Məhkəmə qərarları › İş №2(106)-1484/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1484/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1484/2024 04.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1641/2023 saylı qərardadından (hakim Səkinəxanım Məmmədli) İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(064)-1641/2023 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçının adından apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(106)-641/2024 nömrəli qərardadı ilə iddiaçının adından verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün order əlavə edilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2024-cü il tarixli, 2(106)-641/2024 nömrəli qərardadı ilə iddiaçının sonuncu qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqi yardım göstərilməsi üçün order əlavə edilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2024-cü il tarixli, 2(102)-1710/2024 saylı qərardadı ilə iddiaçının Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)-641/2024 nömrəli qərardadı ilə iddiaçının Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)-1641/2023 nömrəli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış və ona Şirvan Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(106)-641/2024 nömrəli qərardadında göstərilən nöqsanı aradan qaldırmaqla və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni əlavə etməklə müvafiq məhkəmə qətnaməsindən yenidən apellyasiya şikayəti vermək hüququnun olması izah edilmişdir. İddiaçı Ağayev X2 Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(064)- 1641/2023 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1641/2023 saylı qərardadına əsasən Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(064)- 1641/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ona buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsini əlavə etməklə müvafiq məhkəmə qətnaməsindən yenidən apellyasiya şikayəti vermək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Sonuncu qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizə verilmiş 08 iyul 2024-cü il tarixli apellyasiya şikayətinin müvafiq bölməsinə yeriləşdirilmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərinə riayət edilməklə verilmişdir. Ona görə də apellyasiya şikayətinin geri qaytarılması üçün prosessual əsaslar olmamışdır. Şikayətə baxılmış, Füzuli Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərardadına əsasən Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1641/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçı tərəfə təqdim edilmiş, iddiaçı tərəf bundan sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətlərə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq, şikayətlər qeyri-mümkün hesab edilmiş və iddiaçının şikayətləri geri qaytarılmışdır. Hazırda iddiaçı yenidən Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətinə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təqdim etməli olduğu halda o, şikayətinə kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə vermişdir. Halbuki, iddiaçı şikayətinə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verməli idi. Belə olan halda birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəyə baxmaqda səlahiyyətli olacaqdı. Lakin əks halda birinci instansiya məhkəməsi kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəyə baxa bilməz. Buna görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətinin müddətin ötürülməsi ilə verildiyindən şikayəti geri qaytarmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayətinə müddətin bərpasına dair ərizə əlavə etdiyini bildirmişdir. Hazırda cavabdeh məhkəmə müraciət edərək, prosessual müddətin bərpa olunmasını istəyir. Belə ki, cavabdeh qeyd edir ki, mübahisələndirdiyi qətnamə rəsmi olaraq ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsaslı deyil və buna görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı şikayətinə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə yox, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Eyni zamanda apellyasiya baxışında məhkəmə iclasına dəvət olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, şikayət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1641/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar