Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1515/2023 08.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)1730/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 12899.49 ABŞ Dolları məbləğində kredit borcu, 13991.44 ABŞ Dolları məbləğində faiz borcu və 18136.63 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 45027 (qırx beş min iyirmi yeddi) ABŞ Dolları 56 (əlli altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)1730/2019 saylı qərardadı ilə barışı sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan Cavabdeh1 şikayət vermişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 qərardaddan yenidən şikayət və prosessual müddətin bərpasına dair ərizə vermiş, Sabirabad Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)1730/2019 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqda Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilərək, prosessual müddət bərpa edilmiş və iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətçinin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə görə isə əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilir. Apellyasiya şikayətindən görünür ki, qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilməsi tələb edilsə də, cavabdeh qeyd edilən məbləği ödəyərək, ödəniş qəbzini şikayətə əlavə etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü hesab edərək, bərpa etsə də, Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinin tələblərinə əsasən şikayətə baxaraq, qanunvericiliyin tələbinə əsasən müvafiq hüquqi qiymət verməmiş, işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.2-ci maddələrinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən, MPM-in 269.1-ci maddəsinin tələblərinə əsasən şikayətə baxmadan mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)1730/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1515/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1515/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver