Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1497/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 13801 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 18801 manat pulun, vəkil xidmətinə görə ödədiyi 350 manat pulun və ödənilmiş 147 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Göbəktala kəndində yaşayır. Ataşov X4 rayonu, Məhəmmədli kəndində yaşayır. Onunla əvvəllər heç bir narazılığı və ziddiyyəti olmamışdır. "xxxx" QSC-yə məxsus dəmir yolu həm Məhəmmədli, həm də Göbəktala kəndi ərazisinin kənarından keçir. Dəmir yolunun keçdiyi Məhəmmədli-Göbəktala kəndləri ərazisində təhkim zolağında yararsız vəziyyətdə boş sahə mövcud olmuşdur. O, sahibkarlıq fəaliyyəti üçün qeyd etdiyi Məhəmmədli-Göbəktala kəndləri ərazisində təhkim zolağında yararsız boş sahəni kredit götürərək yararlı vəziyyətə gətirmək üçün işlər görmüşdür. 2018-ci ildə "xxxx" QSC ilə müqavilə bağlayıb Məhəmmədli-Göbəktala kəndləri ərazisində təhkim zolağında yerləşən və yararlı vəziyyətə gətirdiyi boş torpaq sahəsi üzrə müqavilə bağlatmışdır. Müqaviləyə əsasən icarəsinə İmişli-Vətəgə 131 km pk 3+80 metrdən 132 km pk 3+80 metrədək yolun kilometr artım istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən ümumi sahəsi 1+60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsində istifadə etmək istərkən Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Həmin vaxtdan etibarən Cavabdeh onun icarəsində olan torpaq sahəsini zəbt etdiyinə görə icarəsində olan həmin torpaq sahəsində istifadə edə bilməmişdir. Bu məsələ ilə bağlı uzun illər apardığı məhkəmələrdə apardığı mübarizə nəticəsində icarəsində olan torpaq icra məmurları tərəfindən ona qaytarılıb istifadəsinə verilmişdir. Onu bildirir ki, ilk dəfə İmişli Rayon Məhkəməsinin qətnaməsi əsasında qanuni istifadəsində olan torpaq sahəsi Cavabdeh verilmiş, orada quraşdırdığı tikililər sökülmüş, bunun nəticəsində keçirdiyi əsəb sarsıntıları nəticəsində ürək xəstəliyi tapmış və hazırda da həmin xəstəliklə bağlı müalicəsi davam edir. O, 2018-ci ildən hazırkı vaxtadək icarəyə götürdüyü torpaq sahəsinə görə Cavabdeh tərəfindən zəbt edildiyi illərdə daxil olmaqla dövlətə 886,03 manat icarə haqqı köçürmüşdür. Cavabdehin təqsirli hərəkəti nəticəsində icarəsində olan torpaq sahəsindən yonca əkib heyvanlarını bəsləyə bilməmişdir. Bu səbəbdən istifadə edə bildiyi 6 ilə görə ona dəymiş ziyanla bağlı Azərbaycan Respublikası “X3” müraciət etmişdir. Mütəxəsislərin verdiyi qiymətləndirilmə rəyinə görə 2018-ci ildən 2023-cü ilədək çəkilmiş xərclər, biçin vaxtları əldə edilən məhsul və sair hallar hesablanmaqla ona 13 801 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Buna görə keçirdiyi əsəb sarsıntılarına görə xəstəxanaya düşməyinə, dərman xərclərinə və sair mənəvi əzablara görə Cavabdeh tərəfindən ona vurulmuş ziyan 5 000 manatdır. Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması” tələbi ilə İmişli Rayon Məhkəməsinə qaldırdığı iddia ərizəsinə 01 mart 2019-cu il tarixdə baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmış, həmin qətnamədən verdiyi apellyasiya şikayətinə 22 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmışdır. 18 dekabr 2024-cü il tarixdə cavabdeh zəbt etdiyi torpaq sahəsindən icra məmurları tərəfindən çıxarılaraq həmin torpaq sahəsi onun istifadəsinə verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edir. İcarəyə verdiyi torpaq sahəsi onun istifadəsinə verildikdən sonra cavabdehin 6 il ərzində zəbti ilə bağlı ona vurduğu maddi ziyanı mütəxəssislər vasitəsi ilə müəyyən edilmişdir. Cavabdeh ona vurduğu cəmi 18 801 manat pulu tələb etsə də o, ona vurduğu maddi və mənəvi ziyana görə pul ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2019-cu il tarixli, 22519 nömrəli, 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9313 nömrəli rəylərindən də görünür ki, onun "xxxx" QSC ilə 16 fevral 2018-ci il tarixdə bağlanılmış İM-154 nömrəli və 18 yanvar 2023-cü il tarixdə bağlanılmış 13-1-2/2-19/2023 nömrəli müqavilələr əsasında icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək (3+80 metrədək) təhkim zolağında (yolun kilometr artımı istiqamətinin sağ tərəfində) olan ümumi sahəsi 25 000 kv. metr (1,60 ha-yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3482 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(106)-15/2 Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)- 16/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilmiş, "xxxx" QSC-yə məxsus olmaqla onun icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 metrdən 132ci km pk 3+80 metrədək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən istifadə olunan İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək (3+80 metrədək) təhkim zolağında (yolun kilometr artımı istiqamətinin sağ tərəfində) olan ümumi sahəsi 25 000 kv. metr (1,60 ha yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3482 kv.metr hissəsi döngə nöqtələri ölçü aləti vasitəsi ilə müəyyən edilərək iddiaçının istifadəsinə verilmişdir. Hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən 350 manat pul, iddia qaldırmaqdan ötrü isə 147 manat dövlət rüsumu ödəmiş və çəkdiyi həmin xərcləri də Cavabdeh tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 saylı (hakim O.Mahmud) qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı qızı tərəfindən ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İmişli Rayon Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “X7” xx.xx.2025-ci il tarixli 70 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, "xxxx" QSC-yə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80m-dən 132-ci km pk 3+80m-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, xx.xx.2025-ci il tarixli, 13-1-2/2-53/2025 saylı müqavilə əsasında İddiaçı ayrılmış 1.4 ha torpaq sahəsində 2018-ci ildən 2023-cü ilə kimi, yəni 6 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2019-cu ildən 2024-cü ilə kimi, yəni biçin müddətində - 5880 ədəd yonca presi (məhsul) və ya - 13,801.00 manat təmiz gəlir əldə edilməsi müəyyən edilir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-15/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılmış, iddia qalan hissədə təmin olunmamış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilmiş və ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2019-cu il tarixli 22519 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X5 LTİ-nin mütəxəssis rəyinə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC ilə iddiaçı arasında 16 fevral 2018-cı il bağlanmış İM- 154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Vətəğə mənzili 131-ci km pk 2-dən 132-ci pk-4 dək təhkim zolağında olan ümumi 25000 kv.metr torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla "Dəmir yolu nəqliyyatı" torpaqlarına aid olması müəyyən edilmişdir. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, “Azərbaycan Dəmir Yollan" QSC ilə arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-cı pk-4 dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv. metr torpaq sahəsinin 13482 kv. m hissəsi Dəmir yolu nəqliyyatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının və Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında Azərbaycan Pespublikası Nəzirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli Qərarına əsasən dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "Azərbaycan Dəmir Yolları” QSC-nin istifadəsində olmadığı müəyyən olunmuşdur. Beyləqan LTİ-nın mütəxəssis rəyinə əsasən, “Azərbaycan Dəmir Yolları'' QSC ilə arasında 16 fevral 2018-cı il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km. pk 2-dən 132-cı pk təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv. metr Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01 saylı razılaşma müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli İM-154 nömrəli İcarə Müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılır. İcarəçi icarə sahəsi üçün icarə haqqı xx.xx.2018-ci il tarixli İM-154 nömrəli İcarə müqaviləsinin 4-cü maddəsində müəyyən edilmiş qaydada və məbləğdə ödəməyə davam edir. Bu Razılaşma xx.xx.2018-ci il tarixli İM-154 nömrəli müqavilənin ayrılmaz hissəsi sayılır. Azərbaycan dilində tərtib edilmiş və eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədən ibarətdir. 1 (bir) nüsxə İddiaçı, 1 (bir) nüsxə isə “Azərbaycan Dəmir yolları" QSC-də saxlanılır. Bu Razılaşma imzalandığı və tərəflərin möhürü ilə təsdiq edildiyi tarixindən qüvvəyə minir. xx.xx.2018-ci il tarixli İM-154 nömrəli müqavilənin qalan bəndləri dəyişməz olaraq qalır. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018ci il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036) 1916/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli İD15 nömrəli əmrdən görünür ki, ayrı-ayrı dövrlərdə 8 saylı Saatlı yol distansiyası tərəfindən X1 və İddiaçı dəmir yolunun İmişli- Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında torpaq sahələrinin ayrılması ilə əlaqədar əsassız verilmiş 53 nömrəli, 13 10.1997-ci il tarixli və 71 nömrəli, 27 12.2005ci il tarixli əmrləri və uyğun olaraq ayrılmış torpaq sahələrindən istifadə hüquqları Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 08 1973-cü ı! tarixli, 270 saylı Qərarına və Azərbaycan Dəmir Yolu rəisinin 29/N nömrəli, 03.04 1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli, xx.xx.2005-ci il tarixli Qərarına əsasən ləğv edilmiş, əmrin icrasına nəzarət Departamentin Texniki istehsalat şöbəsi təhkim zolağı və ətraf mühitin qorunması üzrə şöbə rəisinin müavini Bəhrəm Şükürova tapşırılmış və əmr imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2016-cı il tarixli, İD642/1 nömrəli məktubundan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız 2(036)3016/2016 saylı, 12,05.2016-cı il tarixli sorğu ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, dəmir yolunun 8 saylı Saatlı yol distansiyası tərəfindən vətəndaşlar X1 və İddiaçı İmışli-Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında bostan və biçənək məqsədi ilə torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş əmrlər Azerbaycan Respublikası Nazirier Sovetinin xx.xx.1973-cü il tarixli, 270 saylı Qərarına və yol rəisinin 29/N nömrəli. xx.xx.1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 nömrəli, xx.xx.2005-ci il tarixli Qərarına uyğun olmadığına görə Departamentin İD-15 nömrəli, xx.xx.2016-cı il tarixli əmri ilə ləğv edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 23 fevral 2005-ci il tarixli, 33 nömrəli Qərarına əsasən İmişli-Vətəgə mənzili 130 km pk 4-dən 132 km pk 4dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə-zolağının eni 24 iyirmi dörd) metr müəyyən olunmuşdur. İş materiallarında olan “Andromed” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki, X6 aşağıdakı diaqnoz qoyulmuşdur: Mədəciklərarası çəpər azacıq qalındır. Hər iki qulaqcıq genişdir. Mitral qapaq ciddi fıbrotik qalın və uzundur. Hər iki qapaqda Prolaps qeydə alındı. Mitral qapaqda Prolaps sərhoddi=8mm (Orta dərəcə X12). Aorta qapağı kalsifikdir. Seqmentaı divar hərəkəti pozuntusu qeydə alınmadı. Sol mədəciyin sistolik və diaslolik funksiyaları normaldır. Ürək vurğulan arasında tez-tez ekstra vurğular qeydə alındı. Perikard boşluğu təmizdir. Ağ ciyər arteriya daxili sistolik təzyiq normadan artıqdır. 39mmHg (Zəif Pulınonar hiperlenziya). İİ-İ1İ dərəcə Mitral, 1İ-İİİ dərəcə Trikuspid, 1 dərəcə Pulmonar arteriya qapaq çatışmamazlığı izlənildi. İş materiallarında olan “Medisan” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli həkim müayinəsinin nəticəsindən görünür ki, X6 aşağıdakı diaqnoz qoyulmuşdur: Sol mədəmin sistolik, diastolik funksiyası normaldır. Sol qulaqcıq genəlmişdir, sağ boşluqlar normaldır. MÇ və QÇ tamdır. Seqmenlar hərəkət qüsuru yoxdur. Aortal qapaq üçtaylıdır, aortanın koarktasiyası yoxdur. Aşağı boş vena normal ölçüdədir, nəfəsalma aktına reaksiyası 50%-dən çoxdur. Ağciyər arteriyasında sistolik təzyiq normaldır. Perikard təmizdir. Mitral qapağın arxa tayının prolapsı izlənir. (arxa tayın qapanması zamanı P2 seqmentinde flail müşahidə olunur). Rəngli doppler FXOKQda: İİ dər mitral çatmamazlıq , İİ dər trikuspidal çatmamazlıq. İş materiallarında olan torpağın icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İmişli rayon Yalavac bələdiyyəsi tərəfindən Cavabdeh 2,60 ha torpaq sahəsini əkinləri əkib-becərmək məqsədi ilə 11 (on bir) ay müddətinə hər hektara 50 manat olmaqla cəmi 130 manat ödəməyi öhdəsinə götürmüşdür Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 13801 manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının hazırki iddia tələbinin onunla əsaslandırmışdır ki, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 13801 manat məbləğindədir. İddia tələbinin sübut kimi isə məhkəməyə Azərbaycan Respublikası “X7” xx.xx.2025-ci il tarixli, 70 nömrəli qiymətləndirmə rəyini təqdim etmişdir. Həmin rəydə göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, "xxxx" QSC-yə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80mdən 132-ci km pk 3+80m-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, xx.xx.2025-ci il tarixli, 13-1-2/2-53/2025 saylı müqavilə əsasında İddiaçı ayrılmış 1.4 ha torpaq sahəsində 2018-ci ildən 2023-cü ilə kimi, yəni 6 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2019-cu ildən 2024-cü ilə kimi, yəni biçin müddətində - 5880 ədəd yonca presi (məhsul) və ya - 13,801.00 manat təmiz gəlir əldə edilməsi müəyyən edilir. Lakin həmin rəy iddiaının təmin edilməsinin yeganə sübutu kimi çıxış edə bilməz. Belə ki, şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edə biləcəyi gəlir real faktlara və əsaslara söykənməli, formal xarakter daşımamalıdır. Belə ki, iddiaçının təqdim etdiyi rəydə iddiaçıya qaytarılmış torpaq sahəsində yonca əkilməsi ehtimalı qiymətləndirilmişdir. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsinin onun sahibliyində olduğu dövrdə orada və ya başqa torpaq sahəsində yonca əkməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının, ümumiyyətlə, əkinçiliklə məşğul olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbi şəxsi mülahizələrə əsaslanmaqla verildiyindən təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması halı sübut olunmadığından, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Bundan başqa, məhkəmə mənəvi zərərin təsdiq edən sübut qismində məhkəməyə təqdim etdiyi “Andromed” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli həkim müayinəsi nəticəsində görünür ki, həmin müayinədə qeyd edilən diaqnoz iddiaçıya onun cavabdeh tərəfindən hüquqlarının pozulmağa başlandığı iddia etdiyi 2018-ci il tarixdən əvvələ aiddir. Buna görə də, həmin xəstəliyin yaranaması səbəbi kimi cavabdehin hərəkət və hərəkətsizliyi çıxış edə bilməz. Həmçinin, iddiaçının tərəfindən məhkəməyə onun səhhətində yaranmış xəstəliklərin cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmış hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının səhhətində yaranmış xəstəliklərlə cavabdehin hərəkət və ya hərəkərsizliyi arasında hər hansı səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi rədd olunduğundan 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 157.2, 385, 1091, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə etdiyi birinci instansiya, apellyasiya instansiyaları məhkəmələrinin qətnamə və qərarlarından da görünür ki, Cavabdeh 16 fevral 2018-ci il tarixli, İM-154 nömrəli və sonrakı illərdə daxil olmaqla 18 yanvar 2023-cü il tarixli 13-1-2/2-19/2023 nömrəli Azərbaycan Dəmiryolları QSC ilə bağlanılmış icarə müqavilələri əsasında onun icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk-4-dək (3+80 metrədək) təhkim zolağında (yolun kilometr artımı istiqamətinin sağ tərəfində) olan ümumi sahəsi 25000 kv.metr (1,60 ha yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 13482 kv.metr hissəsinin cavabdeh tərəfindən istifadə olunması müəyyən edilməsi həm qətnamə və qərarlarla, həm də iş materiallarına əlavə edilmiş 30 dekabr 2019-cu il tarixli, 22519 nömrəli, 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/2023 nömrəli rəyləri ilə də təsdiq olunmasına baxmayaraq məhkəmə əsassız olaraq cavabdehin iş üzrə verdiyi etirazında qeyd etdiyi sözlərə və hüquqi əsası olmayan sənədlərə istinad edərək iddianı təmin etməməkdə haqlı olmamışdır. Etirazda cavabdeh 04 may 2017-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qətnaməsinin onun xeyrinə çıxardığı apellyasiya şikayəti verildikdən sonra qüvvədə saxlanılmasını, 12 iyul 2018-ci il tarixdə İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə həmin vaxt cavabdeh olmuş İddiaçı, yəni onun icarəyə verilmiş torpaq sahəsindən çıxarılmağı və tikililərin sökülməsi icra edilmiş və İmişli Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Ruhin Xəlilov tərəfindən təsdiq edildiyini göstərmişdir. Belə ki, həmin vaxt çıxarılmış qətnamədə qeyd edilən ərazidə deyil, kənarda tikili olduğuna görə Ruhin Xəlilov icra işinə bu baxımıdan xitam vermişdir. Məhz, bundan sonra cavabdehin iddia ərizəsi əsasında 04 may 2017-ci il tarixdə İmişli Rayon Məhkəməsinin qətnaməsi əsasında mübahisələndirilən torpaq sahəsində deyil, başqa sahədə olan tikinti qanunsuz olaraq sökdürülmüşdür. Məhkəmə iddia ərizəsinin təmin edilməməsi ilə bağlı mövqeyini şərh edərkən bir tərəfdən qanuni əsaslarla iddiaçının mübahisə edilən torpaq sahəsinə dair icarə müqaviləsinin mövcud olmasını, icarə müqaviləsinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi olan dövr üçün pul ödənişləri etmişdir. Lakin həmin vaxt ərzində isə iddiaçı kimi icarəsində olan torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur. Digər tərəfdən cavabdehin iddiaçı kimi icarəsində olan topraq sahəsinin 13482 kv.metrinin zəbt edərək istifadə olunmasını müəyyən etməsinə baxmayaraq, məhkəmə iddia ərizəsinə aidiyyəti olmayan “Azərbaycan Dəmir Yolları“ xx.xx.2016-ci tarixli, İD 15 nömrəli artıq qüvvəsini itirmiş olduğu halda əmrə istinad etməsi məhkəmənin gəldiyi nəticəni aidiyyatı olmayan sübutlarla təsdiq etmək cəhdindən başqa bir şey deyildir. Bundan əlavə, ləğv edilmiş həmin əmr əsasında xx.xx.2016-ci tarixli, İD15 nömrəli əmrlə icarəsində olan torpaq sahəsinə dair cavabdeh xx.xx.2016-cı il tarixdə İmişli Rayon Yalavac Bələdiyyəsi ilə 2,60 hektar torpaq sahəsini 11 ay müddətinə hər hektara 50 manat olmaqla cəmi 130 manat ödəməyi öhdəsinə götürməsini qeyd etmişdir. Halbuki, müraciətindən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq idarəsi tərəfindən araşdırma aparılmış, bələdiyyənin nömrəsi mövcud olmayan icarə müqaviləsi də ləğv edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası “X2” xx.xx.2025-ci il tarixli 70 nömrəli qiymətləndirmə rəyinin iddianın təmin edilməsinin yeganə sübutu kimi çıxış edə bilməməsinin nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə həmin ərazidə heyvanlarını saxlamaq üçün yalnız yonca əkib-becərməyinə görə qiymətləndirilmənin də bu əsasda aparılması barədə gətirdiyi dəlilləri, həmçinin bu dəlilin rəylə əhatə olunmadığı təqdirdə ekpertiza təyin edilərək aydınlaşdırılması barədə qaldırdığı vəsasəti də yoxlanılmamış, bu baxımdam məhkəmə iş üzrə tam, hərtərfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmişdir. Məhkəmə mənəvi ziyanın ödənilməməsi ilə bağlı mövqeyini şərh edərkən cavabdehlə onun arasında olan mübahisənin 2018-ci il tarixdən əvvələ, yəni xx.xx.2015-ci il tarixli həkim müayinəsinə istinad etməsi də əsasızdır. Ona görə ki, məhkəmənin özünün istinad etdiyi 2016-cı ildə sonradan ləğv edilmiş əmr əsasında həmin torpaq sahəsindən istifadə etmişdir. Cavabdeh də həmin torpaq sahəsini əldə etməkdən ötrü 2014-cü ildən başlayaraq cəhdlər etdiyinə görə aralarında dəfələrlə mübahisə olmuş, əlində hər hansı bir sənəd mövcud olmadığı halda cavabdehin yararlı hala gətirdiyi həmin torpaq sahəsinin əlindən alınmasına çalışması ona mənəvi olaraq ciddi təsir göstərmiş, nəticədə ürəyindən xəstələnmiş, ürəyində bir neçə ağır problemlər yaranmış, sonrakı illərdə cavabdehin artıq məhkəmə yolu ilə icarəsinə verilmiş torpaq sahəsini ələ keçirməsi, həmin torpaq sahəsinin geri qaytarılmasından ötrü illərlə mübarizə aparmağı, onda olan həmin xəstəliyi daha da gücləndirmiş, məhkəmə isə bu xüsusatları aydınlaşdırmadan cavabdehlə aralarında olan mübahisə tarixinin 2018-ci ildə başlamasına istinad edərək mənəvi ziyanı da təmin etməməkdə haqlı olmamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarlarına məhkəmə istinad etsə də iş materiallarında olan sənədlər üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə onun Azərbaycan Dəmiryolları QSC ilə bağlanılmış icarə müqavilələrini, cavabdehin icarəsində olan torpaq sahəsini zəbt etməsi ilə əlaqədar uzun illər davam etmiş məhkəmə baxışlarına dair qətnamələri, bununla bağlı məhkəmə baxışlarında təyin edilmiş ekspert və mütəxəssis rəylərini tədqiq etməsinə baxmayaraq qanunla irəli sürdüyü sübutlarla qətnaməni təsdiq etməli olduğu halda, cavabdeh tərəfindən təqdim edilən etirazı və sübutları əsassız olaraq sübut növü kimi qəbul edib artıq mövcud olmayan müqavilə və əmrə istinad etməklə cavabdehlə onun qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin bununla bağlı qərarı da çıxmışdır. Bu şəxs qanunsuz şəkildə əkin edərək torpağı zəbt etmişdir. Qərar çıxanda cavabdeh artıq əkin əkmişdir. Onun cavabdehə yazığı gəlmiş və demişdir ki, biçin edəndən sonra torpaqdan çıxsın. Amma qarşı tərəf sonradan buna əməl etmədən özbaşına zəbt etməyə davam etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Dəlillərə apellyasiya şikayətində ətraflı münasibət göstərmişdir. İddiaçının torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Birinci instansiya məhkəməsi hər hansı əsaslı sübut gətirmədən qərar çıxarmışdır. Qeyd etdiyi bələdiyyə məsələsinin bu işə aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Əlindəki sənədlər təsdiq edir ki, onun torpaqla bağlı müqaviləsi vardır. Onun özünəməxsus ayrıca torpağı vardır və heçbir zəbtetmədən söhbət gedə bilməz.O, 2016-cı ildən əkin-biçin işləri həyata keçirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən \ərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı; Həmin qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı; Həmin qərara əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin əsaslı olub-olmamasının aydınlaşdırılması üçün aşağıdakı qeyd edilən hallar məcmu halında qiymətləndirilməlidir. İş materiallarında olan əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış İM-154 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. Pk 2-dən 132-ci km pk 4-dək təhkim zolağında yerləşən, ümumi sahəsi 25000 kv.m sahədən ibarət olan torpaq sahəsinin ot çalımı, otlaq və əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan "16 fevral 2018-ci il tarixli İM-154 nömrəli icarə müqaviləsinin müddətinin uzadılması barədə" əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 18 fevral 2019-cu ildə bağlanmış 01 saylı razılaşmadan görünür ki, icarə müqaviləsinin müddəti 16 fevral 2020-ci ilə kimi uzadılmışdır. İş materiallarında olan əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 19 fevral 2020-ci ildə bağlanmış İM-60 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 17 fevral 2021-ci ildə bağlanmış İM-11 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2016-cı ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə müvəqqəti icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə m-üqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 50 manat olmaqla, cəmi 130 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2017-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 02 noyabr 2018-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan icarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 25 oktyabr 2019-cu ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 05 il müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün hər il 20 manat olmaqla, hər il 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(036)-1916/2017 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh icarəsinə verilmiş İmişli rayonu, Yalavac Bələdiyyəsinin mülkiyyətində olan Bakı-Horadiz dəmiryol xəttinin İmişli rayonunun Məhəmmədli kəndi ərazisindən keçən hissəsi ilə İmişli rayonunun Məhəmmədəli kəndi ərazisindən keçən su kanalı arasında yerləşən planda sərhədlə göstərilmiş 2,60 ha kənd təsəərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahəsi üzərindəki tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(106)-2654/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı İmişli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(036)-1916/2017 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(036)-1916/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-016/20179 saylı qətnaməsinə əsasən İddiaçı cvabdaeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma” tələbinə iddiası rədd edilmiş, İddiaçı mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün aparılmış tədqqiqatın dəyəri olan 60 (altmış) AZN məbləğində pul vəsaitinin tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-15/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)- 16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131 -ci km pk 3+80 m-dən 132ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməsi və ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd edilmiş məhkəmə qətnamələrinin məzmunundan aydın olur ki, əvvəlki mübahisələr torpaq sahəsindən istifadə hüququ ilə bağlı olmuşdur. Tərəflərin hər biri mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində (icarəsində) olduğunu iddia etmişdir. Tərəflər arasında eyni torpaq sahəsinə dair uzunmüddətli hüquqi mübahisə mövcud olmuş, həmin mübahisə nəticəsində torpaq sahəsi üzərində hüquq subyekti kimi çıxış edən şəxsin kimliyi yalnız Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi ilə qəti şəkildə müəyyən edilmiş və torpaq sahəsinin iddiaçıya məxsus olması tanınmışdır. Bu o deməkdir ki, torpaq sahəsinin hüquqi mənsubiyyəti artıq müəyyən edilmişdir və həmin halların yenidən araşdırılmasına və ya təkrar sübut olunmasına lüzum yoxdur, çünki bu məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş və tərəflər üçün məcburi xarakter daşıyır. İddiaçının hazırki iddia tələbi onunla əsaslandırılmışdır ki, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 13801 manat məbləğindədir. Qeyd edilməlidir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən X13 İnkişaf Mərkəzinə xx.xx.2025-ci il tarixli sorğu göndərilmişdir. Sorğuda "xxxx" QSCə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80m-dən 132-ci km pk 3+80-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, İddiaçı ayrılmış 1,3284 ha torpaq sahəsində 2019-cu ildən 2024-cü ilə kimi, yəni 5 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexiki qulluq xərclərini çıxmaqla biçin müddətində nə qədər məhsul və ya gəlir əldə etmək mümkündür?” sualına dair müvafiq rəyin verilməsi xahiş edilmişdir. Sorğuya cavab məktubunda göstərilmişdir ki, "xxxx" QSC-ə məxsus dəmir yolunun İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80m-dən 132-ci km pk 3+80-dək yolun kilometr istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, İddiaçı ayrılmış 1,3284 ha torpaq sahəsindən əkin ili 2018-ci ilin payızı olmaqla 2019- 2023-cü ildə daxil olmaqla yonca əkiləcəyi təqdirdə 5 təsərrüfat ilində 1-ci il yəni 2019- cu ildə 1700 manat, sonraki illərdə hər il 1970 manat gəlir əldə etməklə ümumilikdə bu beş il ərzində aqrotexniki qulluqlar vaxtlı-vaxtında aparılaraq 9580 manat gəlir əldə etmək mümkündür. Bununla belə məlumdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2024-cü il tarixli qətnaməsinə qədər tərəflər arasında torpaq sahəsinin sərhədləri və mülkiyyətə aidiyyəti məsələləri ilə bağlı ziddiyyətli hüquqi mövqelər olmuş, cavabdeh öz növbəsində mübahisəli torpaq sahəsini özünün icarə hüququ əsasında istifadə etdiyi qənaətində olmuşdur. Belə olan halda, qətnamə qüvvəyə minməzdən əvvəl cavabdehin torpaq sahəsindən istifadəsi subyektiv təqsir elementi olmadan, yəni cavabdeh mübahisələndirilən torpaq sahəsini öz icarə və ya istifadəsində olan torpaq sahəsi hesab etmiş, yəni özünü qanuni istifadəçi kimi zənn etmiş,öz mülkiyyət və ya icarə hüququna inanaraq həyata keçirilmiş hesab oluna bilər. Bu səbəbdən, cavabdehin qətnamə qanuni qüvvəyə minənədək torpaqdan istifadəsi subyektiv surətdə qanunsuz sayılmır və həmin dövr üçün ondan əldən çıxmış fayda tələb olunması mülki məsuliyyətin tərkib elementlərindən biri olan təqsir (qəsd və ya ehtiyatsızlıq) əlamətinin mövcud olmaması səbəbindən qanunla əsaslandırıla bilməz. X10 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, artıq cavabdehin torpaq sahəsindən istifadəsi hüquqi əsasını itirmiş və həmin tarixdən sonra cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində aparılan hər hansı fəaliyyət qanunsuz sahiblik kimi qiymətləndirilməlidir. Belə ki, yalnız bu dövrdən sonra cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı zərər (əldən çıxmış fayda) dəymiş olsaydı, həmin zərərin əvəzinin ödənilməsi barədə tələbin irəli sürülməsi hüquqi əsasa malik ola bilərdi. Məhkəmə tərkibi iddiaçının mənəvi zərər tələbi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə tərkibi qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona mənəvi zərərin dəyməsini və bu zərərin məhz cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə tərkibinə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd olunmalıdır ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması halı da sübut olunmadığından iddia tələbinin bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin məhkəmə araşdırması zamanı təqdim edilən tibbi sənədlərdən və digər materiallardan iddiaçının sağlamlıq vəziyyətində baş vermiş dəyişikliklərlə cavabdehin davranışı arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-1612/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1497/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1497/2025
16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver