Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1536/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(036)-1046/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LD ********** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti-yə 4180.50 manat əsas, 467.55 manat faiz və 609.27 manat cərimə borcu olmaqla, cəmi 5257.32 manat borcu yaranmışdır. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti-dən aldığı 5000 manat kredit məbləğini cəmi 1647.9 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək tam şəkildə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024- cü il tarixli LD********** saylı kredit müqaviləsi üzrə pretenziya məktubuna əsasən, 4180.50 manat əsas, 213.59 manat faiz borcu, 84.9 manat cərimə borcu olmaqla, cəmi 4478.99 manat məbləğində borc tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4180.50 manat əsas, 467.55 manat faiz borcu, 609.27 manat cərimə borcu olmaqla, cəmi 5257.32 manat məbləğində vəsaitin və ödənilmiş 73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış «05» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə «05» Aprel 2026-cı il il tarixə qədər aylıq qalıq borcun 29 % dərəcəsini tətbiq etməklə 5000 manat (beş min manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 arasında «05» Aprel 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 oğlu və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğlunun və Cavabdeh2 «13» fevral 2025-ci il il tarixli arayışa əsasən BOKT "xxxx"ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 4180.50 (dörd min yüz səksən 50 qəpik) manat, faiz üzrə 467.55 (dörd yüz altmış yeddi 55 qəpik) manat, cərimə üzrə 609.27 (altı yüz doqquz 27 qəpik) manat olmaqla ümumilikdə 5257.32 (beş min iki yüz əlli yeddi otuz iki qəpik) manat təşkil edir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-1046/2025 saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli LD********** saylı Kredit Müqaviləsinə əsasən 4180.50 manat əsas, 213.59 manat faiz və 84.9 manat cərimə borcu olmaqla, cəmi 4478.99 (dörd min dörd yüz yetmiş səkkiz manat, doxsan doqquz qəpik) manat məbləğində borc və 64,79 manat ödənilmiş dövlət rüsumunun tutuması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 445, 449.4, 470.1, 472, 462.1, 465.1, 467, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən iddiaçıya 4180.50 manat əsas, 467.55 manat faiz borcu, 609.27 manat cərimə borcu olmaqla, cəmi 5257.32 manat məbləğində borcu, xəbərdarlıq məktubuna əsasən isə iddiaçıya 4180.50 manat əsas, 213.59 manat faiz borcu, 84.9 manat cərimə borcu olmaqla, cəmi 4478.99 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, onun BOKT AZKREDİT ASC-nə iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. O, ödəniş qrafikinə əsasən hər ay ödənişlər etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsasız sübutlar əsasına qeyri- qanuni qətnamə qəbul etmişdir. Belə ki, o, iddiaçıya olan borcunun çox hissəsini ödəmişdir və bu barədə sübutları vardır. Məhkəmə prossesdə onun iştirakı təmin edilmədiyi üçün o, müdafiə hüququndan istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-1046/2025 saylı qətnaməsinin dəyişdirilərək yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf iclasda iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən, Kollegiya qətnaməni Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsini 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini və tətbiq edilən hüquq normalarını araşdırmaqla belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olub, apellyasiya şikayətində göstərilən arqumentlər həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosessual hüquqda sübutetmə prinsipi tərəflərin bərabər hüquqlu olması və rəqabət prinsipi ilə sıx bağlıdır. Tərəflər yalnız öz iddia və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Sübutetmə yükü prinsipi tərəflərin iddia və etirazlarının mənbəyini müəyyən etməklə, məhkəmənin subyektiv təxminlərə deyil, obyektiv dəlillərə əsaslanaraq qərar çıxarmasını təmin edir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini qiymətləndirməkdir, lakin sübutların təqdim edilməməsi və ya qeyri-dəqiq olması hüquqi nəticələr doğurur. Apellyasiya şikayətində cavabdeh tərəf bildirir ki, birinci instansiya məhkəməsi onun real borc məbləğini düzgün müəyyən etməmiş, iddiaçı tərəfin təqdim etdiyi əsassız sübutlar əsasında qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh iddia edir ki, kredit müqaviləsi üzrə borcun əksər hissəsini ödəyib və bu barədə sübutları vardır. Kollegiya bu arqumentləri araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla uyğun gəlmir və hüquqi əsasa malik olmamaqla, formal mülahizələrdən ibarətdir. Əvvəla Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddianı yalnız iddia ərizəsində göstərilən məbləğ əsasında deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə almaqla həll etmişdir. Həmin hüquqi mövqeyə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina edə və müqaviləyə xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə göndərilməsi ilə müqavilə xitam edilmiş hesab olunur. Cəmi borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 4180.50 manat, 213.59 manat faiz borcu, 84.9 manat cərimə borcu olmaqla, cəmi 4478.99 manat tələb edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Hazırkı iş üzrə də məhkəmə müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixli LD********** saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubu kreditorun iradə ifadəsi olmaqla, Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun şəkildə müqaviləyə xitam verilməsinə əsas yaratmışdır. Bu halda faiz borcu pretenziyanın cavabdeh tərəfindən alındığı tarixdən hesablanmalı olmuşdur. Birinci instansiya məhkəməsi faiz hesablanmasını məhz bu hüquqi çərçivə əsasında aparmış, iddiaçının tələb etdiyi məbləği deyil, hüquqi mövqelə uzlaşan məbləği əsas götürmüşdür. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq dəbbə pulunun tutulmasını tələb etmək hüququna malikdir, çünki borcun icrası gecikdirilmiş və müqavilə üzrə öhdəlik zamanında yerinə yetirilməmişdir. Məhkəmə əsas borc və dəbbə pulunun proporsionallığını qiymətləndirərək, pretenziya məktubunda göstərilən 84.9 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan, ədalətli və qanuna uyğun hesab etmişdir. İş materialları cavabdehin bunun əksini sübuta yetirən hər hansı sənəd təqdim etmədiyini göstərir. Apellyasiya şikayətində irəli sürülən başqa bir arqument cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi və müdafiə hüququnun pozulması ilə bağlıdır. Lakin iş materiallarının tədqiqi göstərir ki, məhkəmə tərəfindən cavabdehin məlum olan qeydiyyat ünvanına bildirişlər göndərilmiş, habelə SMS bildirişlərlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi təmin olunmuşdur. Bildirişlərin qanunverciliklə nəzərdə tutulmuş qaydada göndərildiyi və cavabdehin məlumatlandırıldığı iş materialları ilə tam təsdiq olunur. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirak etməməsi onun öz prosessual passivliyinin nəticəsidir, bu hal isə müdafiə hüququnun pozuntusu hesab edilə bilməz. Cavabdeh öz mövqeyini təsdiqləyən sübutları təqdim etmək imkanına malik olduğu halda, heç bir sübut təqdim etməmişdir. Kollegiya bütün bu halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları obyektiv araşdırmış, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə, Mülki Məcəllənin müvafiq maddələrinə və prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qənaəti əsaslı və qanunidir, qərarın dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-1046/2025 saylı dəyişdirilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(036)-1046/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1536/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1536/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver