Məhkəmə qərarları › İş №2(106)-1524/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1524/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1524/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh Bəhram oğluna və digərlərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadından ərizəçilər Cavabdeh Bəhram oğlu, X3, X4 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) 20 iyun 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh Bəhram oğluna və digərlərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh, E.Nəzərov və T.Qulamov apellyasiya şikayəti vermişlər. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır. Sonuncu qərardaddan cavabdehlər Cavabdeh, E.Nəzərov və T.Qulamov şikayət verərək, apellyasiya şikayətinin icraata qəbul edilib göndərilməsini xahiş etmişlər. Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərardadı ilə ərizəçilər tərəfindən verilmiş şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin cavabdehlər tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, mülki işin göndərilməsi barədə Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməli, Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadından ərizəçilər Cavabdeh Bəhram oğlu, X3, X4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Astara Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Astara Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh Bəhram oğlu, X3, X4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Astara Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar