Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1541/2023 13.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “9843 manat borc” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(049)-258/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9843 (doqquz min səkkiz yüz qırx üç) manat borcun, 120 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran rayon məhkəməsinin (hakim N.Ağabəyov) 10 yanvar 2023-cü il tarixli, 2(049)- 258/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, şikayətdə qərardadın ləğv edilməsi xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsi şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikası MPMnin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmalı olduğu halda şikayətə qanunvericiliyinə tələbinə uyğun olaraq baxmamış və işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmiş və bununla da birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(049)-258/2023 nömrəli qərardadından verilmiş şikayətə hazırkı halda apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İddiaçı Cavabdeh qarşı “9843 manat borc” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(049)-258/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1541/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1541/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver