Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1490/2025 30.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş kredit borcuna görə 12220 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, avtomaşının idarə edilməsinə görə 1500 manat, həmin borca hesablanmış faizə gorə 4305 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım uçun vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna gorə 167 manat, cəmi 25625 manat alınıb İddiaçı1 ödənilməsi və ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə gorə 5403 manat, vurulmuş mənəvi zərərə görə 2000 manat, hüquq, yardım uçun vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna gorə 190 manat, cəmi 33625 amant alınıb X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək özünün dövlət hesabına vəkil ilə təmin olunmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadı ilə vəsatət rədd edilmişdir. Qərardaddan narazı qalan tərəf Cavabdeh elektron məhkəmə informasiya sistemində olan şəxsi kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə şikayət verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1383/2025 saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi rədd edilmişdir. Sonuncu qərardaddan narazı qalan Cavabdeh şikayət verərək Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə buraxılmış prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair şikayətində bildirmişdir ki, maddi imkanı olmadığı üçün hüquqşünas tapıb şikayət hazırlada bilməmişdir. Nəhayət o, hüquqşünas tanışı ilə əlaqə yarada bilmiş və elektron məhkəmə informasiya sistemində apellyasiya şikayətini tərtib etmişdir. Bu səbəbdən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, ərizəçinin göstərdiyi hallar üzürlü səbəb olmaq üçün əsas deyildir. Kollegiya məhkəmənin mövqeyini əsaslı sayır. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025- ci il tarixdə saat 16:52-də Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh şikayətini elektron məhkəmə informasiya sistemində olan şəxsi kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Kollegiya müddətin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi üçün konkret əsas tapmır və hesab edir ki, buraxılmış prosessual müddətin bərpasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-c1 maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(004)-1383/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1490/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1490/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver