatları bölməsində onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh etirazında və apellyasiya şikayətində iddiaçıdan 15000 manat borca pul aldığını etiraf etmiş, tələb edilən borcu 6000 manat civarında qəbul etdiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, götürdüyü puldan 8000 manatdan çoxunu qaytarmışdır. Qaytardığı pulları iddiaçıya şəxsən vermişdir. Bu barədə iddiaçının onda səs yazıları vardır. Lakin məhkəmə onun məhkəmədə iştirakını təmin etmədiyindən həmin sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Səs yazılarında iddiaçıya qaytardığı pulları iddiaçı etiraf edir. O həmin səs yazılarını məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak etmədiyindən təqdim edə bilməmişdir. Həmin sübutları o, apellyasiya məhkəməsinə təqdim edəcəkdir. Cavabdeh apellyasiya baxışında sübut təqdim edəcəyini qeyd etsə də, hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmış, sübut olaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsini təqdim etmişdir. Cavabdeh tərəf öz etirazını, borcun bir hissəsinin qaytardığını sübuta yetirə bilməmişdir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(050)-933/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1475/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1475/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver