Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1498/2025 31.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)- 213/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı xxxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il tarixli, DKM/004N05A01291922 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4.638,89 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə kimi kreditdən istifadəyə görə hesblanmış 281,42 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 63,06 manat məbləğində penya, cəmi 4.983,37 manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 69,84 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/004N05A01291922 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə 7.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, DKM/004N05A01291922 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmuş faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 kreditor qarşısında gecikdirilmiş borcu 4.920,31 manat təşkil edir ki, bunun da 4.638,89 manat vaxtı keçmiş əsas borcdan, 281,42 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirlməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixinə bu məbləğ 63,06 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər cavabdeh Ə.Y. Əlihüseynov (zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli, NÇ-XOxx.xx.2024-001 №-li xəbərdarlığı və xx.xx.2024-cü il tarixli, NÇ-XO-2.4.2024-002 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəllasinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4, 445 vǝ 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitami şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarmın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarnın şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin əmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmyə verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15% dərəcəsinə hesablanan penyanın birgə qaydada borc alandan və zamindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək cavabdehlərə kredit verildiyini, lakin öhdəliklərin yerinə yetirilmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 işin məhkəmə baxışı zamanı iddianı qəbul etdiyini, hazırda iddiaçı tərəflə danışaraq razılıq əldə olunduğunu, ailədə yaranmış maddi çətinliyə görə borcunu vaxtında ödəyə bilmədiyini, banka olan borcunu hissə-hissə ödəməyə söz verdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 işin məhkəmə baxışı zamanı iddianı qəbul edərək onun təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-213/2025 nömrəli qətnaməsi ilə (Hakim: Samir Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4.638,89 (dörd min altı yüz otuz səkkiz manat səksən doqquz qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 281,42 (iki yüz səksən bir manat qırx iki qəpik) manat məbləğində hesablanmış adi faiz borcu, 63,06 (altmış üç manat altı qəpik) manat məbləğində cərimə (peniya) borcu, cəmi 4.983,37 (dörd min doqquz yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində borc və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya və iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 69,84 (altmış doqquz manat səksən dörd qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı xxxxna ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə çıxarılmış qətnamə hüquqi baxımdan əsassız və qanunsuz olmuşdur. İşdə iştirak edən Cavabdeh2 məhkəmə prosesində faktiki iştirakına şərait yaradılmadan, onun mövqeyi dinlənilmədən və müdafiə hüququ təmin olunmadan qətnamə çıxarılmışdır. Beləliklə, çəkişmə prinsipi və tərəflərin bərabərliyi pozulmuş, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsasən birtərəfli qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən mübahisəli kredit münasibətləri ilə bağlı əldə edilmiş sübutların təqdim edilməsi üçün zəruri prosessual şərait yaradılmamışdır. Məhkəmə, cavabdehin iddia ərizəsi və əlavə sənədlərlə tanışlığı təmin edilmədən, ona müvafiq müddət və hüquqi imkan təqdim etmədən, birbaşa iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-213/2025 saylı qətnaməsinin ləğv olunmasını və iş üzrə daha ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(053)-213/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, mübahisələndirilən hissədə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-213/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İş materiallarına əlavə olunmuş 31 may 2022-ci il tarixli, DKM/004N05A01291922 nömrəli kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı – “Bank” və Cavabdeh2 – “borcalan” olmaqla, Cavabdeh2 48 ay müddətinə, illik 16% ödənilməsi şərtilə 7.000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında 31 may 2022-ci ildə zaminlik müqaviləsi bağlanaraq, Cavabdeh1 31 may 2022-ci il tarixli, DKM/004N05A01291922 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə prosesində faktiki iştirakına şərait yaradılmadan, onun mövqeyi dinlənilmədən və müdafiə hüququ təmin olunmadan qətnamə çıxarılmışdır. Beləliklə, çəkişmə prinsipi və tərəflərin bərabərliyi pozulmuş, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsasən birtərəfli qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən mübahisəli kredit münasibətləri ilə bağlı əldə edilmiş sübutların təqdim edilməsi üçün zəruri prosessual şərait yaradılmamışdır. Məhkəmə, cavabdehin iddia ərizəsi və əlavə sənədlərlə tanışlığı təmin edilmədən, ona müvafiq müddət və hüquqi imkan təqdim etmədən, birbaşa iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilklə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş, apellyator məhkəmə iclasında iştirak etmiş, Cavabdeh2 ərizə təqdim edərək əsas və faiz borcunu ödəməyə hazır olduğunu, iddianın digər hissələrini qəbul etmədiyini bildirmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Bununla yanaşı, kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2025-ci il tarixinə (qətnamənin qəbul edildiyi tarixə) borc cədvəlindən görünür ki, Cavabdeh2 31 may 2022-ci il tarixli, DKM/004N05A01291922 nömrəli kredit müqaviləsi üzrə banka əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan adi faiz borcu 173.19 manat və illik 15 faiz dərəcəsi ilə hesablanan penya 162.36 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan faiz borcu və penyaya münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, faizlərin məbləği müəyyənləşdirildikdən sonra onlara faizlər hesablanmır. Yəni əsas borc üzrə hesablanmış faizlər artıq müstəqil borc kimi qəbul edilmir, onun üzərinə əlavə faiz tələb edilə bilməz. Hazırda bank ödənilməmiş faizləri “əldən çıxmış fayda” kimi təqdim etməyə çalışır və bu məbləğlərə əlavə faiz və kompensasiya tələb edir. Lakin məhkəmə təcrübəsində belə yanaşma əsassız hesab olunur. Çünki “əldən çıxmış fayda” Mülki Məcəlləyə görə yalnız müstəqil iqtisadi imkanın itirilməsi hallarında tətbiq oluna bilər. Kredit üzrə faizlər isə artıq müqavilə ilə müəyyən olunmuş gəlirdir və onların ödənilməməsi halında bankın hüququ penya və ya cərimə faizləri tələb etməklə məhdudlaşır. Faizlərdən faiz tələb etmək hüququ isə yoxdur. Hazırkı halda iddiaçı təşkilat iddia tələbində o vaxt haqlı ola bilərdi ki, ödənişlərə görə tərəflər arasında imzalanmış müqavilədə açıq şəkildə qanuna zidd olmadan gecikmiş ödənişlərə görə əlavə cərimə və ya faizlər müəyyən etmiş olsun. Ancaq tərəflər arasında imzlanmış 31 may 2022-ci il tarixli, DKM/004N05A01291922 nömrəli müqavilədə belə şərtlər nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. İddiaçı Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qərar Mülki Məcəllənin 449-cu maddəsinin şərh olunması ilə bağlıdır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yəni borcludan məhkəmə qərarı ilə pul tutulması qət edilsə belə, kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, sözügedən norma pulun ödənilməsinin gecikdirilməsini borclunun ondan faydalanması ilə əlaqələndirərək, faizi tələb etmək hüququnu əks etdirir. İddiaçı isə bu barədə sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-213/2025 nömrəli qətnaməsi qismən, yəni qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-213/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1498/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1498/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver