Məhkəmə qərarları › İş №2(106)-1519/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1519/2025

30.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1519/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi X15 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsində olan ünvan 1 ünvanı üzərində cavabdehlə yanaşı iddiaçı və onun himayəsində olan 3 azyaşlı uşaqların – xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020- ci il təvəllüdlü X3 4 otaqlı mənzilin 3 otağından yaşamaq və istifadə hüququ bərpa edilməklə iddiaçının azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi, mənzildə payının müəyyən edilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş qaynanasıdır. Cavabdehin X2 ilə aralarında qeydə alınmış nikah aktı Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 iddiaçının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdehin oğlu E.Quluzadə evli olduqları dövrdə iddiaçını onun razılığı ilə rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanında qeydiyyata aldırmış və məcburi köçkün kimi dövlət tərəfindən iddiaçıya müavinət təyin olunmuşdur. Lakin qeyd olunan ünvan işğal altında olduğuna görə iddiaçı xx.xx.2023-cü il tarixədək cavabdehin ailə üzvü kimi onlarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Tusi adına Pedaqoji Universitetin yataqxanasında yaşamışdır. “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına köçmüşlər. Cavabdehin oğlu E.Quluzadə cinayət hadisəsi törətməsi ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır və məhkəmə icraatı davam edir. Cavabdeh həmin dövrdə-2024-cü ilin may ayının axırlarında onu 3 uşağı ilə birlikdə yaşadıqları mənzildən zorla çıxarmış və mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Halbuki həmin mənzil dövlət tərəfindən cavabdehlə yanaşı onun və övladlarının da istifadəsinə verilmişdir. Hazırda cavabdehin hərəkətlərinə görə iddiaçı 3 övladı ilə birlikdə anası X8 məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mənzildə yaşamaq məcburiyyətində qalıb. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli şəhər, H.Əliyev prospekti, ev 10, mənzil 204-də yerləşən 4 otaqdan ibarət mənzilin 3 otağında yaşayış və istifadə hüququnun bərpa edilməklə 3 uşağı ilə birlikdə həmin mənzilə köçməyi və cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılmaası ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsi (hakim E.İsmayılov) ilə iddia qismən təmin edilmiş, İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh İddiaçı və himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə olunan maneələrin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsindən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 Könül Çapay qızının himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. xx.xx.2023-cü il tarixli “azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”dən görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlər daxilində Cavabdeh ailə üzvləri (X2, gəlini X16, nəvələri X5, X11 və X7) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə köçürülmüş, həmin ünvanda yerləşən yaşayış sahəsi köçürülənin sahiblik və istifadəsinə verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə cavabdehin X2 nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Tərəflər ünvan 2 ünvanında qeydiyyatda olmaqla məcburi köçkündürlər. xx.xx.2023-cü il tarixli azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqaviləyə əsasən kirayəyə verən ünvan 1 ünvanına dörd otaqlı yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində köçürülənin sahiblik və istifadəsinə verməyi öhdəsinə götürür. Köçürülənin ailə üzvləri X2, gəlini X16, nəvələri X5, X11 və X4r. İddiaçı ilə cavabdehin oğlu E.Quluzadə arasında qeydə alınmış nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının himayəsində 3 azyaşlı övladı vardır, əlavə yaşayış yeri yoxdur. Cavabdeh tərəfindən iddiaçı və onun övladlarının sözügedən mənzildə yaşamasına maneələr törədilir, həmin mənzildən istifadə edilməsinə şərait yaradılmır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqları bərabərdir. “Azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”nin 4.2-ci bəndindən də müəyyən edilir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır. Buna görə də, cavabdehin iddiaçı və onun övladlarına mənzildən istifadə hüquqlarına maneə yaratmasına heç bir hüquqi əsası yoxdur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı övladları ilə birlikdə sözügedən mənzilə köçürülməli və cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Bununla yanaşı məhkəmə iddiaçının dörd otaqlı mənzilin üç otağının onun və övladlarının istifadəsinə verilməsinə dair tələbinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı ilə cavabdehin mübahisəli mənzilə olan hüquqlarının bərabər olmasını nəzərə alaraq iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Həmçinin tələbin həmin mənzillə bağlı payların müəyyən edilməsi hissəsinə də məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən mənzil tərəflərə yalnız istifadə edilməsi üçün verildiyindən, mülkiyyət hüququna əsas verən hallar olmadığından həmin mənzil üzrə payların müəyyən edilməsi mümkünsüzdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanına köçürülməli və cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2, 68.3, 91.1.5, 96, 98.1, 98.2, 99.5, 99.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının qaynanasıdır. X2 və iddiçı İddiaçı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1189/2024 saylı qətnaməsi ilə aralarında qeydə alınmış rəsmi nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 İddiaçı himayəsinə verilmiş və onların saxlanılması üçün aylıq cəmi 540 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçınında iddia ərizəsində bildirdiyi kimi X2 və iddiçı İddiaçı ailə həyatı qurduqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamışlar. Mənfur duşmənlər 1993-ci Füzuli şəhərinə işğal edərkən məcburi köçkün düşərək o, Cavabdeh əri X17, övladı xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1986-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1988-cü il təvəllüdlü X18, xx.xx.1991-cü il təvəllüdlü X9 və xx.xx.1996-ci il təvəllüdlü X10 bərabər qeydiyatda olduqları Füzuli şəhəri, Əzizbəyov küçəsi, ev 61 evdən köçkün düşmüşdürlər. Qızları iş yeri və ailə şəraitinə görə Bakı şəhərində qalırlar. Rəsmi şəkildə ünvan 1 ünvanın yerləşən mənzili ona və övladları üçün nəzərdə tutulmuşdur. Cənab Prezident “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə müqavilə ilə ona həvalə edilmiş ünvan 1 ünvanında yerləşən mənzili Qaçqınların və X14 Üzrə Dövlət Komitəsi tərəfindən rəsmi şəkildə onun mülkiyətində deyil. O, “Böyük Qayıdış” Proqramı əsasında xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanın yerləşən mənzilə köçərkən oğlu və ailəsi onunla barəbər köçmüşdürlər. İddiaçı anası X19 X2 21 may 2024-cü il tarixdə, saat 20:00 radələrində təxminən bir saat ərzində Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən 6 nömrəli binanın yaxınlığında arvadı X16 və qayınanası X19 ilə cüzi əsaslı səbəblə, yəni arvadı Könül Quluzadənin yaşadıqları evə getməməsi səbəbi ilə dava düşmüşdür. Davanın sonucu əsası ilə oğluna Füzuli Rayon Məhkəməsinin 1(064)-10/2025 nömrəli, xx.xx.2025-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Onun barəsində 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İlkin iddia üzrə iddiçi İddiaçı anası X19 oğlunu şərləyərək tutdurmuş hazırda oğlunun apellyasiya işi Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Oğlunun artıq bir ildən artıqdır ki həbsdədir, gələcəkdə iddiaçı və uşaqların onunla yaşaması və oğlu azadlığa çıxdıqdan sonra böyük təhlükədir. Bundan əlavə qeyd etmək istəyir ki, Qaçqınların və X14 Üzrə Dövlət Kömitəsini tərəfindən rəsmi şəkildə üçüncü şəxs və maraqlarına toxunan şəxs kimi birinci instansiya məhkəməsində cəlb olunmamışdır. Ona görə də Füzuli Rayon Məhkəməsinin 2(064)-648/2025 saylı, xx.xx.2024-ci il tarixli ədalətsiz qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatı verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bu gün iddiaçının evə köçürülmə məsələsi müzakirə mövzusu belə ola bilməz. Çünki onlar bir yerdə qala bilməzlər. Onun oğlunun tutulma səbəbi məhz iddiaçıya görə olmuşdur. O, evin bölünməsinə ümumilikdə razıdır, amma ki həmin şəxsin onlarla qalmasına qətiyyən razı deyil, çünki onların bir yerdə qalması qətiyyən mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 izahatı verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Onların əvvəl gəlinləri olan iddiaçı ilə heç bir problemləri olmamışdır. Amma onlar artıq Füzuliyə köçəndən sonra problemlər yaşanmağa başlamışdır. Qardaşı ilə araları dəymişdir. Problemlər 3-4 ay sonra yaşanmağa başlamışdır. İddiaçı işləmək istəyirdi, amma onun himayəsində 3 azyaşlı uşağı vardır. Ana öz azyaşlı uşaqlarını qoyub necə işləmək istəyə bilər. Onlar bir yerdə qala bilməzlər. Evin bölünməsinə etirazı yoxdur, amma iddiaçı həmin evə gəlsə anası orada qala bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də məhkəmə iclasında iştirak edilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-648/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-648/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi hüquq normalarını düzgün tətbiq etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün əməl etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsində olan ünvan 1 ünvanı üzərində Cavabdehlə yanaşı İddiaçı və onun himayəsində olan 3 azyaşlı uşaqların – xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020- ci il təvəllüdlü X3 4 otaqlı mənzilin 3 otağından yaşamaq və istifadə hüququ bərpa edilməklə İddiaçının azyaşlı uşaqları ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi, mənzildə payının müəyyən edilməsi və Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqları bərabərdir. “Azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə”nin 4.2-ci bəndindən də müəyyən edilir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır. Buna görə də, cavabdehin iddiaçı və onun övladlarına mənzildən istifadə hüquqlarına maneə yaratmasına heç bir hüquqi əsası yoxdur. Belə olan halda, iddiaçı övladları ilə birlikdə sözügedən mənzilə köçürülməli və cavabdeh tərəfindən həmin mənzildən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İlk növbədə vurğulanmalıdır ki, sözügedən mənzil Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin balansında olduğuna görə komitə mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisənin həllində əsas hüquqi əhəmiyyət kəsb edən hal tərəflərin xx.xx.2023-cü il tarixli “azad olunmuş ərazilərdə yaşayış sahəsinə köçürülməyə dair müvəqqəti müqavilə” əsasında həmin mənzilə köçürülməsidir. Sözügedən müqavilənin məzmunundan göründüyü kimi, bu müqaviləyə əsasən Cavabdeh ailə üzvləri X2, gəlini Xəlilova (Quluzadə) Könül Çapay qızı, nəvələri X5, X11 və X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən dördotaqlı yaşayış sahəsinə köçürülmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq həmin yaşayış sahəsi köçürülənin və onun ailə üzvlərinin sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, ailə üzvlərinin köçürülənlə bərabər hüquq və vəzifələri vardır. Bu isə o deməkdir ki, iddiaçı və onun yetkinlik yaşına çatmayan övladları həmin mənzildə cavabdehlə bərabər istifadə hüququna malikdir və onların yaşayış sahəsindən istifadə etmək imkanının məhdudlaşdırılması hüquqi əsası olmayan müdaxilə kimi qiymətləndirilməlidir.Mübahisəli yaşayış sahəsi cavabdehin mülkiyyət hüququna verilmədiyindən, o yalnız istifadə hüququna malikdir və bu səbəbdən digər ailə üzvlərinin, o cümlədən iddiaçı və onun azyaşlı uşaqlarının həmin mənzildə yaşamasına etiraz etmək və onların istifadəsini məhdudlaşdırmaq hüququ yoxdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu məhz ailə münaqişəsi zəminində həbs edilmişdir. Buna görə iddiaçı ilə bir mənzildə yaşamaları mümkün deyildir. Gələcəkdə iddiaçı və uşaqların onunla yaşaması oğlu azadlığa çıxdıqdan sonra böyük təhlükə törədəcəkdir. Məhkəmə tərkibi şikayətin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, bu dəlil ehtimal xarakteri olmaqla real, təsdiqlənmiş təhlükə faktı kimi qiymətləndirməməklə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə mübahisələndirilən hissədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisəni mahiyyəti üzrə həll etməli maddi hüquq normalarını düzgün tətbiq etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(064)-648/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar