Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1483/2024 23.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)-82/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 17370 manat məbləğində pulun müştərək qaydada alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı 19 mart 2024-cü ildə, cavabdehlər isə 28 mart 2024-cü ildə birgə apellyasiya şikayətləri vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli, 2(106)-826/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-82/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361-ci maddəsinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini 1 aylıq prosessual müddəti ötürməklə vermiş, lakin apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə olunmamışdır. Füzuli Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin iş hələ apellyasiya məhkəməsində olarkən cavabdehlər 11 aprel 2024-cü ildə yenidən birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişlər. Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, həmin şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli, 2(106)-1076/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2(106)-1154/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 363.1.1-ci maddəsinin tələbinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti Cavabdeh1 tərəfindən imzalanmadığından və Cavabdeh2 həmin apellyasiya şikayətini Cavabdeh1 adından imzalaması üçün hər hansı səlahiyyəti olmadığından geri qaytarılmalıdır. Füzuli Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Mülki iş hələ apellyasiya məhkəməsində olarkən 12 iyun 2024-cü ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yenidən Füzuli Rayon Məhkəməsinin 2(064)-82/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsindən birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişlər. Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Aqil Musayev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddət təkrarən bərpa edilmiş, Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı Faiq oğlu şikayət vermiş, şikayətində Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadının ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsinin rədd edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-82/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 17370 manat məbləğində pulun müştərək qaydada alınıb ona ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər iki dəfə apellyasiya şikayəti versələr də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şikayətlər qeyrimümkün hesab edilərək Füzuli Rayon Məhkəməsinə geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi iki dəfə peşəkar hüquqi yardım alaraq apellyasiya şikayəti vermiş cavabdehlərin şikayətini geri qaytarsa da, cavabdehlər tərəfindən ərizələrə heç bir dəyişiklik edilmədən və yeni nöqsanlarla apellyasiya şikayəti versələr də, Füzuli Rayon Məhkəməsi 17 iyul 2024-cü il tarixli qərardadı ilə yenidən buraxılmış prosessual müddəti üzrlü hesab edərək apellyasiya şikayətini aidiyyəti üzrə göndərmək qərarına gəlmişdir. Füzuli Rayon Məhkəməsi ilk dəfə bununla bağlı qərardad qəbul edərkən apellyasiya şikayəti vermək üçün buraxılan bir günü məlum olmayan səbəblərdən və bunu əsaslandırmadan bərpa etmişdir. X2 Məhkəməsi özünün 07 iyun 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini yenidən geri qaytardıqdan sonra cavabdehlər tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş 3-cü apellyasiya şikayəti şikayət vermək üçün nəzərdə tutulan son gündən 2 ay 20 gün sonra verilmişdir. Füzuli Rayon Məhkəməsi yenidən məlum olmayan səbəblərdən əsassız olaraq bu müddəti də bərpa etmişdir. Ancaq nəzərə almamışdır ki, həmin gün müddətin yenidən ötürülməsi elə cavabdehlərin birbaşa öz səhvləridir. Yəni cavabdehlərin prosessual məsələlərə ikinci dəfə önəm vermədən yenidən istədikləri formada şikayət vermələri dövrdə keçən müddət üzrlü hesab edilə bilməz. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsaslı səbəblərlə bağlı “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Konstitusiya Məhkəməsinin mövqeyindən də tam bəlli olur ki, apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və ya bu səlahiyyətlərin sonradan verilməsi kimi səbəblər şəxsin iradəsindən asılı olmayan səbəblər sırasına daxil deyil. Hətta cavabdehlər bu proseslərin icra olunması üçün hüquqi yardım da almışlar. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qeyri-mümkün etməyə əsas verən hallar barəsindəki mövqeyi şikayətdə olan hər hansısa bir çatışmazlıq deyil, birbaşa prosessual qaydalara əməl edilməməsidir. Hətta Füzuli Rayon Məhkəməsi apellyasiya şikayətlərində cavabdehlərin adlarının qarşısındakı imzalara belə fikir verməmişdir. Birinci apellyasiya şikayətində çəkilən imza ümumiyyətlə cavabdehlərin heç birinə məxsus deyil. İkinci apellyasiya şikayətində isə cavabdehlərdən Cavabdeh2 səlahiyyəti olmadan digər cavabdehin, həm də öz yerinə də imza etmişdir. Şikayətin tarixi belə dəyişilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını əsas gətirərək qeyri-mümkün hesab etdikdən 1 gün sonra xx.xx.2024-cü il tarixdə etibarnamə götürülmüşdür. Yəni bu səlahiyyətlər apellyasiya şikayəti vermək üçün sonuncu gün olan 27 mart 2024-cü il tarixə olmalı olduğu halda 2 ay 20 gün sonra verilmişdir. Bütün bu cavabdehlərin prosessual cəhətdən düzgün olmayan hərəkətləri isə Füzuli Rayon Məhkəməsinin müddətin bərpa edilməsinə dair qərardadları ilə ört-basdır edilir və əvəzində xeyli müddət keçməsinə baxmayaraq işə hələ də apellyasiya məhkəməsində mahiyyəti üzrə baxıla bilinmir. Bu isə prosessual süründürməçilikdir. Füzuli Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, həmin şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehlər tərəfindən verilmiş ilk apellyasiya şikayəti onun verilməsi üçün buraxılmış prosessual müddətin 1 gün ötürülməsi, lakin buraxılmış müddətin bərpasına dair ərizə əlavə edilməməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün sayılmış, bundan cəmi 3 gün sonra cavabdehlər yenidən birgə apellyasiya şikayəti verməklə, ona buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişlər. Füzuli Rayon Məhkəməsinin 01 may 2024cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin iddiaçı həmin qərardaddan narazı qalaraq şikayət vermiş, onun şikayəti əvvəlcə Füzuli Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı, daha sonra isə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli qərardadı ilə təmin olunmamışdır. Lakin sonradan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti yenidən qeyrimümkün sayılmış və əsas kimi Cavabdeh2 apellyasiya şikayətini Cavabdeh1 adından imzalamaq səlahiyyətinin olmaması göstərilmişdir. Bundan sonra həmin halı da aradan qaldırılaraq 12 iyun 2024-cü ildə cavabdehlər yenidən Füzuli Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsindən birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişlər. Hazırda mübahisələndirilən Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərardadı ilə isə ərizə təmin edilərək, cavabdehlərin apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehlərin ikinci apellyasiya şikayətinin geri qaytarılmasının əsası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2024-cü il tarixli qərardadından da göründüyü kimi MPM-in 363.1.1-ci maddəsi olmuşdur. MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. MPM-in 363.4-cü maddəsindən də göründüyü kimi, qanunvericilik MPM-in 363.1.1ci maddəsində göstərilmiş halın aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək imkanını nəzərdə tutmuş, cavabdehlər isə bu hüquqi imkandan istifadə etmişlər. Bundan başqa, o da xüsusilə vurğulanmalıdır ki, ikinci apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2024cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edildikdən cəmi 5 gün sonra cavabdehlər tərəfindən növbəti apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verildiyindən, MPM-in 363.1.1-ci maddəsində göstərilmiş halın ağlabatan müddət ərzində aradan qaldırıldığı müəyyən olunur. Belə olan halda isə Füzuli Rayon Məhkəməsi 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı ilə cavabdehlər tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəni təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da bildirməyi zəruri sayır ki, iddiaçı şikayətinin dəlili kimi hazırkı apellyasiya şikayətinin onun verilməsi üçün nəzərdə tutulmuş sonuncu gündən 2 ay 20 gün sonra verildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, bu müddətin artmasının səbəblərindən biri də Füzuli Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(064)- 82/2024 saylı qərardadından iddiaçının özü tərəfindən şikayət verilməsi, həmin şikayətə əvvəlcə Füzuli Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə, daha sonra isə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli qərardadı ilə baxılması olmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmiş, hər hansı prosessual hüquq normasını pozmamışdır. Bu baxımdan iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 17 iyul 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin 2(064)-82/2024 saylı, 17 iyul 2024cü il tarixli qərardadı qanuni və əsaslıdır. Odur ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(064)-82/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1483/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1483/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver