Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-153/2025 14.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X16 Əsədov (sədrlik edən və məruzəçi), X21 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X23, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı su kanalının açılması, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulması və gələcəkdə də belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə tərəflərin atası X1 və onun ailə üzvlərinin- X2, X3, İddiaçı, X5, X6, X4, X10, X7, X12, X8 və X9 ümumi birgə mülkiyyətinə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 1.54 ha-dan ibarət həyətyanı torpaq sahəsi verilmiş, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən JN-117A, KOD 90809028 saylı şəhadətnamə yazılmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.54 ha həyətyanı torpaq sahəsinə gedən su kanalının açılması, su kanalından istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və gələcəkdə belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı Saatlı rayon Dəllər kəndində yerləşən 1.54 ha torpaq sahəsi onun, cavabdehin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində həm o, həm də cavabdeh ev tikmişdir. Həm onun, həm də cavabdehin həyətinə bir su kanalı gəlir. Həmin su kanalından 1985-ci ildən birlikdə istifadə etmişlər. Lakin son dövrlər doğma qardaşı olan Cavabdeh su kanalının onun həyətinə gələn hissəsini doldurmuş, nəticədə onun həyətinə gələn su kəsilmişdir. O, bununla bağlı cavabdehə öz etirazını bildirsə də müsbət nəticə əldə etməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etməmiş və iddiaya dair mövqeyini bildirməmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayonu Dəllər bələdiyyəsinin sədri X30 izahatında bildirmişdir ki, ekspert rəyində su kanalının keçdiyi ərazinin bələdiyyə mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, sözügedən torpaq sahəsinə dair Saatlı rayon Dəllər bələdiyyəsinin adına çıxarış əldə edilməmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 30 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN- 117A, KOD 90809028 saylı şəhadətnamə əsasında Saatlı rayonunun Dəllər kəndi ərazisində ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha həyətyanı torpaq sahəsinə gələn su kanalı açılması, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulması və gələcəkdə də belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan olunması, iddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərcin, cəmi 195 (bir yüz doxsan beş) manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə işi ədalətli araşdırmamış, işin hallarını aydınlaşdırmayan natamam sübutlar əsasında qətnamə qəbul etmişdir. Şikayətdə göstərilir ki, müvafiq ekspert rəyində zəruri olan məsələlərə açıqlıq gətirilməmiş, müvafiq rəydə mübahisənin ədalətli həll edilməsi üçün heç bir əsaslı dəlillər göstərilməmişdir. Məhkəmə özü qeyd olunan əraziyə baxış keçirə bilərdi. Buna görə ekspert rəyinə ehtiyac belə yox idi. Mübahisənin ədalətli həlli üçün əsaslı dəlillər göstərilməmişdir. Apellyasiyaşikayətinəqarşı etiraz İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, o və digər qardaşı- Cavabdeh həyətdə yaşayır. Həyəti iki yerə bölmüş və hər birinə ayrı-ayrılıqda fərdi ev tikmişdir. Həyətyanı torpaq sahəsinə bir su kanalı gəlir. Həmin su kanalını 1985-ci ildən istifadə edir. Lakin cavabdeh ona gələn su kanalını doldurub. Həyətinə başqa ərazidən su kanalı gəlmir. Hal- hazırda susuzluqdan çox əziyyət çəkir. Su kanalından istifadə edə bilmədiyinə görə aidiyyəti orqanlara müraciət etmişdir. Müraciəti nəticəsində Saatlı rayon Dəllər kənd İcra Nümayəndəliyi tərəfindən ona verilən 30 avqust 2023-cü il tarixli, 285 nömrəli arayışda göstərilir ki, Cavabdeh ona sudan istifadə etməyə imkan vermir. Cavabdeh tərəfindən su kanalına törətdiyi maneələrə son qoymasını xahiş etməyinə baxmayaraq, cavabdeh su kanalından istifadə etməyinə imkan vermir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır. Ona görə apellyasiya şikayətinin rədd edilməsi və qətnamənin dəyişmədən saxlanmasını xahiş edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, ekspertizaya gedən mütəxəssis rəylərinin hər ikisini Elçin Kərimov adlı mütəxəssis vermişdir. Rəyi əsassız sayır. Mübahisəli su kanalı cavabdehin istifadəsində olan 1,5 hektar torpaq sahəsindən kənar olan ərazidən keçir, iddiaçının istifadə etdiyi ərazi özbaşına zəbt edilmiş ərazidir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, torpaq sahəsi ona atası tərəfindən 1985-ci ildə verilmişdir. Həmin vaxtdan sözügedən su kanalından istifadə etmişdir. 3 ildir ki su kanalı qeyrimüəyyən səbəblərdən cavabdeh tərəfindən bağlanmışdır. O sadəcə su kanlının açılmasını istəyir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahatında bildirmişdir ki, mübahisələndirilən əraziyə onlar bir neçə dəfə baxmış və tərəfləri barışmağa dəvət etmişlər. Həmin əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də baxış keçiriblər. Qeyd olunan su kanalı uzun müddətdir ki, istifadə olunur. Torpaq sahəsi 1985-ci ildə ataları tərəfindən götürülüb və istifadəyə övladlarına vermişdir. Mübahisələndirilən torpaq sahəsinin bələdiyyə və ya xüsusi mülkiyyət olması barədə heç bir xəritə və ya mülkiyyətə dair sənəd yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X11, X13, X14, X20, X17, X22, X18 və X19 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, apellyasiya məhkəməsi iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 1.54 ha torpaq sahəsi iddiaçının, cavabdehin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı və cavabdeh ümumi birgə mülkiyyətdə olan həyətyanı sahənin faktiki olaraq ayrılmış ayrı-ayrı hissələrindən istifadə edirlər. İddiaçı tələbində həyətinə gələn su kanalından istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını və gələcəkdə belə maneələrin təkrar törədilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçının tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün şərtlər ödənilir. Belə ki, iddiaçı mülkiyyətçidir. Sahiblikdən məhrum edilmə yoxdur, lakin cavabdeh hərəkətləri ilə iddiaçının əmlakdan istifadəsini məhdudlaşdırır, ondan faydalanmağa əngəl törədir. Cavabdehin hərəkətləri qanuni deyil. Kollegiya hesab edir ki, iddiaçının tələbi keçərlidir. Cavabdeh tərəf etirazında iddianı qəbul etməmiş, bildirmişdir ki, mübahisəli su kanalı mülkiyyətdə olan 1,5 hektar torpaq sahəsindən kənar olan ərazidən keçir, iddiaçının istifadə etdiyi ərazi özbaşına zəbt edilmiş ərazidir. Ümumi birgə mülkiyyətdə olan 1.54 ha torpaq sahəsinin koordinatlarını, tərəflərin faktiki istifadə etdikləri sahələri müəyyən etmək üçün, eləcə də həyətyanı torpaq sahəsi üçün alternativ su kanalının nəzərdə tutulub-tutulmaması ilə bağlı müvafiq ekspertiza keçirilmişdir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/1998 nömrəli rəyinə görə, iddiaçının, cavabdehin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş JN-117A, KOD 90809028 saylı şəhadətnamədə qeyd edilən 1.54 ha torpaq sahəsinin koordinatlarını, naturada faktiki istifadə etdikləri ümumi sahəsi (1.09 ha və 1.89 ha) 2.98 ha olan həyətyanı torpaq sahəsinə düzgün yerləşdirilsə, mübahisəli su kanalının keçdiyi ərazi mülkiyyətə verilmiş 1.54 ha torpaq sahəsindən əlavə (zəbt edilmiş) 1.44 ha istifadə olunan torpaq sahəsinə düşür ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və iddiaçının sözügedən su kanalından digərləri kimi istifadə hüququ vardır. Rəydə qeyd edilir ki, İddiaçı həyətyanı torpaq sahəsi üçün digər tərəfdən alternativ su kanalı nəzərdə tutulmamışdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə JN- 117A, KOD 90809028 saylı şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha, faktiki istifadələrində olan 2.98 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün əsas su yolu sözügedən mübahisəli su kanalından nəzərdə tutulmuşdur. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2025-ci il tarixli, 10/4625 nömrəli rəyinə görə Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reystr publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - Saatlı rayonunun Dəllər kəndi ərazisində İddiaçı, Cavabdeh və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş JN-117A, KOD 90809028 saylı şəhadətnamədə qeyd edilən 1.54 ha, eləcə də naturada faktiki istifadə etdikləri 2.98 ha (1.09 ha və 1.89 ha) torpaq sahəsinin sərhədləri və döngə nöqtə koordinatları, həmçinin iddiaçı və cavabdehin istifadəsində olan tikililərin hansı ərazidə yerləşdiyi (müəyyən edilən fərdi yaşayış evləri və digər tikililər ümumi birgə mülkiyyətlərinə verilmiş 1.54 ha torpaq sahəsinin sərhədləri və ya hüdudları daxilində yerləşir) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Rəydən görünür ki, mübahisəli su kanalının 132 metr uzunluğunda keçdiyi ərazi ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha torpaq sahəsindən əlavə cavabdehin faktiki istifadəsində olan 1.44 ha torpaq sahəsinə düşür ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Beləliklə, təqdim edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçının, cavabdehin və onların ailə üzvlərinin mülkiyyətində olan 1,54 ha torpaq sahəsinin 1,09 ha hissəsi iddiaçının və ailə üzvlərinin istifadəsində, birgə mülkiyyətdə olan sahənin qalan hissəsi və əlavə olaraq bələdiyyə mülkiyyətinə aid olan müəyyən sahə- cəmi 1,89 ha sahə cavabdehin və ailə üzvlərinin istifadəsindədir. Mübahisəli su kanalı əvvəldən mülkiyyətdə olan 1,54 ha sahə üçün nəzərdə tutulmuşdur. Su kanalının bir hissəsi (132 metr hissəsi) cavabdehin faktiki sahibliyində və istifadəsində olan və bələdiyyə mülkiyyəti hesab edilən ərazidən, qalan hissəsi ümumi birgə mülkiyyətdə olan ərazidən keçir. İddiaçının və cavabdehin faktiki istifadəsində olan torpaq sahələri arasındakı şərti sərhədində iddiaçıya aid olan həyətə gələn su kanalının cavabdeh tərəfindən bağlandığı, suyun qarşısının kəsildiyi müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Belə ki, cavabdeh hərəkətləri ilə iddiaçının əmlakdan istifadəsini məhdudlaşdırır, ondan faydalanmağa əngəl törədir. Cavabdehin hərəkətləri qanuni deyil. Cavabdeh tərəf etirazında iddiaçının istifadəsində olan sahənin qanunsuz zəbt edilmiş ərazi olduğunu bildirsə də ekspert rəyləri ilə iddiaçının qanuni mülkiyyətə olan ərazidən istifadə etdiyi müəyyən edilir. Məhkəmə də ümumi birgə mülkiyyətə verilmiş 1.54 ha həyətyanı torpaq sahəsinə gələn su kanalının açılmasını, cavabdeh tərəfindən su kanalından istifadəyə törədilən maneələrə son qoyulmasını qət etmişdir. Kollegiya hesab edir ki, cavabdehin etirazı əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən mütəxəssisə 95 manat ödənilmişdir. Ekspertiza Mərkəzinin arayışına görə ekspertiza xərci 50 manat təşkil edir. Əlavə məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar cavabdehdən 95 manat alınıb iddiaçıya ödənilməli, 50 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(055)-48/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Əlavə məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar Cavabdeh 95 manat alınıb İddiaçı ödənilsin, 50 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-153/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-153/2025
14.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver