Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1534/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-155/2024 saylı 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, banka təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-155/2024 saylı 27 may 2024-cü il tarixli (hakim Səidə Məmmədova) qətnaməsi ilə iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ №1007063 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin ünvan 1 ünvanda yerləşən 195.3 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla əmlakın boşaldılması və banka təhvil verilməsi, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddiadan imtina barədə yazılı ərizə verərək məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Şirvan Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdikdən sonra borcunu tamamilə ödəmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi iddiaçının iradə ifadəsi olmaqla, iddiaçının İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-155/2024 saylı 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası təsdiq edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-155/2024 saylı 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1534/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1534/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver