Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1500/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)578/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" İKB ASC-in xeyrinə 13 dekabr 2013-cü il tarixli, kredit müqaviləsi üzrə 17043,60 (on yeddi min qırx üç dollar altmış sent) ABŞ dolları əsas borc, 9652,33 (doqquz min altı yüz əlli iki dollar otuz üç sent) ABŞ dolları faiz borcu və 821,56 (səkkiz yüz iyirmi bir dollar əlli altı sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 27517,49 (iyirmi yeddi min beş yüz on yeddi dollar qırx doqquz sent) ABŞ dollar borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X3 məxsus olan, Abşeron rayonu Saray qəsəbəsi, C. Novruz küçəsində yerləşən 2 otaqlı, 126,8 kv.m ümumi sahə, 55,0 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə olunan vəsait hesabın "xxxx" İKB ASC ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 məxsus olan Abşeron rayonunda Saray qəsəbəsi, C. Novruz küçəsində yerləşən 2 otaqlı 126.8 kv.m ümumi sahə, 55 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 qızının Abşeron rayonu, Saray qəsəbəsi C.Novruz küçəsində yerləşən 2 otaqlı 126.8 kv.m ümumi sahə, 55 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 qızının həmin fərdi yaşayış evindən çıxarılması həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Bağırov) iddia qismən təmin edilərək Cavabdeh1 13 dekabr 2013 tarixli 4-M-2-0-1324-13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 16451.31 ABŞ dolları, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla faiz borcu olaraq 18999.66 ABŞ dolları, cərimə borcu olaraq 1600 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına uyğun məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi İddiaçı ASC-in xeyrinə tutulması, tutma X3 məxsus ipoteka predmeti Abşeron rayonu Saray qəsəbəsi, C. Novruz küçəsində yerləşən 2 otaqlı, 126,8 kv.m ümumi sahə, 55,0 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracda satılaraq əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat müəyyən edilməsi, X3 məxsus olan Abşeron rayonunda Saray qəsəbəsi, C.Novruz küçəsində yerləşən 2 otaqlı 126.8 kv.m ümumi sahə, 55 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X2 Abşeron rayonu, Saray qəsəbəsi C.Novruz küçəsində yerləşən 2 otaqlı 126.8 kv.m ümumi sahə, 55 kv.m yaşayış sahəsi, 71.8 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza xərci 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************), 200 manat "xxxx" MMC-nin hesabına (AZ37NABZ013501**********1944) ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(106)1225/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra, iş üzrə digər cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək X2 məhkəmə iclaslarında iştirak etmədiyini, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ona rəsmi qaydada göndərilmədiyini bildirərək qətnamənin rəsmi qaydada ona göndərilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli məktubu ilə Füzuli Rayon Məhkəməsinin 25 noyabr 20210-ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsi cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 25 noyabr 20210-ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Füzuli Rayon Məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işin materiallarına əlavə edərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinə əsasən 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 25 noyabr 20210ci il tarixli, 2(064)-578/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti təxminən 1 il 7 ay keçdikdən sonra verilmiş, lakin apellyasiya şikayətinə prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3 apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 357-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 357-363 və 366-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)578/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul edilməsindən imtina edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1500/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1500/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver